Nəsrin SÜleymanli



Yüklə 2,28 Mb.
Pdf görüntüsü
səhifə43/100
tarix11.09.2018
ölçüsü2,28 Mb.
#67898
1   ...   39   40   41   42   43   44   45   46   ...   100

 
119
 
Erməni  müəllifləri  kütləvi  müraciətlərin  təşkil  edildiyini  və  onların 
sovet rəhbərliyinə göndərildiyini iddia edirlər. Belə müraciətlərin biri də 
1986-cı ilin yazında Sovet İttifaqı Kommunist Partiyasının Mərkəzi Ko-
mitəsinə göndərilmişdi. 216 nəfər tərəfindən imzalanan həmin müraciət-
də  Dağlıq  Qarabağın  tarixi  təhrif  edilməklə  yanaşı  bu  bölgənin  erməni 
əhalisinin Ermənistana birləşmək arzuları da yer tapmışdı. Lakin aparılan 
araşdırmalardan aydın oldu ki, müraciəti imzalayanlardan yalnız 21 nəfə-
ri Dağlıq Qarabağ ərazisində yaşayır. İmzası alınan digər şəxslər isə uy-
durma şəxslərdir və onların Dağlıq Qarabağla heç bir əlaqəsi yoxdur (10). 
Erməni  əhalisini,  o  cümlədən  Dağlıq  Qarabağ  ermənilərini  Dağlıq 
Qarabağ  münaqişəsinə  qoşulmağa  inandırmaq  üçün  xeyli  təşkilati  işlər 
görülməli oldu. Məsələn, Ermənistanda baş verən mitinqlərin iştirakçıla-
rından olan Zoya Şuqaryan adlı birisi etiraf edirdi ki, İrəvan sakinlərin-
dən çox az adam Qarabağdakı vəziyyətdən xəbərdar idi. Onun sözlərinə 
görə, ermənilərin çoxu hətta xəritə üzərində belə Dağlıq Qarabağın yerini 
tapa bilməzdilər və yayılan çoxsaylı vərəqlər, aparılan təbliğatlar əhaliyə 
Dağlıq Qarabağ münaqişəsi haqqında erməni təsəvvürlərini möhkəmlətdi (11). 
Dağlıq Qarabağın erməni əhalisini ―öz iradəsini ifadə etməyə‖ səfər-
bər etmək üçün yalnız vərəqlərin paylanması kifayət deyildi. Bunun üçün 
erməni millətçi düşüncəsinin hörmətli simaları meydana gətirildi. Onların 
arasında  Avel  Aqanbekyan,  Zori  Balayan,  Silva  Kaputikyan,  Sero  Xan-
zadyan və daha kimlər var idi. Erməni təcavüzkar millətçiliyinin fəalların-
dan olan İqor Muradyanın söylədiyinə görə, hətta akademik Abel Aqan-
bekyanın  özünün  də  Qarabağ  məsələsinin  mahiyyətindən  xəbəri  yox 
imiş.  Onunla  aparılan  ―4  saatlıq  söhbət  ərzində  2  litr  vodka  içəndən 
sonra‖ o da Qarabağın Ermənistana verilməsi üçün tərtib edilmiş məktu-
bu imzalamağa razı oldu (12). 
Bundan sonra isə onun Parisdəki məlum bəyanatı səsləndi və Dağlıq 
Qarabağın  Ermənistana  birləşdirilməsinin  məqsədəuyğunluğunu  dilinə 
gətirdi. Z.Balayan, S.Kaputikyan və digərlərinin fəaliyyəti isə erməni mil-
lətçiliyinin  dəstəklənməsində  əhəmiyyətli  rol  oynadı.  Z.Balayan  Ameri-
kaya  yollanaraq  buradakı  ermənilər  arasında  Dağlıq  Qarabağın  tezliklə 
Ermənistana veriləcəyini elan etdi və Amerika ermənilərindən daha güc-
lü dəstək istədi. Məşhur Anastas Mikoyanın oğlu Sergey Mikoyan da er-
məni  millətçiliyinin  qızışdırılmasından  kənar  qalmadı  və  onun  kimiləri-
nin azad şəkildə millətçiliyi qızışdırması, Dağlıq Qarabağ ətrafında inamlı 
təbliğat aparmaları erməni kütləsinin bir hissəsində belə bir qənaət yarat-


 
120
 
dı ki, doğrudan da Dağlıq Qarabağın Ermənistana verilməsi həll olunub-
dur (13). 
İngilis jurnalisti Tomas de Vaal haqlı olaraq belə bir qənaətə gəlirdi 
ki, Dağlıq Qarabağ münaqişəsinin qızışdırılmasında Dağlıq Qarabağdan 
kənarda yaşayan ermənilərin fəallığı xüsusilə böyük idi (14). Dağlıq Qa-
rabağ  əhalisinin  münaqişəyə  cəlb  edilməsi  üçün  isə  xüsusi  təxribatçı 
qüvvələr təşkil edilmişdi. Belə qruplardan birinə Arkadi Karapetyan adlı 
birisi rəhbərlik edirdi. O, başına topladığı digər ermənilərlə birlikdə Dağ-
lıq Qarabağın müəssisələrini gəzir və işçiləri Dağlıq Qarabağın Azərbay-
candan qoparılması tələbi ilə hazırlanmış müraciətləri imzalamağa məc-
bur  edirdi.  Qrupun  üzvlərinin  hər  biri  bir  müəssisəyə  cavabdehlik  daşı-
yırdı. Arkadi Karapetyan özü də etiraf edirdi ki, Dağlıq Qarabağ əhalisi-
nin heç də hamısı millətçi dairələrin planlaşdırmaq istədikləri mitinqlərə 
qoşulmaq istəmirdilər. Belə hallarda A.Karapetyan əlindəki SSRİ Kons-
titusiyasına istinad edərək təşkil edilən mitinqlərin qanuni olduğunu əsa-
slandırmağa çalışırdı (15). 
Bunu A.Karapetyan belə deyirdi. Amma məlumdur ki, erməniləri mi-
tinqlərə çağırmaq üçün başqa vasitələrdən də istifadə olunurdu. Məsələn, 
Sov.İKP  Mərkəzi  Komitəsinin  Dağlıq  Qarabağa  ezam  olunmuş  məsul 
nümayəndəsi  Qriqori  Xarçenko  meydanlara  və  mitinqlərə  çağırılan  in-
sanların  pulla  şirnikləndirildiyini  qeyd  edirdi  (16).  Belə  insanlar  isə  öz 
iradələrini aldıqları pula görə ifadə edirdilər. 
1988-ci  il  fevral  ayının  20-də  Dağlıq  Qarabağ  Muxtar  Vilayətinin 
Xalq Deputatları Sovetinin növbədənkənar iclasının da millətçilərin təz-
yiqi  altında  keçirildiyi  haqqında  maraqlı  faktlar  mövcuddur.  Məlum  ol-
duğu kimi məhz həmin sessiyada ilk dəfə olaraq Dağlıq Qarabağın Azər-
baycandan qoparılaraq Ermənistana birləşdirilməsi haqqında qərar qəbul 
olundu. Ermənilərin bildirdiyinə görə, bu iclasda kvorumu toplamaq çox 
çətinliklə  mümkün  oldu.  Kvorumun  toplanmamasını  ermənilər  yolların 
bağlı olması, deputatların dağlar aşaraq yol gəlmək məcburiyyətində qal-
ması  ilə  əlaqələndirirdilər.  Lakin  bu,  doğru  deyil.  Dağlıq  Qarabağ  ətra-
fında baş verən hadisələr hələ yenicə başlamışdı. Əhali kimi dövlət or-
qanlarının da nələrin baş verdiyindən xəbəri yox idi və yolların bağlı ol-
masına  hər  hansı  bir  ehtiyac  yox  idi.  Bununla  belə,  erməni  müəllifləri 
etiraf edirdilər ki, deputatların bir çoxu Xalq Deputatları Sovetinin iclası-
na  qoşulmaq  istəmirdilər.  Buna  görə  də  onları  inandırmaq  lazım  gəldi 
(17). Erməni millətçilərinin bu inandırma işlərinin nədən ibarət olduğunu 
təsəvvür etmək elə də çətin deyil və həmin inandırma prosedurundan sonra 


 
121
 
Dağlıq Qarabağ Muxtar Vilayətinin deputatlarını ―öz iradəsini‖ ifadə et-
məyə məcbur etmək mümkün oldu. 
Tomas de Vaalın məlumatına görə, Dağlıq Qarabağın Xalq Deputat-
ları Soveti öz işini planlaşdırılan vaxtdan 4 saat sonra başladı və gecəya-
rısına  qədər  davam  etdi  (18).  Bu  məlumat  da    Dağlıq  Qarabağın  Azər-
baycandan alınıb Ermənistana verilməsi haqqında qərarın heç də asanlıq-
la qəbul edilmədiyini göstərir. 
Dağlıq Qarabağın əhalisi də eynilə həmin ssenari ilə küçələrə və mey-
danlara  çıxarıldı.  Bölgə  ermənilərinin  öz  iradəsini  həyata  keçməsi  yo-
lunda mübarizəyə qoşulmaları görüntüsü yaradılması üçün xüsusi mobil-
piket dəstələri yaradılmışdı. Dağlıq Qarabağda cərəyan edən hadisələrin 
şahidi  olan  Robert  Arakelov  yazırdı  ki,  Xankəndindəki  mağazalarda  və 
müəssisələrdə  işləyənlər  arasında  xüsusi  adamlar  müəyyənləşdirilmişdi 
ki, onlar lazım olan vaxtda, işarə əsasında küçələrə və mitinqlərə çıxmalı 
idilər. Müəllif bu insanları millətçi-separatçıların dəniz-piyadası adlandı-
rırdı. Həmin şəxslər millətçi liderlərin işarəsi olan kimi dərhal küçələrə 
və  meydanlara  axışır  və  onların  şəxsində  Dağlıq  Qarabağ  ermənilərinin 
milli-azadlıq mübarizəsinə qoşulması görüntüsü yaradılırdı. Küçə yürüş-
lərinin nə zaman və nə vaxt keçirilməsi bir çox hallarda əvvəldən məlum 
olmurdu. Ona görə millətçi-separatçıların çevik ―mübarizə‖ qrupları dai-
mi hazırlığa malik olmalı və Xankəndində Azərbaycanın və SSRİ mərkə-
zi hökumətinin məsul şəxsləri həmin qüvvələr tərəfindən mitinqlər və pi-
ketlər şəklində qarşılanmalı idi (19). 
Çevik  mitinq  qruplarının  qarşısına  konkret  tapşırıqlar  qoyulmuşdu. 
Həmin  qruplar  bilirdilər  ki,  hansı  vəzifəli  şəxslər  Xankəndinə  gələndə 
onlar Dağlıq Qarabağın ―azadlığı‖ uğrunda mübarizə aparan çevik qrup-
lar  tərəfindən  piketlərlə  qarşılanmalıdır.  Təxminən  100  nəfərdən  ibarət 
olan  mobil  mitinq  qrupları,  ilk  növbədə,  Xankəndinə  ezamiyyətə  gələn 
hakimiyyət  nümayəndələrini  piketlərlə  qarşılayırlar.  Erməni  millətçiləri 
öz planlarının ifşa olunmaması üçün yerli ermənilərin Azərbaycan haki-
miyyət nümayəndələri ilə görüşmələrinə heç cür razı deyildilər. Ona görə 
də onlar piketlərlə qarşılaşırdılar. Çevik piket qrupları Şuşa-Ağdam ara-
sında hərəkət edən avtobusları və maşınları da daşa tuturdular. Və nəha-
yət,  vaxtaşırı  Bakıdan  gəlmiş  nümayəndələr  tərəfindən  rəhbərlik  edilən 
vilayət hüquq-mühafizə orqanları qarşısında mitinqlər və piketlər keçirir-
dilər (20). 
Çevik piket qruplarına rəhbərlik edilməsi və bütünlükdə Dağlıq Qara-
bağ ermənilərinin separatçı hərəkata cəlb edilməsi üçün Xankəndində əv-


Yüklə 2,28 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə