Nəsrin SÜleymanli



Yüklə 2,28 Mb.
Pdf görüntüsü
səhifə71/100
tarix11.09.2018
ölçüsü2,28 Mb.
#67898
1   ...   67   68   69   70   71   72   73   74   ...   100

 
186
 
– münaqişənin  həlli ilə bağlı tamhüquqlu danışıqlar Dağlıq Qarabağ 
Respublikasının (?) müzakirələrə cəlb edilməsi ilə ola bilər
–  Dağlıq  Qarabağ  münaqişəsinin  nizamlanması  yalnız  Minsk  Qrupu 
formatında aparılmalıdır; 
–  Minsk  Qrupu  formatının  dəyişdirilməsi  münaqişənin  həllinin  uza-
dılması və destruktivlik deməkdir; 
– Minsk Qrupu çərçivəsində də münaqişənin tezliklə həllini gözləmək 
doğru deyildir. Çünki görülməli olan işlər çoxdur; 
–  münaqişənin  həllinin  yeganə  yolu  Dağlıq  Qarabağda  referendum 
keçirilməsi və ya 1991-ci ildə keçirilən referendumun təsdiqlənməsidir; 
– münaqişə ilə bağlı danışıqları Ermənistan aparır. Çünki Azərbaycan 
Dağlıq Qarabağla danışmaq istəmir; 
– münaqişənin həllində Azərbaycan tərəfi daha çox təbii ehtiyatlarına 
və  neftdən  gələn  dollarlara  arxalanır,  Azərbaycan silah  alır  və  problemi 
silahla həll etmək istəyir
– Dağlıq Qarabağ münaqişəsinin həllində üç prinsip – zor işlədilmə-
məsi, öz müqəddəratını müəyyənləşdirmə və ərazi bütövlüyü  əsas götü-
rülməlidir; 
–  Qarabağın  gələcək  taleyinin  həll  edilməsi  üçün  Azərbaycan  bütün 
şanslarını itirib (161). 
İnformasiya  məkanında  buna  oxşar  digər  fikirlərlə  də  rastlaşmaq 
mümkündür  ki,  mahiyyət  etibarilə  onlar  bir-birindən  elə  də  fərqlənmir. 
Erməni  rəsmiləri  və  millətçiləri  də  beynəlxalq  təşkilatların  mövqeyində 
məhz  yuxarıda  sadalananlara  yaxın  olan  bir  mövqeni  görmək  istəyirlər. 
Həmin mövqeni görməyəndə isə erməni informasiya-təbliğat maşını icti-
mai rəyə məhz erməni baxışlarının yeridilməsi ətrafında fəaliyyəti geniş-
ləndirirlər. 
Azərbaycan tərəfinin isə münaqişənin nizamlanması prosesi ilə bağlı 
mövqeyi belədir: 
– Azərbaycanın ərazi bütövlüyü danışıqların mövzusu deyil; 
– Azərbaycanın işğal olunmuş torpaqları geri qaytarılmalıdır; 
– Azərbaycan  ərazisində ikinci erməni dövlətinin  yaranmasına icazə 
verilməyəcək; 
– Dağlıq Qarabağa Azərbaycan tərkibində ən yüksək muxtariyyət sta-
tusu verilə bilər
– öz ev-eşiyindən didərgin düşmüş azərbaycanlılar evlərinə qaytarıl-
malıdırlar; 


 
187
 
–  Dağlıq  Qarabağ  münaqişəsi  beynəlxalq  hüquq  normaları,  BMT 
Təhlükəsizlik Şurasının 4 qətnaməsi əsasında həll edilməlidir; 
–  Azərbaycan  razılıq  verməyəcəyi  halda  heç  kim  qanunsuz  Dağlıq 
Qarabağ qurumunu müstəqil qurum kimi tanımayacaq; 
–  Azərbaycan  vətəndaşları  ev-eşiklərinə  qayıtdıqdan  sonra  Dağlıq 
Qarabağa müvəqqəti status verilə bilər
– Ermənistandan fərqli olaraq Azərbaycanın etnik təmizləmə aparmaq 
niyyəti yoxdur; 
– Dağlıq Qarabağda Azərbaycan və erməni icması birlikdə yaşamalıdır; 
–  Ermənistan  danışıqlarda  səmimi  deyil  və  danışıqları  süni  şəkildə 
uzadır; 
– erməni tərəfi özündə siyasi iradə tapıb beynəlxalq təşkilatların qə-
rarlarını yerinə yetirməlidir; 
– ermənilər mülki şəxslərə hücum edilməsinə son qoymalıdırlar; 
– Azərbaycan və erməni icması arasında qarşılıqlı və sıx etimad güc-
ləndirilməli, humanitar sahədə xüsusi proqramlar həyata keçirilməlidir
–  münaqişənin  dondurulmuş  şəkildə saxlanmasına  cəhd  göstərilməsi 
Azərbaycanın təhlükəsizliyinə təhdiddir (162). 
Göründüyü kimi, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prose-
sinə tərəflərin mövqeyi bir-birindən kifayət qədər fərqlənir və bu fərqlilik 
beynəlxalq təşkilatların mövqeyinə münasibətdə də özünü nümayiş etdirir. 
 
a) Minsk Qrupunun vasitəçilik fəaliyyətinin informasiya 
təqdimatı 
Dağlıq  Qarabağ  münaqişəsinin  nizamlanması  üçün  ilk  beynəlxalq 
cəhd  1991-ci  ilin  sentyabrında  Rusiya  və  Qazaxıstan  prezidentləri  tərə-
findən göstərildi. Bu dövr elə bir dövr idi ki, Rusiyanın və Qazaxıstanın 
müstəqil dövlətlər kimi formalaşması gedirdi. Lakin onlar ayrılıqda hələ 
beynəlxalq  və  regional  təşkilatların  üzvləri  deyildilər.  Bununla  belə,  bu 
ölkələrin prezidentləri münaqişənin nizamlanmasına ilk cəhd göstərdilər. 
Onlar birlikdə Bakıda, İrəvanda və Xankəndində oldular və onların vasi-
təçilik cəhdinin nəticəsi kimi 1991-ci il sentyabrın 23-də Jeleznovodskda 
Jeleznovodsk  bəyannaməsi  adlı  bir  sənəd  imzalandı.  Bəyannamə  Azər-
baycan  və  Ermənistan  rəhbərləri  tərəfindən  də  imzalandı.  Münaqişənin 
nizamlanmasına bu bəyannamənin elə bir təsiri olmasa da, onun müddəa-
larını eyni zamanda Rusiya və Qazaxıstan prezidentlərinin bu münaqişə-
nin həllinə yanaşması kimi qiymətləndirmək olar. 


 
188
 
Münaqişənin nizamlanması sahəsində daha real vasitəçilik ATƏT-in 
Minsk  Qrupunun  üzərinə  düşür.  1992-ci  il  yanvar  ayının  31-də  ATƏT 
xarici işlər nazirləri şurasının Parisdə keçirilən iclasında Azərbaycan və 
Ermənistan bu təşkilata üzv seçildilər və elə həmin iclasda da qərara alındı 
ki, regiona təşkilatın məruzəçisi göndərilsin. ATƏT şurasının 1992-ci il 
martın 24-də Helsinkidə keçirilən iclasında isə qərara alındı ki, xüsusi bir 
vasitəçi  dövlətlər  qrupu  yaradılsın  və  həmin  vasitəçi  qrup  Qarabağ  mü-
naqişəsinin  tam  şəkildə  nizamlanması  üçün  danışıqlar  prosesini  hazırla-
sın və onun nəticələri 1993-cü ilin yayında Minskdə keçirilməsi planlaş-
dırılan konfransda müzakirə olunsun. Güman edilirdi ki, Minsk konfran-
sı  çağırılanadək  Qarabağ  münaqişəsinin  nizamlanması  ilə  bağlı  razılaş-
malar əldə ediləcək və Minskdə də bu razılaşmalar sənədləşdiriləcəkdir. 
Sonradan Minsk Qrupu adlandırılan vasitəçilər qrupuna Azərbaycan, Er-
mənistan, Belorus, Almaniya, İtaliya, Rusiya, ABŞ, Türkiyə, Finlandiya, 
Fransa və İsveç daxil idi. Lakin təyin olunan vaxta münaqişənin nizam-
lanması ilə bağlı ciddi razılaşma əldə etmək mümkün olmadı. Ona görə 
də Minsk konfransının çağırılması qeyri-müəyyən vaxta qədər təxirə sa-
lındı. ATƏT sammitinin Budapeştdə keçirilən 6 dekabr 1994-cü il tarixli 
iclasında isə Minsk Qrupunun həmsədrləri institutu yaradıldı və Rusiya, 
ABŞ və Fransa Minsk Qrupunun həmsədrləri seçildilər (163). 
Keçən əsrin sonlarında Minsk Qrupunun fəaliyyəti son dərəcə sönük 
keçmişdir. Əslində, bu günə kimi də bu təşkilatın münaqişənin nizamlan-
masına təsir edə biləcək ciddi bir fəaliyyəti yoxdur. Minsk Qrupu müəy-
yən vaxtlarda, xüsusilə, son 5–7 il ərzində müəyyən bəyanatlar və təklif-
lərlə  çıxış  etmişdir  ki,  bunlar  da  erməni  tərəfinin  müxtəlif  informasiya 
yozumları ilə qarşılaşmışdır. 
1997–1998-ci illər arasında münaqişənin nizamlanması ilə bağlı Minsk 
həmsədrləri tərəfindən münaqişə tərəflərinə bir neçə təklif təqdim olun-
du. Bu təkliflər sırasında münaqişənin ―paket şəklində həlli‖, ―mərhələli 
həlli‖, ―ümumi dövlət‖ variantı təklif olundu. Qeyd etmək lazımdır ki, bu 
təkliflər üzrə müzakirələr kifayət qədər gizli aparılırdı və ona görə də in-
formasiya  məkanında  bu  müzakirələrin  detalları  haqqında  lazımi  məlu-
mat mövcud deyildi. Ümumiyyətlə, Dağlıq Qarabağ münaqişəsinin Minsk 
Qrupu  həmsədrlərinin  vasitəçiliyi  ilə  nizamlanma  prosesində  daha  çox 
şəffaflıq Madrid prinsiplərinin meydana çıxmasından sonra yarandı. Ha-
zırkı  tədqiqatda  da,  əsasən,  Madrid  prinsiplərinin  müzakirə  obyektinə 
çevrilməsindən sonra erməni informasiya məkanında baş verən proseslər 
nəzərdən keçirilmişdir. 


Yüklə 2,28 Mb.

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə