15
sənətin fəlsəfəyə münasibəti və s. kimi məsələləri şərh etmiş, özünün təsəvvür
etdiyi ideal natiq surətini yaratmışdır.
Üçüncü traktatda (“Natiq” əsərində) müəllifin natiqlik sənəti barədə
qiymətli fikirləri, mülahizələri söylənilmişdir: “Natiq olmaq üçün birinci və zəruri
şərt təbiətin ona bəxş etdiyi istedaddır”. “Əgər istedad insanın gözəlliyidirsə, bu
gözəlliyin rəngi natiqlikdir”. “Ancaq müdrik adam həqiqi natiq ola bilər, ... kim
gözəl danışırsa, o, bütün xeyirxah cəhətləri özündə təcəssüm etdirir və buna görə
də müdrikdir” (52, 201).
Siseron nitqinin süjet xətti, ifadə tərzi və məqamına görə işlədilən natiqlik
priyomları diqqəti cəlb edir. Xatırladaq ki, yunan dilini gözəl bildiyi üçün
Demosfenin nitqlərində ritorika məktəblərində təbliğ olunan “attika üslubu”ndan
geniş istifadə etmişdir. Siseron eyni sxemliliyi, demək olar ki, gözləmişdir: giriş,
təhkiyə və fikri təsdiq edən sübutlar, faktlar, nəticə. Natiq nitqinin təhkiyə
hissəsini daha təsirli, daha maraqlı qurmağa çalışmış, yeri gəldikcə tarixi
lətifələrdən, haqqında danışdığı hadisələrdən, atalar sözü və xalq məsəllərindən,
bədii sual, xitab və nidalardan, antitezislərdən məharətlə istifadə etmişdir (30, 40).
Qədim Roma natiqlik məktəbinin nümayəndələrindən biri də Mark Fabiy
Kvintilian (42-118) olmuşdur. O, natiqlik nəzəriyyəçisi kimi tanınmışdır. Acdığı
ritorika məktəbi ona şöhrət gətirmişdi. Kvintilian “Natiqlik təhsili” adlı 12
kitabdan ibarət əsər yazmışdı. Həmin kitablarda natiqlik sənətinin elementləri və
ritorikanın mahiyyəti, nitq üzərində işin mərhələləri (mövzunun seçilməsi,
yerləşdirilməsi, yadda saxlanılması, nəqli, aydın tələffüzü), natiqlik sənətinə,
natiqlərin fəaliyyətinə verilən tələblər və s. məsələlər şərh olunmuşdur.
Kvintilian natiqlik sənətinə yiyələnməyi təhsilin zirvəsi hesab edirdi. O,
bunu obrazlı şəkildə belə ifadə edirdi: “Şair doğulurlar, natiq isə olurlar. Natiqlik
sənətinə isə təlimin köməyi ilə yiyələnmək mümkündür” (55, 97).
Qədim Romada natiqlik sənətinə böyük maraq göstərilirdi. Adamlar
məşhur söz ustalarının nitqini öyrənir, hətta çox halda əzbərləyirdilər. Danışanlar
öz fikirlərini əsaslandırmaq üçün lazım gəldikdə natiqin nitqindən müəyyən
parçaları nümunə kimi verir, ona istinad edirdilər.
16
Roma natiqlik sənətinin inkişafı üzün sürmür. Respublikanın süqutundan
sonra natiqlik sənəti tənəzzülə doğru gedir. Diktatura, imperiya natiqliyin qarşısını
alır, bu sənət din xadimlərinin əlində moizə söyləmək, dini qanunları, ehkamları
təbliğ etmək vasitəsinə çevrilir.
Natiqlik sənətinin tarixi ilə bağlı eyni vəziyyət Rusiyada, eləcə də
Azərbaycanda XVII, XVIII və XIX əsrlərə qədər davam etmişdir.
Rusiyada natiqlik sənətinin inkişafı böyük alim, eyni zamanda mahir söz
ustası M.V.Lomonosovun adı, fəaliyyəti ilə bağlıdır. O, 1748-ci ildə «Краткое
руководство краткоречи» adlı kitab çap etdirmişdir. Bu əsər “Ritorika”nın
əsasında yazılmışdır. Həmin əsərdə müdriklik və hazırcavablıq natiqlik sənəti
üçün başlıca məziyyət kimi qiymətləndirilir. Bu keyfiyyətlərin yaradılmasında
natiqin təbii istedadı, təcrübəsi, dünyagörüşü, elmi-nəzəri hazırlığı, mütaliəsi
vacib şərt kimi irəli sürülür. M.V.Lomonosova görə, natiq dinləyicinin hissiy-
yatına təsir etməlidir. Bunun üçün o, natiqliyin təsirgöstərmə vasitələrindən
istifadə etməyi bacarmalıdır.
Rus natiqlik sənətinin inkişafında XIX əsrdə yaşayıb-yaratmış yazıçıların,
şairlərin, filosofların, siyasətçilərin, din xadimlərinin, dilçi alimlərin və
başqalarının da fəaliyyəti böyük olmuşdur. Ölkənin böyük şəhərlərində fəaliyyət
göstərən məhkəmələrdə səslənən nitqlər də rus natiqlik sənətinin bu dövrdə
formalaşmasına müsbət təsir göstərmişdir. XIX əsrin 60-cı illərində Rusiyada
məhkəmə islahatı keçirilir. Bu islahata əsasən, məhkəmə prosesində iclasçıların
iştirakı təmin olunur. Məhkəmə prosesi, bir növ, demokratikləşdirilir. Oradakı
canlı danışıq, obrazlı söylənilən nitq dövrün məşhur adamlarının diqqətini cəlb
edir. M.E.Saltıkov-Şedrin, F.M.Dostoyevski, A.P.Çexov və b. tez-tez məhkəmə
salonlarına gedər, oradakı çıxışları dinləyərdilər.
Natiqlik sənətinə qədim mədəniyyət tarixi olan Şərqdə də maraq
yaranmış, ritorika elminə insan fəaliyyətinin xüsusi növü kimi yüksək qiymət
verilmişdir.
Filosof, siyasətçi, qanunşünas, böyük islahatçı, cəsur sərkərdə, islam
dininin banisi Məhəmməd Peyğəmbər (ə.s.) ədəb, əxlaq, iffət, vicdan, təvazö-
17
karlıq, təmizlik, namuslu olmaq və s. insani keyfiyyətlər sırasında natiqlik
məharətinə xüsusi əhəmiyyət vermiş, göstərmişdir ki, natiqliyin bəlağəti bəzən
cadu və sehr təsiri bağışlayır. İnsanın gözəlliyindən biri də onun aydın və gözəl
danışmasıdır.
İslamın ikinci böyük şəxsiyyəti olan Həzrət Əlinin zəngin irsində təlim-
tərbiyə məsələləri ilə yanaşı, danışıq, onun etik qaydaları barədə ibrətamiz fikirlər
söylənmişdir: əqli çox olan adamın sözü az olar; hər bir adam öz dilinin
altında gizlənir; danıĢanın özünə yox, sözünə daha çox diqqət et, ölç, biç
sonra kəs; düĢün, daĢın, sonra danıĢ; anla, bil, sonra et və s.
Şərq dünyasının böyük alimi Əli ibn Sina (980-1037), şair və filosofları -
Firdövsi (934-1024), Əbu Reyhan Biruni (973-1048), Mahmud Kaşqarlı (1029-
1126), Sədi Şirazi (1184-1291) və b. öz əsərlərində sözə yüksək qiymət vermiş,
danışıq qabiliyyətinin, sözdən istifadə bacarığının insan ləyaqəti ilə üzvi bağlı
olduğunu həkimanə sözlərlə, ifadələrlə oxucularına çatdırmışlar. Bu baxımdan
Sədi Şirazinin fikirləri daha səciyyəvidir:
Nədir dil ağızda, ey ağlı olan?
Hünər xəzinəsinə açardır – inan!
Tələsik söyləmə sözünü bir dəm,
Fikrini kamil de, gec olsa nə qəm...
Əvvəl bir düşün, sonra dilə gəl,
Divar tez yıxılar, olmasa təməl!
Əbu Əli ibn Sina ritorika elmi, onun qanunauyğunluqları, söz sənəti,
gözəl danışmağın insan cəmiyyətindəki rolu və s. ilə bağlı dəyərli fikirlər söylə-
mişdir.
Azərbaycanda da natiqlik sənətinin yaranması tarixi qədimdir. Bu sənət
xalqın ədəbi-estetik fikri ilə bağlı qədim və orta əsrlərdə yazıçı və şairlərin şərh,
Dostları ilə paylaş: |