Nəsrin SÜleymanli



Yüklə 2,28 Mb.
Pdf görüntüsü
səhifə49/100
tarix11.09.2018
ölçüsü2,28 Mb.
#67898
1   ...   45   46   47   48   49   50   51   52   ...   100

 
132
 
atmaqla  Z.Balayan  məlumatsız  erməni  ictimai  şüurunu  manipulyasiya 
edir və Dağlıq Qarabağ Muxtar Vilayətinin Azərbaycan SSR tərkibində 
olmasının qeyri-qanuniliyi haqqında azərbaycanlılarn və ermənilərin bir-
gə yaşayışının qeyri-mümkünlüyü haqqında təsəvvürlər formalaşdırırdı. 
V.Kondratyev erməni ifrat millətçiləri tərəfindən yayılan qızışdırıcılıq 
hisslərinin erməni cavanlarına mənfi təsir göstərməsi barədə misallar da 
gətirirdi. O yazırdı ki, İrəvanda azərbaycanlı qocanın öldürülməsində şüb-
həli  bilinən  bir erməni  gənci ilə  söhbətləşməli  olmuşdu.  Bu  cinayətə  nə 
üçün əl atdığını soruşanda o erməni gənci bildirmişdi ki, erməni xalqının 
düşməni olan türklər öldürülməlidir. V.Kondratyev eyni zamanda onu da 
qeyd  edirdi  ki,  açıq  və  ifrat  antiazərbaycan  təbliğatı  Dağlıq  Qarabağ 
Muxtar Vilayətində də heç bir müqavimətlə rastlaşmırdı. Vilayətin parti-
ya və sovet orqanları əhali arasında obyektiv ictimai rəy formalaşdırma-
dı, millətçi-ekstremist qüvvələrin pozuculuq fəaliyyətinin qarşısında aciz 
qaldı. Müəllifə görə, Z.Balayan kimi ifrat bir millətçinin ―Ocaq‖ kitabı-
nın şovinist və antiazərbaycan mahiyyəti vaxtında açıqlanmadı və bu ki-
tabın zərərli və qızışdırıcı mahiyyəti haqqında Azərbaycan mədəniyyət və 
ictimai xadimləri tərəfindən  mərkəzə göndərilən müraciətlərə də müna-
sibət bildirilmədi (45). 
Yazısının başqa bir yerində V.Kondratyev qeyd edirdi ki, əgər hadisə-
lərin əvvəlində Qarabağ münaqişəsinin təşkilatçılarının və ideoloqlarının 
qızışdırıcılıq fəaliyyətinə prinsipial münasibət göstərilsəydi, Ermənistan 
Respublikasının suveren Azərbaycanın daxili işlərinə qarışmasının qarşı-
sı alınsaydı, Dağlıq Qarabağda vəziyyətin sabitləşdirilməsinə mane olan 
erməni millətçilərinin və separatçılarının əməlləri lazımınca araşdırılsay-
dı, Dağlıq Qarabağ münaqişəsi baş verməzdi. Mərkəzi hakimiyyət orqan-
larının  Dağlıq  Qarabağda  cərəyan  edən  erməni-millətçi  separatizminin 
qarşısının alınmasında ciddi mövqe tutmamasının nəticəsi idi ki, vilayət-
də də vəziyyət günü-gündən pisləşdi, ekstremist və millətçi erməni qüv-
vələri  xeyli  fəallaşdılar,  onlar  bir-birinin  ardınca  kütləvi  qanunsuzluqlar 
törətdilər, milli ayrı-seçkiliyi qızışdırdılar, dəhşətli cinayət aktları həyata 
keçirdilər, daha geniş erməni əhalisini cinayətkar əməllərə cəlb etdilər (46). 
Azərbaycan xalqına qarşı dözümsüzlük, erməni ifrat millətçiliyi Dağ-
lıq  Qarabağda  təşkil  olunan  mitinqlərdə,  yaşayış  məntəqələrində  Ermə-
nistanın  emissarları  tərəfindən  aparılan  təbliğat  işlərində,  Ermənistanın 
kütləvi-informasiya vasitələrində ən aktual mövzulardan biri idi. Erməni 
millətçiliyinin  qızışdırılması  üçün  daxildə  və  xaricdə  mümkün  olan 
bütün vasitələrdən istifadə olunurdu. Məsələn, 1988-ci il iyul ayının 3-də 


 
133
 
İrəvan Politexnik İnstitutundan Əsgərana göndərilmiş ―Arsax‖ tələbə-ti-
kinti  təşkilatının  da  əsas  fəaliyyəti  məhz  əhali  arasında  antiazərbaycan 
təbliğatının aparılması idi. Rəsmən bu dəstənin Əsgərana gəlməsi tikinti 
işlərinin  aparılması  ilə  əlaqələndirilsə  də,  onun  üzvləri  əhalinin  nüma-
yəndələri  ilə  görüşür,  təsərrüfat  obyektlərində  olur,  qeyri-sağlam  əhval-
ruhiyyəni  qızışdırır  və  icazə  verilməmiş  mitinqlərin  keçirilməsinə  cəhd 
göstərirdilər.  Məhz  bu  millətçilik  fəaliyyətinə  görə,  adıçəkilən  dəstə 
Sov.İKP Mərkəzi Komitəsinin vilayətdəki nümayəndəliyi tərəfindın 1988-
ci il avqustun 25-də geri göndərildi (47). 
Əgər  təhlil  edilərsə,  münaqişənin  başlanğıc  dövründə  kütləvi  infor-
masiya  vasitələrində  vilayətdə  vəziyyətin  sabitləşdirilməsi,  iki  xalq  ara-
sında birgəyaşayışın bərpa edilməsi  haqqında Azərbaycan hökumət or-
qanlarının,  ictimai  təşkilatların,  ziyalıların  çoxlu  sayda  müraciətləri  və 
təklifləri ilə rastlaşmaq mümkündür. Belə təşəbbüskarlıq erməni tərəfin-
də müşahidə edilmirdi. Çünki azərbaycanlılarla birgəyaşayış bütünlükdə 
erməni  millətçiliyinin  fəlsəfəsinə  uyğun  deyildi.  Buna  görə  də  azərbay-
canlılarla birgəyaşayışın bərpa edilməsi erməni millətçiləri və separatçı-
ları  tərəfindən  birmənalı  şəkildə  rədd  edilirdi.  Hətta  ermənilər  arasında 
iki  xalq  arasında  birgəyaşayışın  bərpasına  meyl  göstərənlər  erməniliyin 
düşməni elan edilir və yuxarıda qeyd edildiyi kimi belə insanlar erməni 
millətçiləri  tərəfindən  məhv  edilirdi.  Belə  bir  vəziyyətdə  ermənilərin 
azərbaycanlıları  Dağlıq  Qarabağ  ermənilərinə  qarşı  milli  ayrı-seçkilikdə 
ittihamlandırması özü absurd və erməni məntiqinə dayaqlanan bir iddiadır. 
Azərbaycan ziyalıları haqlı olaraq qeyd edirdilər ki, Azərbaycan əra-
zisində  ermənilərə  muxtariyyət  verilməsi  Azərbaycan  xalqının  milli  dö-
zümlülüyünün nümayişidir. Azərbaycanda 125 min erməniyə siyasi mux-
tariyyət  verildiyi  halda,  Ermənistan  ərazisində  yaşayan  200  min  azər-
baycanlıya  belə  bir  şərait  yaradılmadı.  Halbuki  Ermənistanda  yaşayan 
azərbaycanlı əhalinin də belə bir status tələb etməyə haqqı var idi (48). 
Ermənilərin Azərbaycanda milli təzyiqlərə rast gəlməsini Dağlıq Qa-
rabağ  münaqişəsinin  səbəblərindən  biri  kimi  təqdim  etməyə  çalışan  er-
məni millətçiləri və hakimiyyət orqanları Ermənistanda yaşayan azərbay-
canlılara Qarabağ ermənilərinin malik olduqları səlahiyyətləri təmin etmə-
yi qəbul etmədilər. Əksinə, onlar həm Ermənistanda olan azərbaycanlıla-
rı,  həm  də  Dağlıq  Qarabağda  yaşayan  azərbaycanlıları  öz  yurdlarından 
didərgin saldılar. Azərbaycanlıları milli ayrı-seçkilikdə günahlandıran er-
məni ideoloqları öz millətçiliyində artıq o dərəcəyə çatıblar ki, Dağlıq Qa-
rabağ ermənilərinin heç vaxt azərbaycanlılarla birgə yaşaya bilməyəcəklə-


Yüklə 2,28 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə