ĠnfoġmperġALĠzm və medġA



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə27/58
tarix27.10.2017
ölçüsü2,8 Kb.
#6898
1   ...   23   24   25   26   27   28   29   30   ...   58

86 
 
sərhədlərin  “əriməsi”  istər-istəməz  millətlərarası  əlaqələr  və 
münasibətləri daha da sıxlaşdırmışdır”. 
A.Hiddensin  fikrincə,  qloballaşma  prosesinin  fonunda 
millət və milli dövlət məfhumları getdikcə öz önəmini itirmə-
yə başlayır. O qeyd edir ki, sərhədlərin aradan qaldırıldığı bir 
zamanda dövlətlərarası münasibətlər yeni forma almağa baş-
layır: “Qloballaşma prosesinin fonunda qlobal mənada qarşı-
lıqlı  asılılıqların  yeni  formaları  meydana  çıxır.  Belə  ki,  qlo-
ballaşma  nəticəsində  yeni  və  geniş  əhatəli  risklər  yaranır, 
eləcə  də  bütün  dünya  və  hər  bir  ölkə  üçün  uzunmüddətli 
transformasiya imkanları formalaşır”. 
A.Hiddens belə bir fikri əsas tutur ki, qloballaşma gücün 
və  təsir  mexanizminin  lokal  və  regional  qüvvələrdən  alınıb 
qlobal aktorlara verilməsidir. O bildirir ki, qloballaşma  müa-
sirləşmə və inteqrasiya tələbatının və zərurətinin fonunda or-
taya çıxan uzunmüddətli prosesdir. Bunun ardınca araşdırma-
çı vurğulayır ki, qloballaşma təkistiqamətli proses deyil. “Bu 
proses  özündə  siyasi,  iqtisadi,  hərbi,  ideoloji  istiqamətləri 
ehtiva edir”,-deyə araşdırmaçı vurğulayır. 
Bunlarla yanaşı, Antoni Hiddens qeyd edir ki, qloballaş-
ma  müasirləşmənin  fonunda  ortaya  çıxan  təbii  prosesdir. 
Onun fikrincə, bu proses iqtisadi, siyasi  və  mədəni forma və 
müstəvidə  təzahür  edir.  Hiddens  qloballaşmanı  “gecikmiş 
müasirlik” adlandırır. O bildirir ki, qloballaşma millətlər ara-
sında  baş  verməsi  zəruri  olan  real  təbii-tarixi  prosesdir.  Bu 
yanaşma onu Roland Robertsonla eyni mövqeyə gətirir. 
Qloballaşma  problemini  fundamental  araşdırmaların 
tədqiqat  obyektinə  çevirən  digər  bir  araşdırmaçı  İmmanuel 
Vallerstayndır.  İ.Vallerstayn  qloballaşmaya  iqtisadi  nöqteyi-
nəzərdən  yanaşmışdır.  Tədqiqatçı  qloballaşmanı  kapitalist 
dünya  iqtisadiyyatının  qloballaşması  kimi  səciyyələndirib. 


87 
 
Onun  yanaşmasına  görə,  qloballaşma  kapitalist  sərmayənin 
axımı və beynəlxalq inteqrasiya və asılılığın güclənməsidir. O 
qeyd edir ki, qloballaşma bərabərsizliyi yaradan və gücləndi-
rən  prosesdir.  Vallerstaynın  yanaşmasına  görə,  qloballaşma 
prosesinin əsas meyilləri məhz bunlardır: iqtisadi münasibət-
lərin  inteqrasiyası  və  intensivləşməsi,  qlobal  və  regional  ba-
zarlar  uğrunda  savaşların  və  rəqabətin  güclənməsi,  iqtisadi 
böhranların mütəmadi qaydada baş verməsi, iqtisadi qruplaş-
maların  yaranması, sərmayə axımı və artımının daha da güc-
lənməsi,  transmilli  korporasiyaların  fəaliyyət  dairəsinin  ge-
nişlənməsi və s. 
Vallerstayn bildirir ki, artıq qloballaşma prosesi olduqca 
sürətlənib və bütün dünya ölkələrini əhatə etməkdədir. Onun 
yanaşmasına  görə,  son  400  ildə  Avropanı  əhatə  edən 
sistemdən  bütün  dünyanı  əhatə  edən  qlobal  sistemə  keçid 
alınıb.  Vallerstayn  bildirir  ki,  bu  prosesin  və  tendensiyanın 
fonunda “əyalət dövlətləri” inkişaf edə bilməmiş və daha çox 
“vassal”  qismində  çıxış  etmişlər.  Vallerstaynın  qənaətincə, 
iqtisadi qloballaşma ölkələr arasında və ölkənin öz daxilində 
bərabərsizliyə  səbəb  olur,  beynəlxalq  rəqabət  qabiliyyəti  isə 
dövlətlərin  və  beynəlxalq  sistemin  digər  iştirakçılarının  bu 
problemlə məşğul olması imkanlarını məhdudlaşdırır. Qlobal-
laşmanın müasir mərhələsi kapitalist dünya sisteminin sonun-
cu “durğunluq”  mərhələsi kimidir. 
Martin  Kher  isə  qeyd  edir  ki,  qloballaşma  əsrlər  boyu 
üçüncü  dünya  ölkələrində  mövcud  olan  müstəmləkəçiliklə 
eyniləşdirilməlidir.  Onun  fikrincə,  qloballaşma  prosesi  qaçıl-
maz  və  zəruri  prosesdir.  Müəllif  bildirir  ki,  qloballaşma  bir 
növ  imperializmdir.  Bu  imperializm  dünya  xalqları  üzərində 
nəzarət  və  təsir  mexanizmlərini  ələ  almağa  çalışan  qlobal 
aktorların strateji planlarının bir elementidir. 


88 
 
David  Held  və  Toni  Mc  Gryu  kimi  araşdırmaçılar  isə 
hesab  edirlər  ki,  qloballaşma  sosial  münasibətlər  və  əməliy-
yatların məkanca təşkilinin transformasiyasını əhatə edir. On-
ların  yanaşmalarına  görə,  qloballaşma  prosesinin  fonunda 
inteqrasiya tendensiyasi daha da intensivləşir və milli kimlik-
lər qlobal kimliyə çevrilir. Qloballaşma kapitalizmlə birlikdə 
ortaya  çıxıb  və  bir  qrup  aktorların  mərkəzində  dayandığı 
uzunmüddətli tendensiyadır. 
Türkiyəli araşdırmaçı Suat İlhan isə belə bir fikir ifadə 
edir ki, qloballaşma bizdən minilliklərə söykənən mədəniyyət 
və  mentalitetimizi  dörd  əsrlik  tarixə  sahib  olan  Amerika 
mədəniyyətinə  dəyişməyi  tələb  edir.  O  qeyd  edir  ki,  qlobal-
laşma Amerikanın siyasi, iqtisadi və mədəni hegemonluğuna 
hesablanıb.  Onun  fikrincə,  qloballaşma  nəticəsində  orta  əsr 
müstəmləkəçiliyi  yeni  formada  təzahür  etməkdədir.  Bu 
proses  heç  də  bütün  millətlər  üçün  parlaq  və  arzuolunan 
perspektiv  vəd  etmir.  Qloballaşma  hazırki  dünya  düzəninin 
fonunda artıq qaçılmaz prosesə və şərtə çevrilib: “Qloballaş-
ma  prosesi  yeni  dünya  nizamının  başlıca  tendensiyalarının 
birincisidir.  Milli  dövlətlərin  suverenliyinin  zəiflədilməsinə 
və  sərhədlərin  aradan  qalxmasına  gətirib  çıxaran  bu  proses 
qlobal  kapital  dövriyyəsi  və  sərmayə  axımının  bir  əldə 
cəmləşməsi ilə nəticələnir”. 
Bir çox araşdırmaçılar isə qloballaşma ilə imperializmin 
eyni  mahiyyət  kəsb  etdiyini  bildirirlər.  Çünki  hər  ikisi  eyni 
istiqamətləri (siyasi, iqtisadi,  mədəni və s.) ehtiva edir, ortaq 
xüsusiyyətlərin daşıyıcısı kimi səciyyələndirilir. Bu yanaşma-
nın nə qədər əsaslı olduğunu müəyyənləşdirmək üçün bu pro-
sesin  başlıca  istiqamətlərinə  nəzər  yetirmək  məqsədəmüva-
fiqdir. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə