Nəsrin SÜleymanli



Yüklə 2,28 Mb.
Pdf görüntüsü
səhifə58/100
tarix11.09.2018
ölçüsü2,28 Mb.
#67898
1   ...   54   55   56   57   58   59   60   61   ...   100

 
153
 
canla sərhəd bölgəsində çoxlu sayda silahlı adamlar görünməkdədir. Hə-
min silahlı adamlar arasında Beyrut və Dəməşqdən gəlmiş şəxslərin ol-
duğu da qeyd edilirdi (97).  
Sovet hakimiyyət orqanlarının gözü qarşısında erməni millətçilərinin 
silahlanmasının aparılması ilə bağlı Y.Pompeyev  öz  kitabında başqa bir 
məlumata da istinad edir. Bu məlumat 1989-cu ilin mart ayında ―Komso-
molskaya pravda‖ qəzetində SSRİ Baş Prokurorluğunun məsul əməkdaşı 
V.İlyuxinin verdiyi məlumat idi. V.İlyuxin bildirirdi ki, Ermənistan yol-
larınnda qeyri-qanuni silahlanmış qruplar görünməkdədir və onlar tərksi-
lah edilməlidirlər (98). 
1989-cu ildə Ermənistanda qeyri-qanuni yolla silahlandırılmış belə si-
lahlı qrup və dəstələrin sayı daha da artdı. Bir daha qeyd edilməlidir ki, 
belə qanunsuz dəstələrin yaradılmasında məqsəd  əvvəlcə Ermənistanda 
yaşayan azərbaycanlı əhalinin öz ev-eşiyindən qovulması, sonra da silah-
la  zorakılıq  yolu  ilə  Dağlıq  Qarabağın  Azərbaycandan  qoparılması  idi. 
1989-cu ili erməni silahlı-terror dəstələrinin formalaşma ili kimi xarakte-
rizə etmək olar. Erməniliyin psixozlandırılması, onların kütləvi silahlan-
dırılması ilə davam  etdirilirdi.  Artıq  informasiya  məkanına çıxmış  olan 
materiallar  da  onu  nümayiş  etdirir  ki,  bu  silahlı  terror  dəstələri  təşkil 
edildikcə Azərbaycan ərazisinə, qonşu respublikanın  daxilinə göndərilir-
di. Həmin ildə təşkil edilən dəstələrdən biri ―Zoravar Andranik‖ adlanır-
dı. Bu dəstə də Azərbaycan ərazisinə göndərildi və sonralar bu dəstə Xo-
calı əhalisinə qarşı həyata keçirilən soyqırımda iştirak etdi. 1989-cu ildə 
təşkil  edilən  və  silahlandırılan  başqa  bir  erməni  dəstəsi  ―Tiqran  Mets‖ 
adlanırdı. Bu dəstə bir müddət Azərbaycanla sərhəd xətti boyunca yerləş-
dirildi, sonradan isə o da Azərbaycan ərazisinə göndərildi. Ermənistanın 
Spitak  şəhərində  digər  bir silahlı  dəstənin  formalaşdırılması  da  1989-cu 
ilə təsadüf edir. Həmin dəstə Dağlıq Qarabağın bir neçə rayonunda ermə-
ni separatizminin həyata keçirilməsi üçün Azərbaycana qarşı silahlı mü-
barizəyə qoşuldu. İnformasiya məkanına buraxılmış məlumatlar 1989-cu 
ildə Ağdərənin Möhrətaq  kəndində və Əsgəranda da əlavə erməni silahlı 
dəstələrinin təşkilindən xəbər verir (99). 
Erməni silahlandırılmış dəstələrinin sayı heç də bu adları çəkilən dəs-
tələrdən ibarət deyildi. Məsələn, məlumdur ki, 1989-cu ildə Dağlıq Qara-
bağda 80 diversiya-terror qrupu fəaliyyət göstərirdi və bu dəstələrin mil-
lətçi təcavüzkar fəaliyyəti vilayət ərazisində yerləşən Azərbaycan kənd-
lərinin ətrafında mürəkkəb vəziyyət yaratmışdı. Kosalar, Xocalı, Meşəli, 
Kərkicahan,  Həsənabad  və  digər  kəndlərin  ətraf  aləmlə  bütün  əlaqələri 


 
154
 
erməni təxribatçı-terror qruplarının nəzarəti altına alınmışdı. 1989-cu ilin 
9 ayı ərzində adları çəkilən Azərbaycan kəndlərinə qarşı 46 dəfə təcavüz-
kar  akt  həyata  keçirilmişdi.  Bu  təcavüzkar    aktların  həyata  keçirilməsi 
üçün erməni təxribatçı qruplarının ixtiyarında kifayət qədər müasir olan 
silahlar cəmlənmişdi. Eyni zamanda vilayət ərazisində gizli silah və sur-
sat anbarları təşkil edilmişdi. Bundan başqa, vilayət ərazisində təxribatçı-
millətçi qüvvələrin onlarla dayaq məntəqəsi var idi. Həmin dayaq məntə-
qələrində təxribatçıların hazırlığı aparılırdı. Erməni təxribatçı-terror qrup-
larının  və  qüvvələrinin  belə  fəallaşması  nə  vilayətdə  yaradılan  Xüsusi 
İdarəetmə Komitəsini nə də burada yerləşdirilmiş SSRİ Daxili Qoşunla-
rının qüvvələrini narahat edirdi (100). 
Yəni, erməni millətçi qüvvələri Azərbaycan ərazisində elə bir hərbi po-
tensial  əldə  etmişdilər  ki,  onlar  çəkinmədən  DQMV-nin  Azərbaycan 
kəndləri üzərinə hücuma keçirdilər. Məsələn, 1989-cu il iyulun 6-da er-
məni millətçiləri Xankəndi yaxınlığında yerləşən Kərkicahan kəndi üzə-
rinə hücuma keçdilər. Bu kənd Xankəndinin çox yaxınlığında yerləşirdi 
və  erməni  millətçiləri  Dağlıq  Qarabağın  işğalına  da  məhz  bu  kənddən 
başlamağı  planlaşdırırdılar.  İyul  ayının  9-da  erməni  silahlıları  mal-qara 
otaran azərbaycanlıların üzərinə hücum etdilər. Yalnız təsadüf nəticəsin-
də azərbaycanlılar canlarını qurtara bildilər. İyul ayının 11-də Xankəndi 
ətrafında erməni silahlıları yenidən azərbaycanlılar üzərinə hücum çəkdi-
lər və iki azərbaycanlını odlu silahdan qətlə yetirdilər. 1989-cu ilin iyul 
və  avqust  ayları  ərzində  Dağlıq  Qarabağın  azərbaycanlı  əhalisinə  və 
kəndlərinə bir neçə digər basqınlar da həyata keçirildi (101). 1989-cu ilin 
sentyabr  ayında  6–7  minlik  erməni  silahlısı  Xocalı  üzərinə  basqın  etdi. 
Qəsəbənin müdafiəsinin təşkili nəticəsində həmin basqından itkisiz ötüş-
mək mümkün oldu (102). 
Mövcud olan məlumatlara görə, 1989-cu ilin avqust-dekabr aylarında 
Ermənistan ərazisində təşkil edilmiş terror-təxribat qrupları 91 dəfə Azər-
baycanın  yaşayış  məntəqələrinə  basqınlar  etdilər.  Baxmayaraq  ki,  bu 
kəndlər Dağlıq Qarabağ ərazisində deyildi və Dağlıq Qarabağ ermənilə-
rinin  öz  müqəddəratını  ―təyinetmə‖  mübarizəsinə  heç  bir  aidiyyatı  yox 
idi. Həmin basqınlar nəticəsində 51 nəfər ölmüş və 166 nəfər də yaralan-
mışdı (103).  
1990-cı ildən Azərbaycan ərazilərinin işğalı məqsədi ilə təşkil edilən 
qeyri-qanuni dəstələrin silahlandırılmasında artıq yeni bir mərhələ başla-
yır. Azərbaycan ərazisindəki İttifaq qüvvələrinin, başlıcası isə Azərbay-
canın hüquq-mühafizə qüvvələrinin iradəsinin qırılması üçün erməni ter-


 
155
 
ror və təxribat dəstələrinə daha müasir və güclü silahlar lazım idi ki, on-
lar da bu silahları Ermənistan ərazisində yerləşən nizami hərbi hissələr-
dən  ala  bilərdilər.  Bu  məqsədlə  də  hərbi  hissələrə  basqınlar  artdı,  hərbi 
hissələrin  vəzifəli  şəxsləri  ilə  qarşılıqlı  anlaşmalar  genişləndi.  Q.Avak-
yan adlı erməni müəllifi yazırdı ki, əvvəlki dövrlə müqayisədə indi silah 
təminatçıları  ilə    qarşılıqlı  münasibətlər  də  yeni  maraqlar  üzərində  qu-
rulurdu. Əvvəllər silah təminatçısı respublikanın hüquq-mühafizə orqan-
ları idisə, yeni şəraitdə bu rolu hərbi hissə komandirləri öz üzərlərinə gö-
türmüşdülər  və  onların  xidmətləri  pul  ilə  ödənilirdi.  Qarşılıqlı  anlaşma 
əsasında    erməni  millətçilərinə  silah  və  hərbi  texnikanın  harada  olması 
barəsində məlumatlar təqdim olunurdu. Erməni millətçiləri də həmin si-
lah və texnika üzərinə basqınlar həyata keçirirdilər. Onlar sovet zabitləri-
nin  yardımı  ilə  silah  və  sursat  anbarlarına  da  yol  tapa  bilmişdilər. 
Q.Avakyanın yazdığına görə, erməni millətçiləri yalnız Ermənistan əra-
zisində olan anbarlara deyil, habelə Zaqafqaziya  hərbi dairəsinin bir çox 
hərbi anbarlarına yol tapmışdılar. Pul ödəncləri müqabilində hərbi anbar-
lardan silah və sursat böyük həcmdə çıxarılır və sonra da izlərini itirmək 
üçün hərbi anbarlara od vurulurdu. Bunun nəticəsi kimi 1990-cı ildə tək 
Ermənistan ərazisində deyil, Cənubi Qafqaz ərazisində bir sıra hərbi an-
barlarda yanğınlar baş verdi (104). 
1990-cı ildə Ermənistandakı parlament seçkilərində müxalifətin qalib 
gəlməsi istər qeyri-qanuni silahlı dəstələrin formalaşdırılmasına və silah-
landırılmasının sürətləndirilməsinə, istərsə də Azərbaycana qarşı işğalçı-
lıq siyasətinin daha da genişləndirilməsinə təkan verdi. Seçkilərdə qələbə 
çalmış Ermənistan Ümummilli Hərəkatı açıq şəkildə elan etdi ki, Dağlıq 
Qarabağın Ermənistana birləşdirilməsi (başqa sözlə, işğal edilməsi) onun 
siyasətinin  əsas  istiqamətlərindən  biridir.  Dərhal  da  bu  siyasətin  rəsmi-
ləşdirilməsinə,  silahlı  qurumların  formalaşdırılması  və  silahlandırılması 
prosesinə ciddi dəyişikliklər edilməsinə başlandı. Əgər əvvəllər bu dəstə-
lər qanunsuz şəkildə formalaşdırılırdısa, indi bu prosesə Ermənistan par-
lamenti  tərəfindən  qanuni  don  geyindirildi,  lazımi  qərarlar  qəbul  edildi 
və  silahlı  qurumlara  rəsmi  status  verildi.  Ölkədə  mövcud  olan  silah  an-
barlarına  nəzarət  də  parlamentin  və  ya  ona  tabe  olan  qurumların  əlinə 
keçdi  və  parlament  bu  anbarlardan  millətçi  silahlı  dəstələrin  təchizində 
istifadə olunmasında sərbəstlik əldə etdi. Eyni zamanda respublika daxi-
lində bir sıra silahların istehsalına da başlandı. Bunun üçün dövlətin sə-
rəncamı  ilə  bir sıra  zavodlarda lazımi  təkmilləşdirmə  işləri  aparıldı,  qa-
nunsuz yaradılmış silahlı dəstələrin üzvlərinin böyük bir hissəsi daxili iş-


Yüklə 2,28 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə