37
2. Ümumi və məktəbəqədər təhsil şöbəsi (A.Əhmə-
dov) həmin tədris (məşğələ) planının vaxtında yerlərə çat-
dırılmasını, İnformasiya şöbəsi (E.Əliyev) əmrin əlavə-
lərlə birlikdə «Azərbaycan müəllimi» qəzetində dərc olun-
masını və Nazirliyin internet saytında yerləşdirilməsini
təmin etsin.
3. Əmrin icrasına nəzarət
nazir müavini Ceyhun
Bayramova həvalə olunsun”.
İşgüzar üslubun qanunvericilik yarımüslubunda
konkret isimlərin işlənməsi xüsusi məqsəd güdür.
Bununla belə qanunvericilik aktlarının xarakteindən asılı
olaraq, cəza, cinayət, icra, şikayət haqqında kodekslərdə
“rəhbərlik”, ”plan”, yoxlama”, “qərar”, ”üsul”, “istehsa-
lat”, “müvəffəqiyyət” və sair mürəkkəb isimlər işlədilir.
Bu qrup isimlərə mətnlərin giriş hissəsində və təsvir mə-
qamlarında daha geniş yer verilir.
Nəzərə almaq lazımdır ki, dəftərxana sənədlərində,
bir sıra müqavilələrdə tək
və cəm halda olan konkret
isimlərin işlənilməsi vacibdir. Vətəndaşlıq aktlarında, ay-
rı-ayrı sahələr üzrə məcəllə və əsasnamələrdə mücərrəd
isimlərə tez-tez rast gəlinir. Belə isimlərin bir qrupunu feli
isimlər təşkil edir.
Onu da qeyd etmək lazımdır ki, işgüzar üslubda -
lar, -lər şəkilçisi ümumiləşdirmə
məqsədilə və termin ya-
radıcılığı məqamlarında işlədilir. Bu ən çox diplomatik sə-
nədlərin dilində, müqavilələrdə müşahidə edilir. «Tərəflər
ümumi bir rəyə gələ bilmədilər» cümləsində göründüyü
kimi, hər hansı iki dövlət və yaxud onların nümayəndəsi
nəzərdə tutulur. -lar, -lər şəkilçisi sifət-isim birləşmələrin-
də işlənərək söz birləşməsi tərkibində ismin konkretləşmə-
sinə xidmət edir: mülki
münasibətlər,
hüquqi münasibət-
38
lər, mülki hüquqlar, mülki işlər, əşyavi dəlillər, prosessual
müddətlər və s.
İşgüzar üslubun diplomatik yarımüslubunda düzəlt-
mə isimlərin və eləcə də eyni sözün təkrarı ilə yaranan
mürəkkəb isimlərin işlənilməsinə çox az təsadüf olunur.
Elmi tədqiqatların nəticələrinin təhlili göstərir aydın ki,
isimlərin işlənilməsində termin-söz birləşmələri,
ismi-do-
minantlar da işgüzar üslubun səciyyələndirilməsində
müəyyən rol oynayır və bunlar yarımüslubların əhatə et-
diyi müxtəlif sənədlərin dilinə xasdır
7
.
Yuxarıda qeyd etdiyimiz kimi
işgüzar üslubda di-
limizdə mövcud olan sifətlər az işlədilir. Belə ki, bu üs-
lubda əşyanın, hadisənin keyfiyyətini, xarakterik xüsusiy-
yətlərin bildirən sifətlərdən istifadə olunur. Məsələn,
“Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında”
Azərbaycan Respublikası Prezidentinin 18 iyun 2001-ci il
tarixli Fərmanında deyilir:
“
Azərbaycan Respublikasının
dövlət dili Azərbaycan dilidir. Müstəqil dövlətimizin rəs-
mi dili statusunu almış Azərbaycan dilinin geniş tətbiq
edilməsi və sərbəst inkişafı üçün münbit zəmin yaranmış-
dır. Tarixin müxtəlif mərhələlərində dilimizə qarşı edilmiş
haqsızlıqların, təzyiq və təhriflərin aradan qaldırılması
üçün hazırda ölkəmizdə çox əlverişli şərait mövcuddur.
Dil öz daxili Qanunları əsasında
inkişaf edirsə də onun
tədqiq və tətbiq edilməsi üçün yaradılmış geniş imkanlar
bu inkişafın daha sürətli və dolğun olmasına təkan verir.
İnkişaf etmiş zəngin dil mədəniyyətinə sahib olan xalq
əyilməzdir, ölməzdir, böyük gələcəyə malikdir.
Ona görə
Dostları ilə paylaş: