Nəsrin SÜleymanli



Yüklə 2,28 Mb.
Pdf görüntüsü
səhifə50/100
tarix11.09.2018
ölçüsü2,28 Mb.
#67898
1   ...   46   47   48   49   50   51   52   53   ...   100

 
134
 
rindən  danışırlar  (49).  Başqa  sözlə,  ermənilər  arasında  yaradılmış  anti-
azərbaycan ideologiyası nasist ideologiyasına çevrilməkdədir. 
Dağlıq Qarabağ ermənilərinin milli ayrı-seçkiliyə məruz qalması, dil, 
təhsil,  mədəniyyət  problemləri  ilə  rastlaşması  kimi  bəhanələrin  irəli  sü-
rülməsi və bu çətinliklərin Dağlıq Qarabağ  münaqişəsinə yol açması da 
erməni  informasiya-təbliğat  fəaliyyətinin  aktual  mövzularından  biri  idi. 
Xüsusilə,  münaqişənin  ilk  vaxtlarında  bu  mövzudan  geniş  sui-istifadə 
edilir və bununla da məlumatsız oxucuda Dağlıq Qarabağın erməni sepa-
ratizminə  rəğbət  hissləri  aşılanırdı.  Hətta  hadisələrin  başlanmasının  ilk 
günlərində Sov.İKP MK-dan göndərilmiş bir qrup alim Dağlıq Qarabağa 
səfər  etdi  və  Dağlıq  Qarabağ  Muxtar  Vilayətinin  həm  iqtisadi,  həm  də 
mədəni inkişafı ilə yerindəcə tanış oldu. Bu qrupun əsasını erməni əsilli 
alimlər təşkil edirdilər və onlar da vəziyyəti heç də tərəfsiz qiymətləndirə 
bilmədilər. Moskvadan gəlmiş erməni alimlərinin hazırladığı arayışda vi-
layətin vəziyyətinə aid qeyri-real yanaşma və yoxlanılmamış faktlar möv-
cud idi. Məsələn, onların hazırladıqları arayışda deyilirdi ki, Stepanakert 
şəhərində  dram  teatrı  mövcuddur.  Lakin  onun lövhəsində bu teatrın er-
məni  dram  teatrı  olması  yazılmamışdır. Vilayətin  mərkəzində  mədəniy-
yət  sarayı,  pionerlər  sarayı,  idman  obyektləri  və  digər  sosial-məişət  ob-
yektləri yoxdur. Moskvalı erməni alimlərinin yazdığına görə, vilayətdə 8 
daimi kinoteatr və 5 yay kinoteatrı var idi. Son on il ərzində vilayətdə cə-
mi  4  kinoklub  istifadəyə  verilmişdi.  Onların  qənaətinə  görə,  kitabxana-
lar, muzeylər yaxşı vəziyyətdə deyildilər (50). 
Bu iddialara münasibət bildirən azərbaycanlı tədqiqatçılar qeyd edir-
dilər ki, moskvalı alimlərin iddialarının əksinə olaraq Xankəndində, vila-
yətin İcraiyyə Komitəsinin arxasında mədəniyyət sarayı var idi və həmin 
sarayın tikilməsi üçün zəruri olan daşlar da Şuşadakı tarixi binaların sö-
külməsindən  əldə  edilmişdi.  Eyni  zamanda  qeyd  olunurdu  ki,  vilayət 
mərkəzində pioner sarayı, idman və sosial-məişət obyektləri mövcud idi. 
Aparılan  araşdırmalardan  sonra  məlum  olmuşdu  ki,  Moskvanın  erməni 
alimləri Dağlıq Qarabağda olduğu vaxt vilayətin mədəni imkanları Azər-
baycan və Ermənistan üzrə orta göstəricilərdən heç də geri qalmır. Məsə-
lən, məlumdur ki, Azərbaycan SSR üzrə hər 1000 nəfərə beş klub düşdü-
yü  halda,  DQMV-də  15  klub,  SSRİ  üzrə  4.8  klub,  Ermənistan  üzrə  isə 
3.8 klub düşür. Azərbaycan SSR üzrə hər 10 min nəfərə 3 kinoqurğu var 
idisə, DQMV-də 11.2 qurğu, SSRİ-də 5.4 qurğu, Ermənistan SSR-də isə 
2.9 qurğu var idi (51). 


 
135
 
Göstərilən rəqəmlər üzrə moskvalı erməni alimləri DQMV-də ümumi 
vəziyyətin  pis  olduğunu  sübut  etməyə  çalışsalar  da,  onlar  ölkədə  olan 
ümumi  vəziyyətə  reallıqla  yanaşmırdılar  və  onlar  belə  bir  məqama  da 
diqqət yetirmirdilər ki, klubların və kinoqurğuların sayının daha da artı-
rılması erməni separatizminin qarşısını ala bilməyəcəkdir. 
Moskvalı erməni alimlər DQMV-də erməni dilinin sıxışdırılması, er-
məni dilində nəşriyyatın olmaması, Ermənistan SSR-in radio və televizi-
yasının  vilayətdə  yayımlanmaması,  ermənilərə  verilən  pasportlardakı 
möhürlərdə  erməni  dilində  yazının  olmaması,  Ermənistan  SSR-dən  er-
məni  dilində  ədəbiyyatın  gətirilməsinin  məhdudlaşdırılması  haqqında 
qeyri-obyektiv  iddialar  da  var  idi.  Əslində,  bunlar  da  doğru  deyildi  və 
əgər həmin dövrdə Ermənistanda yaşayan azərbaycanlı əhalinin mədəni 
və  sosial,  məişət  təminatı,  Qarabağda  yaşayan  ermənilərin  təminat 
səviyyəsi  ilə  müqayisə  edilsəydi,  Azərbaycanda  erməni  azlığına  hansı 
qayğı göstərildiyi daha aydın olardı. 
Qeyd edilməlidir ki, Dağlıq Qarabağ erməniləri erməni dilinin işlədil-
məsi ilə heç bir məhdudiyyətə malik deyildilər. Vilayət daxilində yazış-
ma respublikanın dövlət dilində deyil, vilayət əhalisinin çoxluğunun di-
lində aparılırdı. Halbuki, SSRİ  ərazisində mövcud olan digər vilayətlər-
dən heç biri belə səlahiyyətə malik deyildi (52). 
Vilayət  daxilində  erməni  dilində  qəzet  buraxılırdı,  bu  qəzet  və  digər 
ermənidilli materialların çap edilməsi üçün Xankəndində nəşriyyat möv-
cud  idi.  Dağlıq  Qarabağda  erməni  uşaqları  öz  arzularına  uyğun  erməni 
dilində təhsil ala bilərdilər. Xankəndində erməni dilində institut fəaliyyət 
göstərirdi, yuxarıda qeyd edildiyi kimi vilayətin rəsmi radio şəbəkəsi də 
var idi. 
Ermənistandan  Dağlıq  Qarabağa  erməni  dilində  kitab  gətirilməsinin 
məhdudlaşdırılması  haqqında  erməni  alimlərinin  araşdırmalarında  ma-
raqlı bir məqam var idi. Bu məsələ ilə bağlı, ilk növbədə, qeyd edilməli-
dir ki, respublikalar arasında hər hansı gömrük nəzarəti yox idi ki, Ermə-
nistandan  Azərbaycana  ədəbiyyat  gətirilməsinin  qarşısı  alınsın.  Erməni 
alimləri  iddia  edirdilər  ki,  Azərbaycan  tərəfi  Dağlıq  Qarabağa  gətirilən 
erməni  ədəbiyyatının  sayı qədər  Ermənistanda  yaşayan  azərbaycanlılara 
da həmin sayda ədəbiyyat göndərilməsini tələb edir (53). 
Erməni alimlərinin fikrincə, bu tələb haqsız tələb idi. Çünki Ermənis-
tanda yaşayan azərbaycanlıların sayı, Dağlıq Qarabağda yaşayan erməni-
lərin  sayından  azdır.  Halbuki  bu,  doğru  deyildir  və  yuxarıda  göstərilən 


 
136
 
rəqəm  də  onu  sübut  edirdi  ki,  Ermənistanda  yaşayan  azərbaycanlıların 
sayı Dağlıq Qarabağda yaşayan ermənilərin sayından xeyli çox idi. 
Moskvalı  erməni  alimləri,  əslində,  SSRİ  orqanları  səlahiyyətinə  aid 
olan  bir  sıra  məsələləri  də  Azərbaycan  tərəfinin  adına  yazmaqla  Azər-
baycan rəhbərliyinin DQMV-yə qarşı münasibətini yalnız mənfi tərəfdən 
təsvir etməyə çalışırdılar. 
DQMV-də təhsilin, mədəniyyətin inkişaf etdirildiyi, buradakı erməni 
əhalinin milli ayrı-seçkiliyə məruz qalmadığı haqqında  çoxlu sayda fakt-
lar mövcuddur və bu faktlar da onu göstərir ki, vilayət ermənilərinin mə-
dəni, etnik inkişafının əngəllənməsi iddiası da  Dağlıq Qarabağ münaqi-
şəsinin başlanmasına bəhanə ola bilməzdi. DQMV-nin yaradılmasının 50 
illiyinə  həsr  olunmuş  və  Stepanakertdə  çap  olunmuş  məlumat-statistika 
kitabının göstəriciləri də 50 il ərzində vilayətdə böyük inkişaf və dəyişik-
liklərin  olduğunu  nümayiş  etdirir.  Bu  baxımdan  aşağıdakı  göstəricilər 
maraqlıdır (54): 
– ali və orta təhsilli mütəxəssislərin sayı – 1923-cü ildə yox idi, 1973-
cü ildə 9500 nəfər və ya əhalinin 6 faizi; 
–  orta  təhsil  müəssisələrinin,  o  cümlədən  erməni  dilində  olan  təhsil 
müəssisələrinin sayı – 1923-cü ildə 104, 1973-cü ildə – 215; 
–  həmin  məktəblərdə  oxuyanların  sayı  –  1923-cü  ildə  7700  nəfər, 
1973-cü ildə 44400 nəfər; 
– həmin müəssisələrin şagirdlərinin sayı – 1923-cü ildə 200, 1973-cü 
ildə 1900; 
– 1973-cü ildə vilayətdə bir institut və iki elmi müəssisə var idi; 
– 1973-cü ildə əhalinin savadlılığı 99 faiz idi
– 1973-cü ildə vilayətdə həkimlərin sayı 252 nəfər idi. 
Dağlıq Qarabağ münaqişəsinin başlanması ərəfəsində vilayətdə təhsil 
və mədəniyyətin inkişafı daha yaxşı vəziyyətdə idi. Bununla bağlı möv-
cud  olan  faktlar  konkret  olaraq  aşağıdakıları  deməyə  əsas  verir  (55): 
1987-ci ildə vilayətdə 204 orta məktəb və 34200 şagird var idi. Bu şagird-
lərin təhsili ilə 400 müəllim məşğul idi. Orta ixtisas məktəblərinin sayı 6-
ya, burada oxuyan şagirdlərin sayı isə 2500-ə çatdırılmışdı. Xankəndin-
dəki bir institutda 2000 tələbə təhsil alırdı. Vilayətdə 232 kitabxana, 269 
klub,  7  muzey,  1  teatr,  206  kinoqurğu,  1  telemərkəz  var  idi.  Vilayətdə 
çap olunan qəzetlərin birdəfəlik tirajı 3 milyon nüsxə idi. 
Dağlıq Qarabağ ərazisində erməni əhalisinin sıxışdırılması və bunun 
da Dağlıq Qarabağda etnik gərginlik yaratmasına səbəb olması haqqında 
irəli  sürülən  erməni  iddialarının  da  heç  bir  əsası  yox idi.  Bu iddialarına 


Yüklə 2,28 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə