Nəsrin SÜleymanli



Yüklə 2,28 Mb.
Pdf görüntüsü
səhifə47/100
tarix11.09.2018
ölçüsü2,28 Mb.
#67898
1   ...   43   44   45   46   47   48   49   50   ...   100

 
128
 
Məsələn, Suren Zolyan adlı müəllifin Dağlıq Qarabağla bağlı kifayət qə-
dər  böyük əsərində özünə yer tapan aşağıdakı tezislər bu baxımdan ma-
raqlıdır  (daha  doğrusu  təəccüblüdür):  1988-ci  ildə  Daşkəsən,  Xanlar  və 
Şamxor  rayonlarında  ermənilər  azlıqda  qalmışdılar...  Dağlıq  Qarabağ 
ərazisində,  əsasən,  Azərbaycan  məktəbləri  açılırdı  ki,  qonşu  rayonların 
uşaqları ora oxumağa gəlsin... Dağlıq Qarabağın hüquq-mühafizə orqan-
ları  Azərbaycan  rəhbərliyinə  tabe  idi...Dağlıq  Qarabağ  ərazisində  olan 
çoxsaylı erməni kilsələrinin (?) heç biri fəaliyyət göstərmirdi... Ermənis-
tanda çap olunan dərsliklərdən istifadə olunması qadağan edilmişdi... Er-
mənistana  birləşmək  Qarabağ  ermənilərinin  milli  diskriminasiyaya  olan 
cavabıdır və s.(38). Yazıda bu kimi sərsəm ittihamlarla xeyli rastlaşmaq 
mümkündür ki, onlar müəllifin yalnız millətçi keyfiyyətlərini deyil, eyni 
zamanda savadsızlığını və antiazərbaycan iftiralarına meylliliyini də nü-
mayiş etdirir. Müəllif Daşkəsəni, Şamxoru, Xanları erməni əraziləri kimi 
təqdim edir, erməni dərsliklərinin Azərbaycan müəllifləri tərəfindən ya-
zıldığını  söyləyir.  Doğrudur,  müəllif  bunları  əsaslandırmır  və  əslində, 
heç  əsaslandıra  da  bilməzdi.  Çünki,  əvvəla,  SSRİ  dövründə  sovet  mək-
təblərində yalnız sovet tarixi tədris olunurdu, sonra da o zamanın erməni 
millətçiləri  erməni  dərsliklərinin  azərbaycanlılar  tərəfindən  yazılmasına 
imkan verməzdilər. Sovet dövründə bütün ölkə ərazisindəki dini obyekt-
lərin əksəriyyəti bağlanmışdı. Həm Azərbaycanda, həm də Ermənistanda 
yerli rəhbərliyin dini obyekti açmaq və ya bağlamaq səlahiyyəti yox idi. 
Belə  bir  zamanda  Qarabağdakı  dini  obyektlərin  Azərbaycan  rəhbərliyi 
tərəfindən bağlanmasının iddia edilməsi absurddur. 
Əslində, tək S.Zolyanın əsərində deyil, yuxarıda toxunulan tezislərin 
hər  birində  açıq  məntiqsizlik  və  qeyri-obyektivlik  mövcuddur.  Belə  bir 
yol tutmaqla erməni informasiya-təbliğat maşını Azərbaycan xalqını mil-
lətçi,  milli  azlıqların  hüququnu  qəbul  etməyən  obrazda  təsvir  etməklə 
Dağlıq Qarabağ münaqişəsinin yeni bir informasiya-təbliğat modelini or-
taya qoymağa çalışmışlar. Əslində isə,
 
vəziyyət
 
heç
 

 
belə
 
deyildi
 
və ha-
mıya məlum olan faktlar da bunu sübut edir. Hətta azərbaycanlı olmayan 
müəlliflərin  yazılarına,  xatirələrinə,  araşdırmalarına  müraciət  etməklə 
Azərbaycan  xalqının  özünü  erməni  millətçiliyindən  kifayət  qədər  əzab 
çəkdiyini  görmək  mümkündür.  Dağlıq  Qarabağ  münaqişəsinin  başlan-
ması  özü  erməni  millətçiliyinin  qızışdırılmasının  nəticəsidir  və  məlum-
dur ki, Dağlıq Qarabağ münaqişəsi Azərbaycan xalqı üçün tamamilə göz-
lənilməz olmuşdu. Halbuki bütün ermənilik məhz ənənəvi erməni millət-
çiliyi  ətrafında  səfərbər  olmaqla  Azərbaycan  xalqını  gözlənilmədən  ya-


 
129
 
xaladı və Dağlıq Qarabağ münaqişəsinin erməni millətçi planları əsasın-
da mürəkkəbləşməsinə nail oldu. 
Erməni ideoloqlarının və millətçilərinin Azərbaycan xalqını millətçi-
likdə günahlandırması, Dağlıq Qarabağda yaşayan ermənilərin milli təz-
yiqlərə məruz qalması haqqında irəli sürdükləri iddialar sözsüz ki, məlu-
matsız  auditoriyaya  təsir  göstərmək  və  bu  auditoriyada  antiazərbaycan 
təsəvvürü  yaratmaq  və  Dağlıq  Qarabağ  ermənilərinə təəssübkeşlik  hiss-
ləri  formalaşdırmaq  üçün  hesablanmış  informasiya  təzyiqləri  idi.  Çünki 
milli  istisnalığı ümummilli düşüncə tərzinə, Ermənistanı isə monoetnik 
bir ölkəyə çevirən millətçilərin Azərbaycan xalqını millətçilikdə günah-
landırması  Dağlıq  Qarabağ  münaqişəsinin  mahiyyətinin  bir  daha  saxta-
laşdırmaq  cəhdidir.  Nəzərə  alınmalıdır  ki,  erməni  milli  istisnalığı,  anti-
türk və antiazərbaycan düşüncəsi heç də Dağlıq Qarabağ münaqişəsi ərə-
fəsində formalaşmamışdı. Erməni millətçiliyinin çox uzun bir tarixi var-
dır və bu millətçilik XX əsrin əvvəllərindən başlayaraq təkrar-təkrar Qa-
rabağda milli partlayışa səbəb olmuşdu. 
Dağlıq  Qarabağ  münaqişəsini  yaxından  izləmiş  SSRİ  Dövlət  Təhlü-
kəsizlik  Komitəsi  sədrinin  birinci  müavini,  ordu  generalı  Filip  Bobkov 
bildirirdi ki, erməni millətinin istisnalığı nəzəriyyəsi əhalinin şüuruna hələ 
kiçik  yaşlarından  yeridilirdi.  Məsələn,  hələ  7–8-ci  sinif  dərsliklərində 
hansı  şəhərlərdə  erməni  məktəblərinin  olmasından  danışılır  və  məlum 
olurdu  ki,  SSRİ-nin  paytaxtında  erməni  məktəbi  yoxdur.  Böyük  Vətən 
müharibəsi illərində mövcud olmuş ―Gənc Qvardiya‖ təşkilatının üzvlə-
rindən isə yalnız Jora Arutyunyans erməni məktəblilərinə təqdim olunur-
du. Bundan başqa, görkəmli sovet musiqiçiləri, rəssamları, elm-mədəniy-
yət xadimləri kimi də yalnız ermənilərin adları çəkilirdi. Məhz bu yolla 
erməni gənclərinin beyinləri zəhərlənirdi. Müəllif Ermənistanda müşahi-
də  etdiyi  bu  proseslərin  düzgün  olmadığını  Ermənistan  rəhbərliyinə  də 
çatdırdığını qeyd edirdi. Lakin bu, bir nəticə vermədi və F.Bobkov xüsu-
si olaraq vurğulayır ki, Ermənistan rəhbərliyinin bu millətçilik psixologi-
yasına biganə qalması Dağlıq Qarabağda ağır nəticələrə yol açdı (39). 
Robert Arakelov isə təsdiq edirdi ki, Ermənistanın qəzet və jurnalları 
erməni xalqının istisnalığı, onun sivilizasiyanın inkişafındakı xüsusi rolu, 
dünya elm və mədəniyyəti qarşısındakı xidmətləri haqqında yazılarla do-
lu olardı. Ermənilər heç nədən həya etmədən yazırdılar ki, hələ tarixəqə-
dərki  zamanlarda  ermənilər  ilk  ulduz  atlası  yaradıblarmış,  hind-Avropa 
dilləri erməni dilindən yaranıbmış, ari irqi ermənilikdən çıxıbmış. Ermə-
ni mətbuatı erməni istisnalığını geniş təbliğ etməklə bərabər, qonşu xalq-


Yüklə 2,28 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə