Nəsrin SÜleymanli



Yüklə 2,28 Mb.
Pdf görüntüsü
səhifə48/100
tarix11.09.2018
ölçüsü2,28 Mb.
#67898
1   ...   44   45   46   47   48   49   50   51   ...   100

 
130
 
ların  üzərinə  şər  atmaqdan  çəkinmir  və  ermənilərin  rastlaşdıqları  bütün 
bəlaların  məhz  qonşu  xalqlardan  gəldiyini  qabardırdılar.  Eyni  zamanda 
ermənilərin  şüuruna  yeridilirdi  ki,  yalnız  erməni  xalqı  yaradıcı  xalqdır, 
yalnız  erməni  xalqı  xeyirxah  və  alicənabdır.  Qonşu  xalqlar  isə  əksinə, 
dağıdıcı tayfalardır, onlar vəhşi, cahil və qabadırlar. Bəzi erməni müəllif-
ləri isə Ermənistanı xristianlıqla müsəlmanlıq arasında dayanan canlı di-
var adlandırırdılar (40). 
Başqa  sözlə,  belə  bir  təsəvvür  yaratmağa  çalışırdılar  ki,  müsəlman 
aləminin problemlərindən Qərbi məhz ermənilər qoruyurlar. P.Arakelov 
təəccüb  və  təəssüflə  bildirirdi  ki,  ölkənin  bir  çox  şəhərlərində  26  Bakı 
komissarı  adına  küçələr  mövcud  idi.  İrəvanda  da  bu  adda  küçə  var  idi. 
Amma  erməni  millətçiləri  İrəvan  küçələrinin  birində  ―Bakı‖  sözünün 
səslənməsini  öz  düşüncə  və  baxışlarına  uyğun  bilmirdilər.  Ona  görə  də 
digər  şəhərlərdən  fərqli  olaraq  İrəvanda  küçələrdən  biri,  sadəcə  olaraq, 
―26  komissar‖  adlandırılmışdı.  Başqa  sözlə,  ―Bakı‖  sözü  Azərbaycanı 
xatırlatdığına görə ermənilər üçün qəbul olunmayan bir ifadə idi. Bunun-
la  belə,  P.Arakelov  qeyd  edirdi  ki,  həmin  küçənin  xatırlanması  doğma 
olan və gəncliyinin şəhəri olan Bakı şəhərini onun yadına salardı (41). 
Erməni millətçi istisnalığının beyinlərə yeridilməsində və bunun nəti-
cəsi kimi azərbaycanlılara qarşı iftiraların yağdırılmasında sovet dövrün-
də Z.Balayanın, S.Xanzadyanın, S.Kaputikyanın fəaliyyəti xüsusilə seçi-
lirdi. Özü də onların hər biri  hətta İttifaq miqyasında kifayət qədər ciddi 
şəkildə  toxunulmaz  şəxsə  çevrilmişdi.  İfrat  millətçi  hisslərin  qızışdırıl-
masında  göstərdikləri  fəaliyyətlərinə  görə,  yuxarıda  qeyd  edildiyi  kimi, 
hətta SSRİ rəhbəri M.Qorbaçov da onları millətçi kimi xarakterizə edir-
di. Bununla belə, bu şəxslər istədikləri vaxt çox asanlıqla SSRİ-nin istə-
nilən vəzifəli şəxsinin, o cümlədən də M.Qorbaçovun qəbuluna düşə bi-
lirdilər.  Onların  millətçilik  mahiyyətinə  qarşı  qətiyyətli  mövqe  nümayiş 
etdirməsi isə ciddi şəkildə əngəllənirdi. P.Arakelov qeyd edirdi ki, Z.Bala-
yana  millətçi-qızışdırıcı  fəaliyyətinə  görə  hətta  hərbi  komendatura  tərə-
findən xəbərdarlıq göstərildikdə mərkəzi hakimiyyət orqanlarına yüzlərlə 
teleqram  göndərilir,  Z.Balayanın  konstitusiya  hüquqlarının  pozulması 
haqqında  səs-küy  qaldırılırdı  (42).  Belə  bir  toxunulmazlığa  sahib  olan 
Z.Balayan millətçi-qızışdırıcı yazıları ilə erməni qəzetlərinin çoxunun sə-
hifələrindən hər gün azərbaycanlılara qarşı nifrət və dözümsüzlük təbliğ 
edirdi. 
Məlumdur  ki,  Z.Balayan  Dağlıq  Qarabağ  münaqişəsinin  fəallaşma-
sından əvvəl qatı antiazərbaycan təbliğatına həsr olunmuş kitablar çap et-


 
131
 
dirmişdi. Yəni himayədarlarının qayğısı altında və sovet avtoritarizminin 
güclü  olduğu  illərdə  Z.Balayan  ―Ocaq‖,  ―Yol‖,  ―Avariya‖,  ―Qanadlar‖ 
kimi  kitablarla  erməni  ictimai  şüurunun  zəhərlənməsinə  yeni  bir  töhfə 
vermişdi. Bu kitabların hər biri erməni ictimai şüurunun yenidən forma-
laşmasına,  antitürk  və  antiazərbaycan  millətçilik  ənənələrinin  canlandı-
rılmasına ünvanlanmışdı. Dağlıq Qarabağ hadisələrinin daha bir iştirak-
çısı olan general Malyuşkin həmin kitabların antiazərbaycan psixozunun 
formalaşmasına  xüsusi  təsir  göstərdiyini    heç  də  gizlətmirdi.  General 
qeyd  edirdi  ki,  adıçəkilən kitablar  bütün  türkçülüyə qarşı  nifrət  aşılayır 
və Dağlıq Qarabağın tarixi saxtalaşdırılaraq işıqlandırılırdı. Bu kitablarda 
türklər və azərbaycanlıların hansı vulqar və kobud sözlərlə acılandıqları-
nı general təəssüflə təsvir edir və erməni millətçiliyinin belə geniş şəkil-
də  əl-qol  açmasına  təəccübünü  gizlədə  bilmirdi.  General  Malyuşkin  er-
məni  millətçi  düşüncəsinin  açıq  və  ifrat  şəkildə  təbliğ  olunmasından 
Azərbaycan  ziyalılarının  narahat  olduğunu  və  bununla  bağlı  SSRİ-nin 
yaradıcı təşkilatlarına və hakimiyyət orqanlarına müraciət edildiyini qeyd 
edirdi. Amma o da Z.Balayanın İttifaq miqyasında ermənipərəst qüvvələr 
tərəfindən müdafiə edildiyini yazırdı (43). Bununla müəllif eyni zaman-
da ona işarə edirdi ki, antiazərbaycan təbliğatının aparılması üçün yuxa-
rılarda da ermənilərə müəyyən dəstək nümayiş etdirilirdi. 
Dağlıq Qarabağ Muxtar Vilayəti üzrə Təşkilat Komitəsində Ermənis-
tan  SSR-i  təmsil  edən  V.Kondratyev  də  Dağlıq  Qarabağ  münaqişəsinin 
qızışdırılmasında antiazərbaycan təbliğatının dağıdıcı roluna xüsusi toxu-
nurdu. O, Z.Balayanı Azərbaycan xalqına qarşı aparılan ideoloji mübari-
zənin əsas füquru sayırdı. Y.Kondratyev ―Ocaq‖ kitabını şovinist və anti-
azərbaycan ruhlu kitab adlandırırdı və qeyd edirdi ki, SSRİ Dövlət Nəş-
riyyat Komitəsi 1985-ci il 28 avqust tarixli qərarı ilə bu kitabı ciddi qü-
surları olan və tarixi hadisələrin qiymətləndirilməsində qeyri-sinfi mövqe 
nümayiş etdirən bir kitab kimi xarakterizə etmişdi (44). Bununla belə nə 
kitabın yayılmasının qarşısı alındı, nə də onun millətçi-qızışdırıcı ideya-
larına lazımi qiymət verildi. 
V.Kondratyev  öz  yazısında  qısaca  da  olsa  bu  kitabın  təhlilini  apar-
mışdır. O da təsdiq edirdi ki, Z.Balayan ―dənizdən-dənizə Böyük Ermə-
nistan‖ şüarını yenidən gündəliyə gətirməklə daşnak ideyalarını dəstəklə-
di. Onun fikrincə, Dağlıq Qarabağın tarixi də Z.Balayanın kitabında mil-
lətçilik baxımından şərh edilir, bu ərazi qədim erməni torpaqları adlandı-
rılmaqla, burada yaşayan azərbaycanlılar ―bir ovuc gəlmə köçərilər‖ kimi 
qələmə verilirdi. V.Kondratyevin qənaəti belə idi ki, bu ideyaları ortaya 


Yüklə 2,28 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə