Nəsrin SÜleymanli



Yüklə 2,28 Mb.
Pdf görüntüsü
səhifə73/100
tarix11.09.2018
ölçüsü2,28 Mb.
#67898
1   ...   69   70   71   72   73   74   75   76   ...   100

 
192
 
da millətçi əhval-ruhiyyəni qızışdırmaq istəyirdi. Bütünlükdə isə qondar-
ma qurumun nümayəndələrinin informasiya məkanına çıxarılması ermə-
ni siyasətinin və erməni informasiya siyasətinin sınanmış  vasitələrindən 
biridir. Ermənistan rəhbərliyi əsaslı faktlar qarşısında qalanda və ya müəy-
yən siyasi təzyiqlə üzləşəndə həlledici sözün Qarabağ xalqı (?) tərəfindən 
deyilməli  olduğunu  ortaya  atırdı.  Qarabağ  xalqı  (?)  isə  B.Saakyan  və 
onun həmfikirləri kimi millətçilər tərəfindən təmsil olunur. Qarabağ xal-
qının bu nümayəndələrinin hər hansı bir məsələ ilə bağlı informasiya mə-
kanına çıxarılması isə o deməkdir ki, həmin məsələdə irəliləyişin olacağını 
gözləmək əbəsdir (168). 
Mayndorf  bəyannaməsində  Dağlıq  Qarabağ  münaqişəsinin  beynəl-
xalq hüquq normaları çərçivəsində həllinə işarə edilməsi erməni informa-
siya məkanında elə bir isterika yaratdı ki, erməni informasiya ideoloqları 
hər  vasitə  ilə  bu  bəyannaməni  gözdən  salmağa,  erməni  ictimai  fikrində 
bu  bəyannamə  haqqında  mənfi  rəy  yaratmaq  kampaniyasına  başladılar. 
Bildirilirdi  ki,  Qarabağ  xalqı  (?)  artıq  bu  bəyannamənin  əleyhinədir  və 
xalq  etiraz  əlaməti  olaraq  kütləvi  aksiyalara  hazırlaşır.  Qarabağın  qon-
darma qurumunun rəsmiləri isə bildirdilər ki, Qarabağın hətta DQMV sər-
hədləri  daxilində  tanınması  da  onları  təmin  etmir.  Gərək  işğal  olunmuş 
ərazilər də onlara verilsin. Qarabağın təhlilçiləri bəyan edirdilər ki, mü-
naqişənin dondurulmuş halda saxlanması onları daha çox təmin edir. İcti-
mai rəyə belə bir fikir çıxarılırdı ki, Qarabağ iqtisadi blokadada olsa da, 
bura  investisiya  yatırılmasa  da  münaqişənin  dondurulmuş  vəziyyətdə 
saxlanması erməniliyin maraqlarına daha çox cavab verir (169). 
Bəzi erməni informasiya ideoloqları bəyannamənin maddələrini təhlil 
etməklə informasiya məkanına yanlış təsəvvürlər çıxarır və həmin mad-
dələrə yalnız erməni millətçiliyi baxımından yanaşırdılar. Nəticədə infor-
masiya  auditoriyasına  məntiqsiz  və  absurd  qənaətlər  çatdırılırdı.  Belə 
ideoloqlardan biri danışıqların beynəlxalq hüquq normaları çərçivəsində 
aparılmasının bəyannamədə öz əksini tapmasını az qala erməni diploma-
tiyasının qələbəsi sayırdı. Onun sözlərinə görə, bu müddəa çox mühüm-
dür, çünki Dağlıq Qarabağ Respublikası (?) beynəlxalq hüquq normaları-
na tam uyğun olaraq meydana gəlmişdir. Müəllif bəyannamədə Azərbay-
canın ərazi bütövlüyü ifadəsinin işlədilməməsini və Madrid prinsiplərinə 
istinad edilməsini də öz meyarları ilə qiymətləndirirdi və qeyd edirdi ki, 
Madrid prinsipləri ilə tanışdır və orada xalqların öz müqəddəratını müəy-
yənləşdirmək hüququndan danışılır (170). 


 
193
 
Ermənilərin  fikrincə,  Mayndorf  bəyannaməsinin  imzalanması  Azər-
baycan  mövqelərinin  möhkəmlənməsinə  zəmin  yaradırdı.  Bundan  yara-
nan  narahatçılıq  və  təşviş  erməni  informasiya  məkanına  da  yol  tapırdı. 
Məsələn,  Ermənistan  parlamentindəki  ―İrs‖  fraksiyasının  katibi  Stepan 
Səfəryan öz yazıları ilə, əslində, erməni cəmiyyətinə bir həyəcan işarəsi 
verirdi və erməni informasiya məkanında Mayndorf  bəyannaməsinə qar-
şı daha radikal münasibət formalaşdırılmasına cəhd göstərirdi. Onun yo-
zumlarında belə bir fikir hakim idi ki, erməni cəmiyyəti obyektiv reallıq-
la üzbəüz qalıb və bu da ermənilik ideologiyasının iflasına yol aça bilər. 
S.Səfəryan xüsusilə onunla barışa bilmirdi ki, dünya ictimaiyyəti Dağlıq 
Qarabağı  tərəf  kimi  yox,  Ermənistan  tərəfindən  işğal  olunmuş  bir  ərazi 
kimi qəbul edir. Onun fikrincə, Ermənistan bu bəyannaməni imzalamaq-
la daha Dağlıq Qarabağın müstəqilliyini tanıya bilməyəcəkdi. S.Səfəryan 
narahatçılığını gizlədə bilmirdi ki, Azərbaycanın haqq səsi daha çox eşi-
dilməkdədir  və  beynəlxalq  təşkilatlarda  da  Azərbaycanın  ərazi  bütövlü-
yünə verilən dəstək güclənməkdədir. O təəssüf edirdi ki, yaranmış şərait-
də artıq Ermənistan istəsə də birtərəfli qaydada Dağlıq Qarabağın müstə-
qilliyini tanıya  bilməyəcəkdi.  Ermənistanın  nə  vaxtsa  Dağlıq  Qarabağın 
müstəqilliyini tanıması isə onun Mayndorf razılaşmasından çıxması olar-
dı ki, bu da müharibəyə yol aça bilərdi. Ona görə də S.Səfəryan Mayn-
dorf  bəyannaməsini  erməniliyin  maraqlarına  cavab  verməyən  bir  sənəd 
kimi xarakterizə edirdi (171). 
S.Səfəryan kimi Ermənistanın ―İrs‖ partiyası idarə heyətinin sədri Anait 
Baxşyan da Madrid prinsiplərinin cəmiyyətə açıqlanmasını tələb edir və 
ərazi  məsələlərinin  qoyuluşunun  erməni  cəmiyyəti  üçün  qəbuledilməz 
olduğunu bildirirdi. Onlar hər ikisi ayrı-ayrılıqda ərazilərin azad edilmə-
sini özlərinəməxsus şəkildə şərh edirdilər. Məsələn, bildirilirdi ki, Şaum-
yan  və  Çaykənd  əraziləri  də  Azərbaycanın  işğalı  altındadır  və  bu  məsələ 
də  danışıqların  mövzusu  olmalıdır.  Anait  Baxşyan  konkret  olaraq  təklif 
edirdi  ki,  Ağdam  ərazisi  Azərbaycana  verilsin,  əvəzində  isə  Azərbayca-
nın Şaumyan rayonu Dağlıq Qarabağa verilsin. Bu fikirlərdən sonra belə 
bir qənaət də ifadə olunurdu ki, istənilən halda Qarabağ xalqı işğal olun-
muş ərazilərin geri qaytarılması ilə razılaşmayacaqdır (172). 
Həmin dövrün erməni informasiya vasitələrində bu tipli şərhlərə, yo-
zumlara, materiallara kifayət qədər rast gəlmək  mümkündür. Münaqişə-
nin dinc dövründə erməni informasiya məkanının belə fəallaşması ilk də-
fə idi ki, müşahidə olunurdu. Erməni informasiya-təbliğat maşını öz fəa-
liyyəti  ilə  erməni  auditoriyasında  Mayndorf  bəyannaməsinin  mahiyyəti, 


 
194
 
Dağlıq  Qarabağ  münaqişəsinin  həllində  bu  razılaşmanın  oynaya  biləcəyi 
rol haqqında obyektivliyə cavab verməyən təsəvvür yaradırdı. Başqa sözlə, 
erməni informasiya maşını bir daha erməni millətçiliyinin elementi olaraq 
qaldığını, reallığın obyektiv şəkildə erməni cəmiyyətinə çatdırılmasına ha-
zır olmadığını nümayiş etdirdi. Erməni informasiya məkanı, eyni zamanda 
erməni  cəmiyyətinin  əhval-ruhiyyəsinin  əks  olunduğu  bir  məkandır.  Bu 
mənada onu da qeyd etmək lazımdır ki, Mayndorf bəyannaməsinin təqdi-
matı ilə erməni məkanı erməni millətçiliyinin beynəlxalq hüquq normaları 
əsasında öz qonşuları ilə birgə yaşamağa hazır olmadığını nümayiş etdirdi. 
O  beynəlxalq  hüquq  normaları  ki,  onlara  Mayndorf  bəyannaməsində  də 
işarə olunmuşdur. 
Mayndorf  bəyannaməsi  ilə  birlikdə  Madrid  prinsiplərinin  yaxın  za-
manlarda açıqlanması ehtimalı və həmin prinsiplərdə də Dağlıq Qarabağ 
münaqişəsinin nizamlanmasında beynəlxalq hüquq normalarının əks olu-
nacağı  xeyli  müddətə  erməni informasiya  məkanını  gərginlikdə  saxladı. 
Nəhayət,  elə  2008-ci  il  noyabr  ayında  Madrid  prinsipləri  haqqında  ilk 
məlumatlar erməni  informasiya vasitələrində işıq üzü gördü. Həmin mə-
lumatlarda sözsüz ki, Madrid prinsiplərinin müəyyən elementləri var idi. 
Lakin onlar kifayət qədər qeyri-müəyyən və abstrakt şəkildə ifadə olun-
muşdu. 
Qarışıqlığına və bəzi müddəalarının qeyri-konkretliyinə baxmayaraq,  
bu məlumat da, əslində, erməni cəmiyyəti üçün bir həyəcan işarəsi oldu. 
Çünki açıqlanan bu müddəalarda işğal olunmuş bütün ərazilərdən Ermə-
nistan silahlı qüvvələrinin çıxarılması, qaçqın düşmüş əhalinin öz evləri-
nə qaytarılması, Dağlıq Qarabağ üçün müvəqqəti statusun verilməsi, gə-
ləcəkdə Dağlıq Qarabağda ümumi səsvermə keçirilməsi və onun statusu-
nun müəyyənləşdirilməsi və s. kimi məlumatlar var idi. İnformasiya mə-
kanına çıxarılan ilkin prinsiplərdə 10 bənd öz əksini tapmışdı və bu bənd-
lərin bəziləri əsas prinsiplərin detalları idi (173). 
2009-cu ilin ortalarında isə Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə 
Madrid  prinsipləri  haqqında  daha  geniş  məlumatlar  kütləvi-informasiya 
vasitələrində işıq üzü gördü. Xüsusilə, böyük səkkizlik ölkələrinin 2009-
cu il iyul ayının 10-da İtaliyanın Akvil şəhərindəki görüşü zamanı Minsk 
Qrupu  həmsədrləri  olan  ölkələrin  prezidentlərinin  Qarabağ  münaqişəsi 
ilə  bağlı  verdikləri  bəyanatından  sonra  Madrid  prinsiplərinin  konturları 
aydınlaşmağa başladı. Rusiya, Fransa və ABŞ-ın prezidentləri bildirdilər 
ki,  Azərbaycan  və  Ermənistan  liderləri  münaqişənin  nizamlanması  üzrə 
razılaşmanı Madrid prinsipləri əsasında əldə etməlidirlər (174). 


Yüklə 2,28 Mb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə