Nəsrin SÜleymanli



Yüklə 2,28 Mb.
Pdf görüntüsü
səhifə75/100
tarix11.09.2018
ölçüsü2,28 Mb.
#67898
1   ...   71   72   73   74   75   76   77   78   ...   100

 
198
 
matiya stolunda Ermənistana od vurubdur. Onun dediklərinə görə, Mayn-
dorf bəyannaməsi isə qalib dövlət kimi Ermənistanın bütün üstünlükləri-
ni əlindən almışdır (180). 
Erməni informasiya məkanında, xüsusilə elektron informasiya vasitə-
lərində  hazırda  da  dövriyyədə  olan  bu  tipli  saysız-hesabsız  materiallar 
vardır. Məlumatsız oxucu üçün onları ümumiləşdirmək yəqin ki, heç də 
asan  olmazdı.  Bu  materialların  ümumi  xətti  və  məzmunu  Ermənistanın 
Azərbaycana  təcavüz  etməsi  haqqında  iddiaların  yalnız  böyük  dövlətlə-
rin haqsız mövqeyi kimi təqdim etmək, nizamlanma prosesinin mahiyyə-
tinin  anlaşılmasına  maneçilik  yaratmaq  və  ictimai  rəydə  Ermənistana 
qarşı bir təəssübkeşlik əhval-ruhiyyəsi formalaşdırmaqdır. 
Bəzi  informasiya  materiallarında  erməni  ideoloqları  tərəfindən  Mad-
rid  prinsipləri  bənd-bənd  erməni  maraqları  baxımından  təhlil  edilir  və 
auditoriyaya  çatdırılır.  Belə  yazılardan  biri  həmsədr dövlətlərin  bəyana-
tından dərhal sonra, 2009-cu il iyulun 14-də ―panorama.am‖ saytında, di-
gəri  isə  bir  neçə  gün  sonra,  iyulun  31-də  ―karabah88.ru‖  saytında  işıq 
üzü  gördü.  ―karabah88.ru‖  saytındakı  yazı  erməni  informasiya  məkanı-
nın Dağlıq Qarabağ təmsilçisi Masis Mailyanın, digəri isə redaksiya im-
zası ilə oxuculara çatdırılıb (181). 
Madrid prinsiplərinin ilk bəndi olan – Dağlıq Qarabağ ətrafındakı əra-
zilərin  Azərbaycanın  nəzarəti  altına  qaytarılması  –  bəndi  ―panora-
ma.am‖-da  xeyli  mücərrəd  və  dumanlı  şəkildə  şərh  edilmişdir.  Burada 
bildirilir ki, təhlükəsizlik zonasını təşkil edən ərazilər həm coğrafi, həm 
də  təhlükəsizlik  baxımından  tərəflər  üçün  fərqli  əhəmiyyət  kəsb  edir. 
Ona  görə  bu  məsələ  tərəflərin  diplomatları  tərəfindən  ayrıca  müzakirə 
edilməli, həm ərazilərin nə zaman, hansı formada qaytarılması və bu əra-
zilərin gələcəkdə hansı statusa malik olması müəyyənləşdirilməlidir. ―ka-
rabah88.ru‖  saytının  təhlili  isə  kifayət  qədər  radikal  və  millətçidir. 
M.Mailyana  görə,  Dağlıq  Qarabağ  Respublikasının  (?)  nəzarəti  altında 
olan ərazilərin hansınınsa Azərbaycana qaytarılması ilk növbədə Dağlıq 
Qarabağ  Respublikasının  (?)  Konstitusiyasının  pozulmasıdır.  Sonra  da 
əlavə  olunurdu  ki,  erməni  silahlı  qüvvələrinin  bu  əraziləri  tərk  etməsi 
Dağlıq  Qarabağın  hərbi  təhlükəsizliyini  zəiflədəcəkdir.  Onun  fikrincə, 
söhbət  ərazilərin  qaytarılmasından  deyil,  Azərbaycanla  Dağlıq  Qarabağ 
Respublikası  (?)  arasında  sərhəd  xəttinin  müəyyənləşdirilməsindən  get-
məlidir. Yəni Azərbaycan Dağlıq Qarabağ Respublikasının (?) müstəqil-
liyini tanıdıqdan sonra iki dövlət arasında dövlət sərhəd xəttinin demili-
tasiya və demarkasiyası aparılmalıdır. 


 
199
 
Madrid prinsiplərinin – Dağlıq Qarabağa keçid statusunun verilməsi, 
onun təhlükəsizliyinin və özünüidarəsinin təmin edilməsi bəndinə saytla-
rın münasibəti belədir:  
– ―panorama.am‖ saytı: – Dağlıq Qarabağın son statusu müəyyənləşə-
nə kimi ona elə bir status verilməlidir ki, öz səviyyəsinə görə hazırkı sta-
tusdan  aşağı  olmasın.  ―karabah88.ru‖  saytında  isə  bildirilir  ki,  bu  bənd 
Dağlıq Qarabağ Respublikasının (?) statusunun məhdudlaşdırılması cəh-
didir.  Çünki  bununla  hazırkı  status  şübhə  altına  alınır  və  respublika  öz 
təhlükəsizlik sistemindən məhrum olunur. 
Madrid prinsiplərinin sonrakı, Ermənistanla Dağlıq Qarabağ arasında 
koridorun olması bəndinə saytların münasibəti belədir:  
– ―panorama.am‖: – milli maraqlar və Dağlıq Qarabağın təhlükəsizli-
yi baxımından Qarabağla Ermənistan arasında daimi quru əlaqəsinin ol-
ması çox mühüm zəmanətdir. Azərbaycan əvvəllər belə koridorun olma-
sına razı olmurdu. Amma indi bu müddəa Madrid prinsiplərinə daxil edilib. 
– ―karabah88.ru‖: – Dağlıq Qarabağla Ermənistan arasında quru əla-
qələri 1992-ci ildə açılıb və 1993-cü ildə aparılan döyüşlər zamanı bu ko-
ridor genişləndirilib. Bu koridorun daraldılması düzgün olmazdı. Müəllifə 
görə bu təklifin ermənilərə güzəşt kimi təqdim olunması bir qəribəlik idi. 
Madrid prinsiplərinin 4-cü bəndi – Hüquqi məcburiyyət daşıyan səs-
vermə yolu ilə gələcəkdə Dağlıq Qarabağın son statusunun müəyyənləş-
dirilməsi. Saytların bu bəndə münasibəti: 
– ―panorama.am‖: – Bu  müddəa bir neçə cəhətdən vacibdir. Burada 
bildirilir ki, Dağlıq Qarabağ əhalisi öz gələcək dövlət hüququ statusunun 
müəyyənləşdirilməsi üçün referendum yolu ilə qərar qəbul etmək hüqu-
qunu həyata keçirir. İkinci bir cəhət isə ondan ibarətdir ki, Qarabağ əha-
lisi öz müqəddəratını təyin etmək hüququnun subyektidir və öz iradəsini 
ifadə etmək yolu ilə gələcək siyasi və hüquqi taleyini müəyyənləşdirir. 
– ―karabah88.ru‖: – 10 dekabr 1991-ci ildə hüquqi məcburiyyət daşı-
yan səsvermə əsasında Dağlıq Qarabağ Respublikasının (?) statusu müəy-
yənləşib,  10  dekabr  2006-cı  ildə  keçirilən  Konstitusiya  referendumu  ilə 
isə  bu  status  yenidən  təsdiq  olunub.  Bundan  başqa,  prezident  və  parla-
ment seçkilərində Dağlıq Qarabağ  əhalisi daha 8 dəfə öz iradəsini ifadə 
edib. Bununla da son 18 il ərzində əhali Dağlıq Qarabağın mövcud statu-
su haqqında 10 dəfə səsvermədə iştirak edib. 
Madrid prinsiplərinin 5-ci bəndində isə bütün qaçqınların və köçkün-
lərin  öz  əvvəlki  yaşayış  yerlərinə  dönməsi  hüququnun  təmin  edilməsi 
qeyd olunur: 


 
200
 
– ―panorama.am‖: – Bu bəndin çox yarımbəndləri vardır ki, onlar da-
nışıqlarda müzakirə olunmalıdır. Həm azərbaycanlı qaçqınlar, həm də er-
məni qaçqınlar geri dönmək imkanı alacaqlar. Bu zaman Şaumyan rayo-
nunun da statusu müəyyənləşdiriləcəkdir. 
– ―karabah88.ru‖: – Dağlıq Qarabağ Respublikası (?) Azərbaycan tə-
rəfindən  tanındıqdan  sonra  bu  müddəa  hər  üç  tərəfdən  müzakirə  oluna 
bilər. Müddəada yalnız azərbaycanlıların deyil, bütün qaçqınların nəzər-
də tutulması müsbət haldır. Amma məlum deyil ki, əks tərəfə gələn yüz 
minlərlə qaçqının təhlükəsizliyini kim təmin edəcəkdir. 
Nəhayət, Madrid prinsiplərinin elan edilmiş sonuncu 6-cı bəndi sülh-
yaratma əməliyyatlarını nəzərdə tutan təhlükəsizliyə beynəlxalq zəmanət 
məsələsidir. 
–  ―panorama.am‖:  –  Madrid  prinsiplərinin  məntiqinə  görə,  bu  müd-
dəa  təhlükəsizlik  zonasını  təşkil  edən  müəyyən  ərazilərin  geri  qaytarıl-
ması ilə bağlıdır. Nəzərdə tutulur ki, təhlükəsizliyin təmin edilməsi üçün 
bu ərazilərdə beynəlxalq qüvvələr yerləşdiriləcəkdir. Bütünlükdə bu  şərh-
ləri verdikdən sonra ―panorama.am‖ saytı münaqişənin bu prinsiplər əsa-
sında həll olunmasına mənfi münasibət bildirmir. Hətta qarşı tərəfi, yəni 
Azərbaycanı nizamlanmanın müəyyən mərhələsində bu prinsiplərdən im-
tina etməyəcəyi təqdirdə münaqişənin nizamlanacağına bir ümid də ifadə 
olunur. 
– ―karabah88.ru‖ saytı isə əvvəlki radikal mövqeyini davam etdirərək 
sonuncu  bəndlə  əlaqədar  bildirir  ki,  Dağlıq  Qarabağın  hazırda  mövcud 
olan təhlükəsizlik sisteminin beynəlxalq kontingentlə əvəzlənməsi təklif 
olunur. Müəllifin fikrincə, Dağlıq Qarabağ Respublikasının (?) ərazisin-
də beynəlxalq kontingentin peyda olması Dağlıq Qarabağın suverenliyini 
məhdudlaşdıracaqdır.  Sonra  isə  bildirilir  ki,  Madrid  prinsiplərinin  qəbul 
olunması  Dağlıq  Qarabağ  Respublikasının  (?)  və  Ermənistan  Respubli-
kasının milli maraqlarına sağalmaz yara vuracaqdır. 
Erməni  informasiya  məkanında  Madrid  prinsiplərinin  təqdimatı  za-
manı ictimai  diqqətin  bu  prinsiplərin  mahiyyətindən yayındırılması,  bü-
tünlükdə  isə  Ermənistanın  işğalçı  və  millətçi  siyasətinin  pərdələnməsi 
üçün erməni informasiya ideoloqları bir sıra digər yozumları da dövriy-
yəyə buraxmışdılar. Məsələn: 
–  Madrid  prinsiplərinin  meydana  gəlməsinin  Ermənistan  dövlətinin 
xarici siyasətinin səmərəsizliyi ilə bağlanması. Erməni informasiya ideo-
loqları belə bir təsəvvür yaratmağa çalışırlar ki, Ermənistanın xarici siya-
sət strukturları iflic olub, hakimiyyət orqanları bir-birinin ardınca beynəl-


Yüklə 2,28 Mb.

Dostları ilə paylaş:
1   ...   71   72   73   74   75   76   77   78   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə