Nəsrin SÜleymanli



Yüklə 2,28 Mb.
Pdf görüntüsü
səhifə45/100
tarix11.09.2018
ölçüsü2,28 Mb.
#67898
1   ...   41   42   43   44   45   46   47   48   ...   100

 
124
 
lev  isə  ondan  Ermənistanda  və  Dağlıq  Qarabağda  genişlənən  prosesləri 
cilovlamağı xahiş etdi. Uzun söhbətdən sonra Silva Kaputikyan  da ha-
disələri cilovlamağa söz verdi. Fevral ayının 26-da isə Silva Kaputikyan 
Zori  Balayanla  birlikdə  M.Qorbaçovun  qəbulunda  oldular.  Onlar  yaxşı 
anlayırdılar  ki, ölkə rəhbərliyi  qəbul edilmiş  qərarın bütünlüklə icrasını 
tələb etsə, onda Dağlıq Qarabağ hadisələrinə son qoyula bilər. Buna görə 
də onlar ölkə rəhbərliyinin yanında Dağlıq Qarabağda başlanan separatçı 
hərəkatın  mahiyyətini  saxtalaşdırmağa,  dezinformasiyalar  verməyə 
başladılar. M.Qorbaçov onun qəbuluna gəlmiş Z.Balayanı qatı millətçi bir 
şəxs  kimi  xarakterizə  edirdi.  Şahidlərin  yazdığına  görə,  M.Qorbaçov 
onlardan millətçi hissləri qızışdırmamağı, Dağlıq Qarabağın Ermənistana 
birləşdirilməsi məsələsini qaldırmamağı tələb etdi. Erməni millətçiləri də 
söz  verdilər  ki,  Dağlıq  Qarabağ  problemini  mürəkkəbləşdirməyəcək  və 
Qarabağ ermənilərinin hüquqlarının təmin edilməsinə zəmanət verilməsi 
ilə kifayətlənəcəklər (27). 
Başqa sözlə, erməni  millətçiləri  söz  verirdilər  ki,  qızışdırıb  küçələrə 
çıxardıqları insanları öz drijor çubuqları ilə geri qaytarsınlar. M.S.Qorba-
çovun tapşırığı ilə Xankəndinə gəlmiş Kommunist Partiyası Mərkəzi Ko-
mitəsinin məsul işçisi, milliyyətcə erməni olan Karen Brutens 1988-ci il 
fevral ayının 22-də Xankəndində davam edən mitinqləri şəxsən izləmiş-
di. Sonradan o bildirirdi ki, bu mitinqlərin yaxşı təşkil olunduğu hiss olu-
nurdu:  mitinqlərə  toplananlara  ərzaq  gətirilir,  gecə  növbətçilikləri  təşkil 
olunurdu (28). 
Sovet rəhbərliyinin ilkin qərarları erməni millətçiliyinin qızışdırılması 
üçün heç də lazımi perspektiv vəd etmirdi. Millətçi-separatçı isterikanın 
qızışdırılması üçün erməni millətçilərinə kifayət qədər ciddi arqumentlər 
lazım idi ki, bu arqumentlər də fevral ayının 27–28-də Sumqayıt şəhərin-
də  baş  verən  məlum  hadisələrlə  yaradıldı.  Sumqayıt  hadisələrindən  bir 
müddət sonra Robert Arakelov həmin hadisələrlə bağlı eşitdiyini öz xati-
rələrində də qələmə almışdı. O, qeyd edirdi ki, Xankəndindəki kontorla-
rın birində yerli erməni xanımlarından biri Sumqayıt  hadisələrini Dağlıq 
Qarabağ münaqişəsinin qızışdırılması üçün çox  gözəl bəhanə olduğunu, 
lakin  bu  bəhanədən  lazımınca  istifadə  edilmədiyini  bildirdi.  Müəllif  bu 
məzmunda olan söhbətləri digər şəxslərdən də eşitmişdi. O, hətta İrəvan 
qəzetlərinin də Sumqayıt hadisələrinə bu mövqedən yanaşdığının şahidi 
olmuşdu.  Həmin  qəzetlərdən  biri  qeyd  edirdi  ki,  Sumqayıt  hadisələrin-
dən sonra Azərbaycan ziyalıları çaşqınlıq içində idilər və ermənilər də əl-
də olunmuş əlverişli şəraitdən bəhrələnə bilmədilər (29). Sumqayıt hadi-


 
125
 
sələrini  ortaya  atmaqla  erməni  millətçiləri  Dağlıq  Qarabağ  münaqişəsi-
nin qızışdırılması üçün yeni bir bəhanə əldə etdilər və Dağlıq  Qarabağda 
vəziyyət daha da mürəkkəbləşdi. 1988-ci il iyulun 18-də SSRİ Ali Sove-
tinin  Rəyasət  Heyəti  Dağlıq  Qarabağ  münaqişəsi  ilə  bağlı    qəbul  etdiyi 
qərarda bildirilirdi ki, Azərbaycan SSR və Ermənistan SSR sərhədlərinin 
və Konstitusiya  əsasında müəyyənləşdirilmiş  milli-ərazi bölgüsünün də-
yişdirilməsi qeyri-mümkün hesab edilir (30). Doğrudur, bu qərarın icrası 
üzərində SSRİ rəhbərliyi yenə də qətiyyət göstərmədi. Bununla belə, hə-
min  qərarda  respublikaların  sərhədlərinin  dəyişdirilməsinin  qeyri-müm-
künlüyünün  təsbit  olunması  bir  çoxlarında  millətçi-separatçıların  özləri-
nə  yığışacaqlarına  ümidi  artırdı.  Həmin  qərarın  qəbul  olunmasından 
sonra rusiyalı jurnalist Y.Pompeyev Şuşada bir erməni qadını ilə apardı-
ğı söhbəti öz kitabına da salmışdı. Şuşanın çörək zavodunda texnoloq iş-
ləyən Aşxen Qriqoryan bildirirdi ki, Dağlıq Qarabağ münaqişəsinin baş-
lanmasında  Azərbaycan xalqının  günahı  yoxdur.  Bu münaqişəni  erməni 
ekstremistləri başladılar və onların tələbi də Qarabağın Ermənistana bir-
ləşdirilməsi idi. A.Qriqoryan SSRİ Ali Soveti Rəyasət heyətinin yuxarı-
da toxunulan qərarını sevinclə qarşılayır və bu sevincini ətrafındakılarla 
bölüşmək üçün 3 kiloqram konfet alıb qarşısına çıxanlara payladı. Təsa-
düfən SSRİ Mərkəzi Televiziyasının bölgədə olan müxbirləri bu hadisə-
nin şahidi olurlar və gördüklərini lentə alıb televiziya ilə nümayiş etdirir-
lər. Xankəndindəki erməni millətçiləri bu hadisədən xəbər tutandan son-
ra A.Qriqoryana xəbər göndərirlər ki, özünü yığışdırsın, yoxsa onu da öl-
dürərlər (31). 
Dağlıq Qarabağ Muxtar Vilayətində münaqişənin araşdırılması üçün 
təyin olunmuş SSRİ Baş Prokurorluğunun istintaq komissiyasının rəhbə-
ri Viktor İlyuxin qeyd edirdi ki, hadisələrin gedişi ilə tanışlıqdan sonra 
İrəvanda  yaradılmış  ―Qarabağ‖  komitəsinin  üzvləri,  Dağlıq  Qarabağda 
isə İqor Muradyan ekstremist və təhrikçi elementlər kimi həbs edildilər. 
İstintaq  komissiyasında  şübhə  yox  idi  ki,  Dağlıq  Qarabağ  hadisələrinin 
ortaya  atılması  millətçi-təhrikçi  elementlərin  qızışdırıcılıq  fəaliyyətinin 
nəticəsidir. V.İlyuxin qeyd edirdi ki, DQMV Xalq Deputatları Sovetinin  
vilayətin  Ermənistana  birləşdirilməsi  haqqındakı  qərarı  qeyri-qanuni  idi 
və bu qanun SSRİ Konstitusiyasının pozulması, Azərbaycan SSR sərhəd-
lərinin,  o  cümlədən  də  SSRİ-nin  ərazi  bütövlüyünün  pozulması  demək 
idi. Bu qanunsuzluqlara təhrik edən millətçilər ciddi cəzalandırılmalı ol-
duqları halda tezliklə onlar həbsdən azad edildilər ki, bu da Dağlıq Qara-
bağda separatizmin güclənməsinə zəmin yaratdı (32). 


Yüklə 2,28 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə