Nəsrin SÜleymanli



Yüklə 2,28 Mb.
Pdf görüntüsü
səhifə59/100
tarix11.09.2018
ölçüsü2,28 Mb.
#67898
1   ...   55   56   57   58   59   60   61   62   ...   100

 
156
 
lər  orqanlarının  ştatlarına  salındı  və  bununla  da  həmin  şəxslər  qanuni 
silah daşımaq hüququ əldə etdilər. Q.Avakyanın sözlərinə görə, 1990-cı 
ildən  etibarən  Daşnaksutyun  partiyasının  xaricdən  silah  gətirməsi  də 
qanuniləşdirildi  və  rəsmiləşdirildi.  Amma  sonradan  erməni  millətçiləri 
xaricdən  silah  daşınmasını  dayandırdılar.  Bu,  onunla  əlaqədar  idi  ki, 
həmin  silahlar  sovet  silahlarına  nəzərən  həm  keyfiyyətsiz,  həm  də  baha 
idi. Ona görə qərara alındı ki, erməni qurumları sovet silahları hesabına 
təchiz edilsin. Çünki bu silahların həm əldə edilməsi və həm də ondan is-
tifadənin  daha  tez  öyrənilməsi  mümkün  idi.  Xaricdən  də  yalnız  sovet  is-
tehsalı olan silahların alınmasına diqqət yetirilirdi. Xüsusilə, Şərqi Avro-
pa ölkələri NATO standartlarına keçdikcə, bu ölkələrdə sovet silahları si-
lahlanmadan çıxarılırdı ki, erməni millətçiləri və diasporu da onun alın-
masına maraqlı idi (105). 
Q.Avakyan qeyd edirdi ki,  Ermənistanın əldə etdiyi silahların böyük 
bir hissəsi Qarabağa istiqamətləndirilirdi. Ermənistana daxildə elə də bö-
yük  silah  ehtiyatları  lazım  deyildi.  Bu  silahlar  daha  çox  Ermənistanın 
Azərbaycana qarşı işğalçılıq siyasətinin həyata keçirilməsinə lazım idi. 
1990-cı  il  ərzində  Ermənistanda  yerləşən  hərbi  hissələr  üzərinə  hü-
cumlar  da  xeyli  artdı.  Bu  hücumlar  haqqında  bütün  məlumatlar  heç  də 
həmişə mətbuat səhifələrinə çıxarılmırdı. Xüsusilə, Ermənistan mətbuatı 
belə  mövzular  üçün  bağlı  idi.  Daha  çox  İttifaq  mətbuatının  məlumatları 
əsasında söyləmək mümkündür ki, 1990-cı ilin may ayında erməni silah-
lıları Leninakandakı aviasiya şəhərciyi üzərinə hücum etdilər və buradan 
xeyli silah apardılar. Elə həmin vaxtlarda başqa bir hərbi hissəyə hücum 
zamanı erməni silahlıları 165 ədəd reaktiv odsaçan silah oğurladılar. May 
ayının 27-də Ermənistanın dövlət müstəqilliyinin bayram edilməsi ərəfə-
sində ermənilərin hərbi hissələrə basqınları xeyli artdı. Yalnız elə həmin 
gün hərbi hissələr üzərinə 16 basqın qeydə alındı. Həmin gün ərzində er-
məni silahlılarının dəmir yolu vağzalındakı daxili qoşun qrupuna və baş-
qa bir dəstənin isə daxili qoşunlar alayına basqını çoxlu sayda silahların 
əldə edilməsi ilə nəticələndi. ―Krasnaya Zvezda‖ qəzeti məlumat verirdi 
ki, təkcə 1990-cı ilin birinci yarım ili ərzində Ermənistanda hərbi qulluq-
çular  üzərinə  silah  əldə  edilməsi  məqsədi  ilə  200-dən  çox  basqın  təşkil 
edilib  və  həmin  basqınların  nəticəsində  2  mindən  çox  silah  oğurlanıb 
(106). 
1990-cı  ildə  Daşnaksutyun  partiyasının  formalaşdırdığı  və  silahlan-
dırdığı silahlı dəstələr də Dağlıq Qarabağ ərazisinə gətirildi. Onların ço-
xu Şaumyan (kənd) rayonuna, Xanlar rayonunun Çaykənd və Martuna-


 
157
 
şen kəndlərinə göndərildi. Yuxarıda qeyd edildiyi kimi, daşnaklar və er-
məni millətçiləri Azərbaycanın bu ərazilərinə də iddia edirdilər və ermə-
ni  millətçilərinin  bu  təcavüzkarlıqları  ermənilərin  həmişə  sülh  tərəfdarı 
olmaları  haqqında  Ermənistan  rəsmilərinin  yuxarıda  xatırlanan  fikirləri 
ilə  heç  də  uyğunluq  təşkil etmirdi.  1990-cı  ildə  Azərbaycan  ərazilərinin 
işğal edilməsi üçün Azərbaycan ərazisində fəaliyyət göstərən silahlı dəs-
tələrin  fəaliyyətlərinin  əlaqələndirilməsi  üçün  Dağlıq  Qarabağın  özünü-
müdafiə  qərargahı  yaradıldı.  Bu  qərargahın  üzvü  olan  7  nəfərdən  4-ü 
Daşnaksutyun partiyasının üzvü idi . 
Bir  daha  qeyd  edilməlidir ki,  Azərbaycan  ərazisində fəaliyyət  göstə-
rən  erməni  silahlı  dəstələrinin  mütləq  əksəriyyəti  Ermənistan  ərazisində 
Ermənistan vətəndaşlarından təşkil edilərək Azərbaycan ərazisinə göndə-
rilmişdilər və ən azı 1990-cı ildə onların planı belə idi ki, Çaykənd kəndi 
və Şaumyan qəsəbəsi arasındakı ərazilər işğal edilməklə Dağlıq Qaraba-
ğa birləşdirilsin və sonra da bu böyük ərazilər Ermənistanın tərkibinə qa-
tılsın. Bu məqsədlə Çaykənd və Martunaşen Ermənistanda formalaşdırı-
lan silahlı dəstələrin dayaq mərkəzinə çevrildi. Qeyd etmək lazımdır ki, 
1990-cı  ilin  sonu,  1991-ci  ilin  əvvəlində  bu  kəndlərdə  yaşayan  əhalinin 
yarıdan  çoxunun  pasport  qeydiyyatı  yox  idi  (107).  Başqa  sözlə,  onlar 
Azərbaycan  ərazisinə  yeridilmiş  Ermənistan  silahlı  dəstələrinin  üzvləri  
idilər. 
Daşnak  partiyasının  yaratdığı  silahlı  dəstələrin  üzvləri,  adətən, fədai 
adlandırılırdı. Başqa dəstələrin üzvləri də fədai adlandırıla bilərdi. Ermə-
nistanın və Dağlıq Qarabağın mediasında fədailər haqqında vaxtaşırı təş-
viqedici materiallar işıq üzü görürdü. R.Arakelov Dağlıq Qarabağda ol-
duğu vaxtlarda bu fədailəri yaxından izləmişdi. Erməni millətçiləri fədai-
ləri  ―xalq  qisasçıları‖  adlandırdığı  halda,  R.Arakelov  onları  terrorist  və 
cinayətkar  adlandırırdı.  O, qeyd  edirdi  ki,  ―fədai‖  adlandırılan  bu terro-
rist və cinayətkarların bir hissəsi Ermənistanda, bir hissəsi də Dağlıq Qa-
rabağda  yerləşdirilmişdi.  Ermənistanda  qərarlaşan  fədailər  milli  qoşun 
hissələrində birləşərək Azərbaycan  ərazisinə bandit yürüşləri həyata ke-
çirirdilər. R.Arakelov Xankəndində qorxusuz-hürküsüz gəzən belə fədai-
ləri,  onların  malik  olduğu  xarici  silahları,  habelə  istifadə  etdikləri  ma-
şınların  rəsmi  buraxılış  sənədlərinə  malik  olmasını  müşahidə  etmişdi. 
Müəllifin qənaətinə görə, avtomaşınlara verilmiş rəsmi buraxılış sənədlə-
ri ilə erməni fədailəri, başqa sözlə, erməni silahlıları Dağlıq Qarabağa sə-
pələnmiş silahlı dəstələrlə daha asan əlaqə saxlamaq imkanına malik idi-
lər. 1990-cı ildə onlar artıq Dağlıq Qarabağın bir çox dağlıq ərazilərində 


Yüklə 2,28 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə