Nəsrin SÜleymanli



Yüklə 2,28 Mb.
Pdf görüntüsü
səhifə76/100
tarix11.09.2018
ölçüsü2,28 Mb.
#67898
1   ...   72   73   74   75   76   77   78   79   ...   100

 
201
 
xalq aləmdə ciddi məğlubiyyətlərlə rastlaşırlar, Ermənistanın dövlət struk-
turlarında  ciddi dəyişikliklər aparılmalıdır və s. Başqa sözlə, iddia edilir 
ki,  Ermənistanın  Qarabağ  siyasəti  lazımi  səviyyədə  aparılmır,  Qarabağ 
siyasətinin  mahiyyəti  və  ermənilər  üçün  əhəmiyyəti  lazımi  səviyyədə 
beynəlxalq  təşkilatlara  və  beynəlxalq  auditoriyaya  çatdırılmır.  Belə  bir 
fikir yaradılır ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında Azər-
baycan  maraqlarının  üstünlük  təşkil  etməsi  də  erməni  diplomatiyasının 
zəif fəaliyyətidir (182). 
– ABŞ, Fransa və Rusiya prezidentlərinin demokratik prinsiplərə əməl 
etməməsi.  Erməni  informasiya  ideoloqları iddia edirlər  ki,  ABŞ,  Fransa 
və Rusiya prezidentləri Minsk Qrupunun həmsədr ölkələrinin prezident-
ləri kimi demokratik prinsiplərə əməl etməyiblər. Başqa sözlə, Azərbay-
canın ərazi bütövlüyü məsələsinə, işğal edilmiş Azərbaycan torpaqlarının 
geri qaytarılmasına toxunulması demokratik prinsip sayılmır. Belə bir tə-
səvvür formalaşdırılır ki, həmsədr dövlətlərin prezidentlərinin antidemok-
ratik mövqelərdə dayanmasının nəticəsi Madrid prinsiplərinin ortaya çıx-
ması olmuşdur. Yəni, prezidentlər antidemokratik mövqedə dayanmasay-
dılar, Dağlıq Qarabağ münaqişəsinin Madrid prinsipləri də hazırlanmaya 
bilərdi (183). 
– Dağlıq Qarabağ münaqişəsinin mahiyyətinin Azərbaycan tərəfindən 
təhrif edilməsi. Erməni informasiya ideoloqları belə bir təsəvvür yaradır-
lar  ki,  Dağlıq  Qarabağ  münaqişəsinin  mahiyyəti  Azərbaycan tərəfindən 
təhrif  edilib  və  dünya  ictimai  birliyində  Azərbaycanın  erməni  işğalına 
məruz qalması, Azərbaycan ərazilərinin işğal olunması haqqında fikir for-
malaşdırılıb. Münaqişənin nizamlanması Azərbaycan tərəfindən xeyli si-
yasiləşdirilib və beynəlxalq vasitəçi təşkilatlar Azərbaycana qarşı müqa-
vimət göstərə bilmirlər (184). Bununla da erməni informasiya ideoloqla-
rı, əslində, münaqişənin nizamlanması prosesinin mahiyyətinin saxtalaş-
dırılmasına çalışırlar. 
Minsk  Qrupu  ölkələri  prezidentlərinin,  Minck  Qrupu  həmsədrlərinin 
bəyanatlarının,  fəaliyyətlərinin,  Dağlıq  Qarabağ  münaqişəsinin  həlli  ilə 
bağlı fikir və təkliflərinin erməni informasiya məkanında təhrif edilməsi 
həmişə davam etmişdir. Özlüyündə böyük dövlətlərin rəhbərlərinin Dağ-
lıq  Qarabağ  münaqişəsinə  münasibəti  ilk  baxışdan  tərəfsiz  və  obyektiv 
bir baxış kimi götürülməli və münaqişənin həllinin əsas prinsipləri kimi 
qəbul  edilməli  olduğu  halda,  erməni  informasiya  məkanında təhrif  edil-
miş, saxtalaşdırılmış yozumlar və təqdimatlar bu informasiya məkanının 
istisnasız ifadə vasitələri olaraq qalmaqdadır. Əslində, bu üsul erməni in-


 
202
 
formasiya məkanında xroniki hal almışdır. Ermənistan informasiya-təbli-
ğat  maşınının  hərgünkü  fəaliyyətinə  bu  prizmadan  yanaşmaqla  Dağlıq 
Qarabağ münaqişəsinin nizamlanması məsələlərinin təqdimatında qeyri-
obyektivliyi izləmək mümkündür. 
Dağlıq  Qarabağ  münaqişəsinin  nizamlanması  prosesi tarixində həm-
sədr dövlətlərin prezidentlərinin 2010-cu il iyun ayının 26-da Kanadanın 
Muskok  şəhərində  verdikləri  bəyanat  diqqətəlayiq  hadisələrdən  biridir. 
Güman etmək olardı ki, erməni informasiya maşını bu üç böyük dövlətin 
birgə  bəyanatının  təqdimatında  daha  obyektiv  yanaşma  nümayiş  etdirə-
cəkdir. Lakin informasiya təqdimatında kök salmış erməni qərəzçiliyi bu 
dəfə də informasiya istehsalının mərkəzində dayandı. 
Həmsədr  dövlətlərin  Muskok  bəyanatının  ictimaiyyətə  təqdimatında 
kifayət qədər maraqlı bir hadisə də baş verdi. Erməni kütləvi informasiya 
vasitələri əvvəlcə bəyanatın Rusiyanın rəsmi saytlarında çap olunan rus-
ca  variantına  əsasən  məlumatlar  yaydılar.  Sonra  bu  bəyanatın  Amerika 
saytlarında ingiliscə çap olunan variantı üzə çıxdı və aydın oldu ki, ingi-
lis dilindən rus dilinə tərcümədə münaqişə tərəfləri üçün xeyli əhəmiyyət 
kəsb edən bir ifadənin tərcüməsi düz aparılmayıb. Dağlıq Qarabağ  ətra-
fında işğal olunmuş ərazilər rusca tərcümədə ―Dağlıq Qarabağ ətrafında-
kı ərazilər‖ kimi, ingiliscə variantında isə ―Dağlıq Qarabağ ətrafında iş-
ğal olunmuş ərazilər‖ kimi verilmişdir (185). Araşdırmalardan o da aydın 
oldu ki, ingilis dilində olan variant orijinal variantdır. Bu isə erməni in-
formasiya məkanında əsl çaşqınlıq yaratdı və erməniliyin bütün informa-
siya-təbliğat maşını həmsədr ölkələrin prezidentlərinin birgə bəyanatının 
mahiyyətinin saxtalaşdırılmasına çalışmaqla diqqətin əsas məsələdən ya-
yındırılmasına səfərbər edildi. Bunun üçün mümkün olan-olmayan üsulla-
ra əl atıldı, məntiqsiz şərhlər, əsaslandırılmamış mülahizələr informasiya 
təcavüzünə çevrildi. 
Muskok  bəyanatında  qeyd  edildi  ki,  Dağlıq  Qarabağ  münaqişəsinin 
nizamlanması Helsinki Yekun Aktında, 10 iyul 2009-cu il Akvil bəyana-
tında  əksini  tapan  prinsiplər  əsasında  aparılmalıdır.  Sonra  bir  daha  bu 
prinsiplər sadalanırdı: Dağlıq Qarabağ ətrafında işğal olunmuş ərazilərin 
geri  qaytarılması,  Dağlıq  Qarabağa  müvəqqəti  status  verilməsi,  Dağlıq 
Qarabağla Ermənistan arasında koridor, əhalinin hüquqi məcburiyyət da-
şıyan səsverməsi yolu ilə Dağlıq Qarabağın son siyasi statusunun müəy-
yənləşdirilməsi,  köçkünlərin  öz  yaşayış  yerinə  qaytarılması  hüququnun 
təmin edilməsi, sülhyaratma əməliyyatını da nəzərdə tutan beynəlxalq təh-
lükəsizlik zəmanəti. 


 
203
 
Akvil  bəyanatından  fərqli  olaraq  Muskok  bəyanatında  Dağlıq  Qara-
bağ  ətrafındakı  ərazilər  işğal  olunmuş  ərazilər  kimi  tanınırdı  və  güman 
etmək olar ki, bu ifadə rəsmi şəkildə açıqlanmayan Madrid prinsiplərinin  
yenilənmiş variantında da beləcə təsbit olunmuşdu. 
Muskok bəyanatının səslənməsindən sonra erməni informasiya maşı-
nının çaşbaşlığı öz yozumlarında və informasiya təqdimatında da özünü 
göstərdi.  Əvvəlcə  informasiya  məkanına  ziddiyyətli  məlumatlar  və  mü-
nasibətlər çıxarıldı. Məsələn, Ermənistanın xarici işlər nazirinin mətbuat 
üçün verilən və kütləvi informasiya vasitələrində yayılan məlumatına görə, 
Muskok bəyanatında münaqişənin həlli üçün Ermənistanın əsas götürdü-
yü  prinsiplər  öz  əksini tapıbdır.  Yəni  əhalinin səsvermə  yolu  ilə  Dağlıq 
Qarabağın yekun statusunun müəyyənləşdirilməsi, Dağlıq Qarabağla Er-
mənistan arasında daimi əlaqə, təhlükəsizliyə beynəlxalq təminat. Ermə-
ni nazir bəyanatda əksolunan digər elementlərə toxunmayaraq əlavə edir-
di ki, yaxın günlərdə məlum olacaq ki, Azərbaycan bu yolla irəli getmə-
yə hazırdır, yoxsa öz hərbi yanaşmasını davam etdirəcək, yeni təxribatla-
ra əl atmaqla və qeyri-konstruktiv addımlar atmaqla sülh prosesini pozma-
ğa çalışacaq (186). 
Ermənistan Xarici İşlər Nazirliyinin adı çəkilməyən rəsmisi informa-
siya vasitələrində bəyan edirdi ki, Muskok bəyanatında Dağlıq Qarabağ 
Respublikasının (?) müstəqilliyi fakt olaraq tanınıb və eyni zamanda bu 
bəyanatda Qarabağ xalqının səsvermə yolu ilə öz müqəddəratını təyin et-
məsi təsdiqlənib. Erməni strateji və milli tədqiqatlar mərkəzinin direkto-
ru R.Kirokosyan isə bildirirdi ki, bu bəyanatı verməklə həmsədr dövlət-
lər Azərbaycanı danışıqlar stoluna cəlb etmək istəyiblər. Bu bəyanat Er-
mənistandan  daha  çox  Azərbaycana  göndərilmiş  mesajdır  və  bəyanatda 
Azərbaycanın bölgənin təhlükəsizliyi üçün ciddi təhlükə olmasına nara-
hatlıq ifadə olunmuşdur (187) . 
Lakin  çox  tezliklə  erməni  informasiya  məkanını  tamam  başqa  bir 
mənzərə öz ağuşuna aldı. Ciddi təhlillər, araşdırmalar onu göstərdi ki, er-
məni ideoloqları və millətçiləri informasiya təqdimatında Muskok bəya-
natının erməni millətçiliyinin maraqlarına cavab verməyən məqamlarına 
lazımi  diqqət  yetirməyiblər.  Əslində,  bəyanatın  mətninə  ötəri  baxış  da 
burada beynəlxalq hüquq normalarına riayət olunmasına çağırışlar oldu-
ğunu müşahidə etməyə imkan verir. Bu isə Ermənistanın işğalçılıq siya-
sətinə heç də uyğun deyildi. Ona görə də erməni  informasiya maşınının 
fəaliyyətinin istiqamətinə yenidən baxıldı, Muskok bəyanatı haqqında ta-
mamilə fərqli təsəvvürlər formalaşdırılmasına başlandı. 


Yüklə 2,28 Mb.

Dostları ilə paylaş:
1   ...   72   73   74   75   76   77   78   79   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə