Nəsrin SÜleymanli



Yüklə 2,28 Mb.
Pdf görüntüsü
səhifə42/100
tarix11.09.2018
ölçüsü2,28 Mb.
#67898
1   ...   38   39   40   41   42   43   44   45   ...   100

 
116
 
candan  qoparılması  üçün  açıq  təcavüzə  keçdilər  və  öz  niyyətlərini  də 
açıqca  ortaya  qoydular.  Nəticədə  XX  əsrin  20-ci  illərinin  əvvəllərində 
Qarabağda qırğınlar yenidən alovlandı, Dağlıq Qarabağ Muxtar Vilayəti-
nin  yaranmasından  sonra,  yəni  konkret  olaraq  1927-ci  ildə  erməni  daş-
nakları Qarabağın erməni əhalisi arasında millətçi-separatçı vərəqlər yay-
maqla silahlı qiyama hazırlıq işlərinə başladılar. Lakin 1930-cu ildə daş-
nak silahlı dəstəsinin üzvlərinə, gizli silah istehsalçılarına qarşı sərt təd-
birlərin həyata keçirilməsi vilayətdə vəziyyəti bir qədər sabitləşdirdi (2). 
XX əsrin 40–50-ci illərindən etibarən isə Dağlıq Qarabağın Azərbay-
candan qoparılması prosesinə Ermənistanın partiya rəhbərləri və erməni 
kilsəsinin rəhbərləri qoşuldular. Doğrudur, Ermənistanın hakim dairələri 
sovet  rəhbərləri  qarşısında  məsələ  qaldırarkən  öz  əsl  niyyətlərinin  daş-
nak-millətçi  ideyaları  üzərində  qurulduğunu  etiraf  etmədilər  və  Dağlıq 
Qarabağın Ermənistana birləşdirilməsinin zəruriliyini Ermənistana köçü-
rüləcək  xarici  ermənilərin  torpaq  sahəsi  ilə  təmin  edilməsi  zəruriliyi  ilə 
əlaqələndirdilər. Məlumdur ki, bu məsələ ilə əlaqədar XX əsrin 40–50-ci 
illərində  Azərbaycan  rəhbəri  M.C.Bağırovun  sovet  rəhbərliyi  ilə  ciddi 
yazışmaları vardır. Həmin yazışmalardan sonra Dağlıq Qarabağın Azər-
baycandan qoparılmasının qarşısını almaq mümkün oldu (3). 
Erməni kilsəsinin rəhbəri I Vazgen Dağlıq Qarabağ məsələsi ilə bağlı 
1956-cı il may ayının 12-də SSRİ Nazirlər Sovetinin sədri N.Bulqaninlə 
görüşdü və ona Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi barədə fi-
kirlərini,  habelə  bu  fikirlərini  əksetdirən  məktubunu  çatdırdı.  I  Vazgen 
də sözsüz ki, niyyətinin millətçi-daşnak  mahiyyətini açıqlamadı və istə-
yini  xaricdən  köçürülən  ermənilərin  yerləşdirilməsi  planları  ilə  bağladı. 
Erməni kilsəsinin rəhbəri ildə 30–40 min erməninin Ermənistana gətirilə-
cəyini və onların Ermənistanda yerləşdirilməsinin çətinliyini dilə gətirdi. 
Bunun  üçün  Dağlıq  Qarabağın,  Naxçıvanın  və  Gürcüstanın  Ahalkələk 
rayonunun Ermənistana birləşdirilməsi məqsədəuyğunluğunu irəli sürdü. 
Eçmiədzin katalikosu saxtakarlıq edərək, hətta Naxçıvan MSSR-in əhali-
sinin əsasını ermənilər təşkil etməsini də dilə gətirdi (4). Lakin məlum-
dur ki, XX əsrin 80-ci illərinə kimi sovet rəhbərliyi qarşısında qaldırılan 
bu və ya digər təkliflər qəbul edilmədi. 
XX  əsrin  80-ci  illərində  Dağlıq  Qarabağ  məsələsi  meydana  atılanda 
da erməni millətçiləri birdən-birə öz niyyətlərini açıqlamadılar və bunun 
nəticəsi  kimi  Dağlıq  Qarabağ  münaqişəsinin  müxtəlif  informasiya  mo-
delləri  (təqdimatları)    ortaya  çıxdı.  Bunun  da  obyektiv  səbəbləri  vardır. 
Beynəlxalq hüququn subyekti olan, sərhədləri beynəlxalq qurumlar tərə-


 
117
 
findən  tanınan  bir  suveren  ölkənin  ərazisinin  işğal  edilməsinin  gizlədil-
məsi, beynəlxalq qınaqdan qorunması üçün Ermənistan Respublikası və 
bütünlükdə  dünya  erməniliyi  ən  müxtəlif  bəhanələrə  əl  atırlar,  Dağlıq 
Qarabağ münaqişəsi ilə bağlı olan məsələləri informasiya auditoriyasına 
öz  yozumlarında  çatdırırlar,  bu  münaqişənin  müxtəlif  məsələlərini  öz 
məqsədlərinə  uyğun  olan  çərçivədə  ifadə  edirlər.  Bir  çox  hallarda  icti-
mailəşdirilən  informasiya  modellərinin  (yozumlarının)  arasında  məntiqi 
uyğunsuzluğu da görmək mümkündür. Bu informasiya modellərinin (yo-
zumlarının) hamısını bir tədqiqatla əhatə etmək çətindir. Ona görə aşağı-
da erməni informasiya təbliğat fəaliyyətinin mahiyyətinin açıqlanmasına 
imkan verən bir sıra informasiya modelləri nəzərdən keçirilmişdir. 
 
1. Dağlıq Qarabağ münaqiĢəsinin ilkin informasiya modelləri 
 
 Bu  informasiya  modelləri  mahiyyət  etibarilə  bir-birinə  yaxındır  və 
onlar  Dağlıq  Qarabağ  münaqişəsinin başlanmasının  ilkin  dövrünü  əhatə 
edir. 
a)“Xalq  iradəsinin  ifadəsi”.  Erməni  millətçiləri  həyata  keçirdikləri 
informasiya-təbliğat  fəaliyyəti  ilə  daxili  və  xarici  auditoriyada  belə  bir 
təsəvvür yaratmaq istəyirdilər ki, Dağlıq Qarabağ ətrafında cərəyan edən 
hadisələr bu bölgədə yaşayan erməni əhalisinin iradəsinin ifadəsidir. Bu-
nunla  erməni  millətçiləri  Dağlıq  Qarabağ  hadisələrinin  kənardan  idarə 
olunduğunun gizlədilməsinə və Ermənistanın Azərbaycana olan ərazi id-
dialarının  pərdələnməsinə  cəhd  göstərirdilər.    Məsələn,  Dağlıq  Qarabağ 
Muxtar Vilayətinin Xalq Deputatları Sovetinin 1988-ci il fevralın 20-də 
keçirilmiş  məlum sessiyasının qəbul etdiyi qərarda Dağlıq Qarabağ Mux-
tar Vilayətinin Ermənistana birləşdirilməsi də erməni əhalisinin ―arzusu‖ 
və ―çırpıntıları‖ kimi ifadə olunurdu (5).     
Ermənistanın  və  Dağlıq  Qarabağ  Muxtar  Vilayəti  Xalq  Deputatları 
Sovetinin rəsmi sənədlərində buna oxşar digər ifadələri də görmək müm-
kündür. Ermənistan SSR Ali Sovetinin 17 sentyabr 1989-cu il tarixli qə-
rarında da belə ifadələr mövcuddur: DQMV məsələsi Ermənistan tərəfin-
dən  deyil,  DQMV  xalqı  tərəfindən  qaldırılıb  və  bu  məsələyə  xalqın  öz 
müqəddəratını müəyyənləşdirmə məsələsi kimi baxmaq lazımdır. Və ya 
DQMV problemi iki qonşu respublika arasında olan mübahisə deyil, bəl-
kə DQMV xalqının öz iradəsini ifadə etməsidir. Dağlıq Qarabağ Respub-
likası (?) Xalq Deputatları Sovetinin Rusiya, Ukrayna və Belorus rəhbər-
lərinə  12  dekabr  1991-ci  il  tarixli  müraciətində  isə  deyilirdi  ki,  Dağlıq 


 
118
 
Qarabağ xalqı birincilər sırasında demokratiya uğrunda mübarizə bayrağı 
qaldırmışdır (5a). 
Ermənistan  Respublikasının  indiki  prezidenti  və  Dağlıq  Qarabağda 
cərəyan  edən  millətçi-separatizmin  rəhbərlərindən  biri  olan  Serj  Sarkis-
yan  Dağlıq Qarabağ hadisələrinin vilayət ermənilərinin ―azad yaşamaq‖ ar-
zularının təcəssümü kimi qiymətləndirmişdir (6). O dövrün erməni mətbua-
tında Dağlıq Qarabağ münaqişəsi haqqında ermənilərin ―təbii istəyi‖ ifa-
dəsi ilə rastlaşmaq mümkündür (7). Başqa erməni yazılarında da Dağlıq 
Qarabağ  münaqişəsinin  başlanması  Dağlıq  Qarabağın  erməni  əhalisinin 
―öz iradəsinin ifadəsi‖, ―milli özünüdərk hisslərinin oyanışı‖, ―milli ləya-
qətin dirçəldilməsi‖ kimi təqdim olunması ilə rastlaşmaq mümkündür (8). 
İstər XX əsrin 80–90-cı illərinə aid informasiya-təbliğat materialların-
da, istərsə də sonrakı illərin məhsulları olan erməni informasiya material-
larında  buna  oxşar  çoxlu  ifadələrlə  rastlaşmaq  mümkündür.  Hadisələrin 
belə informasiya təqdimatı (yozumu) münaqişənin ilkin dövrünə aid olsa 
da, sonrakı dövrlərdə də bu yozumlara müraciət edildiyini görmək olar. 
Çünki bu informasiya modeli universal informasiya modelidir və Dağlıq 
Qarabağda baş verən bütün qanunsuzluqlara ―xalq hərəkatı‖ adı vermək-
lə məlumatsız auditoriyadan hadisələrin əsl mahiyyətini gizlətmək olar. 
Lakin mövcud faktlar, o cümlədən də elə erməni müəlliflərinin yazı-
larındakı  faktlar  onu  deməyə  əsas  verir  ki,  Dağlıq  Qarabağ  münaqişəsi 
heç də bölgə əhalisinin iradəsinin ifadəsi deyil,  əksinə xaricdəki erməni 
daşnakları və erməni diasporu tərəfindən idarəolunan təxribat idi. Bu təx-
ribatların  planlaşdırılmasında  və  həyata  keçirilməsində  xaricdə  yaşayan 
erməni  daşnaklarının  və  erməni  millətçilərinin  rolu  barəsində  konkret 
faktlar da mövcuddur. Məsələn, 1985-ci ildə erməni daşnak-millətçi qüv-
vələrinin daha güclü olduğu Amerika Birləşmiş Ştatlarında daşnak parti-
yasının buradakı fəalları və Erməni Milli Komitəsinin üzvləri Dağlıq Qa-
rabağın, Naxçıvanın, habelə Gürcüstanın Ahalkələk bölgəsinin Ermənis-
tana birləşdirilməsi üçün ciddi fəaliyyətə başlamağı qərara aldılar (9). Bu 
qərarın həyata keçirilməsi üçün isə münasib siyasi şərait əldə etməklə bə-
rabər,  həm  də  Ermənistandakı  millətçi  qrupların  fəallaşması  lazım  idi. 
Elə 1985-ci ildən etibarən bunun şahidi olmaq mümkündür. Bir tərəfdən 
xaricdən alınan  dəstək,  digər  tərəfdən  də  SSRİ  rəhbərliyinin  qətiyyətsiz 
siyasəti erməni millətçiliyinin çiçəklənməsinə şərait yaratdı. Erməni mil-
lətçilərinə rəhbərlik etmək  üçün Ermənistan daxilində  millətçi qurumlar 
təşkil edildi və bu qurumların nümayəndələri ermənilərin içinə, o cümlə-
dən Dağlıq Qarabağa göndərildi. 


Yüklə 2,28 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə