Nəsrin SÜleymanli



Yüklə 2,28 Mb.
Pdf görüntüsü
səhifə65/100
tarix11.09.2018
ölçüsü2,28 Mb.
#67898
1   ...   61   62   63   64   65   66   67   68   ...   100

 
171
 
Məlumdur  ki,  erməni  millətçiləri  və  İrəvan  emissarları  Dağlıq  Qara-
bağ ermənilərinin öz iradəsini ―azad şəkildə ifadə etməsi üçün‖ 1988-ci 
il fevralın 20-də Xankəndində DQMV Xalq Deputatları Sovetinin növbə-
dənkənar  sessiyasını  təşkil  etdilər.  Həmin  sessiyada  Dağlıq  Qarabağın 
Ermənistana  verilməsi  haqqında  Azərbaycan  SSR  və  Ermənistan  SSR 
Ali  Sovetləri  qarşısında  vəsatət  qaldırıldı.  Erməni  millətçiləri  bu  qərarı 
Dağlıq Qarabağın qanuni yolla Azərbaycandan qoparılmasının başlanğıcı 
sayırlar  və  əslində,  bu  qərarda  formal  qanunçuluğun  bəzi  elementlərini 
görmək  mümkündür.  Sessiya  xüsusi  şəraitdə,  xüsusi  təzyiqlər  altında 
toplanmasına  baxmayaraq,  SSRİ  Konstitusiyasına  uyğun  olaraq  həm  də 
Azərbaycan SSR Ali Sovetinə müraciət etdi. Çünki SSRİ Konstitusiyası-
nın 78-ci maddəsinə uyğun olaraq müttəfiq respublikaların sərhədi onla-
rın razılığı olmadan dəyişdirilə bilməzdi (134). 
DQMV Xalq Deputatları Sovetinin 20 fevral 1988-ci il tarixli qərarın-
da  deyilirdi  ki,  DQMV-nin  Azərbaycan  SSR-in  tərkibindən  çıxarılaraq 
Ermənistan SSR tərkibinə verilməsi haqqında Azərbaycan SSR və Ermə-
nistan  SSR  Ali  Sovetləri  qarşısında  vəsatət  qaldırılması  haqqında  depu-
tatların çıxışları eşidildi və müzakirə olundu. Sonra da Xalq Deputatları 
Soveti  qərara  aldı  ki,  DQMV  zəhmətkeşlərinin  arzularını  nəzərə  alaraq 
Azərbaycan SSR və Ermənistan SSR Ali Sovetlərindən xahiş edilsin ki, 
Dağlıq  Qarabağın  erməni  əhalisinin  istəklərinə  həssaslıqla  yanaşsın  və 
DQMV-nin  Azərbaycan  SSR  tərkibindən  çıxarılaraq  Ermənistan  SSR 
tərkibinə  verilməsi  məsələsini  həll  etsin.  Həmin  qərarda,  eyni  zamanda 
DQMV-nin Azərbaycan SSR-in tərkibindən çıxarılaraq Ermənistan SSR 
tərkibinə verilməsinin müsbət həll edilməsi üçün SSRİ Ali Soveti qarşı-
sında da vəsatət qaldırılırdı (135). 
Yəni qərarda bu məqamlar təsbit olunmuşdu ki, DQMV-nin Azərbay-
candan  qoparılması  üçün  ilk  növbədə  Azərbaycan  SSR  Ali  Sovetinin, 
sonra da SSRİ Ali Sovetinin razılığı olmalıdır. Yalnız bu halda DQMV-
nin  Azərbaycandan  qoparılması  hüquqi  şəkildə  həll  edilmiş  olardı.  Mə-
lum idi ki, erməni millətçiləri daha çox mərkəzi orqanlardan öz iddiaları-
na  müsbət  cavab  alacaqlarına  ümid  bağlayırdılar  və  buna  görə  də  SSRİ 
mərkəzi orqanlarına müəyyən təzyiqlər də göstərilirdi. Mərkəzə çoxsaylı 
imzalarla  müşayiət  olunan müraciətlər,  nümayəndə  heyətləri  göndərildi, 
mərkəzi  orqanlarda  çalışan  ermənilər  də  bu  işə  səfərbər  olundular.  Bu-
nunla  belə,  tezliklə  bu  məsələ  ilə  bağlı  mərkəzin  rəsmi  mövqeyi  açıq-
landı.  SSRİ  Ali  Sovetinin  Rəyasət  Heyəti  1988-ci  il  mart  ayının  23-də 
―Dağlıq Qarabağdakı, Azərbaycan SSR və Ermənistan SSR-dəki hadisə-


 
172
 
lərlə  əlaqədar  müttəfiq  respublikaların  müraciətləri  ilə  bağlı  tədbirlər 
haqqında‖ qərar qəbul etdi. Qərarda bildirilirdi ki,  mürəkkəb  milli-ərazi 
məsələlərinin  dövlət  orqanlarına  təzyiqlər  edilməsi  vasitəsi  ilə,  emosiya 
və  ehtirasların  qızışdırılması  yolu  ilə,  SSRİ  Konstitusiyasında  təsbit 
olunmuş  milli-dövlət  və  milli-adminstrativ  sərhədlərin  dəyişdirilməsini 
tələb  edən özbaşına  qurumların  yaradılması  yolu ilə  həllinə  cəhd  göstə-
rilməsi yolverilməzdir. Qərarda o da deyilirdi ki, bu, qarşısıalınmaz nəti-
cələrə gətirib çıxara bilər (136). 
Bununla, SSRİ Ali Sovetinin Rəyasət Heyəti konkret olmasa da milli 
sərhədlərin zor və təzyiqlər vasitəsi ilə dəyişdirilməsinin qeyri-mümkün-
lüyünü erməni millətçilərinə də çatdırdı. Güman etmək olardı ki, Dağlıq 
Qarabağ məsələsini SSRİ qanunları və beynəlxalq hüquq normaları əsa-
sında tam qanuni yolla həll olunduğunu iddia edən erməni ideoloqları tə-
ləblərinin qanunsuzluğu və yolverilməzliyi haqqında mərkəzin mövqeyi-
ni bilib öz əməllərindən əl çəkəcəklər. Əslində, erməni millətçiləri qeyri-
qanuni tələblərindən əl çəkmədilər və Dağlıq Qarabağda bir xaos yaratdı-
lar. Yuxarıda qeyd edildiyi kimi, erməni millətçilərinin iddialarının qeyri-
qanuniliyinə  işarə  olunan  rəsmi  qərarlar  onların  Dağlıq  Qarabağla  bağlı 
çap  etdirdikləri sənədlər  toplusuna  daxil edilməmişdir.  Bu  topluların  ən 
böyüklərindən  biri  erməni  hüquqşünasları  tərəfindən  Moskvada  çap 
olunmuşdur (137). Sözsüz ki, bu kitab həm də informasiya-təbliğat xarak-
teri daşıyır və Dağlıq Qarabağ münaqişəsinin erməni informasiya mode-
linin yaradılması üçün informasiya məkanına çıxarılmış böyük topludur. 
Dağlıq  Qarabağ  münaqişəsinin  erməni  meyilli  informasiya  modelinin 
necə yaradılmasını bu kitabla ilkin tanışlıq da göstərə bilər. Obyektivliyə 
iddia  edən  kitab  müəllifləri  Dağlıq  Qarabağ  münaqişəsinə,  erməni  mil-
lətçiliyinin mahiyyətinə obyektiv yanaşma nümayiş etdirən qərarları, sə-
nədləri bu topluya daxil etməmişlər. O cümlədən, SSRİ Ali Soveti Rəya-
sət Heyətinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bir sıra qərarları, Er-
mənistan Ali Sovetinin Azərbaycanın daxili işlərinə  müdaxiləsi ilə bağlı 
qərarları, Azərbaycan hakimiyyət orqanlarının qərarları bu topluda özünə 
yer tapmamışdır(138). 
1988-ci  il  iyul  ayının  13-də  Azərbaycan  SSR  Ali  Sovetinin  Rəyasət 
Heyəti DQMV Xalq Deputatları Sovetinin 20 fevral 1988-ci il tarixli qə-
rarını müzakirə etdi və DQMV-nin Ermənistan SSR tərkibinə verilməsi-
ni mümkünsüz hesab etdi. Qərarda deyilirdi ki, DQMV-nin hüquqi statu-
su SSRİ və Azərbaycan SSR Konstitusiyasına uyğun olaraq DQMV Xalq 
Deputatları Soveti tərəfindən təqdim olunan və Azərbaycan SSR Ali So-


Yüklə 2,28 Mb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə