Nəsrin SÜleymanli



Yüklə 2,28 Mb.
Pdf görüntüsü
səhifə64/100
tarix11.09.2018
ölçüsü2,28 Mb.
#67898
1   ...   60   61   62   63   64   65   66   67   ...   100

 
168
 
dır. Ermənistan prezidenti də öz mülahizələrini arqumentləşdirmək üçün 
bu  standart  ifadəni təkrar  etməyi  lazım  bilirdi.  O,  sonra  əlavə  edirdi  ki, 
hazırda Dağlıq Qarabağ Respublikası (?) baş tutmuş bir dövlətdir və bu 
dövlətin öz institutları, öz ordusu, başlıcası isə öz taleyini özü müəyyən-
ləşdirən vətəndaşları vardır. Ermənistan prezidenti  Dağlıq Qarabağ Res-
publikasını (?) Azərbaycan Respublikasından daha demokratik dövlət sa-
yır  və  qondarma  qurumu  müasir  dövlət  kimi  qələmə  verir.  S.Sarkisyan  
qondarma qurumu azadlıq ideyalarını, suverenliyi, demokratiyanı təmsil 
edən, bütün çətinliklərə baxmayaraq inkişaf edən, sülhün keşiyində daya-
nan dövlət kimi təqdim edir (126). 
Ermənistan  Respublikasının  Birləşmiş  Millətlər Təşkilatındakı  daimi 
nümayəndəsinin  bu  təşkilatın  baş  katibinin  adına  ünvanladığı  23  mart 
2009-cu  il  tarixli  məktubunda  da  işğal  olunmuş  ərazilərdə  yaradılmış 
qondarma  qurum  haqqında  yuxarıdakı  standart  fikir  təkrar  olunmuşdur. 
Məktubda Ermənistan diplomatı Azərbaycan ərazisində iki müstəqil döv-
lətin yarandığını iddia edərək qondarma qurumun Azərbaycan Respubli-
kasının ərazi bütövlüyü ilə bağlanmasını doğru saymırdı. Başqa sözlə, o, 
Azərbaycan  Respublikasının  ərazi  bütövlüyünü  Dağlıq  Qarabağsız  təq-
dim etməyə çalışırdı. Fikirlərini əsaslandırmaq üçün o, Avropa Parlamen-
tinin 21 iyun 1999-cu il tarixli qətnaməsinə istinad edirdi ki, bu qətnamə 
Dağlıq Qarabağın müstəqil subyekt kimi SSRİ tərkibindən çıxmasını qə-
bul edirdi (127). Müəllif yalnız bir beynəlxalq sənədi əsas gətirirdi. Ha-
lbuki elə BMT Təhlükəsizlik Şurasının Azərbaycanın ərazi bütövlüyünü 
təsdiqləyən bir neçə qətnaməsi var ki, müəllif onları xatırlamağı məqsə-
dəuyğun bilmirdi. 
İşğal olunmuş ərazilərdə elan edilmiş qondarma qurumun rəsmiləri də 
bu qurumun statusu ilə bağlı yuxarıda xatırlanan ümumi erməni standart 
fikirlərindən  irəli  gedə  bilməyiblər.  Qondarma  qurumun  prezidenti  (?) 
Bako Saakyan bəyan edir ki, müstəqil Arsax dövləti yaranıb, bu dövlətin 
dövlət quruculuğu prosesi uğurla gedir, dövlət quruculuğunun əsasını isə 
müstəqillik,  suverenlik,  demokratiya  və  beynəlxalq  hüququn  normaları 
təşkil edir. O, qondarma qurumun statusunu Azərbaycan Respublikasının 
statusuna bərabər tutaraq Azərbaycan Respublikası ilə bütün problemlə-
rin birbaşa dialoq və danışıqlar yolu ilə həll edilməsinə hazır olduğunu 
bildirir. Başqa bir müsahibəsində isə o, yenə qondarma qurumu müstəqil 
qurum kimi təqdim edir və bu müstəqilliyin Azərbaycanla münasibətlər-
də kompromis obyekti olmadığından söz açır (128). 


 
169
 
Qondarma qurumun parlament sədri Aşot Qulyan qondarma qurumu 
yetkin müstəqilliyi olan bir dövlət kimi xarakterizə edir. O da iddia edir 
ki,  1988-ci  ilin  fevralından  başlayaraq  Qarabağ  hərəkatı  beynəlxalq  hü-
quq və sovet qanunlarının normaları üzərində qurulmuşdu. Onun sözləri-
nə  görə,  o  zaman  mövcud  qanunlara  (sovet  qanunlarına)  istinad  etmək 
lazım idi. Yoxsa erməni ümummilli hərəkatını yerindəcə boğardılar. Baş-
qa millətçi həmkarları və erməni iddiaları kimi qondarma qurumun müs-
təqilliyini  ―Müttəfiq  respublikaların  SSRİ  tərkibindən  çıxması  ilə  bağlı 
məsələlərin həlli qaydası haqqında‖ 3 aprel 1990-cı il tarixli SSRİ qanu-
nuna  istinad  edir  və  bununla  Dağlıq  Qarabağın  Azərbaycandan  qoparıl-
masını qanuni akt kimi şərh edir. Qondarma qurumun formalaşması ba-
xımından o, 2006-cı ildə qəbul edilmiş konstitusiyanı da yüksək qiymət-
ləndirir və qeyd edir ki, bu konstitusiyada qondarma qurumun dövlət qu-
ruculuğunun prinsipləri və normaları öz əksini tapmışdır (129). 
İşğal olunmuş ərazilərdə elan olunmuş qondarma qurumun informasi-
ya  modelinin  mahiyyətinin  açıqlanması  üçün  bir  neçə  digər  yanaşmaya 
da  diqqət  yetirmək  maraqlı  olardı.  2010-cu  ilin  iyulunda  Dağlıq  Qara-
bağda dünya erməni diasporunun jurnalist nümayəndələri toplaşdılar və 
onların  bu  toplantısına  Ümumerməni  Jurnalistlər  Forumu  adı  verildi. 
Belə bir toplantının keçirilməsinin özü də informasiya-təbliğat mahiyyəti 
daşıyırdı. Bununla, eyni zamanda qondarma quruma beynəlxalq hüququn 
subyekti  görüntüsü  verilir  və  beynəlxalq  subyekt  kimi  beynəlxalq  foru-
ma ev sahibliyi etməsi təsəvvürü yaradılırdı. Forumun qəbul etdiyi bəya-
natda da qeyd edilirdi ki, Qarabağın dağlıq hissəsində beynəlxalq norma-
lara  cavab  verən  demokratik  dövlət  yaradılmışdır.  Forum  iştirakçıları  
keçmiş DQMV-nin sərhədlərindən çox-çox kənarda olan Şaumyan (kənd) 
rayonunu,  habelə  keçmiş  Xanlar  (Göy-göl)  rayonunun  ərazisində  yerlə-
şən Çaykəndi də qondarma qurumun  ərazisi sayır və bu ərazilərin unu-
dulmamasını tövsiyə edirdilər (130). 
―Arsax Respublikası‖ adlı təşəbbüs qrupu da özünəməxsus yanaşması 
ilə qondarma qurumun beynəlxalq hüququn subyekti olmasını əsaslandır-
mağa  çalışmışdır.  Bu  təşəbbüs  qrupu  qeyd  edirdi  ki,  Dağlıq  Qarabağ 
Respublikası (?) artıq de-fakto mövcud olan bir dövlətdir və hətta bloka-
dada  olmasına  baxmayaraq  özünün  funksiyalarını  yerinə  yetirir,  Dağlıq 
Qarabağ Respublikası (?) tərəfindən nəzarət edilən ərazilər isə Azərbay-
canın təcavüzkarlığının nəticəsidir. Qurumun fikrincə, Dağlıq Qarabağ Re-
spublikasının (?) Arsax Respublikasına çevrilməsi üçün referendum keçi-


 
170
 
rilməlidir, Dağlıq Qarabağ Respublikası (?) SSRİ-nin dağılması dövrün-
də qanuni əsaslarla öz müstəqilliyini qazanmışdır və s. (131). 
Söylənilənlərdən  sonra  erməni  informasiya  məkanında  aşağıdakı  fi-
kirlərlə də qarşılaşmaq mümkündür: Dağlıq Qarabağ hüquqi yolla Azər-
baycanın tərkibindən çıxmalıdır. 1994-cü ildən sonra atəşkəs nəticəsində 
yaranmış  sərhədlər  bölgədə  təhlükəsizliyin  təminatına  zəmanətdir.  Dağ-
lıq  Qarabağ  Vilayət  Sovetinin  sessiyası  və  Şaumyan  Rayonunun  Xalq 
Deputatları  Soveti  keçmiş  DQMV  və  Şaumyan  rayonları  daxilində 
Dağlıq Qarabağ Respublikasını (?) elan etdi. Bununla ―Müttəfiq respub-
likaların SSRİ tərkibindən çıxması ilə bağlı məsələlərin həlli haqqında‖ 3 
aprel 1990-cı il tarixli SSRİ qanununda nəzərdə tutulan hüquq icra olun-
muşdur. Yəni müttəfiq respublika SSRİ tərkibindən çıxarkən onun tərki-
bində olan muxtar vilayət öz statusunu özü müəyyənləşdirmişdir. Bütün 
hüquqi  normaların  əksinə  olaraq,  Azərbaycan  SSR  Ali  Soveti  DQMV-
nin ləğvi haqqında qanun qəbul etmişdi: ―Azərbaycan təbliğat aparır ki, 
guya, DQR (?) Azərbaycan ərazilərini işğal edib və bu da beynəlxalq hü-
quqa  ziddir.  Azərbaycan  təcavüzkar  dövlət  kimi  məsuliyyətə  cəlb 
olunmalıdır‖ (132). 
Bir daha qeyd edilməlidir ki, bir çox hallarda absurd səviyyəsinə ça-
tan  belə  fikirlər  erməni  informasiya  məkanında  xeyli  dərəcədə  çoxdur. 
İrəli sürülən belə iddiaların əsaslandırılması üçün saysız-hesabsız qanun-
lara, konteksdən çıxarılmış bəyanatlara, daha çox isə ehtimallara istinad 
edilir ki, onların həqiqəti nə dərəcədə əks etdirdiyini müəyyənləşdirmək 
adi  oxucu  üçün  müəyyən  qədər  çətin  ola  bilər.  Yuxarıda  qeyd  edildiyi 
kimi, bu da bir informasiya üsuludur ki, informasiya məkanında Dağlıq 
Qarabağda yaradılmış qondarma qurumun qondarma informasiya mənzə-
rəsi formalaşdırılsın və Qarabağdakı qondarma qurumun hüquqi statusu 
ilə  bağlı  bir  qarışıqlıq  yaradılsın.  Bu  qarışıqlığın  aradan  qaldırılması  və 
Azərbaycanın  işğal  olunmuş  ərazilərində  elan  olunmuş  qondarma  quru-
mun hüquqi statusunun müəyyənləşdirilməsi və onun obyektiv informa-
siya mənzərəsinin informasiya məkanına ötürülməsi üçün Azərbaycanın 
hüquqşünasları və mütəxəssisləri tərəfindən xeyli iş görülmüşdür (133). 
Həmin mütəxəssislərin araşdırmaları ilə tanışlıq, habelə Dağlıq Qara-
bağla  bağlı  DQMV  orqanlarının,  Azərbaycanın,  Ermənistanın  və  SSRİ 
orqanlarının rəsmi sənədlərinin ötəri mütaliəsi də işğal olunmuş ərazilər-
də yaradılmış qondarma qurumun hüquqi statusu haqqında erməni infor-
masiya təqdimatının saxtalaşdırılmasını müəyyənləşdirməyə əsas verir. 


Yüklə 2,28 Mb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə