Nəsrin SÜleymanli



Yüklə 2,28 Mb.
Pdf görüntüsü
səhifə72/100
tarix11.09.2018
ölçüsü2,28 Mb.
#67898
1   ...   68   69   70   71   72   73   74   75   ...   100

 
189
 
Yeni  əsrin  ilk  illərində  Minsk  Qrupu  həmsədrlərinin  vasitəçiliyi  ilə 
ölkə  prezidentinin  bir  neçə  görüşü  nəticəsiz  qalandan  sonra  həmsədrlər 
konkret  təkliflər  hazırladılar  və  həmin  təkliflər  2007-ci  ilin  noyabrında 
Madriddə Azərbaycan və Ermənistan tərəflərinə təqdim olundu. Madrid 
prinsipləri adlanan  bu sənəddə münaqişənin nizamlanmasının baza prin-
sipləri öz əksini tapmışdır (164). 
Madrid prinsipləri tərəflərə 2007-ci ilin sonlarında təqdim olunsa da, 
onun məzmunu uzun  müddət ictimaiyyətə açıqlanmadı. Ona görə də bu 
sənəd  ətrafında  istər  rəsmi  dairələrdə,  istərsə  də  informasiya  aləmində 
mücərrəd  proqnozlar,  analizlər  verildi.  Erməni  informasiya  məkanında 
sənədin  mahiyyətinin  erməni  yozumu  da  istisna  deyildi.  Bu  baxımdan 
Dağlıq  Qarabağ  münaqişəsi  ilə  bağlı  2008-ci  ili  informasiya  məkanı 
üçün  kifayət  qədər  gərgin  bir  il  hesab  etmək  olar.  Mövcud  olan  siyasi 
gərginliyə bir aydınlıq gətirilməsi baxımından 2008-ci ilin noyabr ayının 
2-də Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin Moskva ətrafın-
da görüşü və birgə bəyanatın imzalanması oldu. Mayndorf bəyannaməsi 
kimi tanınan həmin bəyannamə münaqişənin atəşkəs dövründə Azərbay-
can  və  Ermənistan  prezidentlərinin  iştirakı  ilə  imzalanan  ilk  sənəd  idi. 
Rusiyanın Minsk Qrupunun həmsədri olmasını, habelə Minsk Qrupunun 
həmsədrlərinin  Mayndorfda  olmasını  nəzərə  alaraq  Mayndorf  bəyan-
naməsini Minsk prosesi çərçivəsində imzalandığını qəbul etmək olar. 
Mayndorf  bəyannaməsi  həm  Azərbaycan  və  Ermənistanda,  həm  də 
münaqişə ilə maraqlanan tərəflərdə maraqla qarşılandı. Hər iki tərəfin in-
formasiya məkanında da bu sənədin imzalanması ciddi şəkildə araşdırıldı 
və ona gen-bol münasibət bildirildi. 
Mayndorf bəyannaməsi cəmi beş bənddən ibarət idi. İlk bənddə tərəf-
lər  Cənubi  Qafqazda  vəziyyətin  sağlamlaşdırılmasına,  Dağlıq    Qarabağ 
münaqişəsinin siyasi  nizamlanması  yolu  ilə  sabitliyin  və  təhlükəsizliyin 
təmin  edilməsinə  çalışacaqlarını  bildirdilər.  Həmin  bəyannamədə  o  da 
qeyd  olunurdu  ki,  Dağlıq  Qarabağ  münaqişəsinin  beynəlxalq  hüququn 
norma  və  prinsipləri,  habelə  bu  sahədə  qəbul  olunan  qərar  və  sənədlər 
əsasında həll olunmalıdır ki, bu da bölgədə iqtisadi inkişafı və hərtərəfli 
əməkdaşlığa geniş zəmin yaradacaqdır.  
İkinci  bənddə  deyilirdi  ki,  ATƏT-in  Minsk  Qrupu  həmsədrlərinin 
vasitəçilik cəhdləri onların münaqişə tərəfləri ilə 2007-ci il noyabr ayının 
29-da  Madriddə  görüşməsi  və  siyasi  tənzimləmənin  əsas  prinsiplərinin 
hazırlanması məqsədi ilə gələcək müzakirələrin böyük əhəmiyyəti vardır. 


 
190
 
Üçüncü bənddə tərəflər  sülh şəraitində nizamlanmanın bütün aspekt 
və mərhələlərinin hüquqi öhdəlikli beynəlxalq zəmanətlə müşayiət olun-
masını razılaşdırdılar. 
Dördüncü bənddə Azərbaycan və Ermənistan prezidentləri bu istiqa-
mətdə işin davam etdirilməsini, o cümlədən gələcəkdə yüksək səviyyəli  
görüşlərdə  Dağlıq  Qarabağ  münaqişəsinin  siyasi tənzimlənməsinin  razı-
laşdırılması üzərində işlərin davam etdirilməsi haqqında razılığa gələrək 
xarici işlər nazirlərinə tapşırdılar ki, ATƏT-in Minsk Qrupu həmsədrləri 
ilə qarşılıqlı əlaqədə danışıqlar prosesini sürətləndirsinlər. 
Beşinci bənddə isə tərəflər nizamlanmanın əldə edilməsi istiqamətin-
də etimadın gücləndirilməsi üzrə lazımi tədbirlərin həyata keçirilməsinə 
şərait yaradılmasının dəstəklənməsini vacib sayırdılar (165). 
Göründüyü kimi, bəyannamədə ümumi ifadələr kifayət qədər çoxdur 
və ona görə də ümumi ifadələrin şərhi ətrafında müxtəlif yozumlar və şa-
yiələr yayıldı. Azərbaycanın informasiya vasitələrində həm ölkə Preziden-
tinin, həm Azərbaycanın Xarici İşlər Nazirliyinin nümayəndəsinin bəyan-
namənin  mahiyyətini  bir  qədər  konkretləşdirən  fikirlərin  yer  alması  da 
erməni informasiya məkanında müəyyən təşviş yaratdı. Azərbaycan Res-
publikasının Prezidenti İ.Əliyev çıxışlarının birində bəyan etdi ki, Mayn-
dorf bəyannaməsində münaqişənin beynəlxalq hüquq normaları əsasında 
və  mərhələli  şəkildə  həllinin  təsbit  olunması  Azərbaycanın  mövqeyini  əks 
etdirir.  Onun  sözlərinə  görə,  ilk  mərhələdə  işğal  olunmuş  ərazilər  azad 
edilməli, azərbaycanlı əhali yurdlarına qayıtmalı və yalnız bundan sonra 
Azərbaycanın  ərazi  bütövlüyü  çərçivəsində  Dağlıq  Qarabağın  statusu 
müəyyənləşdirilməlidir. Azərbaycan XİN-in rəsmisi isə bildirirdi ki, mü-
naqişənin  beynəlxalq  hüquq  normaları  çərçivəsində  həlli  deyiləndə,  ilk 
növbədə, Helsinki Yekun Aktı nəzərə alınmalıdır ki, ATƏT özü də məhz 
bu  Yekun  Aktın  bazasında  fəaliyyət  göstərir.  Sonra  isə  bildirilirdi  ki, 
Helsinki  Yekun  Aktının  III  bölməsi  ―Sərhədlərin  toxunulmazlığı‖,  IV 
bölməsi  ―Dövlətlərin  ərazi  bütövlüyü‖,  VI  bölməsi  ―Daxili  işlərə  qarış-
mamaq‖ adlanır və bütünlükdə, Yekun Aktda dövlətlərin ərazi bütövlüyü 
prioritet sayılır (166). 
Erməni informasiya vasitələri də, aydındır ki, dərhal Mayndorf bəyan-
naməsinin erməni maraqlarını əks etdirən məqamlarını axtarmağa başla-
dılar. Münaqişənin hərbi yolla həllinin istisna edilməsi, münaqişənin ni-
zamlanmasının  Minsk  Qrupu  çərçivəsində  aparılması  münaqişənin  ni-
zamlanmasının  xeyli  fəallaşmasının  bəyannamədə  öz  əksini  tapması  er-
məni tərəfi  üçün  bu sənədin  müsbət elementləri  kimi qiymətləndirilirdi. 


 
191
 
Lakin  bəyannaməyə  olan  iradlar  və  bu  bəyannamənin  imzalanmasından 
sonra erməni cəmiyyətinin nə etməli olduğu barədə mülahizələr informa-
siya məkanında daha geniş yer aldı. Qeyd etmək lazımdır ki, 2008-ci ildə 
baş  verən  bəzi  hadisələr  də  erməni  millətçilərinin  və  informasiya  ideo-
loqlarının  təşvişini  bir  qədər  də  artırmışdı.  Həmin  il  mart  ayının  14-də 
BMT-nin  Baş  Assambleyası  ―Azərbaycanın  işğal  olunmuş  ərazilərində 
vəziyyət haqqında‖ 62/243 nömrəli qərarı və avqust ayında Cənubi Ose-
tiyada  baş  verən  hərbi  əməliyyatlar  erməni  ideoloqlarını  Mayndorf  bə-
yannaməsinə  daha  diqqətlə  yanaşmağı  tələb  edirdi.  Xüsusilə,  BMT  Baş 
Assambleyasının adıçəkilən qərarından sonra Mayndorf bəyannaməsində 
münaqişənin beynəlxalq hüquq normaları çərçivəsində həllinə işarə edil-
məsi  erməni  millətçilərinin  arzulamadığı  məqamlar  idi.  Məsələyə  mü-
nasibət  bildirən  erməni  ideoloqlarının  hamısı  birmənalı  şəkildə  Dağlıq 
Qarabağın  tərəf  kimi  Mayndorf  bəyannaməsinin  imzalamasını  bağış-
lanılmaz hal kimi dəyərləndirirlər (167). 
Bu  narahatçılığın  aradan  qaldırılması  və  ya  neytrallaşdırılması  üçün 
erməni informasiya ideoloqları Dağlıq Qarabağın qondarma qurumunun 
adından  informasiya  yaydılar  ki,  Qarabağ  erməniləri  belə  razılaşmalara 
razı  ola  bilməz.  Məsələn,  qondarma  qurumun  prezidenti  və  xarici  işlər 
naziri  bildirdilər ki, Dağlıq Qarabağ Respublikası (?) müzakirələrdə tə-
rəf  kimi  iştirak  etməsə,  nizamlanma  prosesi  heç  bir  nəticə  verə  bilməz. 
Qondarma xarici işlər naziri Moskva danışıqlarını Azərbaycan və Ermə-
nistan prezidentlərinin münaqişənin nizamlanması perspektivinə münasi-
bətlərinin aydınlaşdırılması cəhdi kimi baxırdı. Onun fikrincə, Azərbay-
can, əslində, münaqişənin nizamlanmasında maraqlı deyil. Belə olmasay-
dı, onda Azərbaycan danışıqları Dağlıq Qarabağ Respublikası (?) ilə apa-
rardı. Başıbəlalı nazir onu da əlavə edirdi ki, Azərbaycan tərəfi münaqi-
şənin  müzakirəsini  müxtəlif  beynəlxalq  təşkilatlara  çıxarır  və  bununla 
dünya  ictimaiyyətini  çaşdırmaqla  Dağlıq  Qarabağ  Respublikasına  (?) 
təzyiq göstərmək istəyir. Qondarma qurumun xarici işlər naziri yerli tele-
viziyaya  verdiyi  müsahibəsində  hətta  Azərbaycanı  qorxutmaqdan  belə 
çəkinmirdi. O deyirdi ki, Azərbaycan Qarabağın müstəqilliyini tanımasa, 
onda  əvvəlki  bütün  razılaşmalar  ləğv  ediləcəkdir.  Bu  fikirləri  informa-
siya  məkanına  çıxaran  müəllif  ona  da  işarə  edirdi  ki,  nazirin  çıxışından 
bir neçə gün öncə Qarabağın müdafiə ordusu (?) hücum xarakterli hərbi 
təlimləri uğurla başa çatdırmışdı . 
Görünür,  müəllif  bununla Qarabağ  ordusunun  (?)  Azərbaycana  qarşı 
hücuma keçə biləcək dərəcədə güclü olması barədə erməni auditoriyasın-


Yüklə 2,28 Mb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə