Nəsrin SÜleymanli



Yüklə 2,28 Mb.
Pdf görüntüsü
səhifə69/100
tarix11.09.2018
ölçüsü2,28 Mb.
#67898
1   ...   65   66   67   68   69   70   71   72   ...   100

 
181
 
kiləri tanımamaq haqqında bəyanat verməyə məcbur edib. Onun fikrincə, 
hətta işlədilən ifadələr belə Bakı təbliğatçıları tərəfindən hazırlanıb. Müəl-
lifə  görə,  Ermənistan  prezidenti  Azərbaycanın  bu  cəhdlərinin  qarşısını 
ala bildi. Oxucularda maraq yaratmaq istəyən müəllif bunun üçün Ermə-
nistan prezidentinin nə etdiyini təsvir etmir. Yalnız onu bildirir ki, Ermə-
nistan  prezidenti  qondarma  seçkilər  haqqında  öz  mövqeyini  açıqlayıb. 
Ermənistan prezidentinin bu barədə mövqeyinin nədən ibarət olacağı isə 
onsuz da aydındır. O hər vasitə ilə Dağlıq Qarabağda seçkilər keçirilmə-
sinə  haqq  qazandırır  və  dünya  birliyini  həmin  qondarma  seçkiləri  nə 
üçün tanımamasını da təəccüblə qarşılayır. O sonra əlavə edir ki, Qara-
bağda  seçkilərə  alternativ  yoxdur  və  normal  haldır  ki,  Dağlıq  Qarabağ 
Respublikasının  (?)  xalqı  şəffaf  və  demokratik  seçkilər  keçirməyə  nail 
olub (153). 
Müəllif  daha  sonra  əlavə  edir  ki,  Azərbaycanın  qulaqlarına  xoş  gəl-
mək üçün bəyanat yayan şəxslərin Ermənistan prezidentinin bu arqumen-
tinin qarşısında bir söz deyə biləcəyini güman etmək çətindir. Qeyd olu-
nur ki, Ermənistan prezidenti ilə görüşdən sonra bütün  Qərb fəalları (?) 
razı qaldılar və qeyd etdilər ki, onlarda daha Qarabağ məsələsinə müda-
xilə etmək arzusu qalmayıb və onlar Minsk Qrupu çərçivəsində aparılan 
danışıqlara yardım edəcəklər. Məlumatsız oxucuda belə bir təsəvvür ya-
rana bilər ki, doğrudan da Ermənistan haqlı mövqeyə malikdir və Ermə-
nistan  prezidentinin  Brüsselə  səfərindən  sonra  Qərbdə  Dağlıq  Qarabağ 
münaqişəsi haqqında erməni mövqeyi hakim olacaqdır. Lakin bunlar er-
məni informasiya-təbliğat maşınının informasiya təsirinin gücləndirilmə-
si üçün ortaya atdıqları hay-küydən başqa bir şey deyildir. Erməni infor-
masiya ideoloqlarının informasiya məkanındakı yeni dezinformasiyaları-
na baxmayaraq, 2011-ci ilin əvvəlində Fransa, Almaniya, Böyük Britani-
ya, İspaniya, İtaliya, Macarıstan kimi Avropa dövlətləri, habelə Kanada 
və  Avstraliya  Dağlıq  Qarabağ  və  onun  ətrafındakı  ərazilərin işğal  olun-
muş ərazilər olduğunu bir daha təsdiq etdi və öz vətəndaşlarının da hə-
min ərazilərə səfər etməsini məsləhət bilmədi (154). 
Erməni informasiya məkanında qondarma qurumun informasiya ideo-
loqları tərəfindən uydurulan müəyyən elementlərin nə dərəcədə qeyri-ob-
yektiv olduğunu bəzən elə ermənilər tərəfindən sızdırılan məlumatlardan 
da yəqin etmək olar. Məsələn, qondarma qurumun daxili və xarici siyasə-
tinin  vəziyyəti,  siyasi  plüralizmin  uydurulduğu  barədə  aşağıdakı  fikirlər 
maraqlıdır. Qarabağ separatçılığının təşəbbüskarlarından olan  Arkadi Ka-
rapetyan  müsahibələrindən  birində  qeyd  edirdi  ki,  Ermənistanda  az-çox 


 
182
 
xarici  siyasət  görüntüsü  yaradılmasına  cəhd  göstərilir.  Arsaxda  isə  nə 
siyasət var, nə də siyasətçilər, nə də siyasətşünaslar (155). 
Erməni politoloqlarının və ideoloqlarının çoxu etiraf edirdi ki, Dağlıq 
Qarabağda  müxalifət  və  müxalifətçilik  yoxdur.  Müxalifət  adına  iddia 
edənlər də yalnız öz şəxsi maraqlarını güdürlər. Dağlıq Qarabağda müxa-
lifətdə olmaq faydalı deyil. Helsinki Təşəbbüs Komitəsinin Qarabağ üzrə 
koordinatoru  Karen  Oqancanyan  isə  qeyd  edir  ki,  Qarabağ  hazırda  bü-
tünlüklə Ermənistandan asılı vəziyyətdədir. Dağlıq Qarabağ Respublika-
sının (?) prezidentinin kim olmasını məhz Ermənistan hakimiyyəti müəy-
yənləşdirir (156).  
Yuxarıda qeyd edildiyi kimi, 2010-cu ilin oktyabr ayında Xankəndin-
də kütləvi informasiya vasitələri nümayəndələrinin ―beşinci ümumermə-
ni forumu‖ adlı bir toplantı təşkil edildi. Tədbir Ermənistan hakimiyyəti 
tərəfindən təşkil  edilmişdi və  hətta  Ermənistan  prezidenti  də  tədbir  işti-
rakçıları  ilə  görüşdü.  Tədbirə  gələnlər  yalnız  deyilənləri  deyil,  həm  də 
Dağlıq  Qarabağdakı  reallıqları  izləyə  bildilər.  Bunlar  isə  onların  infor-
masiya  kanalları  ilə  aldıqları  məlumatlarla  eynilik  təşkil  etmirdi.  Məsə-
lən, xarici ölkələrdən olan erməni jurnalistlər şahid oldular ki, Dağlıq Qa-
rabağda  söz  azadlığı  və  fikir  plüralizmi  yoxdur,  bölgədə  mövcud  olan 
problemlər haqqında insanlar öz narazılıqlarını ifadə edə bilmirlər. Hətta 
onların  hüquqlarının pozulması  ilə  bağlı  olan  narazılıqlarını  da  gizli  şə-
kildə, pıçıltı ilə bir-birinə söyləyirlər. Dağlıq Qarabağda nəşr olunan qə-
zetlərdən  heç  biri  azadfikirliliyi  əksetdirən  yazıları  çap  etmir.  Burada 
azad mətbuat isə, ümumiyyətlə, mövcud deyil (157). 
İşğal edilmiş ərazilərdə elan edilmiş qondarma qurumun hazırda iqti-
sadi baxımdan inkişaf edən, əhalisinin güzəranı günü-gündən yaxşılaşan, 
sənayesi,  kənd-təsərrüfatı dirçəlişdə  olan  bir  qurum  olması  haqqında  da 
informasiya məkanında çoxlu məlumatlarla rastlaşmaq mümkündür (158). 
Bu informasiya materiallarından belə çıxır ki, xarici aləmə yeganə çı-
xış  yolu  blokadada  və  iqtisadiyyatı  çökməkdə  olan  Ermənistanla  olan, 
əhalisinin yarısı miqrasiya etmiş, büdcəsinin yarıdan çoxu Ermənistan tə-
rəfindən təmin edilən Dağlıq Qarabağın iqtisadiyyatı yüksələn xətlə inki-
şaf etməkdədir. Son bir neçə il ərzində Dağlıq Qarabağın ümumi daxili 
istehsalının hətta orta hesabla 10 faizdən çox artdığı göstərilir. 
2010-cu ilin oktyabr ayında ümumerməni informasiya forumunda iş-
tirak etmək üçün Xankəndində olmuş Oliver adlı erməni isə tamam baş-
qa  bir mənzərəni ortaya qoyurdu. O, Fransadan gəlmiş erməni idi. Oli-
verə görə, Xankəndində yerli əhalinin hamısı ağır həyat şəraitindən, ma-


Yüklə 2,28 Mb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə