Nəsrin SÜleymanli



Yüklə 2,28 Mb.
Pdf görüntüsü
səhifə62/100
tarix11.09.2018
ölçüsü2,28 Mb.
#67898
1   ...   58   59   60   61   62   63   64   65   ...   100

 
162
 
qeyri-qanuni  silahlı  erməni  dəstələrinin  ləğv  edilməsi  haqqında  məsələ 
qaldırdılar.  Dağlıq  Qarabağ  ətrafında  baş  verən  hadisələrin  mahiyyəti 
haqqında qurultay iştirakçılarında daha obyektiv təsəvvürün yaradılması 
baxımından  DQMV  fövqəladə  rayonunun  komendantı  general-mayor 
V.Safonovun maraqlı çıxışı oldu. General V.Safonov Dağlıq Qarabağda 
mərkəzin nümayəndəsi idi və onun tərəfsizliyi də şübhə doğurmurdu. O 
əvvəlcə öz çıxışında Dağlıq Qarabağda erməni-ekstremist silahlı qrupla-
ra qarşı aparılan reydlərin nəticələrinin statistikası ilə qurultay nümayən-
dələrini tanış etdi. Bildirdi ki, 1990-cı ilin birinci yarısında Sovet Ordusu 
hissələrinin, Daxili İşlər Nazirliyinin və Dövlət Təhlükəsizliyi Komitəsi-
nin əməkdaşlarının iştirakı ilə vilayət daxilində 80-dən artıq xüsusi əmə-
liyyat  keçirilib.  Bu  əməliyyatların  gedişində  350  kq  partladıcı  maddə, 
1200 ədəd yivli və yivsiz silahlar, 10 minlərlə güllə, 45 ədəd radiostansi-
ya, 180 ədəd doludağıdan top, 1800 ədəd mərmi ələ keçirilmişdi. Gene-
ral xüsusi olaraq qeyd etdi ki, bu silah və sursatın 90 faizi erməni ekstre-
mistlərindən  toplanmışdır.  Vilayətdə  qanunsuzluqlar  yaradan  erməni  si-
lahlıları  qurultay  iştirakçıları  qarşısında  ekstremist  adlandırıldılar  (116). 
Baxmayaraq  ki,  indi  erməni  millətçi  ideoloqları  onları  Dağlıq  Qarabağ 
ermənilərinin öz müqəddəratını müəyyənləşdirmək uğrunda aparılan mil-
li-azadlıq hərəkatının üzvləri kimi təqdim etməyə çalışırlar. 
Erməni  silahlı  dəstələrinin  üzvlərinin  erməni  ekstremistləri  olmasını 
V.Safonov çıxışının bir neçə yerində qeyd etmişdir. O əlavə edirdi ki, er-
məni ekstremistlərinə mənsub olan anbarlardan 139 dəst geyim (onların 
arasında hərbi geyimlər çoxluq təşkil edirdi) və 30 ton ərzaq götürülmüş-
dür.  40  dəfə  qoşun  dəstələrinə  atəşlər  açılmışdı  və  bu  zaman  bir  neçə 
hərbi  qulluqçu  qətlə  yetirilmişdi.  General  Safonov  qətlə  yetirilən  hərbi 
qulluqçuların adlarını da sadaladı və qeyd etmək lazımdır ki, həmin hərbi 
qulluqçular da erməni silahlıları tərəfindən qətlə yetirilmişdilər. Çıxışın-
da  general  Safonov  DQMV-dəki  vəziyyəti  aşağıdakı  kimi  xarakterizə 
edirdi: 
– Dağlıq Qarabağ Muxtar Vilayətində vəziyyət mürəkkəb olaraq qal-
maqdadır.  Lakin  burada  təşəbbüs  Respublika  Təşkilat  Komitəsinin  və 
Hərbi  Komendaturanın  əlindədir.  Bu  orqanlar  İttifaq  və  Respublika  or-
qanlarının qərarlarını yerinə yetirmək iqtidarındadırlar; 
– General etiraf edirdi ki, millətçi və ekstremist qüvvələr əhalinin bey-
nini millətçi və separatçı iddialarla, düşmənçilik və nifrət hissələri ilə zə-
hərləyə  bilmişlər.  Eyni  zamanda,  onun  fikrincə,  əhalinin  böyük  hissəsi 
vilayətdə  həyata  keçirilən təxribatların  mənasız  olduğunu  başa  düşürdü. 


 
163
 
Lakin onlar ekstremist qüvvələr tərəfindən təzyiqlərə məruz qalırdılar və 
onların təzyiqləri altında müəyyən fəallıq göstərməklə kifayətlənirdilər
– General qeyd edirdi ki, DQMV-də vəziyyətin gərgin olaraq qalma-
sının günahkarı Azərbaycana ərazi iddiası irəli sürən millətçi qüvvələrdir 
ki, bu iddialar Azərbaycanın suverenliyini pozur. Belə qüvvələr DQMV-
ni öz təxribatçı planlarının oyuncağına çevirməklə xalqa gətirdiyi böyük 
fəlakətlər haqqında düşünmürdülər. Belələri, Azərbaycan və erməni xalq-
ları arasında qarşıdurmanı faciəli həddə çatdırmışdılar. Generala görə və-
ziyyətin  sabitləşdirilməsi  bu  millətçi  qüvvələri  təmin  etmirdi.  Onlar  tö-
rətdikləri əməllərin cəzasına çatacaqlarından, iştirakçısı olduqları maliy-
yə maxinasiyalarının üstünün açılacağından qorxurlar (117). 
General V.Safonov qurultay iştirakçılarının nəzərinə çatdırırdı ki, ha-
zırda  Dağlıq  Qarabağda  maraqlı  tendensiya  müşahidə  olunmaqdadır  – 
dinc yaşamaq, əkin-biçinlə məşğul olmaq istəyən sadə insanların separat-
çı niyyətlər güdən ekstremistlərdən narazılığı artmaqdadır. Onun fikrincə, 
artıq  hamıya  aydındır  ki,  separatçı  qüvvələr  respublikalardakı  demok-
ratik tendensiyaları da öz məqsədlərinə tabe etdirmək istəyirlər. Çıxışının 
sonunda  general  V.Safonov  vəziyyətdən  çıxış  yollarını  aşağıdakılarda 
görürdü: 
– mövcud olan sərhədlərin dəyişdirilməsi cəhdlərindən əl çəkmək, si-
vil cəmiyyətlərdə mövcud olan və ümumi qəbul olunan normalara riayət 
etmək, SSRİ-nin əsas qanunu olan Konstitusiyanın tələblərinə əməl etmək; 
– Ermənistan Respublikasında təşkil edilən və daim konfliktlər yara-
dan silahlı qurumların buraxılması və tərksilah edilməsi haqqında SSRİ 
Prezidenti tərəfindən qərar verilsin. Əks təqdirdə bu millətlərarası müna-
qişə uzun illər ərzində faciəli nəticələrlə davam edəcəkdir; 
–  Ermənistan  tərəfindən  Azərbaycanın  daxili  işlərinə  müdaxilə  edil-
məsinə son qoyulsun. DQMV məsələsi vilayət rəhbərliyi ilə Azərbaycan 
rəhbərliyi  arasında  həll  edilsin.  Çünki  bu  məsələ  Azərbaycanın  daxili 
məsələsidir (118). 
Respublika  ictimaiyyətinin  nümayəndələri  istər  respublika  səviyyəli 
tədbirlərdə,  istər  İttifaq  səviyyəli  tədbirlərdə  təkrar-təkrar  Azərbaycanın 
suverenliyinə təcavüz edən qanunsuz erməni silahlı dəstələrinin buraxıl-
ması  və  tərksilah  edilməsi  haqqında  tələblər  irəli  sürəndən  sonra  SSRİ 
rəhbərliyi bu məsələyə aid qərar qəbul etdi. 1990-cı il iyul ayının 25-də 
nəhayət  ki,  SSRİ  Prezidenti  ―SSRİ  qanunvericiliyində  nəzərdə  tutulma-
mış  silahlı  dəstələrin  yaradılmasını  qadağan  etmək  və  qanunsuz  silah 
saxlandığı  halda  onları  almaq  haqqında‖  fərman  imzaladı.  Azərbaycan 


 
164
 
ictimaiyyətində belə bir ümid yarandı ki, bu fərmanın icrası ilə Ermənis-
tanda formalaşdırılan və Dağlıq Qarabağa və Azərbaycan  ərazisində er-
mənilər  yaşayan  digər  məntəqələrə  göndərilən  qanunsuz  erməni  silahlı 
dəstələri ləğv ediləcək və bununla da Azərbaycanın daxili işlərinə silahlı 
müdaxiləyə son qoyulacaqdır. Qanunsuz erməni silahlı dəstələrinin ləğv 
ediləcəyi təqdirdə Dağlıq Qarabağda da silahlı separatizmin qarşısını al-
maq və vilayətdə qanunsuzluğu bərpa etmək mümkün ola bilərdi. Lakin 
Ermənistan  hökuməti  ölkə  prezidentinin  fərmanını  qəbul  etmədi.  Ölkə 
rəhbərliyi isə imzaladığı fərmanın icrası üçün heç bir qətiyyət göstərmədi. 
Fərmanın  imzalanmasından  dərhal  sonra  ―Krasnaya  Zvezda‖  qəzetinin 
müxbirləri  ilə  görüşən  Erməni  Milli  Ordusu  Hərbi  Şurasının  sədri  Var-
dan  Vardanyan  bildirirdi  ki,  SSRİ  Prezidentinin  fərmanı  çox  gecikmiş 
bir fərmandır. İndi mən öz silahımı heç kimə vermərəm. Bu silahı ancaq 
məni öldürəndən sonra əlimdən almaq olar. V.Vardanyanla birlikdə qan-
unsuz  hərbi  qurumların    digər  rəhbərləri  də  heç  bir  vəchlə  silahlarını 
təhvil verməyəcəklərini bildirdilər. Həmin komandirlər bildirmişdilər ki, 
onların ixtiyarında  hətta  ―yer-yer‖  və  ―yer-hava‖  tipli  raketlər  də  var  və 
onlar könüllü şəkildə tərksilah olmaq fikrində deyildirlər (119). 
Ermənistan rəhbərliyi SSRİ Prezidentinin fərmanının icrasından imti-
na  etdi.  Ermənistan rəhbərliyi  də  yaxşı  anlayırdı  ki,  həmin  fərmanı  icra 
etməklə  Azərbaycan  ərazilərinin  işğalına  nail  olmayacaq.  Bu  məqsədlə 
1990-cı il iyul ayının 31-də Ermənistan SSR Ali Soveti öz iclasında SSRİ 
Prezidentinin  25  iyul  1990-cı  il  tarixli  fərmanının  Ermənistan  SSR  və 
DQMV ərazisində dayandırıldığı barədə qərar qəbul etdi (120). Yəni, əs-
lində, Ermənistan mərkəzi dövlətə, SSRİ rəhbərliyinə qarşı itaətsizlik nü-
mayiş  etdirdi.  Bu  itaətsizliyi  Ermənistanın  mərkəzi  dövlət  orqanlarına 
qarşı siyasi qiyamı kimi də qiymətləndirmək olardı. Lakin mərkəzi döv-
lət  orqanları  və  SSRİ  rəhbərliyi  Ermənistanın bu itaətsizliyinin    qarşısı-
nın alınması üçün heç bir qətiyyət nümayiş etdirmədi. 
Bu isə erməni millətçilərini azğınlaşdırdı və onların formalaşdırılması 
daha  da  sürətləndirildi.  Eyni  zamanda  bu  qanunsuz  silahlı  dəstələrin 
Azərbaycana qarşı təcavüzkarlığı artdı. 1990-cı il avqust ayının 20–21-də 
erməni qanunsuz silahlı dəstələri vertolyotların müşayiəti ilə Qazax rayo-
nunun Bağanıs-Ayrım kəndinə hücuma keçdilər. Bu kənd ətrafında döyüş-
lər  bir  neçə  gün  çəkdi.  Ermənilər  doludağıdan  toplara,  avtomat  və  mina-
atanlara malik idilər. Kəndi Sovet Ordusunun və SSRİ Daxili Qoşunlarının 
hərbi qulluqçuları mühafizə edirdilər. Lakin onlar da erməni silahlılarının 
qarşısını  saxlaya  bilmədilər.  Kənd  işğal  edilərək  yandırıldı.  Döyüşlərin 


Yüklə 2,28 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə