Nəsrin SÜleymanli



Yüklə 2,28 Mb.
Pdf görüntüsü
səhifə56/100
tarix11.09.2018
ölçüsü2,28 Mb.
#67898
1   ...   52   53   54   55   56   57   58   59   ...   100

 
149
 
Mövcud olan məlumatları təhlil etməklə belə bir qənaətə gəlmək olar 
ki, Dağlıq Qarabağ münaqişəsinin fəal fazaya qədəm qoymasından xeyli 
əvvəl bu bölgənin qoparılması üçün erməni millətçiləri daha çox iki plan 
üzərində düşünürdülər – birincisi, sovet rəhbərliyinin  vasitəsi ilə Dağlıq 
Qarabağı Azərbaycandan qoparıb Ermənistana birləşdirmək; ikincisi, bi-
rinci plan baş tutmayacağı halda silahlı təcavüz yolu ilə Dağlıq Qarabağı 
Azərbaycandan  qoparmaq.  Qeyd  etmək  lazımdır  ki,  hər  iki  istiqamətdə 
də kifayət qədər fəal iş aparılırdı. 
M.S.Qorbaçov  SSRİ  rəhbəri  seçilən  kimi  erməni  millətçiləri  Dağlıq 
Qarabağın Azərbaycandan qoparılması üçün yenidən əməli işə keçdilər. 
Bu  məsələ  1985-ci  ilin  dekabrında  Daşnaksutyun  partiyasının  Afinada 
təşkil olunan XXIII qurultayında müzakirə edildi və qurultay ―Böyük Er-
mənistan‖ uğrunda mübarizəni genişləndirməyi və bunun üçün də yaran-
mış  əlverişli  vəziyyətdən  istifadə  etməyi  tövsiyə  etdi  (84).  Əslində, 
1985-ci ildə Azərbaycan torpaqlarının hissə-hissə qoparılmasına da baş-
lanmışdı.  Həmin  ildə  Azərbaycan  rəhbərliyi  Ermənistan  rəhbərliyinin 
qarşısında güzəştə gedərək Qazax rayonu  ərazisində 2105 hektar torpaq 
sahəsinin Ermənistana verilməsinə razı oldu. Bu torpaq sahəsinin Ermə-
nistana verilməsi ilə Bağanıs-Ayrım və Yuxarı Əskipara kəndləri də Er-
mənistanın əhatəsində qalmalı oldu ki, gələcəkdə onların da ermənilər tə-
rəfindən işğalına əlverişli zəmin yaradıldı (85). 
Qarabağ münaqişəsinin liderlərindən olan İqor Muradyan ingilis jur-
nalisti Tomas de Vaala verdiyi müsahibəsində, əslində, Dağlıq Qarabağ 
münaqişəsinə 1988-ci ildən xeyli əvvəl hazırlıq başladığını və bu istiqa-
mətdə  silahlı  qarşıdurmanın  istisna  edilmədiyini  təsdiq  edirdi.  O,  etiraf 
edirdi ki, hələ 1986-cı ilin yayında daşnakların vasitəsi ilə xaricdən gəti-
rilmiş  yüngül  silah  partiyası  Qarabağa  göndərildi.  O,  bəyan  edirdi  ki, 
sonradan bu silahların gətirilməsi müntəzəm xarakter aldı və Qarabağda 
olan  bütün  təşkilatlar  silahlandırıldı.  Onun  sözlərinə  görə,  hətta  yerli 
komsomol işçilərinin də şəxsi silahları var idi (86). 
1986–87-ci  illərdə  Qarabağın  daxilində  silah  əldə  etmək  elə  də  asan 
deyildi.  Lakin  bu  problemin  gələcəkdə  həllinə  kömək  edə  biləcək  bəzi 
addımların  atılması  erməni  millətçilərinin  diqqət  mərkəzində  idi.  Möv-
cud olan faktlar onu deməyə əsas verir ki, erməni millətçiləri hələ 1986–
87-ci  illərdən  başlayaraq  Xankəndində  yerləşən  366-cı  motoatıcı  alayın 
strukturunun  və  hərbi-texniki  təchizatının  təkmilləşdirilməsinə  erməni 
millətçiləri  xüsusi  maraq  göstərirdilər.  Qərargahı  Bakıda  yerləşən  4-cü 
ordu  komandanının  müavinlərindən  biri  olan  general  Aslanyanın  təşəb-


 
150
 
büsü və himayəsi ilə 366-cı alayın tərkibində reaktiv divizion, ağır qau-
bitsa divizionu, tankdan müdafiə divizionu və iki tank taborunun təşkili-
nə başlandı, alaya piyada döyüş maşını və digər texnika verildi. Bu sada-
lanan  strukturlar əslində piyada alayının tərkibində olmalı deyildi. Gene-
ral Aslanyan tərəfindən belə bir bəhanə ortaya atıldı ki, 366-cı alay həm 
İran, həm də Türkiyə sərhədinə yaxındır və bu ölkələrdən təhlükə gözlə-
niləcəyi  anda  adıçəkilən  alay  müdafiənin  öz  xəttində  qərar  tutmalı  ola-
caqdı. Ona görə də bu alayın möhkəmləndirilməsi zəruri hesab olunurdu (87). 
Məlumdur  ki,  Dağlıq  Qarabağ  münaqişəsinin  aktiv  fazaya  qədəm 
qoyduğu vaxt bu alayın zabit heyətinin böyük bir hissəsini ermənilər təş-
kil edirdilər və alayın özü də erməni terror dəstələrinin silahlandırılması-
nın mühüm bazalarından biri oldu. 
1986 və xüsusilə 1987-ci ildə Dağlıq Qarabağdakı gizli millətçi təşki-
latların  silahlandırılması  az-çox  Ermənistan  hesabına  aparılırdı.  1987-ci 
ildən etibarən Ermənistanda müxtəlif millətçi qrupların yaranmasına baş-
landı. Belə millətçi qruplardan biri Arkadi Karapetyan adlı birisi tərəfin-
dən  yaradılmışdı.  Erməni  mənbələrinin  məlumatına  görə,  A.Karapetyan 
hələ  1979-cu  ildə  gizli  millətçi  qrup  yaratmışdı.  1987-ci  ildən  etibarən 
isə o, gizli milli-azadlıq təşkilatının koordinatoru oldu və millətçi mitinq-
lərin təşkilində yaxından iştirak etdi (88). A.Karapetyan sonradan ―Artsa-
xın azadlığı ordusu‖ adlandırılan silahlı qurumun komandanı oldu. 
1987-ci ilin sonunda Şəmkir rayonunun Çardaxlı kəndində baş verən 
hadisələr zamanı da yerli ermənilərin silaha malik olması haqqında mə-
lumatlar  vardır.  Erməni  millətçiləri,  İrəvandan  gəlmiş  emissarlar  təkcə 
Dağlıq Qarabağ ərazisində deyil, Azərbaycanın Şaumyan (kənd), Xanlar, 
Şəmkir rayonu ərazisində ermənilərin yaşadığı kəndlərdə də millətçi təb-
liğat  aparır,  yerli  əhalini  Azərbaycan  rəhbərliyinə itaətsizliyə  sövq  edir-
dilər.  Bütünlükdə,  qeyd  etmək  lazımdır  ki,  erməni  millətçiləri  yalnız 
DQMV-ni Azərbaycandan qoparmaqla kifayətlənmək istəmirdilər. Onlar 
Qazax və Tovuz rayonlarının həmsərhəd məntəqələrində gərginlik yara-
dır, Şaumyan (kənd) rayonuna bütünlüklə, Daşkəsən, Xanlar və Şəmkir 
rayonlarının  isə  ermənilər  yaşayan  kəndlərinə  iddialar  irəli  sürür  və  bu 
kəndlərdən keçən xətt boyu Azərbaycan ərazilərinin işğalını planlaşdırır-
dılar. Bu baxımdan erməni planlarının ucqar nöqtəsində yerləşən Çardax-
lı kəndi də ermənilərin xüsusi diqqət mərkəzində idi. Burada separatizmin 
dərinləşdirilməsi üçün erməni millətçiləri 1987-ci ildə Ermənistanda ya-
şayan bir ermənini Çardaxlı camaatına kolxoz sədri seçdilər (89). Onun 
millətçi-separatçı  fəaliyyəti  tezliklə  aydın  oldu.  Rayon  rəhbərliyi  də  bu 


Yüklə 2,28 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə