Nəsrin SÜleymanli



Yüklə 2,28 Mb.
Pdf görüntüsü
səhifə68/100
tarix11.09.2018
ölçüsü2,28 Mb.
#67898
1   ...   64   65   66   67   68   69   70   71   ...   100

 
179
 
Qondarma  qurumun  real  siyasi  mənzərəsi  ondan  ibarətdir  ki,  bu  qu-
rum  qeyri-qanuni  şəkildə  Azərbaycanın  işğal  olunmuş  ərazilərində  heç 
bir beynəlxalq normaya əsaslanmadan elan edilmişdir. Cinayətkar və qeyri-
qanuni qurum olduğu üçün dünya ölkələri onu tanımır və Ermənistan da 
özlüyündə  Dağlıq  Qarabağ  Respublikasının  (?)  cinayətkar  bir  qurum 
olduğunu və onu tanıyacağı halda güclü beynəlxalq qınaqla üzbəüz qa-
lacağını  bildiyindən  belə  bir  riskə  gedə  bilmir.  Məhz  bunun  nəticəsidir 
ki, qondarma qurumun tanınması müstəqil Ermənistan parlamentində gün-
dəmə gələndə nəinki Ermənistan rəsmiləri, hətta özünü beynəlxalq hüqu-
qun subyekti kimi təqdim etməyə çalışan qondarma qurumun nümayən-
dələri də məsələnin dondurulması təklifini irəli sürürlər. Məsələn, erməni 
informasiya  məkanında  ifrat  millətçiliyin  təmsilçisi  kimi  tanınan  Ermə-
nistan xarici işlər nazirinin müavini Şavarş Koçaryan məsələnin sonuncu 
dəfə Ermənistan parlamentinin müzakirəsinə çıxarıldığı zaman bildirirdi 
ki, hazırkı şərait Dağlıq Qarabağ Respublikasının (?) müstəqilliyinin ta-
nınması  üçün  əlverişli  şərait  deyildir.  Onun  sözlərinə  görə,  Arsax o  za-
man tanınmalıdır ki, bu tanınmanın maksimal səmərəsi olsun (148). 
Erməni informasiya məkanının daha bir radikal nümayəndəsi, Dağlıq 
Qarabağ  münaqişəsinin  saxta  informasiya  modelinin  təmsilçilərindən 
biri,  eyni  zamanda  qondarma  qurumun  rəsmilərindən  olan  David  Baba-
yan da Qarabağın tanınmasının vaxtaşırı Ermənistan parlamentinin mü-
zakirəsinə  çıxarılmasını  yolverilməz  hesab  edirdi.  Onun  sözlərinə  görə, 
Ermənistan  istənilən  vaxt  qondarma  qurumu  tanıya  bilər.  Lakin  bunun 
baş verməsi üçün ciddi siyasi  hadisələr baş verməlidir (149). 
Sual oluna bilər: – Əgər qondarma qurumun müstəqilliyinin elan edil-
məsi sovet qanunları və beynəlxalq hüquq normaları əsasında baş verib-
sə, onda hansı siyasi şəraitin yetişməsinə ehtiyac vardır? 
Bəzi  erməni  millətçiləri  qondarma  quruma  qondarma  görüntü  veril-
məsinin heç də tərəfdarı deyil və Dağlıq Qarabağdakı reallığın açıq etiraf 
edilməsinin tərəfdarıdırlar. Məsələn, erməni eksperti Georgi Vanyan elə 
informasiya  məkanında  etiraf  edirdi  ki,  Azərbaycan  torpaqları  Ermənis-
tan tərəfindən işğal olunub (150). 
Qarabağ separatizminin öncüllərindən biri, qondarma qurumun ―mü-
dafiə ordusunun‖ komandanı olmuş Arkadi Karapetyan isə bir qədər irəli 
gedərək  Dağlıq  Qarabağın  Ermənistana  birləşdirilməsinin  zəruriliyini 
qeyd edirdi. Onun fikrincə, qondarma qurumun müstəqilliyi məsələsinin 
Ermənistan parlamentinə çıxarılması gülünc məsələdir. Sonra da əlavə edir 
ki, Dağlıq Qarabağda yaşayanlar yaxşı bilirlər ki, qondarma qurum real-


 
180
 
lıqda  Ermənistanın  bir  hissəsidir.  Buna  görə  də  vəziyyəti  mürəkkəbləş-
dirməyin və ya vaxt itirməyin mənası yoxdur. Sadəcə olaraq, Qarabağın 
Ermənistana birləşdirilməsi de-yure tanınmalıdır (151). 
Azərbaycanın işğal olumuş ərazilərində elan edilmiş qondarma quru-
mun  qəbul  olunacaq  informasiya  modelinin  yaradılması  üçün  bu  quru-
mun  demokratik  institutlarının  inkişafı,  söz  azadlığı,  plüralizm,  iqtisadi 
inkişafı, demokratik seçkiləri haqqında informasiya məkanına saysız-he-
sabsız  informasiyalar  çıxarılır.  Bu  məqsədlə  bütün  erməni  informasiya 
vasitələri səfərbərliyə alınmışdır. Amma qondarma qurumun bütün həya-
tı  haqqında  erməni  informasiya-təbliğat  maşınının  yaratmaq  istədiyi  tə-
səvvürlərlə  obyektiv  informasiyaların  yaratdığı  təsəvvürlər  xeyli  fərqli-
dir.  Məsələn,  2010-cu  il  may  ayının  23-də  qondarma  qurum  ərazisində 
parlament seçkiləri keçirildi. Bu seçkilərin keçirilməsi ərəfəsində erməni 
informasiya  məkanında  qondarma  qurumun  yetkin  dövlət  olması,  bu 
dövlətdə demokratik dəyərlərin inkişaf etdirilməsi, bütünlükdə qeyri-ob-
yektiv  informasiya  mənzərəsi  yaradılması  üçün  dövriyyəyə  çoxlu  infor-
masiya materialları buraxıldı. Bununla belə, erməni millətçiləri və infor-
masiya ideoloqları öz niyyətlərinə nail ola bilmədilər. Onların qondarma 
qurumun yeni imici ilə bağlı ictimai şüura yeritmək istədikləri informasi-
ya  modeli  qəbul  olunmadı.  Birləşmiş  Millətlər  Təşkilatı,  Avropa  Şurası 
kimi  beynəlxalq  təşkilatlar,  Dağlıq  Qarabağ  münaqişəsinin  həlli  üzrə 
Minsk Qrupunun həmsədrləri, böyük dövlətlər bəyanat verərək qondarma 
quruma keçirilmiş parlament seçkilərini tanımadıqlarını bildirdilər (152). 
Bu seçkilərin ermənipərəst informasiya təqdimatı baxımından ―Pano-
rama.am‖ saytında çap olunmuş bir yazı maraq kəsb edir. Bu yazıda Er-
mənistan  prezidentinin  Brüsselə  səfərindən  danışılır.  Ermənistan  prezi-
dentinin qondarma qurumun ərazisindəki seçkilərə münasibəti açıqlanır. 
Eyni zamanda, imzasız dərc olunmuş bu yazının müəllifi də həmin seçki-
lərə öz yanaşmasını oxuculara çatdırır. Hadisələrin erməni nöqteyi – nə-
zərindən  təqdim  edilməsi  və  informasiya  məkanına  yanlış  təsəvvürlərin 
buraxılması baxımından müəllifin bu münasibəti bütünlüklə münaqişəyə 
erməni baxışının klassik ifadəsi sayıla bilər. Yuxarıda qeyd edildiyi kimi
dünya  birliyi  qondarma  qurum  ərazisindəki  seçkiləri  tanımadı.  Müəllif 
dünya  birliyinin  bu  obyektiv  mövqeyinin  mahiyyətinin  açılmasına  heç 
bir  maraq  göstərmir  və  dünya  birliyinin  həmin  obyektiv  mövqeyinin 
qondarma seçkilərlə bağlı Azərbaycan tərəfinin qaldırdığı təbliğat isteri-
kasından irəli gəldiyini söyləyir. İnformasiya istehlakçılarına da belə bir 
dezinformasiya çatdırılır ki, guya Azərbaycan tərəfi dünya birliyini seç-


Yüklə 2,28 Mb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə