Nəsrin SÜleymanli



Yüklə 2,28 Mb.
Pdf görüntüsü
səhifə67/100
tarix11.09.2018
ölçüsü2,28 Mb.
#67898
1   ...   63   64   65   66   67   68   69   70   ...   100

 
176
 
baycan  Respublikası  SSRİ-nin  tərkibindən  çıxarkən  DQMV-nin  Azər-
baycan və ya SSRİ-nin tərkibində qalması ayrıca referendumla həll olun-
malı idi. İddia edilir ki, Azərbaycan SSRİ-nin tərkibindən çıxanda DQMV 
yuxarıdakı  qanuna  görə  SSRİ-nin  tərkibində  qaldı  və  sonradan  DQMV 
ayrıca referendum keçirərək SSRİ tərkibindən çıxmağını və müstəqilliyini 
elan etdi (144). 
Bir daha qeyd edilməlidir ki, bu iddiaların hüquqi baxımdan əsassızlı-
ğı Azərbaycan mütəxəssislərinin və hüquqşünaslarının əsərlərində əhatəli 
şəkildə  təhlil  edilmişdir.  Burada  isə  mövzu  çərçivəsində  aşağıdakı  bir 
neçə məqama diqqət yetirmək maraqlı olardı: 
1. SSRİ-nin tərkibinə daxil olan müttəfiq respublikaların, habelə mux-
tar  qurumların  SSRİ-nin  tərkibindən  çıxmasının  yuxarıda  adıçəkilən 
SSRİ qanunu ilə heç bir əlaqəsi yox idi. Müttəfiq respublikaların suve-
renliyini əldə etməsi SSRİ-nin dağılması prosesi ilə bağlı idi və bu pro-
ses elə bir şəkildə cərəyan etdi ki, hər hansı bir respublikanın SSRİ qanu-
nuna  müraciət  etməsinə  ehtiyac  qalmadı.  ―Müttəfiq  respublikaların  SSRİ-
nin  tərkibindən  çıxması  ilə  bağlı  məsələlərin  həlli  qaydaları  haqqında‖    
3 aprel 1990-cı il tarixli qanunu SSRİ-nin tərkibindən çıxmaq üçün uzun 
bir prosesi nəzərdə tuturdu və bu qanun əsasında SSRİ-dən çıxmaq istə-
yən  qurumun  yeni  hüquqi  dövlət  statusunun  neçə  ildən  sonra  əldə  edə 
biləcəyi məlum deyildi. 
2.  Həqiqətdə,  millətçi  və  separatçı  qüvvələr  tərəfindən  qeyri-qanuni 
yolla  Azərbaycandan  qoparılmış  Dağlıq  Qarabağda  referendum  oyunu-
nun təşkil olunduğu vaxt SSRİ artıq dağılmışdı və bu zaman adıçəkilən 
SSRİ  qanununun  hər  hansı  bir  hüquqi  gücü  də  yox  idi.  Məlumdur  ki, 
1991-ci il avqustun ortalarında dövlət çevrilişinə göstərilən cəhd aradan 
qaldırılandan  sonra  müttəfiq  respublikalar  bir-birinin  ardınca  öz  müstə-
qilliklərini elan etdilər. O cümlədən də Azərbaycan və Ermənistan. SSRİ-nin 
dağılmasının son nöqtəsini isə 1991-ci il dekabr ayının 8-də Rusiya, Uk-
rayna və Belorusiya rəhbərləri qoydular. Onlar SSRİ-nin mövcudluğuna 
son qoyulduğunu elan edərək Müstəqil Dövlətlər Birliyinin yaradılması-
nı elan etdilər. Dağlıq Qarabağdakı referendum tamaşası həmin ayın 10-
da, yəni Müstəqil Dövlətlər Birliyinin yaranmasından sonra qoyuldu. Re-
ferendum oyununun hər hansı bir hüquqi qüvvəyə malik olması görüntü-
sünü  yaratmaq  üçün  erməni  millətçiləri  və  ideoloqları  əvvəlcə  onu  de-
kabrın 8-də,  yəni  SSRİ-nin  mövcudluğunun  son  günündə təşkil  olundu-
ğunu iddia etdilər. Bu iddianın çox gülünc olduğunu görəndə erməni mil-
lətçiləri referendumun dekabrın 10-da keçirilməsini təsdiq etdi. Lakin bu 


 
177
 
dəfə  iddia  edildi  ki,  SSRİ-nin  mövcudluğuna  1991-ci  il  dekabrın  21-də 
son qoyuldu və ona görə də Dağlıq Qarabağda referendum oyununun ke-
çirilməsini 3 aprel 1990-cı il tarixli SSRİ qanunu ilə əsaslandırmaq olar 
(145). 
3. Erməni millətçiləri Dağlıq Qarabağda referendum oyununun qurul-
masını sovet qanunları ilə əsaslandırmağa və bu referendumun da SSRİ-
nin  mövcudluğu  dövründə  keçirildiyi  görüntüsünü  yaratmağa  çalışırlar. 
Əgər  erməni  məntiqi  ilə  yanaşılarsa,  Dağlıq  Qarabağda  referendumun 
keçirilməsi və onun statusunun dəyişdirilməsi mümkün deyildi. SSRİ qa-
nunları qüvvədə idisə, SSRİ qanunları müttəfiq respublikanın sərhədləri-
nin  birtərəfli  şəkildə  dəyişdirilməsinə  birmənalı  şəkildə  icazə  vermirdi. 
Diqqət  yetirmək  lazımdır  ki,  Azərbaycanın  müstəqilliyi  haqqında  refe-
rendum  1991-ci  il  dekabr  ayının  sonlarında  keçirildi.  Belə  olan  halda 
Azərbaycanın  razılığı  olmadan  onun  muxtar  vilayətinin  referendum  ke-
çirməyə haqqı yox idi. Referendum oyununda Şaumyan rayonunun ərazi 
statusunun da səsverməyə çıxarılması və adi bir rayonu beynəlxalq hüqu-
qun  statusuna  çevirmək  cəhdi  bütünlükdə  erməni  millətçilərinin  SSRİ 
qanunlarına və beynəlxalq hüquq normalarına son dərəcə qeyri-ciddi ya-
naşmasının nəticəsidir. 
4. Məlumdur ki, 1991-ci il mart ayının 17-də SSRİ üzrə sovetlər birli-
yinin saxlanılması üçün ümumölkə referendumu keçirildi. Azərbaycanın 
o vaxtkı rəhbərliyinin iradəsi ilə respublika bu səsvermədə iştirak etdi və 
bildirildi  ki,  respublika  əhalisinin  çoxu  SSRİ-nin  saxlanması  lehinə  səs 
vermişdir. Ermənistanın Ali Soveti isə qanunsuz da olsa, Ermənistan və 
Dağlıq  Qarabağ  ərazisində  səsvermə  keçirilməsini  mümkünsüz  saydı. 
Yəni SSRİ-nin mövcudluğu üçün səs verməyən erməni millətçilərinin si-
yasi təxribatlar üçün SSRİ qanunlarına istinad etməyə çalışması da onla-
rın qeyri-ciddi düşüncələrinin  nəticəsidir. 
Beləliklə, Azərbaycanın işğal olunmuş ərazilərində elan olunmuş qon-
darma qurumun öz  müstəqilliyini SSRİ qanunları və beynəlxalq norma-
lar  və  BMT  nizamnaməsi  çərçivəsində  qurması  haqqında  erməni  ideo-
loqlarının  heç  bir  hüquqi  əsası  yoxdur.  Bu  məsələ ilə  bağlı informasiya 
məkanına buraxılmış informasiyalar Ermənistanın Azərbaycana qarşı iş-
ğalçılıq  siyasətinin  ört-basdır  edilməsi  üçün  uğursuz  cəhdləridir.  Bunu 
erməni  millətçiləri  özləri  də  yaxşı  bilirlər.  Ona  görə  heç  Ermənistanın 
özü də Azərbaycanın işğal olunmuş  ərazilərində elan olunmuş qurumun 
―müstəqilliyini‖  tanımamışdır.  Baxmayaraq  ki,  informasiya  məkanında 
bu mövzuda geniş müzakirələr aparılır, qeyri-qanuni yaradılmasına bax-


 
178
 
mayaraq  qondarma  qurum  müstəqil  qurum  kimi  təqdim  olunur,  onun 
dövlət ―atributları‖, xaricdəki nümayəndəlikləri haqqında geniş məlumat 
verilir. 
Erməni informasiya məkanı belə bir görüntü yaratmağa çalışır ki, qon-
darma qurumun xarici siyasəti beynəlxalq hüququn hamılıqla qəbul olun-
muş prinsipləri və normaları əsasında aparılır. İddia olunur ki, qondarma 
qurum öz xarici siyasətini aparır, digər dövlətlərlə və beynəlxalq təşkilat-
larla  əlaqələr  yaradır,  rəsmi  nümayəndəliklərini  beynəlxalq  və  regional 
konfransların işinə göndərir. Xarici siyasətə rəhbərlik etmək üçün qondar-
ma qurumun Xarici İşlər Nazirliyinin olduğu da bildirilir. Verilən infor-
masiyalara  görə  hazırda  qondarma  qurumun  Ermənistan,  Rusiya,  ABŞ, 
Fransa, Almaniya, Avstraliya və Livanda daimi nümayəndəlikləri vardır. 
Erməni informasiya ideoloqları qondarma qurumun hətta xaricdə konsul 
xidmətlərinin  olmasından  və  onun  vətəndaşlarının  maraqlarının  xaricdə 
qorumasından  da  söz  açırlar.  Erməni  informasiya  ideoloqlarına  görə, 
qondarma qurumun Xarici İşlər Nazirliyi və xaricdəki daimi nümayəndə-
likləri qondarma qurumun beynəlxalq aləmdə real obrazının təmsil edil-
məsi üzərində çox çalışırlar. Guya, hazırda tamhüquqlu dövlət kimi for-
malaşmaqda  olan  Dağlıq  Qarabağ  Respublikasında  (?)  demokratik  də-
yərlər, insan hüquqları əsas prinsiplərdir (146). 
Əslində isə erməni informasiya vasitələrinin təbliğatlarının əksinə ola-
raq qondarma qurumun beynəlxalq əlaqələrinin mənzərəsi tamamilə baş-
qa bir şəkildədir. Hər şeydən əvvəl dünyanın heç bir dövlətinin bu qon-
darma  qurumu  tanımaması  onun  mövcudluğunun  qeyri-qanuniliyindən 
xəbər verir. Nüfuzlu beynəlxalq təşkilatların rəsmi sənədlərində də qon-
darma  qurumun  iddia  etdiyi  ərazilərin  işğal  edilmiş  Azərbaycan  əraziləri 
kimi  təsbit  olunması  (bu  barədə  aşağıda  danışılacaqdır)  qondarma  qu-
rumun beynəlxalq informasiya mənzərəsinin də obyektiv reallığa əsaslan-
madığından xəbər verir. Qondarma qurumun xaricdəki nümayəndəlikləri 
də rəsmi siyasi təşkilatlar kimi deyil, adi humanitar təşkilatlar kimi qey-
də  alındığı  və  onların  təmsilçilik  hüququnun tanınmadığı  da  məlumdur. 
Hətta  qondarma  qurumun  rəhbərlərinin  xarici  ölkələrə  səfərləri  zamanı 
onların rəsmi şəxslər tərəfindən rəsmi şəkildə qəbul edilməməsi də gizli 
deyil.  Məsələn,  2011-ci  ilin  mart  ayında  Fransanın  ―Le  Fiqaro‖  qəzeti 
yazırdı  ki,  Fransaya  səfərə  gələn  qondarma  qurumun  rəhbəri  Bako  Sa-
akyan görüşmək istədiyi Fransa rəsmilərindən rədd cavabı almışdır. Qə-
zet qondarma qurumu kimsə tərəfindən tanınmayan bir qurum kimi təq-
dim edirdi (147). 


Yüklə 2,28 Mb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə