Nəsrin SÜleymanli



Yüklə 2,28 Mb.
Pdf görüntüsü
səhifə70/100
tarix11.09.2018
ölçüsü2,28 Mb.
#67898
1   ...   66   67   68   69   70   71   72   73   ...   100

 
183
 
lik olduqları problemlərdən danışırdılar. Hər yerdə insanlar nəyi vardısa 
satlığa qoymuşdular – avtomobil, ev, tikili və s. İnsanların çoxu Qaraba-
ğı tərk etmək istəyirdilər. Sonra da Oliver belə bir qənaətə gəlirdi ki, yer-
li hakimiyyət insanların həyatını qəsdən dözülməz edib. Çünki buradakı 
insanların bir az pulu olsaydı, onların hamısı köçüb gedərdilər (159). 
Fransadan olan erməni jurnalistini təəccübləndirən yalnız bu deyildi. 
Oliver ona da təəccübünü gizlədə bilmirdi ki, Xankəndi əhalisi Azərbay-
can-Ermənistan münaqişəsinin həllinə ciddi bir maraq göstərmirdilər. O, 
hətta  özü  də  Qarabağla  bağlı  təbliğat  aparmağa  cəhd  göstərməyə  çalış-
mışdı. Əvəzində isə yerli əhalidən aşağıdakıları eşitmişdi: ―Kimlərsə gə-
lirlər bura, bilmirsən ermənidir, yoxsa fransız-anlamaq olmur. Siz hamı-
nız orada yaşayırsınız, xaricdə, pendir yağ içində üzən kimi. Siz gəlin bir 
az da burada yaşayın, onda biləcəksiniz ki, hər günü başa vurmaq nə de-
məkdir... Baxın bir, bizi də yada salıblar. Kim deyir ki, xalqın istəyi əsas-
dır? Nədənsə mən o qüdrətlilərdən heç kimi görməmişəm. Gəlsin mən-
dən  soruşsun  ki,  nə istəyirəm?  Əgər  iş  müharibəyə çatsa,  onda xalqı  da 
yada salacaqlar. Çünki müharibə etməyə xalq gedəcək, bu oyunları orta-
ya atanlar isə yox‖ (160). 
Əslində, Azərbaycanın işğal olunmuş ərazilərində elan olunmuş qon-
darma  qurumun  daha  obyektiv  informasiya  modeli  Xankəndinin  sadə 
əhalisinin yuxarıda söylədiyi fikirlərdir. Erməni informasiya ideoloqları 
bu fikirləri ört-basdır etmək, fərqli bir təsəvvür yaratmaq üçün informasi-
ya məkanını qəlp məlumatlarla doldururlar. Lakin onların bu saxta canfə-
şanlığına alternativ olan fikirlər də mövcuddur və həmin fikirlər daha re-
al mənzərə yaradır. 
 
4.  Beynəlxalq  təĢkilatların  Dağlıq  Qarabağ  münaqiĢəsi  ilə  bağlı 
mövqeyinin informasiya təqdimatı 
 
Dağlıq Qarabağ münaqişəsinin əhatə etdiyi ərazilər enerji qaynaqları 
ilə  kifayət  qədər  zəngin  olan  bir  bölgədə,  Şərq  və  Qərbin  kəsişməsində 
xüsusi geosiyasi çəkisi olan coğrafi məkanda yerləşdiyi üçün böyük döv-
lətlərin, regional güc mərkəzlərinin, beynəlxalq təşkilatların diqqət mər-
kəzində dayanan bir məsələdir. Ona görə də həm münaqişənin fəal hərbi 
fazaya keçdiyi ilk zamanlardan bu məsələyə nüfuzlu beynəlxalq və regio-
nal təşkilatlar öz münasibətlərini bildirməyə, problemin həllinə yardımçı 
olmağa çalışmışlar. Hazırda da Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bey-
nəlxalq təşkilatların vaxtaşırı konkret münasibət bildirməsi ilə rastlaşmaq 


 
184
 
mümkündür. Xüsusilə, ATƏT-in Minsk Qrupu münaqişənin həllində va-
sitəçi  kimi  bu  proseslərdə  xüsusi  yerə  malikdir.  Nüfuzlu  beynəlxalq  və 
regional  təşkilatların  demək  olar  ki,  hamısı  müxtəlif  vaxtlarda  Dağlıq 
Qarabağ münaqişəsi ilə bağlı konkret qərarlar qəbul etmiş, ya da öz möv-
qeyini  bəyan  etmişdir.  Bu  təşkilatların  qərarları  və  münasibətləri  həm 
Azərbaycan, həm də Ermənistan tərəfindən izlənilir və hər tərəfin infor-
masiya-təbliğat maşını da beynəlxalq təşkilatların mövqelərinə öz müna-
sibətini bildirir və bir çox hallarda həmin mövqelər informasiya məkanı-
na tərəflərin maraqları prizmasından çıxarılır. 
Ermənistanın və dünya ermənilərinin bu münaqişəyə münasibəti Azər-
baycan  ərazilərinin  işğalı  üzərində  formalaşmışdır.  Ermənistan  rəhbərli-
yinin,  erməni  millətçilərinin  Dağlıq  Qarabağ  münaqişəsinə  münasibəti 
heç də beynəlxalq normalarla, yəni suveren dövlətlərin ərazi bütövlüyü-
nün  tanınması  ilə  müəyyənləşmir.  Dünya  erməniliyi  və  o  cümlədən  Er-
mənistan rəhbərliyi Dağlıq Qarabağı, onun ətrafında işğal olunmuş ərazi-
ləri ―tarixi‖ erməni torpaqları saymaqla kifayətlənmir, hətta Azərbaycana 
qarşı yeni-yeni ərazi iddiaları irəli sürürlər. Ona görə də beynəlxalq təş-
kilatların mövqeyində Azərbaycanın ərazi bütövlüyü tanınırsa, Ermənis-
tanın  Azərbaycana  qarşı  işğalçılıq  siyasəti  qınanırsa  və  Dağlıq  Qarabağ 
Azərbaycanın tərkib hissəsi kimi tanınırsa, həmin mövqelər erməni tərə-
findən qəbul olunmur və informasiya məkanında həmin mövqelərə özü-
nəməxsus  erməni  münasibəti  ifadə  olunur  və  informasiya  istehlakçıları 
da erməni yozumlarının və təqdimatlarının təzyiqinə məruz qalırlar. Bey-
nəlxalq təşkilatların Dağlıq Qarabağ münaqişəsi ilə bağlı obyektiv qərar-
larının erməni informasiya təqdimatında, adətən, aşağıdakı üsullardan is-
tifadə olunur: 
–  beynəlxalq  təşkilatların  mövqeyinin  əhəmiyyətsizliyi  və  birtərəfli 
olması qeyd olunur; 
– beynəlxalq təşkilatların mövqeyi təhrif olunur, bu mövqenin mahiy-
yəti deyil, qeyri-xarakterik tezisləri ictimaiyyətə çatdırılır; 
– beynəlxalq təşkilatların mövqeyinə qarşı ermənilərin ―daha obyek-
tiv‖ münasibəti informasiya məkanına çıxarılır; 
– tanınmış ekspertlər kimi təqdim olunan şəxslərin beynəlxalq təşki-
latların mövqeyinə ermənipərəst münasibəti açıqlanır; 
–  informasiya  məkanında  dezinformasiya  və  şantajlar  artır.  Mövqe 
ifadə  edən  beynəlxalq  təşkilatlar,  onun  ayrı-ayrı  nümayəndələri,  Azər-
baycan rəsmiləri qeyri-obyektivlikdə günahlandırılır; 


 
185
 
– erməniliyin hamiləri, erməni diasporu informasiya məkanına səfər-
bər olunur; 
–  Azərbaycanın  erməniliyə  qarşı  təcavüzkarlığının  əsaslandırılması 
üçün kütləvi informasiya-təbliğat kampaniyası başlanır; 
– erməni informasiya məkanına alternativ erməni münasibətinin çıxa-
rılmasının qarşısı alınır. 
Son  illər  erməni  informasiya-təbliğat  maşını  bu  istiqamətdə  kifayət 
qədər  fəal işləmək  məcburiyyətindədir.  Çünki  Azərbaycan  rəhbərliyinin 
apardığı xarici siyasət nəticəsində beynəlxalq təşkilatlar bir-birinin ardın-
ca  Azərbaycanın  ədalətli  mövqeyini  və  ərazi  bütövlüyünü  dəstəkləyən 
bəyanatlar verməkdə davam edirlər. Erməni informasiya-təbliğat maşını 
isə bu obyektiv beynəlxalq mövqenin və bəyanatların neytrallaşdırılması 
üçün özünəməxsus informasiya fəallığı nümayiş etdirirlər. Erməni infor-
masiya ideoloqları yeri gəldi-gəlmədi çox tez-tez Azərbaycan informasi-
ya məkanının isterikada olmasını böyük səxavətlə informasiya mövzusu-
na çevirirlər. Amma həqiqət budur ki, işğal olunmuş ərazilərin boşaldıl-
ması  zərurəti  və  bu  zəruriliyin  beynəlxalq  təşkilatların  mövqelərində  də 
öz  əksini  tapması  erməni  informasiya  məkanında  real  isterika  yaradır. 
Sonra da hər vasitə ilə münaqişənin nizamlanma prosesinə Ermənistanın 
yanaşmasının doğruluğunun əsaslandırılmasına cəhd göstərilir. 
Münaqişə tərəfləri  münaqişənin  nizamlanmasının  uzunmüddətli  pro-
ses olduğunu qəbul edirlər, lakin bu prosesin hansı elementlərdən ibarət 
olmasına dair baxışları müxtəlifdir. Ermənistanın belə baxışları Ermənis-
tan prezidentinin, digər erməni rəsmilərinin çıxışlarında və bəyanatların-
da öz əksini tapmışdır. Ermənistan beynəlxalq vasitəçilərin də baxışları-
nın məhz həmin elementlər üzərində qurulmasına və bu yanaşmaya digər 
beynəlxalq təşkilatlardan da dəstək alınmasına çalışır. İnformasiya məka-
nına çıxarılan bəyanatları, materialları təhlil etməklə Dağlıq Qarabağ mü-
naqişəsinin həlli prosesinə erməni mövqeyini aşağıdakı kimi ümumiləşdir-
mək mümkündür: 
– Qarabağ erməniləri məcburi müharibəyə cəlb ediliblər. Dağlıq Qa-
rabağ  xalqının  öz  müqəddəratının  müəyyənləşdirilməsi  məsələsi  həll 
edilməsə, münaqişə həll olunmayacaq; 
–  Qarabağ  münaqişəsinin  əsas  məsələsi  Dağlıq  Qarabağ  xalqının 
müstəqilləşmə hüququnun təmin edilməsidir
– Azərbaycan Dağlıq Qarabağ xalqının müstəqillik hüququnu tanıma-
lıdır; 
– Dağlıq Qarabağ xalqının təhlükəsizliyinə zəmanət verilməlidir; 


Yüklə 2,28 Mb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə