163
onların reallaşdırılması və müdafiəsi mexanizmləri müəyyən
edilir.
Bundan başqa, ictimai təfəkkürdə milli maraqlar dedik-
də, həm də insanın, cəmiyyətin və dövlətin mənafelərinin
rasional surətdə cəmiyyət üzvləri və cəmiyyəti idarə edən
subyektlər tərəfindən dərk olunması nəzərdə tutulur. Məhz bu
baxımdan, milli maraqların dərk olunması onların müdafiəsi
mexanizminin formalaşdırılmasını şərtləndirən mühüm faktor
qismində çıxış edir.
Bir çox sosioloji və politoloji mənbələrdə milli maraqlar
dövlət maraqları anlayışı ilə eyniləşdirilir. Belə bir arqumen-
tal tezisdən istifadə edilir ki, dövlət millətin təsisatlanmış for-
masıdır, başqa sözlə, milli dövlət öz stukturu, funksionallığı
və mahiyyəti etibarilə başlıca sosial-siyasi təsisatdır, məhz
buna görə də, milli maraqların müdafiəsi dövlətin funksional-
lığı çərçivəsindədir. Yəni dövlətin fəaliyyətində rəhbər tutdu-
ğu mənafelər sistemi elə milli maraqlar kimi səciyyələndiril-
məlidir. Amma bunun əksini iddia edən araşdırmaçılar isə
qeyd edirlər ki, milli maraqlar anlayışı dövlət maraqları anla-
yışından daha genişdir və özündə dövlət maraqlarını
da ehtiva
edir.
Bir sözlə, ictimai təfəkkürdə milli maraqlar dedikdə,
sosiumda, cəmiyyətdə dərk edilmiş kompleks mənafelər sis-
temi nəzərdə tutulur. Qeyd etdiyimiz kimi, milli maraqların
dərk edilməsi isə onların reallaşdırılması və mühafizəsini
şərtləndirən mühüm mexanizm qismində çıxış edir.
Milli maraq kateqoriyasına toxunarkən, şübhəsiz, milli
maraqların müdafiəsi və vətəndaşlıq təşəbbüsü məsələlərinə
diqqət yetirmək zərurəti ortaya çıxır. Qeyd etdiyimiz kimi,
ictimai təfəkkürdə milli maraq dedikdə, cəmiyyətin ayrı-ayrı
yarımsistemlərində mövcud olan dərk edilmiş kompleks