Nəsrin SÜleymanli



Yüklə 2,28 Mb.
Pdf görüntüsü
səhifə54/100
tarix11.09.2018
ölçüsü2,28 Mb.
#67898
1   ...   50   51   52   53   54   55   56   57   ...   100

 
144
 
qədər müəssisələrə və səhiyyə obyektlərinə, habelə kapital qoyuluşunun 
ümumi həcminə görə vilayət göstəriciləri ümumrespublika göstəricilərin-
dən  qabaqda  idi.  Dağlıq  Qarabağ  münaqişəsinin  başlanması  ərəfəsində 
DQMV ipək istehsalı üzrə respublikada ikinci mərkəzə çevrilmişdi. Kon-
kret  olaraq  isə  respublikada  istehsal  olunan  ipəyin  25  faizi  DQMV-nin 
payına  düşürdü.  Yeyinti  sənayesi  sahəsində  süd,  ət,  çörək  və  konditer 
məmulatlarının istehsalı xüsusilə inkişaf edirdi. Yeyinti məhsullarının is-
tehsal həcminə və istehlakına görə də DQMV respublika rayonları və şə-
hərləri arasında öncül yerlərdən birini tuturdu. DQMV həm də respubli-
kanın  qabaqcıl  kənd  təsərrüfatı  mərkəzlərindən  biri  idi. Vilayətdə isteh-
sal  olunan  kənd  təsərrüfatı  məhsulları  respublika  istehsalının  3,2  faizini 
təşkil edirdi (72). 
 Kapital qoyuluşu sahəsində də vilayətdə xeyli işlər görülmüşdü. So-
nuncu  beşillik  ərzində  vilayətin  energetika  təsərrüfatının  inkişafına  əv-
vəlki üç beşilliklə müqayisədə 1,4 dəfə çox kapital yatırılmışdı. Münaqi-
şənin  başlanmasından  əvvəlki  üç  beşillik  ərzində  vilayətin  mürəkkəb 
dağlıq ərazilərində 1300 km yüksəkgərginlikli elektrik xətləri çəkilmişdi. 
Sənaye  müəssisələrinin  tikintisinə  isə  daha  çox  kapital  yatırılmışdı. 
1971–1985-ci illərdə bu sahəyə 483 milyon rubl vəsait istiqamətləndiril-
mişdi.  Bu  vəsait  1955–1970-ci  illər  ərzində  yatırılmış  sərmayədən  2,8 
dəfə çox idi. Sosial infrastrukturun inkişafına isə 1971–1985-ci illərdə 45 
milyon  rubl  ayrılmışdı.  Vilayətin  bütün  rayon  mərkəzləri  asfalt  yollarla 
respublikanın magistral yollarına birləşdirilmiş, vilayət daxilindəki yollar 
şəbəkəsi  təkmilləşdirilmişdi.  Vilayətin  iqtisadi  inteqrasiyası  da  diqqət 
mərkəzində  saxlanılırdı.  Burada  istehsal  olunan  məhsulların  yarıya  qə-
dəri  vilayətdən  kənara  göndərilirdi.  Sovet  iqtisadiyyatının  11-ci  beşilli-
yində  sosial  tədbirlərin  maliyyələşdirilməsinə  140  milyon  rubl  ayrıldı. 
Bu  vəsait  9-cu  beşillikdəkindən  40  faiz  çox  idi.  Yalnız  1987-ci  ildə  bu 
məqsədlə  37,7  milyon  rubl  vəsait  ayrılmışdı  ki,  bu  da  1986-cı  ildəkinə 
nisbətən  17,8  faiz  artıq  idi.  Respublika  üzrə  isə  bu  artım  8,6  faiz  təşkil 
edirdi. 1961–87-ci illərdə vilayətin daxilində 1 miyon 400 min kvadrat-
metr yaşayış sahəsi istifadəyə verilmişdi. 1986–87-ci illərdə (11-ci beşil-
liyin  ilk  iki  ilində)  124  min  kvadratmetr  yaşayış  sahəsi  istifadəyə  veril-
mişdi ki bu da 10-cu beşilliyin ilk iki ilinə nisbətən 1,6 faiz çox idi (73). 
Bu  təhlili  materialda  vilayətin iqtisadi  inkişafını  göstərən  bir sıra di-
gər  rəqəmlər  və  faktlar  da  mövcuddur.  Bununla  belə,  vilayətin  iqtisadi 
inkişafına  mane  olan  problemlərdən  də  yazıda  söz  açılır.  Bu  problem-


 
145
 
lərin bir hissəsi mərkəzi orqanlara (sovet) bağlı idisə, bir hissəsi də vila-
yət daxilində təşkilatçılıq işlərinin aşağı olması ilə bağlı idi. 
Yuxarıda qeyd edildiyi kimi, bəzi erməni müəllifləri Bakıda çap olu-
nan statistik məlumatları şübhə altına almağa meyl edirdilər. 1973-cü il-
də erməni müəllifləri tərəfindən hazırlanan və Bakının müdaxiləsi olma-
dan  Xankəndində  çap  olunan  DQMV-nin  yaradılmasının  50  illiyi  haq-
qındakı  məlumat-sorğu  kitabının  materialları  da  DQMV-də  sürətli  iqti-
sadi inkişafın getdiyini göstərir (74). 
Nəhayət,  Dağlıq  Qarabağ  münaqişəsi  başlanan  zaman  Azərbaycan 
KP MK-da iqtisadiyyat şöbəsinin müdiri olmuş akademik  Z.Səmədzadə 
bu məsələ ilə bağlı öz müsahibələrinin birində DQMV-nin sovet dövrün-
də iqtisadi inkişafı ilə bağlı tutarlı faktlar açıqlamışdır. O, sonra da fikri-
ni belə tamamlayırdı ki, Dağlıq Qarabağda iqtisadi vəziyyət məhz bu gün 
çıxılmaz vəziyyətdədir. İndi Dağlıq Qarabağ bölgəsinin iqtisadi vəziyyəti 
Azərbaycan  Respublikasının  ən  az  inkişaf  etmiş  rayonundan  da  pis  və-
ziyyətdədir.  Bölgənin  belə  hala  qalması  isə  erməni  millətçi-separatiz-
minin apardığı siyasətin nəticəsidir. 
Vilayətin  iqtisadi  geriliyinin  aradan  qaldırılması  məqsədi  ilə  erməni 
millətçiləri  bölgədəki  bütün  sənaye  və  təsərrüfat  müəssisələrinin  Azər-
baycan SSR orqanlarına tabeliyindən çıxarılması ideyasını da irəli sürdü-
lər. Moskvadakı himayədarlarının yardımı ilə çox tezliklə bu istiqamətdə 
erməni  millətçilərini  qane  edəcək  qərarların  qəbul  olunmasına  başlandı. 
Xüsusilə  1989-cu  ilin  yanvarında  Dağlıq  Qarabağda  Xüsusi  İdarəetmə 
Komitəsinin fəaliyyətə başlamasından sonra bu proses ermənilərin xeyri-
nə sürətlə icra olundu. DQMV-də Xüsusi İdarəetmə Komitəsinin tətbiqi 
SSRİ Ali Soveti Rəyasət Heyətinin 12 yanvar 1989-cu il tarixli iclasında 
qərara alındı. Bu Komitənin rəhbəri və üzvləri kimi mərkəzin ermənipə-
rəst  məmurları  seçildilər  və  onların  vəsatəti  ilə  SSRİ  Nazirlər  Soveti 
1989-cu il may ayının 6-da DQMV-nin bütün iqtisadiyyatının Azərbay-
can  SSR  tabeliyindən  çıxarılaraq SSRİ nazirliklərinə tabe etdirilməsi haq-
qında qərar qəbul etdi (75). 
Bu o demək idi ki, Azərbaycan orqanları  Dağlıq Qarabağ Muxtar Vi-
layəti ərazisində olan bütün istehsal sahələri üzərindəki nəzarəti itirdilər. 
Həmin istehsal sahələri ölkə strukturları tərəfindən idarə olunmalı və nə-
zarət edilməli idi. Belə qərarın qəbul edilməsi erməni millətçilərinin ürə-
yincə idi. Çünki Dağlıq Qarabağın istehsalat müəssisələrinin Azərbayca-
nın  nəzarətindən  çıxması  vilayətin  Azərbaycandan  yadlaşdırılmasının 
əsasının qoyulması demək idi. Əslində, onların məqsədi Dağlıq Qarabağın 


Yüklə 2,28 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə