Nəsrin SÜleymanli



Yüklə 2,28 Mb.
Pdf görüntüsü
səhifə52/100
tarix11.09.2018
ölçüsü2,28 Mb.
#67898
1   ...   48   49   50   51   52   53   54   55   ...   100

 
139
 
söyləmək olmaz. Bu çətinliklər Azərbaycanda da özünü hiss etdirməkdə 
idi. Yerlərdə qarşıya çıxan iqtisadi çətinliklər heç də yerli hakimiyyət or-
qanlarının günahı deyildi. Planlaşdırılmış və sərt mərkəzləşdirilmiş iqti-
sadiyyat yeni dövrün tələblərinə tam cavab verə bilmirdi. Erməni müəl-
liflərinin  də  Azərbaycanın  adına  yazmaq  istədikləri  iradlar  planlaşdırıl-
mış və mərkəzləşdirilmiş iqtisadiyyatın xarakterik cəhətləri idi. Bununla 
belə, müqayisə ilə götürdükdə DQMV-nin sosial-iqtisadi vəziyyəti Azər-
baycan üzrə orta göstəricilərdən yaxşı idi. 
Münaqişənin atəşkəs  dövründə  bir  sıra  böyük  araşdırmalarda  erməni 
müəllifləri yenidən Dağlıq Qarabağın iqtisadi gerilikdə qalmasını gündə-
liyə qaytarmağa çalışıblar. Çünki erməni ideoloqları Dağlıq Qarabağ mü-
naqişəsinin əsaslandırılması üçün ortaya atdıqları iftiraların dünya birliyi 
tərəfindən qəbul olunmadığını gördükcə, köhnə bəhanələrə bir də müra-
ciət edirlər və konteksdən çıxarılmış rəqəmlərlə öz fikirlərini sübut etmə-
yə çalışırlar. Məsələn, Arsen Məlik-Şahnəzərov adlı birisi son illərdə çap 
etdirdiyi  və  bir  çox  internet  saytlarında  yerləşdirdiyi  ―araşdırmasında‖ 
Azərbaycan  SSR  ilə  Dağlıq  Qarabağın  erməni  muxtariyyəti  arasındakı 
qarşılıqlı iqtisadi əlaqələri acgöz metropoliya ilə hüquqsuz koloniya ara-
sındakı əlaqələrə bənzədir (63). 
Erməni ideoloqunun məsələyə yanaşmasının nə qədər əsassız olduğu-
nu onun yuxarıdakı bir cümləsindən də görmək mümkündür. Ola bilsin 
ki,  ifrat  ifadələrlə  o,  oxucularını  özünə  həmfikir  etməyə  çalışır.  Lakin 
ona məlum olmasa da, məlumatlı oxuculara aydın ola bilər ki, SSRİ-nin 
planlı iqtisadiyyatı tarixində nəinki Azərbaycan SSR, heç digər respubli-
kalar  da  metropoliya  roluna  malik  deyildi.  İqtisadiyyat  bütünlüklə  mər-
kəzdə  planlaşdırılır  və  iqtisadiyyatın  gəlirləri  də  mərkəz  tərəfindən  bö-
lüşdürülürdü. 
A.Məlik-Şahnəzərov araşdırmasında DQMV partiya komitəsinin kati-
bi  olmuş  Henri  Poqosyanın  da  SSRİ  Ali  Soveti  Rəyasət  Heyətinin  18 
iyul 1988-ci il tarixli iclasındakı millətçi çıxışından da bir parçaya istinad 
edib.  DQMV  rəhbərinin  fikrincə,  Qarabağın  dağlıq  hissəsi  ilə  aran  his-
səsi arasında heç bir iqtisadi əlaqə yox idi. Əvəzində, bütün Azərbaycan-
dan asılı olan Dağlıq Qarabağ vardı. Sonra da H.Poqosyan  əlavə edirdi 
ki, hazırda Dağlıq Qarabağın dəyirmanı yoxdur, evtikmə kombinatı yox-
dur. Bunların səbəbini o, Azərbaycanın ayağına yazırdı. Lakin Azərbay-
can  rəhbərliyinin  qayğısı  ilə  böyük  kapital  qoyuluşu  tələb  edən  bir  sıra 
layihələrin icrası isə Azərbaycan rəhbərliyinin kiçik payı kimi qiymətlən-
dirilirdi.  Onların  arasında  Yevlax-Xankəndi  dəmir  yolu  xətti  var  idi  ki, 


 
140
 
bu yolun çəkilməsi ilə DQMV respublikanın və İttifaqın dəmir yolu şə-
bəkəsinə  qoşuldu.  Yevlax-Xankəndi  qaz  xəttinin  çəkilməsini  də  H.Po-
qosyan  adi  bir  layihə  kimi  dəyərləndirirdi.  O,  respublikanın  qayğısı  ilə 
vilayətdə tikilən fabrikləri də köhnə fabriklər adlandırırdı. Vilayət iqtisa-
diyyatının bir sıra sahələrindəki inkişafı isə H.Poqosyan istisna olaraq öz 
xidmətləri kimi qələmə verirdi. Məsələn, süd və ət istehsalında orta ümum-
respublika  səviyyəsindən  irəlidə  olmağı  vilayətin  müstəsna  uğuru  kimi 
tərifləyirdi. (64). 
Adıçəkilən  müəllifin  ―araşdırmasında‖  Dağlıq  Qarabağın  sosial-iqti-
sadi  inkişafını  əks  etdirən  bir  sıra  rəqəmlər  verilmişdir.  Bununla  belə, 
müəllif erməni məntiqinə və xislətinə uyğun olaraq həmin  rəqəmləri də 
qaralamaqdan  əl  çəkmir.  Çünki  müəllif  qarşısına  Dağlıq  Qarabağın 
Azərbaycan SSR tərkibində inkişafını deyil, inkişaf etmədiyini sübut et-
məyə çalışır. 
Bunun  üçün  müəllif  Şaqen  Mkrtçyan  adlı  birisinə  və onun XX əsrin 
70-ci illərində yazdığı bir məlumat kitabına istinad edir. Məlum olur ki, 
Ş.Mkrtçyan  həmin  kitabını  2003-cü  ildə  bir  daha  çap  etdirib  və  bu 
kitabda  Azərbaycan  SSR  rəhbərliyinə  xeyli  iftiralar  yağdırıb.  XX  əsrin 
70-ci  illərində  çap  etdirdiyi  kitabında  Ş.Mkrtçyan  Dağlıq  Qarabağın 
iqtisadi  göstəricilərini  1913-cü  ildəki  iqtisadi  göstəricilərlə  müqayisə 
edibmiş  və  ona  təklif  olunub  ki,  DQMV-nin  iqtisadi  göstəriciləri  onun 
yaradıldığı  illə,  yəni  1923-cü  illə  müqayisə  olunsun.  Müəllif  isə  bunu 
özünə  qarşı  diskriminasiya  və  həm  də  Dağlıq  Qarabağın  sosial-iqtisadi 
geriliyinin  gizlədilməsi  cəhdi  kimi  qiymətləndirib  və  A.Məlik-Şahnəzə-
rov da onun bu fikri ilə razılaşıb. A.Məlik-Şahnəzərovun məqsədi aydın-
dır.  O,  Azərbaycan  əleyhinə  deyilən  hər  şeyi  qəbul  edir.  Lakin  burada 
absurd  olan  məsələlər  var ki,  adları çəkilən  müəlliflərin  heç  biri  onunla 
razılaşmaq istəmir. Sovet ehkamlarının hakim olduğu bir dövrdə 1913-cü 
ilin  göstəricilərinin  meyar  kimi  qəbul  edilməsi  mümkün  deyildi  və  bu 
heç də Azərbaycan rəhbərliyinin iradəsindən asılı deyildi. Heç Ermənis-
tanda da bunu etmək olmazdı. 
A.Məlik-Şahnəzərovun istinad etdiyi Ş.Mkrtçyanın kitabında göstəri-
lir  ki,  1969-cu  ildə  DQMV  iqtisadiyyatı  1913-cü  ilə  nisbətən  3,8  dəfə, 
1923-cü ilə nisbətən isə 215 dəfə artmışdı (65). 
Doğrudur, müəlliflər göstərmək istəyirlər ki, 1913-cü illə müqayisədə 
Dağlıq Qarabağ iqtisadiyyatı 1969-cu ildə cəmi 3,8 dəfə artmışdı və bu 
göstərici  heç  də  böyük  göstərici  deyil.  Lakin  bu  rəqəmlər  özü  də  xeyli 
şübhə doğurur. Çünki 1913-cü ildə Qarabağın ən böyük şəhəri olan Şuşa 


 
141
 
idi ki, 1905–07-ci il hadisələri zamanı erməni terrorçuları tərəfindən xey-
li  dağıdılmışdı.  Sovet  dövründə  isə  həm  Şuşa  inkişaf  etmiş,  həm  Xan-
kəndi vilayət mərkəzi və vilayətin sənaye mərkəzi kimi formalaşmışdı. 
Hər halda A.Məlik-Şahnəzərov DQMV-nin iqtisadi inkişafı sahəsində 
görülən müəyyən işləri sadalamalı olur. O, etiraf edirdi ki, vilayətdə ipək-
ayıran, ipəkəyirən və ipəktoxuyan fabriklər var idi və bu fabriklərdə çox-
lu sayda qadınlar işləyirdi. Bundan başqa şərab zavodunun, kərpic, kirə-
mit və digər tikinti materialları zavodunun, mişar, ağac emalı, pendir və 
yağ  sexlərinin  adları çəkilir.  Bunun  ardınca  yenə  də DQMV-nin  iqtisa-
diyyatının  inkişafı  ilə  bağlı  vilayət  rəhbərliyinin  əsaslandığı  rəqəmlər, 
müxtəlif statistik göstəricilər bir daha şübhə altına alınır. O cümlədən er-
məni  müəlliflərinin  istinad  etdiyi  rəqəmlər  də  müəllifin  şübhəsi  altına 
düşür (66). 
Yəni  müəllifin  yazdıqlarını  ümumiləşdirməklə  belə  bir  qənaətə  gəl-
mək olar ki, DQMV öz inkişafında Azərbaycan SSR-in digər rayonların-
dan geri qalırdı və vilayət ermənilərinin öz  iqtisadi vəziyyətini yaxşılaş-
dırmaq üçün mitinqlərə başlamaq haqları var idi. 
Başqa bir erməni müəllifi Suren Zolyan da Dağlıq Qarabağ münaqi-
şəsinə  həsr  edilmiş  böyük  ―araşdırmasında‖  DQMV-nin  iqtisadi  gerili-
yini  əsaslandırmaq  üçün  qeyri-obyektiv  mühakimələrə  yol  vermişdir. 
Onun fikrincə, Azərbaycan rəhbərliyi Qarabağa sərmayə yatırmaqda ma-
raqlı olmayıb və Dağlıq Qarabağın XX əsrin 20–30-cu illərindəki vəziy-
yətindən  də  pis  vəziyyətdə  qalmasına  çalışıb.  Onun  sözlərinə  görə,  XX 
əsrin  50-ci  illərində  Dağlıq  Qarabağda  adambaşına  sərmayə  yatırımı 
Azərbaycan SSR üzrə orta göstəricidən 10 dəfə az idi (67). 
Müəllif  öz  iddiasını  əsaslandırmaq  üçün  heç  bir  fakta  əsaslanmır  və 
digər  tərəfdən  də  yalnız  ehtimalla  danışır  ki,  Azərbaycan  rəhbərliyi 
DQMV-ni 20–30-cu illər səviyyəsində saxlamaq istəyirdi. Halbuki Dağ-
lıq  Qarabağ  münaqişəsi  başlayanda  vilayətin  iqtisadi  inkişaf  səviyyəsi 
heç də XX əsrin 20–30-cu illəri səviyyəsində deyildi və bu, müəllifə də 
aydın olmalı idi. Yaxşı ki, S.Zolyan sonra Azərbaycanda H.Əliyevin ha-
kimiyyəti illərində  DQMV-də sərmayə yatırımının artmasını etiraf edir. 
Bununla  belə,  müəllif  yenə  də  vilayətən  iqtisadi  baxımdan  geri  qalma-
sından danışır. Fikrinin əsaslandırılması üçün isə son dərəcə absurd olan 
faktlara istinad edir. Müəllif qeyd edir ki, vilayət yolları elə qurulmuşdu 
ki, vilayətin rayonlarından Xankəndinə getmək üçün Azərbaycanın qon-
şu  rayonlarından  dövrə  vurub  gəlmək  lazım  idi.  Xankəndindən  İrəvana 
getmək üçün isə Ağdam və Gəncədən keçmək lazım idi. Bundan sonra o, 


Yüklə 2,28 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə