Nəsrin SÜleymanli



Yüklə 2,28 Mb.
Pdf görüntüsü
səhifə74/100
tarix11.09.2018
ölçüsü2,28 Mb.
#67898
1   ...   70   71   72   73   74   75   76   77   ...   100

 
195
 
Elə həmin günlərdə də Madrid prinsipləri haqqında daha konkretləş-
dirilmiş  məlumatlar  informasiya  vasitələrinə  çıxarıldı.  Həmin  prinsiplər 
aşağıdakılardan ibarət idi: 
– Dağlıq  Qarabağı əhatə edən ərazilərin Azərbaycanın nəzarəti altına 
qaytarılması; 
– Dağlıq Qarabağa aralıq statusun və bu bölgənin təhlükəsizliyinə zə-
manətin verilməsi
– Dağlıq Qarabağa Ermənistanla birləşdirən koridorun verilməsi
– əhalisinin öz iradəsini ifadə etməsi ilə Dağlıq Qarabağın son statu-
sunun müəyyənləşdirilməsi
– qaçqınların və köçkünlərin öz yurdlarına qayıtması hüququ; 
– beynəlxalq zəmanət tədbirləri, o cümlədən sülhyaratma əməliyyatı 
(175). 
Qeyd  etmək  lazımdır  ki,  bu  açıqlamalar  erməni  kütləvi-informasiya 
vasitələrində  öz  əksini  tapdı  və  həmin  açıqlamalar  erməni  informasiya 
ideoloqlarının şərhləri ilə müşayiət olunurdu. Mayndorf bəyannaməsinin 
imzalanmasından  sonra  erməni  informasiya  ideoloqlarının  informasiya 
məkanında  apardıqları  kampaniyanın  təcrübəsi  yeni  şəraitdə  də  təkrar-
lanmağa başladı. Başqa sözlə, ilk növbədə açıqlanmış məlumatlarda han-
sı ifadələrin yer tapıb-tapmaması qabardılır və bunun əsasında müəyyən 
nəticələr informasiya məkanına çıxarılırdı. Bununla ictimai rəydə ilk təəs-
sürat yaradılır və açıqlanan məlumatların erməni maraqlarına nə dərəcə-
də cavab verməsi yozulurdu. Sonradan isə daha dərin təhlillər aparılır və 
açıqlanan  məlumatların  erməni  maraqlarına  nə  dərəcədə  ziyanlı  olması 
təhlil olunur və bütünlükdə sənəd və ya bəyanat haqqında fərqli təsəvvür 
yaradılması  üçün  kütləvi  kampaniyaya  yaşıl  işıq  yandırılırdı.  Məsələn, 
erməni informasiya ideoloqları açıqlanan bilgilər əsasında belə bir qənaətə 
gəlirdilər ki, Madrid prinsiplərində Azərbaycanın ərazi bütövlüyü, Dağ-
lıq  Qarabağın  Azərbaycanın  tərkib  hissəsi  olması  haqqında  heç  bir  söz 
yoxdur. Böyük bir sevinclə erməni informasiya auditoriyasına çatdırılırdı 
ki, Azərbaycan Prezidenti və Azərbaycan rəsmilərinin Dağlıq Qarabağın 
Azərbaycan torpaqları olması haqqında bəyanatlar vermələrinə baxmaya-
raq, bu müddəa Madrid prinsiplərində öz əksini tapmayıb. Yəni belə bir 
təsəvvür yaradılmasına cəhd göstərilirdi ki, Azərbaycanın ərazi bütövlü-
yünün Ermənistan tərəfindən pozulması beynəlxalq qınaqla rastlaşmayıb 
və deməli, ermənilər Azərbaycanın ərazi bütövlüyünü pozmaqda sərbəst-
dirlər.  Sonra erməni ideoloqları  qaçqınlar  məsələsinə toxunarkən  böyük 
bir sevinclə qeyd edirdilər ki, sənəddə qaçqınların milliyyəti göstərilmə-


 
196
 
yib. Guya bu da o deməkdir ki, Bakıdan qaçqın düşmüş ermənilər də geri 
qayıda bilərlər. Sonra da belə bir fikir ifadə olunurdu ki, onsuz da azər-
baycanlıların  Dağlıq  Qarabağa  qayıtmasına  imkan  verilməyəcəkdir.  Er-
məni  ideoloqları  bəzi  azərbaycanlı  fəalların  fikirlərini  özləri  istədikləri 
kimi  şərh  edərək  erməni  cəmiyyətinə  çatdırmaq  istəyirdilər  ki,  Madrid 
prinsipləri, əslində, erməniliyin qələbəsidir və bu prinsiplərin doğurduğu 
reallıq Azərbaycan üçün soyuq duşa çevriləcək (176). 
Bununla  ilk  vaxtlar  informasiya  məkanında  Madrid  prinsiplərinin  er-
məni maraqlarına cavab verən mənzərəsi yaradıldı. Hətta Ermənistanın xa-
rici işlər nazirinin üç ölkə prezidentinin bəyanatından dərhal sonra Madrid 
prinsipləri haqqında verdiyi bəyanatında da optimist fikirlər üstünlük təşkil 
edirdi. Onun fikrincə, Dağlıq Qarabağın statusunun əhalinin səsverməsi ilə 
müəyyənləşdirilməsi,  Ermənistanla  Qarabağ  arasında  quru  əlaqələrinin 
olması, təhlükəsizliyə zəmanət verilməsi Ermənistanın təkid etdiyi təkliflər 
idi ki, onlar da Madrid prinsiplərində öz əksini tapmışdı (177).  
Lakin  tezliklə  erməni  informasiya  məkanında  Madrid  prinsipləri  ilə 
bağlı tamamilə fərqli bir mənzərə yaradıldı. Xüsusilə, Azərbaycan tərəfi-
nin  Madrid  prinsiplərinə  qarşı  ciddi  narazılığı  müşahidə  edilmədikdə, 
Madrid  prinsipləri  erməni  ideoloqları  tərəfindən  kütləvi  təftişə,  Madrid 
prinsipləri haqqında kütləvi yozumlar aparılmasına başlandı. Ermənistan 
rejiminə müxalif olan Erməni Milli Konqresinin açıqladığı bəyanat bu is-
tiqamətdə  verilmiş  ilk  bəyanatlardan  biri  idi.  Bəyanatda  rejimə  müxali-
fətçilik məqamları mövcud olsa da, hər halda açıqlanmış Madrid prinsip-
ləri, o cümlədən 2009-cu il iyulun 10-da həmsədr ölkələrin prezidentləri-
nin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı verdikləri bəyanatın ermənilərin 
maraqlarına cavab vermədiyi erməni ictimaiyyətinin diqqətinə çatdırıldı. 
Erməni Milli Konqresi onu da bəyan etdi ki, münaqişənin həlli yaxınlaş-
maqdadır. Lakin bu həll heç də Ermənistanın xeyrinə deyil (178). 
Erməni informasiya vasitələrində erməni ideoloqlarının Madrid prin-
siplərinə münasibəti haqqında istənilən qədər yazılarla rastlaşmaq müm-
kündür. Bu mövzu erməni informasiya məkanında  toxunulan və hazırda 
da  aktuallığını  itirməyən  bir  mövzu  olaraq  qalmaqdadır.  Bu  mövzunun 
mahiyyəti  isə  ondan  ibarətdir  ki,  Madrid  prinsipləri  erməni  millətçiliyi-
nin  maraqlarına  cavab  vermir.  İctimai  müzakirələrə  həm  Ermənistanın, 
həm də Dağlıq Qarabağ ermənilərinin ideoloqları, həm də kənar ekspert-
lər cəlb edilməkdədir. 
İnformasiya məkanına çıxarılan yazıların başlıqlarına diqqət yetirmək 
də erməni informasiya ideoloqlarının hansı təşviş keçirdiyini təsəvvür et-


 
197
 
məyə  əsas  verir.  Məsələn,  ―Madrid  prinsipləri  intiharın  təlimatıdır‖.  Bu 
yazıda Madrid prinsiplərinə xeyli fərqli mövqedən münasibət bildirilmiş-
dir.  Müəllifin  fikrincə,  açıqlanan  prinsiplər  əsl  prinsiplər  deyil  və  onlar 
yalnız ictimai rəyin diqqətinin yayındırılması üçündür. Guya bu prinsip-
lər  artıq  geopolitik  maraqlarla  uzlaşmır  və  yaxın  zamanlarda  tamamilə 
yeni  razılaşma  imzalana  bilər.  Danışıqların  fəallaşması  və  ya  konkret 
təkliflərin ortaya qoyulması da böyük dövlətlərin geopolitik maraqları ilə 
əlaqələndirilir. Müəllifə görə, Rusiyaya Azərbaycan qazı lazımdır və hə-
min qazı əldə etdikdən sonra münaqişənin yeni prinsipləri ortaya atılıb. 
Avropa dövlətlərinə isə regionda stabillik lazımdır. Ona görə tənzimləmə 
sürətləndirilib. Bu prosesdə Türkiyənin rolunun artmasına da toxunulur. 
Bunlar, əslində, Ermənistana qarşı bir  ədalətsizlik olduğu görüntüsü ya-
radır. Yazı müəllifi Ermənistanın işğalçı siyasətini etiraf etmək, beynəl-
xalq sənədlərdə təsbit olunduğu kimi, işğal olunmuş  ərazilərin geri qay-
tarılmalı  olduğunu  etiraf  etmirlər  və  belə  bir  təsəvvür  yaratmağa  çalışır 
ki, Madrid prinsiplərində irəli sürülən müddəalar icra edilməli olarsa, bu, 
yalnız  böyük  dövlətlərin  Ermənistana  edəcəyi  haqsız  təzyiqlərin  nəticə-
sində ola bilər. 
Müəllif sonra qeyd edir ki, açıqlanan Madrid prinsipləri Dağlıq Qara-
bağ  münaqişəsinin  həlli  üçün  baza  ola  bilməz.  Çünki  o,  bu  prinsipləri 
qeyri-real,  Dağlıq  Qarabağ  ətrafındakı  ərazilərin  geri  qaytarılması  üçün 
mif adlandırır. Qaçqınların və köçkünlərin geri qaytarılmasını isə müəllif 
ermənilərə qarşı ölüm hökmü kimi qiymətləndirir və özü də bunu onunla 
əsaslandırmağa çalışır ki, iki türk dövlətində  revanşizm ideologiyası çox 
güclüdür. Madrid prinsiplərində Dağlıq Qarabağın statusunun müəyyən-
ləşdirilməsi üçün referendum keçirilməsinin nəzərdə tutulmasını isə müəl-
lif təhqir kimi qarşılayırdı. Onun fikrincə, 1991-ci ildə bölgədə artıq ref-
erendum keçirilmişdir. Bir sözlə, Madrid prinsiplərinin qəbul edilməsini 
müəllif  Dağlıq  Qarabağ    Respublikası  (?)  üçün  ittiham  aktı  kimi  dəyər-
ləndirirdi (179). 
Ermənistanın  ―Erməni  seçimi‖  partiyasının  təşəbbüs qrupunun  bəya-
natında  Madrid  prinsiplərinin  hər  hansı  bir  bəndi  əsasında  sənəd  imza-
lanmasını  dövlətə  qarşı  ağır  cinayət,  milli  təhlükəsizliyə  zərbə  endiril-
məsi, erməni dövlətinin müdafiə sisteminin dağıdılması kimi xarakterizə 
edirdi. Təşəbbüs qrupunun qənaətinə görə, Madrid prinsiplərinin bütün-
lüklə və ya qismən qəbul edilməsi Ermənistan dövlətinin tam kapitulyasi-
yası  demək  idi.  Ermənistan  marksistlərinin  rəhbərinin fikrincə  isə  Minsk 
Qrupu  ölkələri  prezidentlərinin  verdiyi  bəyanata  qoşulan  Rusiya  diplo-


Yüklə 2,28 Mb.

Dostları ilə paylaş:
1   ...   70   71   72   73   74   75   76   77   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə