Nəsrin SÜleymanli



Yüklə 2,28 Mb.
Pdf görüntüsü
səhifə51/100
tarix11.09.2018
ölçüsü2,28 Mb.
#67898
1   ...   47   48   49   50   51   52   53   54   ...   100

 
137
 
obyektivlik görüntüsü gətirmək üçün erməni ideoloqları Dağlıq Qarabağ-
da  erməni  əhalisinin  say  tərkibi  haqqında  müxtəlif  rəqəmlər  də  təqdim 
edirlər.  Erməni  millətçiliyinin  öncüllərindən  olan  Z.Balayanın  ―Ocaq‖ 
kitabında qeyd olunur ki, XIX əsrin əvvəllərində Qarabağın dağlıq hissə-
sinin əhalisinin 98 faizini, 1913-cü ildə isə bu əhalinin 96 faizini ermə-
nilər təşkil edirdilər (56). Digər erməni ideoloqları da buna oxşar iddialar 
irəli sürürlər. Məsələn, Q.Ayvazyan adlı birisi ―Sovetski Karabax‖  qəze-
tinin  15  mart  1988-ci  il  tarixli  nömrəsində  Dağlıq  Qarabağ  ərazisində 
1920-ci ildə əhalinin 95 faizinin ermənilər olduğunu yazırdı. Karen Xa-
çaturov  adlı  birisi  isə  1959-cu  ildə  Dağlıq  Qarabağda  erməni  əhalisinin 
84,9 faiz olduğunu və 1979-cu ilə qədər onun azalaraq 75,9 faizə endiyi-
ni,  vilayətdəki  azərbaycanlı  əhalinin  sayının  isə  20  il  ərzində  13,8  faiz-
dən 22,9 faizə qalxdığını qeyd edirdi (57). 
Nəzərə  almaq  lazımdır  ki,  erməni  ideoloqlarının irəli sürdüyü  bu rə-
qəmlərin heç biri lazımi faktlara əsaslanmır və onların xəyallarının məh-
suludur.  Azərbaycan  mütəxəssisləri  mövcud  olan  statistik  məlumatları 
araşdıraraq  konkret  faktlar  əsasında  müəyyənləşdirmişlər  ki,  XIX  əsrdə 
və  XX  əsrin  əvvəllərində  Qarabağın  dağlıq  hissəsində  yaşayan  əhalinin 
erməni tərkibi ən yaxşı halda 79 faizdən artıq olmamışdı (58). 
Karen Xaçaturovun 20 il ərzində Dağlıq Qarabağda yaşayan əhalinin 
tərkibində ermənilərin faizinin azalması və azərbaycanlıların faizinin art-
masına  gəlincə  isə  bu  artımda  xüsusi  bir  sıçrayış  yoxdur.  Mövcud  olan 
statistikanı,  o  cümlədən  DQMV-nin  yaradılmasının  50  illiyi  haqqında 
Xankəndində buraxılmış statistikanı nəzərə almaqla görmək mümkündür 
ki,  Dağlıq  Qarabağda  azərbaycanlı  əhalinin  sayının  artması  təbii  artım-
dır.  Müqayisə  olunan illər ərzində  vilayətin  erməni  əhalisi  də  müəyyən 
artıma malik idi (59). 
Mövcud olan faktlar onu deməyə əsas verir ki, sovet hakimiyyəti illə-
rində Bakıda İrəvandan fərqli olaraq erməni əhalisi heç bir təzyiqə məruz 
qalmamış və onların say tərkibində ciddi dəyişiklik baş verməmişdi. Er-
mənistanın  paytaxtı  İrəvanda  və  bütün  Ermənistan  ərazisində  isə  azər-
baycanlılar ən sərt sıxışdırmalara məruz qalır və müxtəlif bəhanələrlə on-
lar Ermənistandan təmizlənirdi. Azərbaycan əhalisinin Ermənistan ərazi-
sində kütləvi təzyiqlərə məruz qalmasını vaxtilə SSRİ rəbərləri də etiraf 
etmişdi. Bu baxımdan SSRİ Ali Soveti Rəyasət Heyətinin 18 iyul 1988-ci 
il  tarixli  iclasında  M.Qorbaçovun  erməni  deputatı,  akademik  S.Ambar-
sumyanla olan mükaliməsi maraq kəsb edir. XX əsrin əvvəlində İrəvanda 
nə qədər azərbaycanlı əhalinin yaşamasını soruşanda, akademik Ambar-


 
138
 
sumyan  susmağa  üstünlük  verdi.  M.Qorbaçov  həmin  vaxt  İrəvandakı 
əhalinin  43  faizini  azərbaycanlılar  təşkil  etdiyini  bildirdi.  Dağlıq  Qara-
bağ münaqişəsinin başlaması ərəfəsində isə İrəvanda cəmi bir faiz azər-
baycanlı əhalinin qaldığını Ambarsumyan özü də təsdiq etdi (60). 
Statistik  rəqəmlər  isə  belə  idi:  1897-ci  ildə  Bakıda  erməni  əhalisi 
ümumi  əhalinin  17,1,  1926-cı  ildə  18,  1959-cu  ildə  17,2,  1979-cu  ildə 
14,1 faizini təşkil etmişdi. İrəvandakı vəziyyət isə belə idi: 1897-ci ildə 
azərbaycanlılar şəhər əhalisinin 42,8, 1926-cı ildə 7,8, 1959-cu ildə 0,6, 
1979-cu ildə isə 0,2 faizini təşkil edirdi (61). 
Bu rəqəmlər milli dözümsüzlüyün hansı respublikada daha güclü ol-
duğunu  nümayiş  etdirir.  Bütün  bunlar  bir  daha  onu  sübut  edir  ki,  Azər-
baycanda  antierməni  millətçiliyinin  qızışdırılmasının  Dağlıq  Qarabağ 
münaqişəsinin  başlanmasına  səbəb  olması  barədə  erməni  iddiaları  sər-
səm bəyanatdan başqa bir şey deyildir. 
c).  Dağlıq  Qarabağın  sosial-iqtisadi  “geriliyi”  və  erməni  separa-
tizmi. Dağlıq Qarabağ münaqişəsinin başlanmasının səbəblərindən birini 
də  erməni  millətçiləri  Dağlıq  Qarabağ  ermənilərinin  sosial-iqtisadi  ba-
xımdan çətin vəziyyətdə olması ilə əlaqələndirirdilər. Bu tezis daha çox 
münaqişənin ilkin dövrünə aiddir və erməni millətçiləri tərəfindən təşkil 
olunan  mitinqlərdə  onun  səsləndirilməsi çox tez-tez  baş  verirdi.  Erməni 
informasiya-təbliğat maşını da məlumatsız auditoriyaya çatdırmağa çalı-
şırdı ki, Azərbaycan SSR rəhbərliyi Dağlıq Qarabağ ermənilərini həm də 
iqtisadi  təzyiqlərə  məruz  qoyur  və  bunun  nəticəsi  kimi  Dağlıq  Qarabağ 
erməniləri Azərbaycanın əsas əhalisi ilə müqayisədə daha kasıb yaşayır-
lar.  Vilayət  erməniləri  də  öz  yaşayış  səviyyələrindən  razı  olmadıqları 
üçün ―milli azadlıq‖ hərəkatına qoşulublar. Başqa sözlə, erməni informa-
siya-təbliğat maşını belə bir görüntü yaratmağa çalışırdı ki, Dağlıq Qara-
bağ ermənilərinin dövlət əleyhinə mitinqlərə başlamasının səbəblərindən 
biri də sosial-iqtisadi vəziyyətin yaxşılaşdırılması tələbi idi. 
Qeyd etmək lazımdır ki, Dağlıq Qarabağın sosial-iqtisadi geriliyi haq-
qında irəli sürülən erməni şüarlarının əsassızlığı çox tezliklə aydın oldu. 
Dağlıq  Qarabağ  münaqişəsi  haqqında  yazan  bir  sıra  qeyri-azərbaycanlı 
müəlliflər  də  Dağlıq  Qarabağ  münaqişəsinin  ilkin  mərhələsində  erməni 
millətçilərinin iqtisadi xarakterli şüarlarla çıxış etdiklərini və belə şüarla-
rın sadəcə bəhanə olduğunu təsdiq edirdilər (62). Əslində, istər bu müəl-
liflərə,  istərsə  də  tarixi  şəraitə  reallıqla  yanaşan  insanlara  yaxşı  məlum 
idi  ki,  XX  əsrin  80-ci  illəri  SSRİ-də  iqtisadi  böhranın  gücləndiyi  dövr 
idi,  ölkə  əhalisinin  iqtisadi  baxımdan  bütün  ehtiyaclarının  ödəndiyini 


Yüklə 2,28 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə