Nicat Kazımov hekayələri



Yüklə 1,41 Mb.
Pdf görüntüsü
səhifə93/95
tarix01.07.2018
ölçüsü1,41 Mb.
#52513
1   ...   87   88   89   90   91   92   93   94   95

saldırırdım, hər saatdan bir otağa közərən işıq və klassik musiqi verdirirdim. Caniləri, 
manyakları, öz uşağını bələkdə öldürən ananı, qızını zorlayan atanı  da bu yolla müalicə edirdim. 
Onlar bu otaqdan və ya tabutdan çox qorxurdular, bir də ora girməmək üçün heç bir dələduzluq 
etmirdilər. Musiqi isə onların ruhunun dincəlməyinə köməklik edir, daha sonra mənim hər 
suallarıma cavab verirdilər. Heç kim o qutunun içinə girmək istəməzdi. Əllərindən tərpənmək 
mümkün olmayan xəstələr indi sürətlə sağalırdı. Belə desəm onları boş robota çevirib, yenidən 
programlaşdırırdım.Tez bir zamanda da onları sağlam halda azad edirdik. İnsanlar öldürən 
şizofrenlər indi dünyanın ən təhlükəsiz insanına çevrilmişdi. Təbii ki, bu uğurlarımı uca 
Rəbbimə, hikmətinə sahib olduğum Tövrata borclu idim. 
Hər gün evə gələndə arvadıma çiçək gətirirdim. Onu sevirdim. Mənə uşaq da verəcəkdi. Elə hey 
deyirdi ki, oğlumuz olacaq. Mənsə heç vaxt fərq qoymurdum. Sadəcə şad idim ki, müqəddəs və 
xoşbəxt ailəmiz var. 
Sonra xəstəxanaya yeni bir xəstə gətirildi. Adı isə Alore idi. 20ə yaxın yaşı olan gözəl ancaq ipə-
sapa yatmayan bir qız idi. Digər həkimlər onunla baş edə bilmədiyindən, sonunda mənə gətirldi. 
Onun problemini başa düşə bilmirdim və heç nə danışmırdı. Sadəcə mənə məlum olan 1 il içində 
20 dəfə intihara cəhd etməsi, bunlarında çoxunda xilas olunması və daha da psixologiyasının 
pozulmasina səbəb olmuşdu. Mənim əmrimlə Alorenin əlini qolunu bağlatdırıb dar otağa 
saldırdım. İlk dəfə idi ki, mənim metodum xəstənin qarşısında aciz qalmışdı. Bu terapiyani onun 
üzərində 1 aydan çox davam elətdirdim. Artıq Aloredən başqa heç kimə baxmırdım. Bu mənim 
kariyerama güclü zərbə olacaqdı. Alorenin ailəsi gilə gedirdim, uşaqlığından bu günə hər şeyi ilə 
maraqlanırdım. Atası, anası və qardaşı çox ali cənab biri idi. Alorenin univeristetinidə 
maraqlandım və müəllimlərinin dediyinə görə çox savadlı bir qız imiş. 
Çıxılmaz vəziyyətdə qalmışdım. Bir az da dar otaq sistemini davam etdirsəydim ürəyi partlaya 
bilərdi. O artıq 1 aydır ki, gün işığı görmürdü. Onu həyətdə gəzdirmələri üçün göstəriş 
verdirdim. Sonra xəbəri gəldi ki, o intihar etməyə cəhd göstərib və özünü dispanserin 
qarşısındakı gölə atıb. Xoşbəxtlikdən onu çıxarıblar. 
Bir müddət sonra ona həkim kimi yox, dostu kimi yaxınlaşdım. Kabinetimə gətirdim və onu 
masa arxasında otuzdurdum. Ona dedim ki, məndən qorxmasın və məni görməyəcək. Bir stol 
çəkib əlimə dəftərimi alıb arxasında oturdum. Aloreyə dedim : 
– Səni azad etmək istəyirik , səndə problem yoxdur. – o susdu, mənsə davam etdim. Alore, 
əzizim amma sən mənə kömək olmasan mən səni azad edə bilməyəcəm. O üzünü pəncərəyə tərəf 
tutmuşdu. Məndə yalnız onu arxadan görürdüm. Bir az ayağımı istəmədən möhkəm vurub ayağa 
qalxmaq istədim. Ancaq o düşündü ki, mən onu döyəcəyəm. Buna görə yerə yıxılıb, başını tutub 
çənəsini qabağa verə-verə ” Mən dəli deyiləm” dedi. O bura gələndən ilk dəfə danışmışdı. Onu 
nəzakətlə ayağa qaldırdım və yerinə otuzdurdum. Bədəni titrəyirdi. Yenidən arxasına keçib sual 
verdim: 
– İntihar etmən üçün səbəb nədir? – ancaq o başqa şey dedi: 
– Bilirsən, mən digər insanlardan fərqliyəm. 
– Fərqin nədədir? 
– Mən içimdəki insanla söhbət edə bilirəm. Ancaq istəmirəm belə olum. Hərdən məni ələ alır. 
– Necə bir şeydi bu? – onun ağzından çıxan hər sözü qeydə alırdım. 
– Keçən dəfə yatanda üzərimdə nəsə hiss edirdim. Məni sığallayırdı.Ancaq bu xoşuma gəlirdi
amma sonra gözümü açdım ki heç nə yoxdu üzərimdə. Çox qorxuram… Qorxuram…Ondan 


qurtulmaq üçün özümü öldürmək istəyirəm. – O ağlamağa başladı, sonra qəşş edərək gülməklə 
ağlamağı əvəz etdi. 
– Mastrubasiya edirsən? 
– Hə, edirəm… – o indi də titrəməyə başladı. 
– İlk dəfə nə vaxtdan başlamısan buna? 
– 12 yaşımdan – yenidən ağlamağa başladı. 
– Bunu necə bildin bəs? Mən sənin həkiminəm və mənimlə hər şeyi açıq danış. 
– Uşaq vaxtı , elə 12-13 yaşımda…( bir qədər düşünərək) hə…hə… 13 yaşımda ağzı üstə 
yatdığım yerdə kimsə üzümü qaranlıqda döşəkçəyə basaraq, boynumdan tutaraq anal zorlamışdı. 
Evdə qardaşım, atam və anam var idi. Ağzım yastıqda olduğundan səsimi çıxara bilmirdim. Kim 
olduğunu bilmədim. Çox… Çox… qorxmuşdum. Gördüm heç çabalamağıda bacarmıram özümü 
buraxmışdım. Sonra hiss etdim ki, bu mənim xoşuma gəlməyə başlayır. Mənim arxamdakı adam 
işini bitirəndən sonra boynumun arxasından bərk vurdu və mən özümdən getdim. Özümə 
gələndən sonra həmin anı fikirləşib mastrubasiya etmişəm. Yox… Yox….. Aaa….. – ona yenə 
nəsə oldu və stuldan yerə özünü çırpıb qışqırmağa başladı. Keçmişini danışmaq ona çətin gəldi. 
Qapının arxasındakı tibb bacıları içəri keçərək sakitləşdirici iynə vurdular. Bir neçə saat sonra 
özünə gəldi və məni özü otağına çağırtdırdı və mənə dedi : 
– Sizə danışdıqlarımı heç kim bilmir. 
– Narahat olma əzizim, heç kim də bilməyəcək. Amma sən mənim bir neçə sualımada cavab 
verməlisən. Bu yaşına kimi sevgilin olub? 
– Yox, olmayıb… 
– Hm…Bəs kimləsə yatmısan? 
– Heç kimlə yatmamışam. 
– Artıq dincəl, sabah davam edərik. 
!
Mən həmin gün ağlımda analizlər apararaq evə gəldim. Arvadım süfrə hazırlamışdı və mən ona 
Alore haqqında danışdım. O məndən soruşdu ki, bəs niyə belə olub. Məndə fikirlərimi ona 
söylədim: 
– Aloreni uşaq vaxtı kimsə zorlayıb və bu yaşına kimi də atasından və ya qardaşından şübhəli 
qalıb. Bunu heç kimə də açıqlaya bilməzdi. Ancaq həyatının ilk və faciəvi seksi onu bu günə 
kimi düşündürüb. Onu zorlayanı həmişə fikirləşib və öz düşüncəsindəki adamı sevib. Çünki hələ 
də onu fikirləşir. Onun içindəki insan onun əridir. Bilinc altından insan yaradıb və ona elə gəlir 
ki, yenə gəlir və ona toxunur. Buna görə nə başqasını sevib , nə dəki heç kimlə yatmayıb. 
Həyatımda ilk dəfədir ki, belə xəstə ilə qarşılaşmışam. Ancaq variantımda var ki,onu intihardan 
xilas etmək üçün içindəki kişini öldürmək lazımdır. 
– Daniel, səncə bunu necə etmək olar? 
– Əzizim, əgər o başqa birini sevsə hər şey düzələr. Hələki bunu düşünürəm. 
– Bu çox qorxulu və sonu faciəli bir şey alınar. 
– Mən səninlə razıyam.Ancaq hələ də fikirləşirəm. Mən bilirdim ki, şəhvət, ehtiras hissləri 
insanın psixologiyasını belə edir. Ona sadəcə real kişi lazımdır. Ancaq sevgi hisslərinin 
yaranması asan məsələ deyil. Bu işlə ciddi məşğul olmalıyam. Ona elədiyim terapiyanın təsiri 
olmadı.Çünki digər xəstələr dar tabutdan qorxur. Saatlarca danışmamaq dar yerdə qalmaq onları 
incidir. Ancaq Alorenin içində kişisi olduğundan, dar otaqda da olsa o onunla söhbət edir və hətta 


Yüklə 1,41 Mb.

Dostları ilə paylaş:
1   ...   87   88   89   90   91   92   93   94   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə