Nəsrin SÜleymanli



Yüklə 2,28 Mb.
Pdf görüntüsü
səhifə53/100
tarix11.09.2018
ölçüsü2,28 Mb.
#67898
1   ...   49   50   51   52   53   54   55   56   ...   100

 
142
 
Xocalıdakı aeroportun Yevlax aeroportunun filialı olmasına, vilayət tele-
viziya mərkəzinin Şuşadakı yüksəklikdə yerləşməsinə, radio-telefon xət-
lərinin köhnəlməsinə, Sərsəng su anbarından Azərbaycanın digər rayon-
larına su verilməsinə, vilayətdə ət kombinatının olmamasına, bir çox sə-
naye obyektlərinin son məhsulun əldə edilməsi üçün hesablanmamasına 
və s. öz etirazını bildirirdi. 
Müəllif  bir  sıra  digər  xarakterik  olmayan  məsələlərə  də  toxunur  və 
DQMV-nin  dövrün  reallıqları ilə  uyğunlaşmayan  bir  mənzərəsini  yarat-
mağa çalışırdı.  Heç şübhəsiz ki, DQMV-nin Azərbaycan SSR tərkibində 
qazandığı iqtisadi uğurlara toxunulmurdu. Bununla S.Zolyan da dolayısı 
yolla Dağlıq Qarabağ münaqişəsinin başlanmasının vilayətin iqtisadi ge-
riliyi ilə əlaqələndirilməsinə haqq qazandırırdı. 
Qeyd  etmək  lazımdır  ki,  münaqişənin  ilkin  dövründə  SSRİ  rəhbərli-
yində də  hadisələrin başlanmasının DQMV-nin sosial-iqtisadi çətinliklə-
ri ilə əlaqələndirmək meyilləri var idi. Lakin İttifaq rəhbərliyinin mövqe-
yi heç də erməni millətçilərinin mövqeyi kimi ifrat deyildi. İqtisadiyyatla 
bağlı ola biləcək gərginliyin aradan qaldırılması üçün Sov.İKP Mərkəzi 
Komitəsi  və  SSRİ  Nazirlər  Soveti  1988-ci  il  martın  24-də  ―Azərbaycan 
SSR Dağlıq Qarabağ Muxtar Vilayətinin 1988–1995-ci illərdə sosial-iq-
tisadi  inkişafının  sürətləndirilməsi  tədbirləri  haqqında‖  adlı  qərar  qəbul 
etdi. Bu qərarda SSRİ rəhbərliyi sovet hakimiyyəti illərində Dağlıq Qara-
bağın sürətli inkişaf etdiyini, xalq təsərrüfatının material-texniki bazası-
nın  möhkəmləndirilməsi  sahəsində  uğurlar  əldə  edildiyini  qeyd  edirdi. 
Bildirilirdi ki, son üç beşillik ərzində sənaye məhsullarının inkişafı 3 də-
fə, kənd təsərrüfatı məhsullarının istehsalı isə 1,5 dəfə artmışdır. Bundan 
başqa, vilayətin respublika və ümumittifaq əmək bölgüsündə iştirakının 
artmasına, inteqrasiya proseslərinin genişlənməsinə, əhalinin yaşayış sa-
həsi,  kitabxana  və  klublarla  təminatının  yaxşılaşmasına  da  toxunulurdu. 
Qərarda  müəyyən  nöqsanlı  halların  mövcudluğu  da  qeyd  olunurdu.  La-
kin bu nöqsanlı hallar daha çox vilayətin rəhbərliyinin işi ilə əlaqələndi-
rilirdi. Məsələn, ictimai istehsalın səmərəliliyinin azalması, əsasən, tikin-
ti planına  əməl edilməməsi, əmək kollektivlərində intizamın zəifləməsi, 
istehsal planının yerinə yetirilməsinə məsuliyyətin azalması, yerli rəhbər 
təşkilatların təşkilati rolunun aşağı düşməsi, kütlələr arasında siyasi-par-
tiya işinin zəifləməsi və s. (68). 
Dağlıq  Qarabağ  münaqişəsinin  başladığı  tarixə  DQMV-də  sosial-iqti-
sadi vəziyyətin heç də erməni ideoloqlarının təsvir etdiyi kimi olmadığı və 
bu məsələnin Dağlıq Qarabağ münaqişəsinin başlanması üçün bəhanə ol-


 
143
 
duğunun əsassızlığı barədə artıq xeyli yazılar və araşdırmalar işıq üzü gör-
müşdü.  Həmin  araşdırmalar  əsasında  demək  mümkündür  ki,  1970–86-cı 
illərdə  Azərbaycan  SSR-də  sənaye  məhsullarının  istehsalı  3  dəfə  artdığı 
halda, DQMV-də 3,25 dəfə artmışdı. Bu inkişaf, əsasən, əsas fondların is-
tifadəyə verilməsinə görə əldə edilmişdi. Vilayətdə əsas fondların 1986-cı 
ildə  istifadəyə  verilməsi  1970-ci  illə  müqayisədə  3,1  dəfə  artmışdı.  Res-
publika üzrə orta göstərici isə 2,45 dəfə idi. Sosial inkişafın əsas göstəri-
cilərinə görə də DQMV ümumrespublika səviyyəsindən irəli idi (69). 
Bu  rəqəmlər  başqa  ədəbiyyatda  da  öz  əksini  tapmışdır.  R.Arakelov 
isə qeyd edirdi ki, vilayət əhalisinin iqtisadi imkanları o qədər yaxşı idi 
ki, hətta münaqişənin başlanmasından üç il sonra da onların yaşayışında 
maddi sıxıntı duyulmurdu. Müəllif sonra da təəssüflə yazırdı ki, erməni 
millətçiləri yaxşı yaşamalarına baxmayaraq, öz millətçiliyini ağır iqtisadi 
vəziyyət bəhanəsi ilə pərdələməyə çalşırdılar. Bunu isə o, alçaqlıq və ya-
lan kimi qiymətləndirirdi (70). 
Erməni  millətçilərinin  bu  yalanlarının  və  bəhanələrinin  əsassızlığını 
sübut  etmək  üçün  hələ  münaqişənin  ilk  dövründə  Azərbaycanın  kütləvi 
informasiya  vasitələrində  bir  sıra  təhlili  yazılar  işıq  üzü  gördü.  ―Vışka‖ 
qəzetinin 24 fevral 1988-ci il tarixli  nömrəsində DQMV-nin sosial-iqti-
sadi inkişafı xeyli ətraflı təhlil edilmişdir. Burada vilayətin son 15 il ər-
zində iqtisadi inkişafına toxunulur və bildirilir ki, bu müddət ərzində sə-
naye  istehsalı  3  dəfədən  çox  artmışdı. Vilayətdə  yüngül  sənayenin,  ma-
şınqayırmanın xeyli inkişaf etdiyi və bu sənaye sahələrinin respublikanın 
digər  rayonları  ilə  sıx  inteqrasiya  olduğu  vurğulanır.  Yazıda  Ağdam-
Xankəndi dəmir yolu xəttinin, Yevlax-Xankəndi qaz kəmərinin işə salın-
masının  iqtisadiyyatın  inkişafına  müsbət  təsir  göstərdiyi  bildirilir.  Bu-
rada açıqlanan rəqəmlərdən aydın olur ki, Xankəndi sakinləri gündəlik ət 
və süd istehsalına görə yalnız Bakıdan geri qalır. Respublikanın digər ra-
yonlarından və şəhərlərindən isə Xankəndi xeyli irəlidə idi (71). 
―Bakinski raboçi‖ qəzetinin 11 mart 1988-ci il tarixli nömrəsində isə 
məsələyə  daha  geniş  şərh verilmişdir.  Bu  yazıda  son  16  il  ərzində  vila-
yətdə sənaye məhsullarının istehsal sürətinin 3,23 dəfə artdığı qeyd olu-
nur ki, bu da ümumrespublika göstəricisindən yuxarı idi. Bütünlükdə ya-
zıda DQMV-nin iqtisadiyyatı inkişaf edən və artan bir iqtisadiyyat kimi 
xarakterizə olunurdu. Bu, özünü aşağıdakı sahələrdə göstərirdi. Vilayət-
də  çoxsahəli  sənaye  strukturu  yaradılmışdı.  Həmin  struktura  elektrotex-
nika,  ağac  emalı,  tikinti  materialları,  yüngül  və  yeyinti  sənayeləri  daxil 
idi. Son onilliklər ərzində istifadəyə verilən yaşayış sahələrinə, məktəbə-


Yüklə 2,28 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə