Nəsrin SÜleymanli



Yüklə 2,28 Mb.
Pdf görüntüsü
səhifə63/100
tarix11.09.2018
ölçüsü2,28 Mb.
#67898
1   ...   59   60   61   62   63   64   65   66   ...   100

 
165
 
gedişində Azərbaycan tərəfdən 4 nəfər, o cümlədən Sovet Ordusunun bir 
zabiti qətlə yetirildi (121). 
Qazax rayonu istiqamətində Azərbaycan-Ermənistan sərhəd xətti əsas 
cəbhə xəttinə çevrildi. Sərhəd xətti boyunca yerləşən Azərbaycan kənd-
ləri  erməni  silahlılarının  mühasirəsinə  düşdülər.  Ermənistanın  Azərbay-
cana qarşı davam edən təcavüzünün qarşısını almaq məqsədi ilə Azərbay-
can rəhbərliyi avqust ayının 21-də müttəfiq respublikaların ali sovetləri-
nə müraciət etdi. Müraciətdə deyilirdi ki, SSRİ rəhbərliyi Azərbaycanla 
bağlı öz konstitusiya borclarını yerinə yetirmir və Azərbaycana qarşı da-
vam edən silahlı təcavüzün qarşısını almır (122). 
Respublika ictimaiyyətinin və rəhbərliyinin bütün narazılıqlarına bax-
mayaraq  SSRİ  rəhbərliyi  Ermənistanda  qanunsuz  silahlı  dəstələrin  ya-
radılmasını  və  onların  Azərbaycana  qarşı  təcavüzkarlığının  qarşısını al-
madı. Əksinə, qanunsuz silahlı dəstələrin yaradılması və gücləndirilməsi 
Ermənistanda dönməz xarakter aldı. Mövcud olan məlumatlara görə, XX 
əsrin 90-cı illərindən etibarən Ermənistanda təşkil edilən və Dağlıq Qara-
bağın və ətraf rayonların işğalında iştirak edən silahlı dəstələr aşağıdakı-
lardan ibarət idi (123): 
1. Erməni Milli Ordusu, 5000 nəfər, rəhbəri Razmik Vasilyan 
2. Tiqran Mets, 400 nəfər, rəhbəri Armenak Armenakyan 
3. Sasunlu David, 500 nəfər, rəhbəri Arkadi Ter-Tadevosyan 
4. Andranik Zoravar, 400 nəfər 
5. Vrijaruner, 200 nəfər 
6. Daşnaksakaner, 200 nəfər, rəhbəri Tatul Krpeyan 
7. Haydat, 200 nəfər 
8. Muş, 300 nəfər 
9. Nork Maraş, 200 nəfər 
10. Sasun, 100 nəfər, rəhbəri Sasun Mikaelyan 
11. Aşot Yerkat, 250 nəfər 
12. Malatiya-Sebastiya, 200 nəfər, rəhbəri Vaan Zatikyan 
13. Arabo, 200 nəfər, rəhbərləri Manvel Yegizaryan, Simon Açıqgezyan 
14. Parapats Martikner, 300 nəfər, rəhbəri Herbert Mkrtçyan 
15. Hrazdan dəstəsi, 200 nəfər, rəhbəri Zarzane Danielyan 
16. Xaçgəzdirənlər (Krestonossı), 200 nəfər, rəhbəri KaroKax kedjan 
17. Tseqakron, rəhbəri Akop Xaçatryan 
18. Sasna Tsrer, rəhbəri Ruben Gevorqyan 
19. Smertniklər dəstəsi, 150 nəfər, rəhbəri Aleksandr Tamoseyan 
20. Yeqnikner, 400 nəfər, rəhbəri Şaqen Meqryan 


 
166
 
21. Osetin dəstəsi, 36 nəfər, rəhbəri Mirza Abayev 
22. Şuşa dəstəsi, rəhbəri Jirayr Səfilyan 
23. Yerkrap dəstəsi 
24. Nart dəstəsi 
25. Qara pantera, rəhbəri Ruben Yeqoyan 
26. Kobra, rəhbərləri V.Aqasaryan, N.Qulyan 
27. Razmikin qrupu, 80 nəfər, rəhbəri Razmik Petrosyan 
28. Artsiv Maxapartner, rəhbəri Vazqen Sarqsyan 
29. Aknaliç 
30. Eçmiədzin dəstəsi 
31. Hadrut dəstəsi 
32. Sistan dəstəsi 
33. Qafan dəstəsi 
34. Mardakert dəstəsi 
Bu siyahı heç də tam deyil, o cümlədən siyahıdakı dəstələrin üzvləri-
nin sayı da təxminidir. Bütünlükdə, Ermənistan ərazisində qanunsuz si-
lahlandırılmış şəxslərin sayı da yuxarıda göstərilən saydan ibarət deyildi. 
Məsələn, 1990-cı ilin iyul ayında Erməni Milli Ordusunun rəhbərləri ilə 
görüşəndən və dəstələrin formalaşdırılması prosesi ilə tanış olandan son-
ra ―Krasnaya Zvezda‖ qəzetinin müxbirləri Ermənistan ərazisindəki silahlı 
dəstələrin üzvlərinin sayının 10 min nəfər olduğunu yazırdılar (124). Əs-
lində  isə  bunların  daha  çox  olması  haqqında  da  məlumatlar  mövcud  idi. 
Azərbaycan  tərəfindən  isə  belə  dəstələr  formalaşdırılmırdı.  Respublika 
rəhbərliyi Azərbaycanın ərazi bütövlüyünün qorunması üçün bütün ümid-
lərini  SSRİ  rəhbərliyinə  bağlamışdı.  1991-ci  ilin  sonlarına  doğru  SSRİ-
nin  dağılması  rəsmiləşdikcə  Azərbaycan  xalqı  çoxsaylı  silahlandırılmış 
və nizamlanmış erməni silahlı qruplaşmalarının qarşısında müdafiəsiz qal-
dı. Bu da son nəhayətdə Dağlıq Qarabağın və ona bitişik 7 rayonun Er-
mənistan silahlı qüvvələri tərəfindən işğalı ilə sona çatdı.  
Söylənilənləri yekunlaşdıraraq bir daha qeyd etmək lazımdır ki, DQMV-
də  milli-azadlıq  hərəkatı  kimi  təqdim  edilməyə  çalışılan  proseslər –  Er-
mənistanın və beynəlxalq erməni diasporunun həyata keçirdiyi millətçi-
separatçılıq,  Qarabağ  ermənilərinin  özlərini  məhv  olmaqdan  qorumaq 
adlandırılan proses isə – Ermənistan silahlı qüvvələri tərəfindən Azərbay-
can  ərazilərinin  işğal  edilməsi  idi.  Ermənistan  rəhbərlərinin  iddialarının 
əksinə olaraq, Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğal edil-
məsi nüfuzlu beynəlxalq təşkilatların sənədlərində də öz əksini tapmışdır. 
 


 
167
 
3. ĠĢğal edilmiĢ ərazilərdə elan edilmiĢ qondarma qurumun infor-
masiya təqdimatı 
 
Azərbaycan  Respublikasının  ərazilərinin  işğal  olunmasına  ən  kiçicik 
dəstəyin əldə edilməsi üçün Ermənistan hakimiyyəti, beynəlxalq erməni 
diasporu,  erməni  kilsəsi  və  erməni  millətçiliyi  ən  müxtəlif  vasitələrə  əl 
atmağa çalışırlar. Hazırda bu istiqamətdə erməni millətçiləri üçün aktual-
lıq kəsb edən məsələlərdən biri Azərbaycanın işğal olunmuş ərazilərində 
elan edilmiş qondarma qurumun müstəqil dövlət kimi informasiya məka-
nında təqdim edilməsidir. Baxmayaraq ki, dünya dövlətlərinin və nüfuzlu 
beynəlxalq təşkilatların bu məsələ ilə bağlı aydın mövqeyi mövcuddur və 
bu mövqe Azərbaycan Respublikasının keçmiş SSRİ daxilində olan sər-
hədlərini tanıyır, bununla belə qondarma qurumun yanlış təqdimatı erməni 
informasiya-təbliğat fəaliyyətinin  əsas  mövzularından  biri  kimi  qalmaq-
dadır.  Burada  başlıca  prinsip  ondan  ibarətdir  ki,  informasiya  məkanına 
daha çox dezinformasiyalar buraxılsın və bununla da məlumatsız audito-
riyada yanlış təsəvvürlər formalaşdırılsın. 
Azərbaycanın işğal olunmuş ərazilərində elan edilmiş qurumun müs-
təqil dövlət kimi təqdim və təbliğ edilməsinə erməniliyin bütün resursları  
səfərbər  olmuşdur  –  Ermənistanın  prezidentindən  başlamış  jurnalistinə 
qədər ictimai ünsiyyət imkanı olan hər bir şəxs. Bu zaman tarixi faktların 
saxtalaşdırılması,  tarixi  proseslərə  birtərəfli  qiymət  verilməsi,  Azərbay-
cana qarşı iftira və vulqar fikirlər və s. vasitələrdən də imtina edilmir. 
Ermənistanın keçmiş prezidenti R.Köçəryan beynəlxalq auditoriyalar-
dan  birində  çıxışı  zamanı  qeyd  edirdi  ki,  SSRİ  dağılanda  Azərbaycan 
ərazisində iki dövlət yarandı: Azərbaycan SSR ərazisində – Azərbaycan 
Respublikası  və  DQMV  ərazisində  –  Dağlıq  Qarabağ  Respublikası  (?). 
Onun sözlərinə görə, bu dövlətlərin hər ikisi oxşar hüquqi baza əsasında 
yaranmışdır (125). 
Eyni  fikir  hazırkı  Ermənistan  prezidenti  S.Sarkisyan  tərəfindən  də 
səsləndirilmişdir. Başqa sözlə, erməni ideoloqları tərəfindən hazırlanmış 
standart fikir müxtəlif səviyyəli erməni rəsmilərinin dilindən təkrar-tək-
rar səsləndirilməkdədir. O, qeyd edir ki, DQMV SSRİ-nin digər 15 res-
publikası  ilə  birlikdə  sovet  qanunlarına  və  beynəlxalq  normalara  uyğun 
olaraq SSRİ-nin tərkibindən çıxmışdır. İşğal edilmiş ərazilərdə elan edil-
miş  qondarma  qurumun  legitimliyi  görüntüsünü  yaratmaq  üçün  erməni 
ideoloqlarının  informasiya  dövriyyəsinə  buraxdıqları  fikirlərdən  biri  də 
Dağlıq Qarabağın heç vaxt müstəqil Azərbaycanın tərkibində olmaması-


Yüklə 2,28 Mb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə