Nəsrin SÜleymanli



Yüklə 2,28 Mb.
Pdf görüntüsü
səhifə60/100
tarix11.09.2018
ölçüsü2,28 Mb.
#67898
1   ...   56   57   58   59   60   61   62   63   ...   100

 
158
 
çadırlar qurmuş və həmin çadırlarda yerləşmişdilər. Sonradan erməni si-
lahlıları hüquq-mühafizə orqanlarının  vertolyotlarından daha yaxşı mü-
hafizə olunmaq üçün bu çadırlardan əl çəkdilər və kəndlərdə yerləşdilər. 
Erməni silahlıları, adətən, yol qovşaqlarında olan kəndlərdə yerləşirdilər. 
R.Arakelovun yazdığına görə, Ermənistandan gəlmiş silahlıların cəmləş-
diyi kəndlərdən biri Qaladərəsi kəndi idi. Bu kənd Şuşaya aparan yolun 
kənarında  yerləşirdi  və  bu  kənddə  olmaqla  Şuşa  yolunu  nəzarət  altında 
saxlamaq olardı (108). 
Qeyd etmək lazımdır ki, Azərbaycan ərazisinə Ermənistandan göndə-
rilmiş silahlı dəstələr heç də tez-tələsik təşkil edilmiş dəstələr deyildi. Bu 
dəstələr  təşkil  edildikdən  sonra  kifayət  qədər  hazırlıq  keçir  və  sonra  da 
Azərbaycan  ərazilərinə  göndərilirdilər.  Məsələn,  erməni  mənbələrində 
Ermənistanın Proşyan qəsəbəsində təşkil olunmuş silahlı dəstələrin keç-
diyi hazırlıq barədə müxtəsər də olsa məlumat vardır. Daşnaksutyun par-
tiyası  tərəfindən  təşkil  edilən  bu  dəstə  öncə  ayrılıqda  hazırlıq  keçdi,  bu 
dəstəyə  silahdan  istifadə  vərdişləri  öyrədildi.  Sonra  isə  proşyanlıların 
dəstəsi Abovyan şəhərinə göndərildi və burada həmin dəstə digər erməni 
dəstələri ilə birlikdə hərbi təlim məşğələlərində iştirak etdilər. Müəyyən 
hazırlıq müddəti bitəndən sonra proşyanlıların dəstəsi Azərbaycanın Şaum-
yan (kənd) rayonuna göndərildi (109). 
1990-cı ildən etibarən Ermənistanda silahlandırılmış dəstələr tərəfin-
dən  Azərbaycan  ərazilərinin  işğalına  da  başlandı.  İlkin  olaraq  Naxçıvan 
Muxtar Respublikasına aid olan Kərki kəndi erməni silahlıları tərəfindən 
işğal  edildi.  SSRİ-nin  dövlət  orqanları  ölkə  daxilində  belə  işğalçılığın 
başlanmasına heç bir reaksiya vermədi. Qarşılarının alınmadığını görən 
erməni millətçiləri daha da quduzlaşdılar və iki respublikanın sərhədi bo-
yunca yerləşən Azərbaycan kəndlərinə basqınlar və yürüşlər daha da art-
dı. 1990-cı ilin yanvar ayının ortalarında ləğv edilmiş Xüsusi İdarəetmə 
Komitəsinin yerinə Dağlıq Qarabağ üzrə Təşkilat Komitəsinin fəaliyyətə 
başlaması  da  Ermənistanın  silahlı  dəstələrinin  təcavüzkarlığını  artırdı. 
Çünki  Təşkilat  Komitəsinin  yaradılması  Azərbaycanın  Dağlıq  Qarabağ 
üzərindəki  hüquqlarını daha  da  möhkəmləndirdi.  Bu  isə  erməni  millətçi 
dairələrini heç də qane etmirdi və millətçi niyyətlərinin həyata keçirilmə-
si üçün hərbi təcavüz daha da artırıldı. 
SSRİ Daxili İşlər Nazirliyinin Azərbaycanın Ermənistanla sərhəd zo-
lağında  yerləşdirilən  qoşun  qrupunun  komandiri  general-mayor  H.Mal-
yuşkin  öz  xatirələrində  yazırdı  ki,  Ermənistan  milli  ordusu  Ermənistan 
hakimiyyətinin  nəzarətindən  çıxaraq  1990-cı  ildə  Azərbaycanın  sərhəd 


 
159
 
zonasında özünün təlim mərkəzlərini və yeni dəstələrini yaratmağa baş-
lamışdı.  Erməni  millətçiləri  bu  silahlı  dəstələrə  sərhəd  zonasında  yerlə-
şən  kəndlərin  erməni  əhalisini  də  cəlb  edirdi  və  bir  çox  hallarda  yerli 
əhali zorla silahlı dəstələrə yazdırılırdı. İrəvan emissarları sərhəd kəndlə-
rinin  əhalisini  qorxudurdu  ki,  guya  Azərbaycandan  bu  kəndlər  üzərinə 
hücumlar gözlənilir və ona görə onlar da silahlı dəstələrə yazılmalıdırlar. 
General Malyuşkin bildirirdi ki, bu təhdidlərin heç bir əsası yox idi. Çün-
ki onda olan məlumatlara görə, 1990-cı ilin yanvarında Bakıda fövqəladə 
vəziyyət elan olunmuşdu. Sonra Bakıda və Dağlıq Qarabağ ətrafı rayon-
lardakı  silahlı  qurumlar  ləğv  edilmişdi.  Azərbaycan  daxilində  sabitliyə 
və  əmin-amanlığa  səy  göstərilməsi  erməni  millətçilərini  heç  də  maraq-
landırmırdı.  Əksinə,  sərhədboyu  yeni  erməni  dəstələrinin  formalaşdırıl-
ması  və  silahlandırılması  böyük  sürətlə davam  etdirilirdi.  General Mal-
yuşkin  bu  dəstələrin  silah-sursat  və  təchizatla  təmin  olunması  yollarına 
da  toxunurdu.  O,  xüsusilə,  Spitak  zəlzələsindən  əziyyət  çəkənlər  üçün 
gətirilmiş yardımların, o cümlədən geyim əşyalarının hərbi dəstələrin tə-
minatına yönəldildiyini son dərəcə təəccüblə qarşılayırdı. Humanitar yar-
dım  əşyalarının  qeyri-humanist  məqsədlərə  istifadə  edilməsini  o,  ―abır-
sızlıq‖ kimi qiymətləndirirdi (110). 
1990-cı  il  mart  ayının  24-də  erməni  silahlı  dəstələri  Ermənistanın 
Şəmşəddin rayonu istiqamətindən Qazaxın Bağanıs-Ayrım, Pirili, Çaylı 
kəndlərini minaatanlardan və doludağıdan toplardan güclü atəşə tutdular. 
Bu atəş zamanı Bağanıs-Ayrım kəndi daha ciddi dağıntılara məruz qaldı. 
General Malyuşkinin də yazdığına görə, Bağanıs-Ayrım  kəndi daha bö-
yük fəlakətlə qarşılaşdı. Xüsusi işarə əsasında erməni ―boyevikləri‖ ma-
şınlarda kəndə daxil olub dağıntılar törətdilər, evlərə od vurub mal-qara-
nı  özləri  ilə  apardılar.  Erməni  silahlıları  qarşılarına  çıxan  6  nəfəri  qətlə 
yetirdilər. Onların arasında iki qadın və iki aylıq bir uşaq da var idi. İki 
azərbaycanlı milis də bu basqın zamanı qətlə yetirildi və sonra da onların 
meyitlərinə od vuruldu. Bu hadisədən sonra qərara alındı ki, Qazax rayonunun 
əhalisinin təhlükəsizliyini qorumaq ordu bölmələrinə tapşırılsın (111). 
Bununla  belə,  Azərbaycanın  sərhəd  bölgəsində  yerləşən  kəndlərə  er-
məni  silahlılarının  hücumları  heç  də  azalmadı.  Təkcə  1990-cı  ilin  mart 
ayı ərzində sərhəd bölgəsində 68 silahlı qarşıdurma qeydə alınmışdı. Hə-
min qarşıdurmalarda da xeyli dinc azərbaycanlı öldürülmüş və yaralan-
mışdı. 1990-cı ilin ilk üç ayı ərzində isə erməni silahlı dəstələrinin Azər-
baycanın  yaşayış  məntəqələri  üzərinə  122  basqını  qeydə  alınmışdı.  Er-


Yüklə 2,28 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə