126
Y.Pompeyev öz kitabında ―Komsomolskaya Pravda‖ qəzetinə müsa-
hibə vermiş başqa bir erməninin dediklərini də nümunə gətirir. Rele za-
vodunda tokar işləyən Ovanes adlı erməni bildirirdi ki, nə üçün erməni-
lərə görə əzab çəkməlidir? Onun
sözlərinə görə, Dağlıq
Qarabağ münaqi-
şəsini qızışdıranlar vilayətdə onun kimi sadə ermənilər üçün heç nə et-
məmişdilər və heç Qarabağ ermənilərinin problemlərindən də xəbərləri
yox idi (33).
Hadisələrin faciəli tarixindən məlumdur ki, erməni millətçiləri öz se-
paratçı-təcavüzkar fəaliyyətindən əl çəkmədilər. İrəvanda təşkil olunan
dəstə-dəstə silahlı saqqallılar, sonra isə formalaşdırılan Ermənistan silah-
lı qüvvələrinin hissələri Dağlıq Qarabağ ərazisinə göndərildilər. Dağlıq
Qarabağ məsələsini Dağlıq Qarabağda
yaşayan ermənilər deyil, Ermənis-
tan dövləti günü-gündən mürəkkəbləşdirdi və sonra da yaranmış konkret
tarixi şəraitdə Azərbaycan ərazilərinin 20 faizini işğal etdilər. Münaqişə-
nin atəşkəs dövründə ən nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən Azər-
baycan ərazilərinin işğalını təsdiqləyən sənədlərin qəbulu da onu göstərir
ki, Dağlıq Qarabağ münaqişəsi erməni informasiyasının təqdim etməyə
çalışdığı kimi heç də Dağlıq Qarabağın erməni əhalisinin
öz iradəsini ifa-
də etməsi deyildi. Dağlıq Qarabağ münaqişəsi dünya erməniliyinin mü-
daxiləsi, maraqlı dövlətlərin dəstəyi ilə Ermənistan Respublikası tərəfin-
dən Azərbaycan ərazilərinin işğalı üçün ortaya atılmış hərbi-siyasi təxri-
bat idi. Minsk Qrupunun vasitəçiliyi ilə münaqişənin həlli danışıqlarının
Azərbaycanla Ermənistan arasında aparılması da Dağlıq Qarabağ müna-
qişəsinin subyektlərinin məhz bu iki dövlət olduğunu nümayiş etdirir.
b) Dağlıq Qarabağ münaqiĢəsinin Azərbaycan “millətçiliyinin”
nəticəsi kimi təqdim olunması. Dağlıq Qarabağda millətçi-separatçı hə-
rəkatın başlaması üçün erməni ideoloqlarının əl atdıqları bəhanələrdən
biri də bölgə erməniliyinin Azərbaycanın milli istismarına dözməməsi
və bunun üçün də milli diskriminasiyaya qarşı azadlıq mübarizəsinə baş-
laması iddiasıdır. Bu çeynənmiş tezis istər münaqişənin ilkin dövründə,
istərsə də elə indinin özündə yeri gəldi-gəlmədi təkrar olunmaqdadır. Bu-
nunla da Dağlıq Qarabağda cərəyan edən separatçılığa və onun davamı
olan erməni işğalının mahiyyətinin saxtalaşdırılmasına cəhd göstərilir.
Qeyd etmək lazımdır ki, erməni millətçilərinin və İrəvan emissarlarının
təhriki və təzyiqi ilə DQMV Xalq Deputatları Sovetinin münaqişə ilə
bağlı qəbul etdiyi ilk sənədlərdə Dağlıq Qarabağ ermənilərinin azərbay-
canlılar tərəfindən milli istismara və təzyiqlərə məruz qalması haqqında
heç bir iddia yoxdur. Bu sənədlərdə ermənilər daha çox xalqların öz mü-