Nəsrin SÜleymanli



Yüklə 2,28 Mb.
Pdf görüntüsü
səhifə81/100
tarix11.09.2018
ölçüsü2,28 Mb.
#67898
1   ...   77   78   79   80   81   82   83   84   ...   100

 
215
 
V FƏSĠL 
 
DAĞLIQ QARABAĞ MÜNAQĠġƏSĠNĠN ĠNFORMASĠYA 
MODELĠNĠN VASĠTƏLƏRĠ 
 
1. Kütləvi informasiya vasitələri 
 
Azərbaycana qarşı ərazi iddialarının irəli sürülməsi və bu planların er-
mənilərin beyninə yeridilməsi, başqa sözlə isə ermənilərin Azərbaycana 
qarşı işğalçılıq və millətçilik ideologiyası ətrafında səfərbər edilməsi heç 
şübhəsiz ki, müəyyən təşkilatçılıq  fəaliyyətinin aparılmasını tələb edirdi. 
Belə  bir  təşkilatçılıq  fəaliyyəti  olmadan  ifrat  millətçi  ideologiyanı  uzun 
müddət gündəlikdə saxlamaq qeyri-mümkün idi. Elə erməni millətçiləri-
nin təcrübəsi də bunu sübut edir. Bu təşkilatçılıq işinin başlıca istiqamə-
tini isə informasiya-məlumatlandırma fəaliyyəti təşkil edirdi. 
Konkret  tarixi  şəraitdən,  imkanlardan  asılı  olaraq  erməniliyin  məlu-
matlandırılmasında  ən  müxtəlif  vasitələrdən  istifadə  edilmişdir.  Dağlıq 
Qarabağ  münaqişəsinin  açıq  fazaya  keçməsindən  əvvəl  qonşu  xalqlara 
ərazi iddiaları daha çox kilsə və tarixi bədii ədəbiyyat vasitəsi ilə həyata 
keçirilirdi. İstər erməni kilsəsinin, istərsə də erməni müəlliflərinin əsərlə-
rində və ya onların himayədarlığı ilə çap olunan əsərlərdə erməni istisna-
lığının,  erməni  millətçiliyinin  və  yeni  ərazi  arzularının  ifadəsi  ilə  bağlı 
əvvəlki fəsillərdə artıq xeyli faktlara istinad edilmişdir. Burada toxunu-
lan problem kontekstində onu da qeyd etmək olar ki, sovet ideologiyası-
nın məhdudiyyətləri dövründə erməni kilsəsi, müəyyən yollarla işıq üzü 
görən  millətçi  ədəbiyyat  erməni  cəmiyyətinin  millətçilik  istiqamətində 
az-çox məlumatlandırılmasına xidmət edirdi. 
Dağlıq  Qarabağ  münaqişəsinin  informasiya-təbliğat  baxımından  ye-
tişməsində də ilkin rolu məhz millətçi ədəbiyyat öz üzərinə götürdü. Yu-
xarıda adıçəkilən Z.Balayanın, S.Xanzadyanın, S.Kaputikyanın və digər-
lərinin  əsərləri,  publisistikası  erməniliyi  daha  fəal  millətçilik  ətrafında 
səfərbər etdi. 
XX  əsrin  70-ci  illərindən  etibarən  erməni  millətçiləri  arasında  gizli 
qruplar yaradıldığı və onlarıln üzvləri tərəfindən kifayət qədər fəal infor-
masiya-təbliğat  işləri  aparıldığı  məlumdur.  Bu,  əlbəttə  ki,  Ermənistan 
SSR-ə aid olan bir faktdır. Xaricdə isə erməni diasporunun ictimai və si-
yasi təşkilatlarda birləşdirilməsi daim diqqət mərkəzində saxlanılırdı. XX 
əsrin 80-ci illərində yaradılmış gizli erməni təşkilatlarından biri millətçi 
ermənilərin  məlumatlandırılmasını, əsasən, şifahi şəkildə, qrupun fəalla-


 
216
 
rı vasitəsi ilə aparırdı. Bu qrupun üzvləri, eyni zamanda, millətçi hissləri 
qızışdıra biləcək materiallar yayır və həmin materiallar əsasında erməni 
gəncləri  arasında  iş  aparılırdı.  Belə  təbliğat  zamanı  toxunulan  başlıca 
mövzu  isə  Qarabağda  ermənilərin  sıxışdırılması,  Qarabağdakı  ―erməni‖ 
abidələrinin dağıdılması və s. olardı (1). 
Dağlıq Qarabağ münaqişəsinin ilkin dövründə erməni əhalisinin mə-
lumatlandırılması  yollarından  biri  də  Dağlıq  Qarabağın  Azərbaycandan 
qoparılması ilə bağlı kütləvi imzaların toplanması idi. Əvvəla, bu iş üçün 
xüsusi hazırlıqlı adamlar ayrılırdı və hər bir şəxs üçün konkret ərazilər də 
müəyyənləşdirilirdi. Digər tərəfdən bu insanlar, sadəcə, imza toplamırdı-
lar. Onlar eyni zamanda imzasını aldıqları insanları məlumatlandırırdılar. 
Dağlıq Qarabağın Azərbaycandan qoparılmasının zəruriliyi, başqa sözlə, 
Dağlıq  Qarabağın  iddia  olunan  statusu  haqqında  ermənilərdə  ilkin  tə-
səvvürlər yaradılırdı. Erməni millətçiləri hətta bu imza toplama kampani-
yasını Qarabağla bağlı referendum da adlandırırdılar. Bildirildiyinə görə, 
guya 1987-ci ilin yayında 75 min imza toplanaraq ölkə rəhbərliyinə gön-
dərilmişdi (2). 
Əhalinin ilk mitinqlərə, o cümlədən Dağlıq Qarabağ Muxtar Vilayəti 
Xalq Deputatları Sovetinin məlum 20 fevral 1988-ci il tarixli sessiyasına 
erməni deputatlarının çağırılması da xüsusi informatorlar tərəfindən apa-
rılırdı. Vilayət mətbuatının, radio-televiziyasının hələlik dövlət orqanları-
nın  nəzarəti  altında  olmasına  görə,  əhalinin  məlumatlandırılması  və  ilk 
mitinqlərə çağırılması da erməni informatorlarının üzərinə düşürdü. 1988-
ci il fevral ayının 13-də Xankəndində təşkil olunmuş ilk mitinqə erməni-
lərin toplanması məhz bu yolla baş tutdu. Erməni millətçiləri erməniləri, 
sadəcə olaraq, mitinqlərə çağırmırdılar. Onlar eyni zamanda şüarlar, ya-
zılı çağırışlar da hazırlayırdılar. Əyani informasiya və təbliğat vasitələri ki-
mi bu şüarlar və transparantlar da mitinqə toplaşan kütlədə müəyyən ba-
xışlar və yanaşmalar formalaşdırmalı idi (3). 
1987-ci ilin noyabrında A.Aqanbekyanın Fransa Kommunist Partiya-
sının orqanı olan ―Humanite‖ qəzetinə Dağlıq Qarabağın Ermənistana bir-
ləşdirilməsi məqsədəuyğunluğu haqqında müsahibə verməsi ilə (4) Dağ-
lıq Qarabağ ətrafında informasiya qarşıdurması yeni və ciddi bir mərhələyə 
qədəm qoydu. Adıçəkilən qəzet SSRİ ərazisində də yayıldığından Dağlıq 
Qarabağla  bağlı  millətçi-separatçı  niyyətlərin  informasiya  əhatəsi  xeyli 
genişləndi. Eyni zamanda Dağlıq Qarabağ münaqişəsi ətrafında informa-
siyanın kütləviləşməsinin ilk və qətiyyətli addımı atıldı. Bu addım müəy-
yən mənada təcrübi addım kimi də qiymətləndirilə bilər. SSRİ rəhbərliyi-


 
217
 
nə yaxın olan bir şəxsin SSRİ-nin konstitusiya əsaslarının dağıdılmasına 
xidmət edən bu bəyanatın mediaya çıxarılmasının necə qarşılanacağı er-
məni millətçilərinin Dağlıq Qarabağla bağlı informasiya siyasətinin gələ-
cəyinin  müəyyənləşdirilməsində  əhəmiyyətli  ola  bilərdi.  Məlum  olduğu 
kimi  SSRİ  rəhbərliyi  Dağlıq  Qarabağ  münaqişəsi  haqqında  məlumatın 
beynəlxalq  informasiya  məkanına  çıxarılmasına  əks-münasibət  nümayiş 
etdirmədi. Bu da o dövrdə xüsusi kütləviliyi ilə seçilən mətbuatdan daha 
geniş istifadə edilməsi üçün erməni millətçiliyinə bir zəmin yaratdı. 
Bununla belə, 1987-ci ilin sonu və 1988-ci ilin əvvəlində erməni in-
formasiya-təbliğat vasitələrinin seçilməsində müəyyən ehtiyatlılıq göstə-
rildiyini  müşahidə  etmək  olar.  Bu  dövrün  kütləvi  informasiya  vasitələri 
hələ fəal şəkildə informasiya qarşıdurmasına cəlb edilməmişdi. Münaqi-
şənin fəal dövrünə keçid ərəfəsində informasiyanın yayılması üçün kütlə-
vi mitinqlərdən, xüsusi vərəqlərdən və onların əhali arasında yayılmasın-
dan, təbliğat kitablarından istifadə olunurdu. Doğrudur, hələlik bu vərəq-
lər və kitablar da açıq şəkildə yayılmırdı. Bununla belə, bu informasiya-
təbliğat materiallarının yayılmasının qarşısının alınması üçün də hər han-
sı qətiyyətli bir tədbir görülmürdü. 
Ümumiyyətlə,  qeyd  etmək  lazımdır  ki,  erməni  informasiya-təbliğat 
fəaliyyətinin aparılması üçün kitab yayılmasına xüsusi diqqət yetirilirdi. 
Lakin  nəzərə  almaq  lazımdır  ki,  Dağlıq  Qarabağ  münaqişəsinin  ilkin 
dövründə  yayılan  kitablarla,  sonrakı  dövrdə  yayılan  kitablar  arasında 
müəyyən xarakterik fərq var idi. İlkin dövrdə daha çox tədqiqat xarakter-
li, erməniliyin saxtalaşdırılmış tarixi haqqında kitablar yayılırdı. Sonrakı  
dövrdə isə yayılan kitabların mövzusunda konkret olaraq Dağlıq Qarabağ 
münaqişəsinə, Dağlıq Qarabağ ətrafında cərəyan edən hadisələrə, müna-
qişənin  geosiyasi  regional  aspektlərinə  müraciət  artdı.  Azərbaycan  tor-
paqlarının  işğalının,  aparılan  etnik  təmizləmənin  əsaslandırılması  haq-
qında informasiya, təhlil və publisistik kitabların sayı artdı. Hazırda dün-
yanın bütün ölkələrinin kitabxanalarında, internet məkanında erməni in-
formasiya-təbliğat  siyasətinə  xidmət  edən  saysız-hesabsız  kitablar  möv-
cuddur. 
Dağlıq Qarabağ münaqişəsinin ilk illəri üçün mətbuata və radio-tele-
viziyaya yol tapmaq erməni millətçiləri üçün daha böyük əhəmiyyət kəsb 
edirdi. DQMV Xalq Deputatları Sovetinin 20 fevral 1988-ci il tarixli ic-
lasından  sonra  mətbuat  vasitələrinə  bəslənilən  ehtiyatlı  münasibətə  son 
qoyuldu. Xankəndində çap olunan ―Sovetski Karabax‖ qəzeti bu baxım-
dan  Dağlıq  Qarabağ  ətrafında  aparılan  informasiya  qarşıdurmasının  ilk 


Yüklə 2,28 Mb.

Dostları ilə paylaş:
1   ...   77   78   79   80   81   82   83   84   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə