7
XIX əsrin ortalarından başlayaraq Azərbaycan dili məktəblərdə elmi-
pedaqoji əsaslarla tədris olunmağa başlanmışdır. Milli ziyalılarımızdan A.Bakıxa-
nov, M.Ş.Vazeh, M.F.Axundov, M.Ə.Vəzirov, S.Ünsüzadə, A.O.Çernyayevski,
S.Ə.Şirvani, F.Ağazadə, B.Çobanzadə, N.Nərimanov, S.S.Axundov və başqa
zamanın onlarca qabaqcıl müəllimi, maarifçisi tərəfindən Azərbaycan dilinə dair
dərslik, dərs vəsaiti, məqalə yazılıb çap olunmuşdur. Həmin əsərlərdən məktəblə-
rimizdə uzun müddət tədris vəsaiti kimi istifadə edilmişdir (bu barədə ətraflı
məlumat almaq üçün bax: A.Abdullayev. Azərbaycan dilinin tədrisi tarixinə dair.
Bakı, Azərtədrisnəşr, 1966).
Sovet hakimiyyəti illərində Azərbaycan dilinin tədqiqi və tədrisi ilə bağlı
böyük işlər görülmüşdür. Dilimizin ayrı-ayrı sahələri (orfoqrafiya, orfoepiya,
leksika, frazeologiya, sözyaradıcılığı, fonetika, morfologiya, sintaksis və s.
sahələri) geniş, hərtərəfli tədqiq olunmuş, bu sahələrə aid monoqrafiyalar, dərs-
liklər, dərs vəsaitləri və məqalələr hazırlanıb nəşr edilmişdir. Lakin bütün bunlara
baxmayaraq xalqımızın müstəqillik və suverenlik əldə etməsinə qədər, xüsusən,
Sovet hakimiyyəti dövründə Azərbaycan dili formal şəkildə dövlət dili hesab
edilmiş, dilimiz konstitusiyada təsbit edilən hüquqa, imtiyaza malik olmamışdır.
Rəsmi tədbirlərdə, qurultaylarda, məclislərdə, dövlət idarələrində, əsasən, rus dili
işlədilirdi. Bu dili yaxşı bilməyənlər məsul vəzifələrə təyin olunmurdu. Hətta
Azərbaycan dili problemlərinə həsr edilən və müdafiə olunan dissertasiya əsərləri
belə rus dili mütəxəssisinin müsbət rəyindən verdikdən sonra təsdiq olunurdu.
Respublikamız yalnız dövlət müstəqilliyi əldə etdikdən sonra ana dilimiz
həqiqi mənada, əməli şəkildə dövlət dili hüququnu qazandı. Müstəqil Azərbay-
canın 1995-ci ildə ümumxalq referendumunda qəbul edilmiş Yeni Konstitu-
siyasında Azərbaycan dili dövlət dili kini öz layiqli statusunu aldı. Burada (21-ci
maddədə) göstərilir ki, Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir
və Azərbaycan Respublikası Azərbaycan dilinin inkişafını təmin edir.
Müstəqilliyimizin sonrakı illərində Respublika prezidenti H.Əliyev
Azərbaycan dilinin Konstitusiya hüququnun həyata keçirilməsinə, onun inkişa-
fına, tətbiq dairəsinin genişləndirilməsinə xüsusi diqqət və qayğı göstərmişdir.
8
“Bizim birinci nailiyyətimiz o olmalıdır ki, öz dilimizi Azərbaycanda hakim dil
etməliyik. Hər bir azərbaycanlı öz ana dilini bilməlidir, bu dillə səlis danışmalı və
bu dili sevməlidir” (H.Əliyev). 18 iyun 2001-ci ildə “Dövlət dilinin tətbiqi işinin
təkmilləşdirilməsi haqqında”, 2 yanvar 2003-cü ildə “Azərbaycan Respubli-
kasında dövlət dili haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq
edilməsi barədə Azərbaycan Respublikası prezidentinin fərmanları bu qayğının
parlaq təzahürü olmaqla, dövlət müstəqilliyimizin başlıca rəmzlərindən sayılan
Azərbaycan dilinin öyrənilməsi, elmi tədqiqinin fəallaşdırılması, dilimizin
cəmiyyətdə tətbiqi dairəsinin genişləndirilməsi imkanlarını daha da artırmışdır.
Belə bir şəraitdə kütlələrlə daima təmasda olan natiqlərin, xüsusən
müəllimlərin üzərinə böyük vəzifələr düşür. Onlar əməli fəaliyyətində dildən yük-
sək səviyyədə istifadə etmək bacarıq və vərdişlərinə yiyələnməklə, bu keyfiyyəti
gələcəyin qurucularına – gənclərə də aşılamalıdırlar. Bugünkü natiq dərin biliyə,
hərtərəfli məlumata sahib olmaqla yanaşı, rəvan, aydın və cəlbedici, səfərbəredici
bir dillə danışmağı da bacarmalıdır. Xalqın geniş əksəriyyətinin savadlı olduğu,
yeni təfəkkür tərzinin formalaşdığı müasir dövrdə gözəl danışıq qabiliyyətinə
yiyələnməyi zaman özü tələb edir, bu iş inkişafımızın ümumi ahəngi ilə bağlı
olaraq indi daha böyük maraq doğurur. Cəmiyyət üzvlərini bir-birinə bağlayan
həyat tərzi, şüur, düşüncə, mənəvi yaxınlaşma, dostlaşma, mehribanlıq və s. kimi
yüksək milli keyfiyyətlər məhz indi nitqimizin düzgünlüyü və gözəlliyi qeydinə
qalmağı həmişəkindən daha kəskin şəkildə qarşıya qoyur. Biz hər gün gözəl nitq
nümunələrini – diktorların, aktyorların, həkimlərin, müəllimlərin, siyasətçilərin və
başqalarının danışığını eşidirik. Təəssüf ki, bunlar azlıq təşkil edir, indiki dövr
xalqın bütünlükdə yüksək nitq mədəniyyətinə yiyələnməsini tələb edir. Ona görə
də müasir vətəndaş daim öz nitqinin zənginliyi və gözəlliyinin qeydinə qalmalı,
onun geyimi, davranışı ilə yanaşı, nitqi də bugünkü yüksək səviyyəyə uyğun
olmalıdır. İnsan gözəlliyindən bəhs edilərkən onun daxili və xarici aləminin bir-
birini tamamlaması ən zəruri bir amil kimi nəzərə alınır. Nitqin gözəlliyi insana
xas olan digər gözəlliklər içərisində başlıca yer tutur. Yüksək nitq mədəniyyətinə
9
sahib olmaq insanın şan-şöhrətini, ləyaqətini, izzət və hörmətini artıran
amillərdəndir.
Hal-hazırda ali məktəblərin çoxunda “Nitq mədəniyyətinin əsasları” adlı
fənn tədris olunur. Bu fənnin tədris məqsədi tələbələrdə öz fikirlərini həm yazılı,
həm də şifahi formada düzgün, aydın, məntiqi, yığcam, səlis, zəngin, canlı, sadə,
anlaşıqlı bir şəkildə ifadə edə bilmək bacarıq və vərdişləri yaratmaqdır. Nitq və
dil, dil və təfəkkür, nitq və nitq şəraiti, dil sisteminin normaları, üslub normaları,
nitqin üslubi bütövlüyü, dilin leksik vahidlərindən yerində və məqsədəuyğun
istifadəetmə bacarığı, nitqin etik normaları və s. bu fənnin predmetini təşkil edir.
Fənnin tədrisi prosesində tələbələrə nitq mədəniyyəti haqqında məlumat
verilməli, mədəni nitqə yiyələnməyin daha effektli, səmərəli üsul və vasitələri
şərh olunmalı, onlardan düzgün istifadə yolları göstərilməlidir. Nitq mədəniyyəti
problemi ilə bağlı çoxsaylı elmi-tədqiqat işləri aparılmasına baxmayaraq hələ də
bu sahəyə dair mükəmməl bir dərslik hazırlanıb istifadəyə verilməmişdir. Bunun
başlıca səbəblərindən biri istər yazılı, istərsə də şifahi ədəbi dilimizin normala-
rının dilin müasir inkişaf səviyyəsinə uyğun əsaslı şəkildə işlənməməsi, dəqiqləş-
dirilib təkmilləşdirilməməsidir. Bu, nitq mədəniyyətinin praktik cəhətdən işlən-
məsini və mənimsənilməsini çətinləşdirir.
Ümumi mədəniyyətimizin ən vacib və aparıcı tərkib hissələrindən biri
olan nitq mədəniyyəti bütün tədris müəssisələrində öyrədilməli, onun əsasları
şagird və tələbələrə elmi şəkildə aşılanmalıdır. “...bu fənnin təkcə ali məktəblərdə
deyil, bütün orta ixtisas və ümumtəhsil məktəblərində, xalq universitetlərində və
başqa kütləvi auditoriyalarda tədris olunması xalqın nitq mədəniyyətinin yüksəl-
dilməsinə çox böyük təkan verə bilər” (17, 15). Belə bir ehtiyacı nəzərə alaraq
“Nitq mədəniyyətinin əsasları” adı ilə həcmcə çox da böyük olmayan bu vəsaiti
hazırlamağı məqsədəuyğun bildik.
Məlum olduğu kimi, “nitq mədəniyyəti” anlayışı öz həcminə, əhatə
dairəsinə görə olduqca genişdir. Bura mədəni nitqi şərtləndirən əsas amillər, nitq
mədəniyyəti və ədəbi dil normaları, nitq mədəniyyəti və danışıq etikası, mədəni
nitqin ictimai və sosial-iqtisadi inkişafdakı rolu, nitq mədəniyyətinə yiyələnməyin
Dostları ilə paylaş: |