Nəsrin SÜleymanli



Yüklə 2,28 Mb.
Pdf görüntüsü
səhifə57/100
tarix11.09.2018
ölçüsü2,28 Mb.
#67898
1   ...   53   54   55   56   57   58   59   60   ...   100

 
151
 
millətçi-separatçılığın  qarşısını  almaq  üçün  Ermənistandan  gətirilmiş 
kolxoz  sədrini  vəzifəsindən  azad  etdi  və  onun  yerinə  bir  azərbaycanlı 
təklif olundu. Erməni millətçilərinin buna etirazı qarşıdurmaya səbəb ol-
du. Erməni mənbələri qeyd edirlər ki, qanunçuluğun bərpası üçün kəndə 
gəlmiş rayon milislərinə qarşı yerli ermənilər müdafiə təşkil  etdilər. La-
kin bu müdafiə uzun sürmədi (90). 
Çardaxlı hadisələri ermənilərə onu da göstərdi ki, qarşılarına qoyduq-
ları məqsədə yalnız qanunçuluğun pozulması və təcavüzə əl atılması ilə 
nail  olmaq  olar.  Ona  görə  də  növbəti  ildən,  yəni  1988-ci  ildən  etibarən 
erməni millətçi qüvvələrinin qanunsuz şəkildə silahlandırılmasına diqqət 
xeyli  artırıldı.  Bu işdə  erməni  millətçiləri  beynəlxalq erməni  diasporun-
dan da ciddi yardım və dəstək alırdı. 
Erməni müəllifləri də qeyd edirlər ki, 1988-ci ilin fevral mitinqlərin-
dən  sonra  millətçi  hərəkatın  ideoloqları  silahlanmanın  vacib  olduğunu 
anladılar və bu istiqamətdə əməli işləri genişləndirdilər. Xüsusilə, 1988-
ci il martın 23-də SSRİ Ali Soveti Rəyasət Heyətinin Dağlıq Qarabağla 
bağlı iclası, mart ayının 24-də isə Dağlıq Qarabağla bağlı Sov. İKP MK-
nın və SSRİ Nazirlər Sovetinin qərarının qəbul olunması erməni millətçi-
lərinin mərkəzə bağlanan ümidlərini xeyli zəiflətdi. Bu da Dağlıq Qara-
bağın Azərbaycandan qoparılmasının silahlı variantına əminliyi daha da 
artırdı. Məhz bunun nəticəsi idi ki, erməni millətçiləri 1988-ci ilin mart 
ayından başlayaraq Dağlıq Qarabağın özündə də silah istehsalını mənim-
səməyə başladılar. Lakin bu iş gizli şəkildə aparılırdı. Ona görə Respub-
lika  hüquq-mühafizə  orqanlarının  şübhə  doğuran  mexaniki  və  müxtəlif 
alətlər istehsal edən sexlərdə apardığı yoxlamalar bir nəticə vermədi (91). 
Erməni  millətçiləri  isə  vilayət  ərazisində  silah  istehsalı  üçün  şübhə 
doğurmayacaq müəssisələr seçmişdilər. Məsələn, qumbara istehsalı Xan-
kəndindəki asfalt zavodunda təşkil edilmişdi (92). 
Dağlıq Qarabağın Azərbaycandan qoparılıb Ermənistana birləşdirilmə-
sinin daha ―etibarlı‖ yolunun silahlı zorakılıqda olduğunu, əslində, ermə-
ni millətçilərinin liderləri də etiraf edirdilər. Məsələn, Levon Ter-Petros-
yan  İrəvanda  təşkil  edilmiş  mitinqlərdən  birində  bildirmişdi  ki,  Dağlıq 
Qarabağı qanuni yolla Ermənistana birləşdirmək  mümkün olmasa, onda 
erməni xalqı silahlı mübarizəyə əl atacaqdır (93). Xalqı silahlı mübarizə-
yə qoşmaq üçün isə heç şübhəsiz ki, onu silahlandırmaq lazım idi. L.Ter-
Petrosyanın həmfikirlərindən olan A.Manuçaryan da çıxışlarının birində 
bildirirdi ki, Dağlıq Qarabağın Ermənistana birləşdirilməsinin yeganə yolu 
silahlı mübarizədir (94). 


 
152
 
Dağlıq  Qarabağın  nəzarət  altına  alınmasının  silahlı  yolla  edilməsi 
üçün  1988-ci  ilin  avqustunda  Daşnaksutyun  partiyasının  hərbi  qanadı 
olan ―Depi Yerkir‖  qurumu da fəaliyyətini xeyli genişləndirdi və bu qu-
rum daşnak qərarlarının icrası üçün hərbi vasitələrə diqqəti artırdı (95). 
Qaqik Avakyan adlı müəllif 1988-ci ilin fevral mitinqlərindən sonra 
millətçi qrupların silahlandırılmasının xeyli aktuallıq kəsb etdiyini xatır-
ladaraq  erməni  millətçilərinin  silahlandırılması  yollarına  da  toxunurdu. 
Onun fikrincə, birinci yol – Ermənistanda qeydiyyata alınmamış silahla-
rın toplanması idi. Müəllifə görə, qeydiyyata alınmamış silahlar əsasən II 
Dünya  müharibəsi  dövründən  qalma  silahlar  idi.  Həmin  silahlar  az  ol-
maqla  bərabər,  həm  də  təmirə  ehtiyacı  olan  silahlar idi.  İkinci  yol  –  ov 
tüfəngləri idi. Bu silahların da çox olmadığı qeyd edilir. Bildirilir ki, ov 
tüfəngləri  hakimiyyət  orqanlarının  nəzarəti altında idi.  Vəziyyət  mürək-
kəbləşəndən sonra İttifaq orqanlarının nəzarəti altında satışda olan ov tü-
fəngləri satışdan yığışdırıldı. Üçüncü yol – orta məktəblərdə, mülki-mü-
dafiə  qərargahlarında,  DOSAAF  (Orduya,  Aviasiyaya,  Donanmaya  Kö-
nüllü Yardım Cəmiyyəti) strukturlarında saxlanılan təlim avtomatları idi. 
Bu avtomatlar da çox deyildi və onların da xüsusi təmirə ehtiyacı var idi. 
Bu yollarla ermənilərin silaha olan ehtiyacı ödənə bilməyəndə daxili iş-
lər, hüquq və mühafizə orqanlarının silah anbarlarına basqınlar başlandı. 
Müəllif  qeyd  edir  ki,  Ermənistanın  hüquq-mühafizə  orqanlarının  əmək-
daşlarının çoxu müxalifətə (yəni erməni millətçilərinə) rəğbətlə yanaşır-
dılar və ona görə də onlar çox hallarda öz silahlarını könüllü şəkildə er-
məni millətçilərinə təhvil verirdilər (96). 
Qeyd etmək lazımdır ki, burada söhbət münaqişənin ilkin dövründən 
gedir və o vaxt erməni millətçiləri hərbi anbarlara basqınları hələ başla-
mamışdılar. Məlumdur ki, sonradan məhz hərbi ehtiyatlar erməni millət-
çilərinin silahlandırılmasının başlıca mənbələrindən biri oldu. 
Q.Avakyan yazmasa da 1988-ci ildə erməni millətçilərinin silahlandı-
rılmasının əsas mənbələrindən biri də xarici erməni diasporu idi. Xüsu-
silə,  1988-ci  ilin  dekabrında  Spitakda  baş  verən  zəlzələdən  sonra  ziyan 
görmüş  əhaliyə  kömək  adı  ilə  Ermənistana  çoxlu  sayda  qanunsuz  silah 
da gətirildi. Tədqiqatçı Y.Pompeyev öz kitabında fransalı müxbirlərə is-
tinadən zəlzələ zonasına yardım adı ilə Ermənistana silah daşınmasına da 
toxunmuşdur.  Onun  istinad  etdiyi  məlumatda  bildirilirdi  ki,  Livandan 
İrəvana  gələn  təyyarələrdə  yüngül  və  ağır  silahlar  daşınır.  Belə  yüklər, 
adətən, gecə vaxtı, yalnız ermənilərin nəzarəti altında boşaldılırdı. Məlu-
matda  o  da  bildirilirdi  ki,  indi  İrəvanda,  rayonlarda,  xüsusilə,  Azərbay-


Yüklə 2,28 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə