Nəsrin SÜleymanli



Yüklə 2,28 Mb.
Pdf görüntüsü
səhifə55/100
tarix11.09.2018
ölçüsü2,28 Mb.
#67898
1   ...   51   52   53   54   55   56   57   58   ...   100

 
146
 
istehsal sahələrini Ermənistanın tabeliyinə vermək idi. 1989-cu il noyabr 
ayının sonlarından başlayaraq artıq bu planın da icrasına başlandı. SSRİ 
orqanlarının  laqeydliyi  qarşısında  1989-cu  ilin  sonu  və  1990-cı  ilin  ilk 
günlərində  Dağlıq  Qarabağın  bütün  partiya  və  sovet  orqanları,  istehsal 
sahələri Ermənistanın müvafiq strukturlarının tərkibinə salındı. Zavod və 
fabriklərin rəhbərləri Ermənistanın müvafiq nazirliklərinin tərkibinə, vi-
layətin  partiya  komitələrinin  katibləri  isə  Ermənistan  Kommunist  Parti-
yasının tərkibinə salındı (76). 
Lakin  bununla  Dağlıq  Qarabağın  iqtisadi  vəziyyəti  heç  də  yaxşılaş-
madı.  Əslində,  erməni  millətçilərinin  və  separatçılarının  məqsədi  də  bu 
deyildi.  Qarşıya  qoyulan  məqsəd  Dağlıq  Qarabağın  Azərbaycandan  qo-
parılması idi və bu məqsədə çatmaq üçün mümkün olan bütün vasitələrə 
əl atılırdı. 
 
2.  Qanunsuz  silahlanmanın,  təcavüzkar  separatizmin  və  erməni 
iĢğalının milli-azadlıq hərəkatı kimi təqdim olunması 
 
Azərbaycan Respublikasının ərazilərinin işğal edilməsinin inkar edil-
məsi Dağlıq Qarabağda baş verən hadisələrin mahiyyətinin dəyişdirilmə-
si, Azərbaycanın təcavüzkar dövlət kimi tanıdılmasına cəhd göstərilməsi 
hazırda erməni informasiya-təbliğat fəaliyyətinin əsas mövzularından bi-
rini təşkil edir. Bu mövzulara gen-bol müraciət etməklə Dağlıq Qaraba-
ğın Azərbaycandan qoparılması, Ermənistanın Azərbaycana təcavüzünün 
beynəlxalq qınaqdan qorunması və bütünlükdə zor vasitəsi ilə Ermənista-
nın  ərazilərinin  genişləndirilməsinə  zəmin  hazırlanır.  Ermənistanın  və 
bütün erməniliyin informasiya-təbliğat maşını belə bir mənzərə yaratma-
ğa çalışırlar ki, Dağlıq Qarabağın erməni əhalisi təcavüzə məruz qalmış 
tərəfdir. Dağlıq Qarabağ erməniləri dinc və qanuni tələblərlə hərəkata başla-
yıblar,  bu  yolla  onlar  Azərbaycanın  təzyiqlərindən  qurtarmağa,  tarixi 
ədalətsizliyi bərpa etməyə cəhd göstəriblər, əvəzində isə Azərbaycan tə-
rəfindən  zorakılıqla qarşılaşıblar,  yalnız  bundan  sonra  öz  talelərinin  qo-
runması  üçün  Azərbaycanın  təcavüzünə  qarşı  müqavimət  yolunu  tutub-
lar.  Ermənilər  müharibə  istəmir,  Dağlıq  Qarabağda  müharibə  Azərbay-
can tərəfindən başlanıb və s. 
Bu tezislərin möhkəmləndirilməsi erməni rəsmiləri, erməni ictimaiy-
yətinin və diasporunun nümayəndələri, erməni informasiya vasitələri hə-
min  mövzuya  tez-tez  toxunurlar  və  həmin  mövzudan  lazımınca  spekul-
yasiya edirlər. Məsələn, Ermənistanın indiki prezidenti Serj Sarkisyan bu 


 
147
 
məsələyə  münasibətini  belə  bildirir  –  Ermənistan  heç  vaxt  müharibəyə 
başlamamışdır  və  başlamayacaqdır,  biz  müharibəyə  nifrət  edirik...  İş  o 
yerə  çatıb  ki,  Azərbaycan  təbliğatı  Qarabağı  təcavüzkar  kimi  tanıtdırır, 
qarabağlılar yalnız özlərini məhv olmaqdan qorumaq üçün əllərinə silah 
götürməyə məcbur olublar, Dağlıq Qarabağ qanuni yolla SSRİ tərkibin-
dən çıxmışdır. Başqa bir çıxışında Ermənistan rəhbəri belə deyir: ―Qara-
bağ ordusunun nəzarəti altında olan ərazilər aparılan müharibənin nəticə-
sidir  və  bu  müharibəni  qarabağlılar  başlamayıblar.  Heç  kəs  inkar  etmir 
ki, ərazilər var ki, Azərbaycanın tərkibində idi, indi isə Qarabağ ordusu-
nun nəzarəti altındadır...‖ Başqa bir çıxışında yenə qeyd edir ki, mühari-
bəni Azərbaycan özü başlayıb və s. Ermənistan prezidentinin Dağlıq Qa-
rabağla  bağlı  bütün  çıxışlarında  oxşar  fikirlərlə  rastlaşmaq  mümkündür 
və həmin fikirlər erməni informasiya-təbliğat maşını tərəfindən də geniş 
auditoriyaya çatdırılır (77). 
Ermənistan  Silahlı  Qüvvələri  Baş  Qərargah  rəisi,  general-polkovnik 
Yuri Xaçaturov bu məsələyə öz münasbiətini belə bildirir:‖ ermənilər sülh-
sevər xalqdır, biz müharibəyə başlamamışıq, onu torpaqlarımızı işğal et-
mək istəyən düşmən başlayıbdır‖ (78). 
Dağlıq  Qarabağın  işğal  edilmiş  ərazilərində  elan  edilmiş  qondarma 
qurumun  parlament  sədri  kimi  təqdim  olunan  Aşot  Qulyan  isə  Dağlıq 
Qarabağda cərəyan edən hadisələri tamamilə qanuni hadisələr kimi xara-
kterizə edir. O deyir ki, hələ ilk günlərdən Qarabağ hərəkatı qanuni çər-
çivədə cərəyan edirdi, bütün tələblər konstitusiyaya uyğun idi və heç bir 
tələb beynəlxalq hüquqa zidd deyildi (79). 
Kütləvi informasiya vasitələrində yayılmış bir sıra digər oxşar fikirlə-
rə də diqqət yetirilməsi maraqlı olardı. Məsələn, erməni beynəlxalq ter-
ror  təşkilatı  olan  və  Dağlıq  Qarabağda  dinc  azərbaycanlı  əhaliyə  qarşı 
döyüş əməliyyatlarında fəal iştirak edən ASALA təşkilatının bir bəyana-
tında bildirilir ki, Qarabağda silaha əl atılması Qarabağın rastlaşdığı real-
lıqla  bağlı  idi.  Münaqişənin  ilk  illərində  erməni  mətbuatında  işıq  üzü 
görmüş bir yazıda isə belə bir fikir mövcud idi: ―Dağlıq Qarabağ erməni-
lərinin  öz  doğma  torpaqlarında  yaşamaq  haqqında  istəklərinə  Azərbay-
can rəhbərliyi Moskvanın razılığı ilə muxtar qurumun bütün xalqına zo-
rakı təzyiqlər göstərməklə cavab verdi.... Qarabağ erməniləri real özünü-
müəyyənləşdirmə hüququ üçün mübarizə aparmaq əzmindədirlər... DQMV-
də azadlıq hərəkatı və s.‖ (80). 
Erməni  kütləvi  informasiya  vasitələrində  aşağıdakı  fikirlərlə  də  rast-
laşmaq mümkündür: müharibə arsaxlıların seçimi deyildi.  Bu, Azərbay-


 
148
 
canın  seçimi  idi  və  Azərbaycan  qərara  almışdı  ki,  beynəlxalq  hüququn 
əleyhinə olaraq silah gücünə Qarabağ əhalisini öz müqəddəratını müəy-
yənləşdirmə hüququndan məhrum etsin (81). ...Dağlıq Qarabağ Respub-
likasının (?) özünümüdafiə ordusu məcbur oldu ki, Arsaxın dinc əhalisi-
nin müdafiəsi üçün silaha əl atsın...Qarabağ əhalisinin sülhsevər tələblə-
rinə  cavab  olaraq  Azərbaycan  dinc  əhaliyə  qarşı  təcavüzə  başladı  (82). 
...Əgər sovet illərində Azərbaycan Qarabağda yerli erməni əhalisinin sı-
xışdırılması sahəsində ehtiyatlı siyasət aparırdısa, SSRİ-nin dağılmasın-
dan və müstəqilliyin əldə edilməsindən sonra Azərbaycan rəhbərliyi Qa-
rabağa qarşı açıq zorakı vasitələrə və birbaşa silahlı təcavüzə əl atdı (83). 
Bu  tipli  fikirlərin  sayını  xeyli  artırmaq  mümkündür.  Çünki  erməni 
dövləti və erməni millətçiləri sərhədləri beynəlxalq aləmdə tanınan Azər-
baycan  Respublikasının  ərazilərinin  işğal  edilməsini  pərdələmək  üçün 
geniş informasiya-təbliğat kampaniyasına başlamışlar. Dağlıq Qarabağda 
baş verən millətçi-separatizmin və son nəhayətdə işğalın həyata keçiril-
məsi  üçün  terror  qruplarının  qanuni  yolla  silahlandırılmasını,  SSRİ-nin 
dağılmasından sonra isə Ermənistan Respublikasının silahlı qüvvələrinin 
Azərbaycana qarşı açıq müharibəyə başlamasını erməni informasiya-təb-
liğat maşını Dağlıq Qarabağ ermənilərinin milli-azadlıq hərəkatı kimi qə-
ləmə verir. Doğrudur, erməni təbliğatı beynəlxalq ictimai birlikdə müəy-
yən bir rəy formalaşdırılması üçün bəzi nəticələrə sevinə bilər. Çünki Er-
mənistanın işğalçılıq siyasəti dünya birliyi tərəfindən açıq şəkildə qınan-
mır. Lakin bu istiqamətdə erməni informasiya-təbliğat maşınının səmərə-
li  işlədiyini  də  iddia  etmək  olmaz.  Bəlkə,  əksinə,  erməni  təbliğatı  öz 
mövqelərini gün-gündən əldən verməkdədir. Məhz bunun nəticəsidir ki, 
Qarabağın dağlıq hissəsində elan olunmuş qondarma qurum heç bir ölkə 
və  heç  bir  beynəlxalq  qurum  tərəfindən  tanınmamışdır.  Əksinə,  erməni 
informasiya-təbliğatının  bu  mövzusunun  ifşa  edilməsi  nəticəsində  bey-
nəlxalq təşkilatlarda Azərbaycan ərazilərinin işğal edilməsi haqqında qə-
rarlar qəbul olunmağa başlanmışdır. 
Dağlıq Qarabağın və ətraf rayonların işğalını Dağlıq Qarabağ erməni-
lərinin  milli-azadlıq  hərəkatı  kimi  qələmə  verməklə  erməni  millətçiləri 
Azərbaycan  ərazilərinin  məhz  Ermənistan  Respublikası  tərəfindən  işğal 
edilməsindən  də  diqqəti  yayındırmaq  istəyirlər.  Əslində  isə  yuxarıda 
qeyd edildiyi kimi, Dağlıq Qarabağ məsələsi bütün ermənilik tərəfindən 
ümumerməni məsələsinin tərkib hissəsi kimi baxılırdı və onun Azərbay-
candan qoparılması üçün müxtəlif yollar, o cümlədən silahlı müdaxilə və 
separatizm yolu da erməni ideoloqlarının gündəliyində idi. 


Yüklə 2,28 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə