147
məsələyə münasibətini belə bildirir – Ermənistan heç vaxt müharibəyə
başlamamışdır və başlamayacaqdır, biz müharibəyə nifrət edirik... İş o
yerə çatıb ki, Azərbaycan təbliğatı Qarabağı təcavüzkar kimi tanıtdırır,
qarabağlılar yalnız özlərini məhv olmaqdan qorumaq üçün əllərinə silah
götürməyə məcbur olublar, Dağlıq Qarabağ qanuni yolla SSRİ tərkibin-
dən çıxmışdır. Başqa bir çıxışında Ermənistan rəhbəri belə deyir: ―Qara-
bağ ordusunun nəzarəti altında olan ərazilər aparılan
müharibənin nəticə-
sidir və bu müharibəni qarabağlılar başlamayıblar. Heç kəs inkar etmir
ki, ərazilər var ki, Azərbaycanın tərkibində idi, indi isə Qarabağ ordusu-
nun nəzarəti altındadır...‖ Başqa bir çıxışında yenə qeyd edir ki, mühari-
bəni Azərbaycan özü başlayıb və s. Ermənistan prezidentinin Dağlıq Qa-
rabağla bağlı bütün çıxışlarında oxşar fikirlərlə rastlaşmaq mümkündür
və həmin fikirlər erməni informasiya-təbliğat maşını tərəfindən də geniş
auditoriyaya çatdırılır (77).
Ermənistan Silahlı Qüvvələri Baş Qərargah rəisi, general-polkovnik
Yuri Xaçaturov bu məsələyə öz münasbiətini belə bildirir:‖ ermənilər sülh-
sevər xalqdır, biz müharibəyə başlamamışıq, onu torpaqlarımızı işğal et-
mək istəyən düşmən başlayıbdır‖ (78).
Dağlıq Qarabağın işğal edilmiş ərazilərində elan edilmiş qondarma
qurumun parlament sədri kimi təqdim olunan Aşot Qulyan isə Dağlıq
Qarabağda cərəyan edən hadisələri tamamilə qanuni hadisələr kimi xara-
kterizə edir. O deyir ki, hələ ilk günlərdən Qarabağ hərəkatı qanuni çər-
çivədə cərəyan edirdi, bütün tələblər konstitusiyaya uyğun idi və heç bir
tələb beynəlxalq hüquqa zidd deyildi (79).
Kütləvi informasiya vasitələrində yayılmış bir sıra digər oxşar fikirlə-
rə də diqqət yetirilməsi maraqlı olardı. Məsələn, erməni beynəlxalq ter-
ror təşkilatı olan və Dağlıq Qarabağda dinc azərbaycanlı əhaliyə qarşı
döyüş əməliyyatlarında fəal iştirak edən ASALA təşkilatının bir bəyana-
tında bildirilir ki, Qarabağda silaha əl atılması Qarabağın rastlaşdığı real-
lıqla bağlı idi. Münaqişənin ilk illərində erməni mətbuatında işıq üzü
görmüş bir yazıda isə belə bir fikir mövcud idi: ―Dağlıq Qarabağ erməni-
lərinin öz doğma torpaqlarında yaşamaq haqqında istəklərinə Azərbay-
can rəhbərliyi Moskvanın razılığı ilə muxtar qurumun bütün xalqına zo-
rakı təzyiqlər göstərməklə cavab verdi.... Qarabağ erməniləri real özünü-
müəyyənləşdirmə hüququ üçün mübarizə aparmaq əzmindədirlər... DQMV-
də azadlıq hərəkatı və s.‖ (80).
Erməni kütləvi informasiya vasitələrində aşağıdakı fikirlərlə də rast-
laşmaq mümkündür: müharibə arsaxlıların seçimi deyildi. Bu, Azərbay-