Nəsrin SÜleymanli



Yüklə 2,28 Mb.
Pdf görüntüsü
səhifə82/100
tarix11.09.2018
ölçüsü2,28 Mb.
#67898
1   ...   78   79   80   81   82   83   84   85   ...   100

 
218
 
fəal orqanlarından biri oldu. DQMV Xalq Deputatları Sovetinin adıçəki-
lən  iclasından  dərhal  sonra  qəzetin  xüsusi  nömrəsinin  hazırlanmasına 
başlandı. Erməni millətçiləri bütün gecəni işləməklə xüsusi nömrəni ha-
zırladılar və Dağlıq Qarabağın Azərbaycandan qoparılması haqqında qə-
rar bu nömrədə çap olundu. Bununla da Dağlıq Qarabağın Azərbaycan-
dan qoparılmasının qanuniləşdirilməsinə göstərilən cəhd kütləvi auditoriya-
ya çatdırıldı (5). 
Tezliklə DQMV rəhbərliyinin dəyişməsi ilə vilayətdə olan qəzetlər və 
radio şəbəkəsi bütünlüklə millətçilərin nəzarəti altına keçdi. Bu informa-
siya vasitələri millətçiliyin, separatizmın, təcavüzkarlığın təbliğat mərkə-
zinə çevrildi. 
Xüsusilə də, ―Sovetski Karabax‖ qəzetinin Dağlıq Qarabağ Muxtar Vi-
layətində erməni millətçiliyinin və antiazərbaycan əhval-ruhiyyəsinin qı-
zışdırılmasında böyük rolu var idi. Vilayətdə çap olunan yeganə qəzet ol-
duğu üçün yerli əhali gündəlik məlumatları məhz bu qəzetdən alırdı. Bu 
qəzet tərəfindən cərəyan edən hadisələrə prinsipial münasibət bildirildiyi, 
ən azı SSRİ mərkəzi orqanlarının mövqeyi az-çox düzgün ifadə edildiyi 
halda  vilayət  əhalisinin  təcavüzkarlaşmasının  qarşısını  almaq  mümkün 
olardı.  Lakin  belə  olmadı.  Hadisələrin  elə  ilk  günündən  ―Sovetski  Kara-
bax‖ qəzeti erməni millətçiliyinin, antiazərbaycançılığın və qızışdırıcılı-
ğın mərkəzinə çevrildi. Qəzetin baş redaktoru Maksim Osipyan bu mil-
lətçiliyin təbliğinin başında dayanırdı. Baş redaktor yalnız qəzetin millət-
çi istiqamətini müəyyənləşdirmirdi. O özü də tez-tez baş redaktorun rubri-
kasında qızışdırıcı yazılarla çıxış edir, vilayət əhalisi arasında antiazərbay-
can düşmənçiliyi təbliğ edirdi (6). 
Bu qəzetin fəaliyyətini yaxından izləyən R.Arakelov yazırdı ki, Dağ-
lıq Qarabağda yaradılmış Təşkilat Komitəsinin fəaliyyəti jurnalistlər tə-
rəfindən birmənalı şəkildə boykot edilirdi. Bu strukturun vasitəsi ilə vila-
yətin rayonlarında iki xalqın birgəyaşayışının təmin edilməsi üçün görü-
lən hər bir müsbət iş qaralanır və hətta bu istiqamətdə yerli ermənilərin 
Təşkilat Komitəsi ilə əməkdaşlıq meylləri ciddi təhqir və təzyiqlərlə rast-
laşırdı. Belə cəhdlər hətta qəzet səhifələrində şantaj olunur və millətçiliyi 
ilə  seçilən  ermənilər  də  digərlərinə  nümunə  göstərilirdi.  R.Arakelovun 
qeydlərinə görə, vaxtilə erməni millətçiləri və silahlıları tərəfindən azər-
baycanlı əhaliyə qarşı törədilən vəhşiliklər və cinayətlər haqqında qəzet 
səhifələrində heç vaxt məlumat verilməzdi. Amma vilayət daxilində ya-
şayan  azərbaycanlı  əhalinin  mühafizəsinin  təmin  edilməsi  naminə  hər 
hansı  bir  addım  atılsaydı,  bu  məsələ  ―Sovetski  Karabax‖  qəzetində  ən 


 
219
 
ifrat  millətçilik  və  qızışdırıcılıq  ruhunda  əks  olunar  və  antiazərbaycan 
təbliğatının yeni bir dalğası başlayardı. R.Arakelov qeyd edirdi ki, o iki 
il müddətində ―Sovetski Karabax‖ qəzetini mütaliə etməli oldu və bu il-
lər ərzində iki xalqın dinc yaşayışının təmin olunması haqqında qəzet sə-
hifələrində bir dənə də olsa yazıya rast gəlmədi (7). 
R.Arakelov öz xatirələrində ―Sovetski Karabax‖ qəzetinin baş redak-
toru ilə görüşdüyünü və qəzet səhifələrində Azərbaycan-Ermənistan qar-
şılıqlı  əməkdaşlığı  haqqında  yazılarla  çıxış  etmək  niyyətində  olduğunu 
da qələmə alıb. Lakin elə ilk görüşdən ona aydın olub ki, erməni millət-
çiliyinin tipik nümayəndəsi olan Maksim Osipyanı iki xalqın əməkdaşlı-
ğı deyil, iki xalq arasında uçurumun dərinləşdirilməsi maraqlandırır. 
Dağlıq  Qarabağda  etnik  ayrı-seçkiliyin,  antiazərbaycan  əhval-ruhiy-
yəsinin  qızışdırılmasında  vilayət  radiosunun  da  özünəməxsus  fəaliyyəti 
var idi. Bu radionun Xankəndində, şəhərin təsərrüfat obyektlərində, park-
larında, ictimai yerlərində geniş şəbəkəsi var idi. Eyni zamanda Xankən-
dində  ―Azat  Arsax‖  adlı  gizli  radiostansiya  fəaliyyət  göstərirdi.  Birinin 
qanuni, digərinin isə qeyri-qanuni olmasına baxmayaraq hər iki radio ey-
ni həvəslə və ardıcıllıqla antiazərbaycan təbliğatı aparır, Azərbaycan xal-
qına, Azərbaycan hakimiyyət orqanlarına, vilayətdəki mərkəzi hakimiy-
yət nümayəndələrinə iftiralar və təhqirlər yağdırırdı. Bu radioların qızış-
dırıcılıq  fəaliyyətinin  qarşısının  alınması  üçün  vilayət  orqanları  tərəfin-
dən  qətiyyətli  bir  addım  atılmırdı.  Gizli  radiostansiyanın  faəliyyətinin 
qarşısını bir müddət sonra  almaq mümkün oldu. Lakin o vaxta kimi bu 
radio antiazərbaycan təbliğatının aparılmasında, erməni şüurlarının zəhər-
lənməsində xeyli iş görə bildi (8). 
Dağlıq Qarabağ ermənilərinin şüurlarının antiazərbaycan təbliğatı ilə 
zəhərlənməsində  təbliğat  vərəqlərinin  yayılmasından  da  istifadə  olunur-
du. Məzmunu etibarilə Z.Balayan, S.Xanzadyan və S.Kaputikyanın anti-
azərbaycan təbliğat məktəbinin ənənələrini davam etdirən bu vərəqlərdə 
―Sovetski  Karabax‖  qəzetində,  yerli  radioşəbəkədə  yayılan  təbliğat  da-
vam etdirilirdi. Vərəqlər həm erməni əhalisi arasında, həm də vilayətdəki 
qoşun bölmələri arasında yayılırdı. Hər ikisində də məqsəd bu idi ki, an-
tiazərbaycan  əhval-ruhiyyəsi  qızışdırılsın,  erməni  millətçilərinin  fəaliy-
yətinə  haqq  qazandırılsın.  R.Arakelovun  yazdığına  görə,  bu  vərəqlər 
―Miasum‖, ―Arsax qadınlar ittifaqı‖, ―Tələbə ittifaqı‖ və s. imzalarla ha-
zırlanırdı.  Bununla  belə  bir  görüntü  yaradılırdı  ki,  Dağlıq  Qarabağda 
çoxlu  sayda  ictimai  təşkilatlar  yaradılıb  və  onlar  da  Dağlıq  Qarabağın 
Azərbaycandan qoparılması uğrunda mübarizəyə qoşulublar (9). 


 
220
 
Yuxarıda deyildiyi ki, erməni millətçiləri özlərinin fəxr edə biləcəklə-
ri  bir  informasiya-təbliğat  təcrübəsinə  malikdirlər.  Dağlıq  Qarabağ  mü-
naqişəsinin erməni yozumlarının Ermənistandan kənara çıxarılması üçün 
ilk növbədə SSRİ miqyasında mövcud olan mətbuat vasitələrinin üzərinə 
hücum başlandı. SSRİ rəhbərliyinin və əhalisinin düşüncəsinə təsir gös-
tərilməsi,  kütləvi  antiazərbaycan  əhval-ruhiyyəsinin  yaradılması  üçün 
SSRİ mətbuat orqanları ən yaxşı vasitə idi. Həmin real vasitələrin imkan-
larından istifadə edilməsi istiqamətində isə erməni millətçiləri qarşılarına 
qoyduqları məqsədə nail oldular. Başqa sözlə, erməni millətçilərinin yol 
tapa  bildikləri    sovet  mətbuat  orqanları  Dağlıq  Qarabağ  münaqişəsinin 
mahiyyətinin    təhrif  edilməsində,  Dağlıq  Qarabağ  ətrafında  vəziyyətin 
daha da mürəkkəbləşməsində kifayət qədər mənfi rol oynadılar. 
www.presskarabakh.info
  saytında  1987–94-cü  illər  ərzində  Dağlıq 
Qarabağ münaqişəsi ətrafında daha çox yazılar çap edən qəzet və jurnalla-
rın siyahısı verilmişdir. Həmin siyahı belədir (10): 
―Azatamarat‖ 
 
 
―Kommersant‖ 
―Arqumentı i faktı‖   
 
―Komsomoles‖ 
―Armyanskiy vestnik― 
 
―Komsomoles Kuzbasa‖ 
―Atmoda‖   
 
 
―Komsomolskaya pravda‖ 
―Vek XX i mir‖ 
 
 
―Literator‖ 
―Qlaşşatay‖   
 
 
―Literaturnaya qazeta‖ 
―Qolos Armenii‖ 
 
 
―Meqapolis ekspress‖ 
―Demokratiçeskaya Rossiya‖  
―Molot‖ 
―Jurnalist‖   
 
 
―Moskovskaya qazeta‖ 
―Moskovskiye Novosti‖ 
 
―Zov Arsaxa‖ 
―İzvestiya‖   
 
 
―Orientir DiP‖ 
―Politexnik‖  
 
 
―Pravda‖ 
―Respublika Armeniya‖  
 
―Russkaya mısl‖ 
―Smena‖ 
 
 
 
―Sovetskiy Karabax‖ 
―Soqlasiye‖   
 
 
―Stolitsa‖ 
―Stroitelnaya qazeta‖  
 
―Tntesaqet‖ 
―Yuq‖ 
 
 
 
―Yurmala‖ 
 
Bu siyahıda rus dilində olan qəzet və jurnallar və ya rus dilində yazı-
ların çap olunduğu mətbuat orqanları göstərilmişdir. Göründüyü kimi on-
ların çoxu İttifaq mətbuat orqanlarıdır. Amma bu siyahı da tam deyildir. 
Bu siyahıda ―Qudok‖,  ―Trud‖, ―Sosialistiçeskaya industriya‖ kimi mər-
kəzi qəzetlərin adı yoxdur. Bundan başqa məlumdur ki, ―Krasnaya Zvez-


Yüklə 2,28 Mb.

Dostları ilə paylaş:
1   ...   78   79   80   81   82   83   84   85   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə