Nəsrin SÜleymanli



Yüklə 2,28 Mb.
Pdf görüntüsü
səhifə66/100
tarix11.09.2018
ölçüsü2,28 Mb.
#67898
1   ...   62   63   64   65   66   67   68   69   ...   100

 
173
 
veti  tərəfindən  təsdiq  olunan  ―Dağlıq  Qarabağ  Muxtar  Vilayəti  haqqın-
da‖  qanunu  ilə  müəyyən  olunur.  Qeyd  olunurdu  ki,  bu  status  DQMV 
əhalisinin iqtisadi, sosial və mənəvi ehtiyaclarının ödənməsi üçün əməli 
imkanlar  yaradır.  Azərbaycan  SSR  Ali  Soveti  Rəyasət  Heyəti  bildirirdi 
ki,  DQMV-nin  Azərbaycan  SSR  tərkibindən  çıxarılması  respublikanın 
əhalisinin də maraqlarına cavab vermir. 
Bununla,  Azərbaycanın  hakimiyyət  orqanları  da  Azərbaycan  sərhəd-
lərinin dəyişdirilməsinin qeyri-mümkünlüyünü təsdiq etdi. Əslində ermə-
ni millətçiləri DQMV-nin Azərbaycandan qoparılması üçün mümkün hü-
quqi imkanlardan məhrum oldular. Lakin qarşılarına qoyduqları millətçi 
və  separatçı  niyyətlərə  nail  olmaq  üçün  erməni  ideoloqları  1988-ci  ilin 
yayında bir daha DQMV-nin Xalq Deputatları Sovetinin növbədənkənar 
sessiyasını çağırdılar. DQMV Xalq Deputatları Sovetinin 1988-ci il iyu-
nun  21-də  keçirilmiş  sessiyası  bir  daha  SSRİ  Ali  Soveti  qarşısında 
DQMV-nin Ermənistan SSR tərkibinə verilməsinin müsbət həll olunması 
haqqında məsələ qaldırdı. Azərbaycanlı deputatların iştirakı olmadan ke-
çirilən  sessiya  müvəqqəti  olaraq  DQMV-nin  Azərbaycan  SSR  tərkibin-
dən  çıxarılaraq  birbaşa  SSRİ  orqanlarına  tabe  etdirilməsini  də  mümkün 
sayırdı (139). 
Qeyd  etmək  lazımdır  ki,  SSRİ  orqanlarına  təzyiqin  gücləndirilməsi 
üçün  Ermənistan  SSR  Ali  Soveti  15  iyun  1988-ci  il  tarixli  iclasında 
DQMV-nin Ermənistana verilməsinə razılığını bildirdi və məsələnin hü-
quqi  həlli  üçün  SSRİ  Ali  Soveti  qarşısında  vəsatət  qaldırdı.  1988-ci  il 
iyul ayının 12-də isə DQMV Xalq Deputatları Soveti yenidən iclas keçi-
rərək vilayətin Azərbaycan SSR tərkibindən çıxmasını elan etdi və vila-
yətin  Ermənistan  SSR-ə  birləşdirilməsini  mövcud  problemlərin  yeganə 
həlli yolu olduğunu bəyan etdi (140). 
Lakin  SSRİ  Konstitusiyasının,  Azərbaycan  SSR  Konstitusiyasının, 
habelə ―DQMV haqqında‖ qanunun pozulması ilə qəbul olunan bu qərar-
lar  SSRİ  qanunvericilik  orqanları  tərəfindən  də  qəbul  olunmadı.  SSRİ 
Ali  Soveti  Rəyasət  Heyətinin  ―Ermənistan  SSR  Ali  Sovetinin  və  Azər-
baycan  SSR  Ali  Sovetinin  Dağlıq  Qarabağ  məsələsi  ilə  bağlı  qərarları 
haqqında‖ qərarında deyilirdi  ki,  konstitusiya  əsasında  müəyyənləşdiril-
miş Azərbaycan SSR və Ermənistan SSR milli-ərazi bölgüsünün və sər-
hədlərinin dəyişdirilməsini mümkünsüz hesab edir (141). 
Bununla da sovet qanunları erməni millətçilərini bir daha DQMV-nin 
Azərbaycandan qoparılması üçün bütün hüquqi bazalardan məhrum etdi. 
SSRİ  Ali  Sovetinin  Rəyasət  Heyətinin  ―Ermənistan  SSR  Ali  Sovetinin 


 
174
 
Dağlıq Qarabağla bağlı 1 dekabr 1989-cu ildə və 9 yanvar 1990-cı ildə 
qəbul etdiyi aktların SSRİ Konstitusiyasına uyğunsuzluğu haqqında‖ 10 
yanvar 1990-cı il tarixli qərarında isə daha konkret şəkildə açıqlandı ki, 
Azərbaycan SSR-in razılığı olmadan Ermənistan SSR ilə Dağlıq Qaraba-
ğın birləşdirilməsinin elan edilməsi SSRİ Konstitusiyasının 78-ci maddə-
sinin pozulması deməkdir. Ona görə də bu yolla Dağlıq Qarabağın müs-
təqilliyinin  elan  edilməsinə  hüquqi  don  geyindirilməsinin  heç  bir  əsası 
yoxdur. Erməni millətçilərinin və İrəvan emissarlarının diktəsi ilə DQMV-
nin Azərbaycandan qoparılması heç bir qanuni çərçivəyə sığmır (142). 
Belə olanda erməni millətçiləri işğal olunmuş ərazilərdə elan edilmiş 
qondarma qurumun qanuniliyini və hüquqiliyini əsaslandırmaq üçün baş-
qa vasitələrə al atdılar. 
Hazırda  erməni  millətçiləri  və  ideoloqları  işğal  olunmuş  ərazilərdə 
elan edilmiş qondarma qurumun Azərbaycandan qopmasını SSRİ qanun-
ları  və  beynəlxalq  normalar  əsasında  olduğunu  sübut  etmək  üçün  daha 
çox ―Müttəfiq respublikaların SSRİ tərkibindən çıxması ilə bağlı məsələ-
lərin  həlli  qaydaları  haqqında‖  3  aprel  1990-cı  il tarixli  qərarına  istinad 
edirlər. Erməni millətçiliyinə və silahlı separatizminə bu qanunda yer ta-
pılması üçün adıçəkilən qanun istənilən şəkildə şərh edilir, qanunun er-
məni  işğalçılığına  uyğunlaşdırılması  üçün  ona  özünəməxsus  şəkildə 
şərhlər də verilir. Xüsusilə belə bir məsələyə diqqət yetirmək lazımdır ki, 
ermənilərin hüquqi don geyindirməyə çalışdıqları qondarma qərarlar, re-
ferendumlar heç də adıçəkilən qanuna  əsaslanaraq həyata keçirilməmiş-
di. Həmin aktların icrası üçün quraşdırılmış sənədlərdə adıçəkilən SSRİ 
qanununa  istinad  edildiyini  də  görmək  mümkün  deyil.  Sadəcə  olaraq, 
erməni  ideoloqları  qondarma  qurumun  qanuniliyi  görüntüsü  yaratmaq 
üçün  normativ  baza  axtarırlar  və  bunun  üçün  daha  münasib  görünən 
məhz 3 aprel 1990-cı il tarixli SSRİ qanunudur. Bu qanun SSRİ-nin da-
ğılması  ərəfəsində,  guya,  SSRİ-ni  təşkil  edən  respublikaların  SSRİ-dən 
çıxmasının mexanizmini tənzimləməli idi. Əslində isə bu qanunda öz ək-
sini tapan bürokratik proseslər respublikaların SSRİ-dən çıxmaq istəklə-
rini  əngəlləməli  idi.  Qanunun  3-cü  maddəsində  müttəfiq  respublikaların 
tərkibində olan muxtar respublikaların və muxtar vilayətlərin mənsub ol-
duğu respublikalarla birlikdə SSRİ tərkibindən çıxa bilməsi və ya bilmə-
məsi  üçün  hüquqi  norma  təsbit  olunmuşdu  ki,  erməni  millətçiləri  də 
Dağlıq  Qarabağın  qondarma  qurumunun  sovet  qanunları  və  beynəlxalq 
hüquq normaları əsasında öz ―müstəqilliyini‖ elan etməsini bu maddə ilə 
əsaslandırmağa çalışırlar. Maddədə deyilirdi: ―Öz tərkibində muxtar res-


 
175
 
publikalar, muxtar vilayətlər və ölkələr olan müttəfiq respublikalarda hər 
bir  muxtariyyət  üzrə referendum  ayrıca  keçirilir,  muxtar  respublikaların 
və  muxtar  qurumların  xalqları  SSRİ  tərkibində  və  ya  SSRİ  tərkibindən 
çıxan respublikanın tərkibində qalmaq məsələlərinin həll edilməsi, habe-
lə  öz  dövlət-hüquq  statusu  haqqında  məsələ  qaldırılması  üçün  müstəqil 
hüquqları  saxlanılır.  Müttəfiq  respublikalarda  əhalinin  çoxluğunu  təşkil 
edən  milli  qurumun  kompakt  yaşadığı  ərazilər  varsa,  həmin  ərazilərdə 
səsvermə üzrə referendumun nəticələrinin hesablanması ayrıca aparılma-
lıdır‖ (143). 
Diqqət yetirilərsə, bu maddənin qəbul edilməsində əsas məqsədin məhz 
müttəfiq respublikaların SSRİ-dən qopması yolunda güclü maneələr yarat-
maqdır. Yəni həqiqətdə tərkibində muxtar vilayət və respublika olan müt-
təfiq respublika  SSRİ  tərkibindən  çıxmaq  istədikdə  tabeliyində  olan  hə-
min muxtar qurumu itirməklə rastlaşmalı olacaqdı. Çünki həmin muxtar 
qurumlara  ayrıca  referendum  keçirmək  səlahiyyəti  verilirdi.  Bu  muxtar 
qurumların  referendumu  isə  müttəfiq  respublikanın  niyyəti  ilə  üst-üstə 
düşməyə  bilərdi.  Hətta  tərkibində  muxtar  qurum  olmayan  respublikalar 
üçün  də  maneələr  yaradıldığını  görmək  mümkündür.  Müttəfiq  respubli-
kaların tərkibində muxtariyyəti olmayan, lakin kompakt şəkildə bu ərazi-
də yaşayan etnik azlığın səsverməsi də ayrıca hesablanmalı idi. Yəni hə-
min etnik toplumun səsvermə nəticələri müttəfiq respublikanın  və mux-
tar vilayətin səsverməsindən fərqlənsəydi, onda bu toplum müttəfiq res-
publika ilə birlikdə SSRİ-nin tərkibindən çıxmaya bilərdi. Bununla müt-
təfiq respublikaların hüquqlarına ciddi şəkildə müdaxilə edilirdi. Erməni 
millətçiləri və ideoloqları da belə bir qeyri-işlək qanunu özləri üçün bə-
hanə gətirməkdən yorulmurlar. 
Erməni  ideoloqlarının  informasiya  məkanına  buraxdıqları  daha  bir 
standart fikirdə deyilirdi ki, adıçəkilən qanun SSRİ ərazisində yeganə qa-
nun  idi  ki,  SSRİ-nin  bütün  subyektlərinə  SSRİ  tərkibindən  çıxmaq,  öz  
hüquqi dövlət statusunu müstəqil şəkildə müəyyənləşdirmək, eyni ilə də 
müttəfiq  respublikaların  tərkibindən  çıxmaq  üçün  eyni  hüquqları  təmin 
edirdi. Erməni millətçi ideoloqları sonra da iddia edirlər ki, Azərbaycan 
SSR Ali Sovetinin 1991-ci il avqustun 30-da ―Azərbaycan Respublikası-
nın dövlət müstəqilliyinin bərpası haqqında‖ və 1991-ci il oktyabr ayının 
18-də ―Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında‖ Kons-
titusiya Aktını qəbul etməsi ilə Azərbaycan Respublikası Dağlıq Qarabağ 
üzərindəki  hüququnu  itirdi.  Yəni  Azərbaycan  Respublikası  SSRİ-nin  tər-
kibindən  çıxdı  və  guya,  yuxarıda  adıçəkilən  SSRİ  qanununa  görə  Azər-


Yüklə 2,28 Mb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə