Nəsrin SÜleymanli



Yüklə 2,28 Mb.
Pdf görüntüsü
səhifə78/100
tarix11.09.2018
ölçüsü2,28 Mb.
#67898
1   ...   74   75   76   77   78   79   80   81   ...   100

 
207
 
ərazilərinin işğal edilməsi ilə bağlı Təhlükəsizlik Şurasının qəbul etdiyi 
qətnamələrə  Azərbaycan  özü  əməl  etməyib  və  ona  görə  də  Azərbaycan 
digər məntəqələrin itirilməsi reallığı ilə üz-üzə qalıb. 
Məsələn, Ermənistanın indiki prezidenti S.Sarkisyan müsahibələrinin 
birində qeyd edirdi ki, 1993-cü ildə BMT Təhlükəsizlik Şurasının qəbul 
etdiyi dörd qətnamə döyüş əməliyyatlarının dərhal dayandırılmasını tələb 
edirdi. Azərbaycan isə buna əməl etmədi. Baxmayaraq ki, belə təsəvvür 
yaratmağa  çalışırlar  ki,  guya  Ermənistan  bu  qətnamələri  icra  etməyib. 
Ermənistan  prezidentinin  fikrincə,  indi  bütün  dünyaya  məlumdur  ki,  bu 
belə deyil və biz yalnız müdafiə olunurduq (192). 
Ermənistan prezidentinin adi təbliğat mahiyyəti daşıyan və ölkəsinin 
işğalçılıq siyasətini pərdələməyə xidmət edən bu fikirlərinin heç bir əsası 
yoxdur. Əvvəla, Kəlbəcər rayonunun işğalı ərəfəsində Azərbaycan daxi-
lində  mürəkkəb  ictimai-siyasi  şərait  yaranmışdı  və  cəbhədə  vəziyyətin 
mürəkkəbləşdirilməsi heç də Azərbaycanın marağında deyildi. İkinci tə-
rəfdən, Azərbaycan Təhlükəsizlik Şurasının qətnaməsinin yerinə yetirilə-
cəyi ilə respublikada vəziyyətin sabitləşdiriləcəyinə ümid bəslədiyi halda 
erməni silahlı qüvvələri Ağdamı da işğal etdilər. Azərbaycan öz torpaq-
larının  işğalının  genişləndirilməsində  yox,  onun  işğalının  dayandırılma-
sında  maraqlı  idi.  İşğalda  maraqlı  olan  tərəf  isə  Ermənistan  idi  və  bu 
dövlətin bütün siyasəti də bunu nümayiş etdirir. 
Ermənistan prezidenti ―Avronyus‖ telekanalına müsahibəsində bu fi-
kirlərini təkrarlayırdı. Amma görünür ―Avronyus‖ əməkdaşları Ermənis-
tan prezidentinin dediklərinin qeyri-məntiqiliyini başa düşərək həmin fi-
kirləri efirə verməmişdilər. Ermənistan rəhbərliyi isə bundan hirslənərək 
həmin fikirləri Ermənistan televiziyasının efirinə çıxardı (193). 
Ermənistan prezidenti kimi, Təhlükəsizlik Şurasının məlum qətnamə-
ləri haqqında informasiya məkanında yer alan digərləri də oxşar standart 
fikirlərin təbliğatçılarıdırlar. Bu fikir, xüsusilə erməni təbliğat sisteminin 
ağır toplarından olan Minsk Qrupunun keçmiş rusiyalı həmsədri V.Kazi-
mirovundur.  Bu  şəxs  mütəmadi  olaraq  informasiya  meydanında  peyda 
olmaqla  BMT-nin  Təhlükəsizlik  Şurasının  məlum  qətnamələrinin  icra 
olunmamasında Azərbaycanın ittihamlandırılması üzrə stajlı ―mütəxəssi-
sə‖  çevrilmişdir.  Onun  qeydlərinə  görə,  Azərbaycan  tərəfinin  Təhlükə-
sizlik Şurasının qətnamələrinin icra olunmamasında Ermənistanın günah-
landırılması doğru deyil və guya, bu qətnamələrin tələbləri ermənilər kimi 
azərbaycanlılar tərəfindən də icra olunmayıb. Uzun-uzadı abstrakt fikir-
lər söyləyən V.Kazimirov müvəqqəti atəşkəslərin məhz Azərbaycan tərə-


 
208
 
findən pozulduğunu iddia edir. Bu sahədə araşdırmalar aparmadan hamı-
ya məlum olan iki faktı xatırlatmaq olar. Birincisi, Xocalı hadisələri ərə-
fəsində İranın vasitəçiliyi ilə cəbhədə atəşkəs əldə edilməsinə cəhd gös-
tərilməsi, ikincisi isə yenə elə İranın vasitəçiliyi ilə Şuşanın işğal edilmə-
si  ərəfəsində  əldə  edilmiş  atəşkəsin  ermənilər  tərəfindən  pozulması.  Öz 
fikirlərinin əsaslandırılması üçün Təhlükəsizlik Şurasının sonuncu qətna-
məsindın çox-çox sonra, yəni Azərbaycan ərazilərinin işğalının başa çat-
masından sonra,  1993-cü  ilin fevralında  və  1994-cü  ilin  martında  Azər-
baycan  tərəfinin  döyüşləri  dayandırmağa  razı  olmadığını  bildirir  (194). 
Yəni  Azərbaycan  Təhlükəsizlik  Şurasının  bütün  qətnamələrindən  sonra 
Ermənistan silahlı  qüvvələrinin  yeni  hücumlarına  müqavimət  göstərmə-
sini erməni təbliğatının sınanmış nümayəndəsi qəbahət sayır. Bütünlükdə 
isə  Təhlükəsizlik  Şurasının  qərarının  icra  olunmasında  heç  bir  məntiqə 
sığmayan təsəvvür quraşdırmağa çalışır. 
2008-ci  il  mart  ayının  14-də  BMT-nin  Baş  Assambleyasının  ―Azər-
baycanın  işğal  olunmuş  ərazilərində  vəziyyət‖  qətnaməsi  də  erməni  in-
formasiya  məkanında  eyni  tale  ilə  qarşılaşdı.  Hətta  erməni  informasiya 
maşını müəyyən qədər radikallaşdı və daha təcavüzkar xarakter aldı. Hə-
qiqətlərin  gizlədilməsi,  Azərbaycana  qarşı  iftira  və  böhtanların  artması 
erməni informasiya məkanında güclü axına çevrildi. Doğrudur, adıçəki-
lən  qərarın  Ermənistana  nüfuz  gətirməyəcəyini  xatırladanlar  da  tapıldı. 
Lakin bununla heç də həqiqət etiraf edilmədi, yalnız və yalnız Ermənis-
tan  hökuməti  obyektiv  sənədin  qəbul  olunmasının  qarşısını  ala  bilmə-
məkdə ittihamlandırıldı və sənədin qəbulu, əslində, bu sənədin obyektiv-
liyi  əks  etdirən  sənəd  olması  ilə  yox,  erməni  diplomatiyasının  fərsizliyi 
ilə əlaqələndirildi. Məsələn, müxalif Erməni Milli Konqresinin nümayən-
dəsi etiraf edirdi ki, BMT Baş Assambleyasının qəbul etdiyi sənədlər güc 
və  nüfuza  malikdir.  Ona  görə  də  Azərbaycan  tərəfi  digər  sənədlərində 
Qarabağ münaqişəsi ilə bağlı BMT Baş Assambleyasının 14 mart 2008-
ci il tarixli qərarına istinad edir. Erməni ekspertinin fikrincə, bu sənədin 
qəbul  olunmasından  sonra  erməni  tərəfi  hazırladığı  layihələrə  daha  hə-
min qərara zidd olan müddəaları sala bilməz. Belə sənədlər isə münaqi-
şənin nizamlanması üçün hüquqi sahə yaradır. Sonra da əlavə olunurdu 
ki,  münaqişənin  nizamlanması  üçün  hüquqi  sahənin  yaradılmasında  er-
məni tərəfi artıq öz üstünlüyünü əldən vermişdir (195). 
2008-ci  il  mart ayının  14-də  BMT  Baş  Assambleyasının  62-ci  sessi-
yasının müzakirəsinə çıxarılan ―Azərbaycanın işğal olunmuş ərazilərində 
vəziyyət‖ qətnaməsinin qəbul olunması lehinə 39 dövlət, əleyhinə 7 döv-


Yüklə 2,28 Mb.

Dostları ilə paylaş:
1   ...   74   75   76   77   78   79   80   81   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə