24
XX əsr özünün natiqlərini yaratmışdır. Bu dövrün natiqləri bir çox
cəhətdən yeni və orijinal sənət-peşə adamları olmuşlar. Belələrinə Məmməd Əmin
Rəsulzadə, Fətəli xan Xoyski, Nəriman Nərimanov, Bəkir Çobanzadə, Əli Nazim,
Həmid bəy Şaxtaxtinski, Səməd Vurğun, Mikayıl Rəfili, Cəfər Xəndan, Əli
Sultanlı, Şıxəli Qurbanov, İsmayıl Şıxlı, Xəlil Rza Ulutürk kimiləri nümunə ola
bilər. Bu natiqlər ana dilində səlis, aydın, təmiz, eyni zamanda yığcam və təsirli
danışmaq bacarığına sahib idilər.
N.Nərimanov öz ana dilini hədsiz məhəbbətlə sevmiş, onu yüksək
qiymətləndirmişdir. “Ana dili! Nə qədər rəfiq, nə qədər ali, hissiyyati-qəlbiyyə
oyandıran bir kəlmə! Nə qədər möhtərəm, müqəddəs, nə qədər əzəmətli bir
qüvvə! Ana dili! Bir dil ki, mehriban bir vücud öz məhəbbətini sənə bu dildə
bəyan edibdir. Bir dil ki, sən hələ beşikdə ikən bir layla şəklində öz ahəng və
lətafətini sənə eşitdirib, ruhun ən dərin guşələrində nəqş bağlayıbdır!..”.
N.Nərimanov ana dilinə xalqın varlığını təşkil edən əsas amil kimi
baxmış, ədəbi dilimizin tədrisi, xəlqiliyi, saflığı, təmizliyi və inkişafı haqqında bu
gün belə aktual olan fikirlər, mülahizələr söyləmişdir.
N.Nərimanov Azərbaycan natiqlik məktəbinin banilərindən biri olmuş-
dur. “Öz xalqını ürəkdən sevən, onun azadlığı və səadəti üçün çalışan natiq Nəri-
manov danışdığı hər hansı bir məsələnin daha kəsərli sahələrini qabarıq şəkildə
izah etməyə, dinləyicilərə başa salmağa, onları maraqlandırmağa, düşündürməyə,
inandırmağa və diqqətini həmin məsələnin həllinə cəmləşdirməyə ciddi səy
göstərmişdir. Dinləyicilərlə qaynayıb-qarışmaq, onlara həssaslıqla yanaşmaq,
fikirlərini bilmək, onları dinləmək məharəti N.Nərimanovun natiqlik sənətinə xas
olan xüsusiyyətlərdən idi” (23, 80).
Görkəmli ədəbiyyatşünas, yazıçı və dövlət xadimi Şıxəli Qurbanovun da
Azərbaycan natiqliyinin yaranması və inkişafında xüsusi xidmətləri olmuşdur.
Mərhum professor A.Abdullayev Ş.Qurbanovun natiqlik məharətindən bəhs
edərək yazır: “Şıxəli Qurbanov mükəmməl surətdə natiqlik məharətinə yiyələnmiş
söz ustası idi. Güclü hafizəyə, zəngin nitq mədəniyyətinə, qüvvətli məntiqə sahib
olan bu adam heç bir materiala baxmadan, ilk mənbələrdən gətirdiyi misallar və
25
əyani şəkildə nümayiş etdirdiyi çoxlu faktlarla fikrini zənginləşdirib onu daha
cazibəli və maraqlı etməyi bacarırdı” (35, 42).
Görkəmli yazıçımız Y.V.Çəmənzəminli “Dil məsələsi” adlı məqaləsində
yazırdı: “Dil çirklik sevməz, zor və güc də qəbul etməz. Dil öz kökü üstə bitər,
qalxar, qol-qanad açar və bu asudəlik, təbiilik sahəsində də böylə gözəl, zərif və
geniş bir halə gələr ki, hamını heyran qoyar”. Dərin zəka sahibləri, görkəmli
şəxsiyyətlər heç vaxt öz ana dilinə laqeyd olmamış, etinasızlıq göstərməmişlər.
Onlar hər vasitə ilə ana dilinin saflığı, təmizliyi, varlığının bütün əzəməti ilə
qorunub saxlanılması üçün əllərindən gələni etmişlər.
“Hər bir xalqın milliliyini, mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən
onun dilidir” deyən ulu öndərimiz Heydər Əliyev zəmanənin görkəmli
natiqlərindən olmuşdur. “Yüksək kübarlıq, ziyalılıq etalonu olan Heydər Əliyev
həm də bənzərsiz natiq idi. O, müdrik, ağıllı qərarları ilə yanaşı, danışığı, nitqi ilə
də bu dilin keşiyində duran bənzərsiz bir insan, böyük mütəfəkkir və alim idi (33,
s.319).
Ulu öndərimiz Azərbaycan dili ilə bağlı söhbətlərində nitq mədəniyyəti
məsələlərinə xüsusi diqqət yetirirdi. Azərbaycan Milli Elmlər Akademiyası
Dilçilik İnstitutunun sabiq direktoru, AMEA-nın müxbir üzvü A.Axundov
H.Əliyev haqqında xatirələrini danışarkən deyir ki, bir dəfə ulu öndərimiz məni və
institutun bir neçə əməkdaşını yanına çağırtdırmışdı. O, söhbətə başlamazdan
əvvəl üzünü mənə tərəf tutaraq soruşdu: “Nə işlə məşğul olursunuz?” Mən
Azərbaycan dilinin ayrı-ayrı sahələri üzrə tədqiqatların aparılması, kitabların
yazılması, müxtəlif məzmunda lüğətlərin tərtib olunması və s. məsələlər barədə
məlumat verdim. Cavabımdan razı qaldı və dedi: “Bunlar öz yerində, bəs nitq
mədəniyyəti ilə bağlı nələr etmişsiniz? Siz bu sahəyə daha çox fikir verməlisiniz
ki, xalq öz dilində sərbəst danışa bilsin”.
H.Əliyev Azərbaycan dilini çox sevirdi və bu dildə danışmağı ilə fəxr
edirdi. O, xalqla onun öz dilində danışırdı. İnsanlar onun nitqinin gözəlliyinə,
zənginliyinə, axıcılığına, səlisliyinə, məntiqliyinə heyran qalır, onu dinləməkdən
məmnun olurdular. Ulu öndərin nitqi həqiqi mənada yaradıcı fəaliyyət idi.
26
Cümlələrin quruluşu, sözlərin, ifadələrin işlədilməsində orijinallıq, özünə-
məxsusluq daima nəzərə çarpardı.
H.Əliyev bir natiq kimi zəngin söz ehtiyatına malik idi. Danışarkən
duruxmaz, söz axtarmaq üçün fikirləşməzdi. O, nitqində söz və ifadələrin
təkrarına mümkün qədər yol verməzdi. Düzgün seçilən, yerində işlədilən ifadəlilik
vasitələri – leksik və frazeoloji sinonimlər, antonimlər, nidalar, müraciətlər, ritorik
suallar və s. onun nitqini təsirli edir, estetik cəhətdən gözəlləşdirirdi. “Hər bir
Azərbaycan vətəndaşı, hər bir azərbaycanlı öz ana dilini – Azərbaycan dilini,
dövlət dilini mükəmməl bilməlidir” deyən Heydər Əliyevə bu dil əziz idi,
müqəddəs idi. O bu dilə mükəmməl yiyələnmişdi. Bu dildə, demək olar ki,
hamıdan yaxşı danışırdı.
Heydər Əliyevin nitqində bir məntiq, rabitə vardı. O, heç bir qeydə
baxmadan danışar, faktlar, sübutlar gətirər, dinləyiciləri qaneedəcək şərhlər
verərdi. İti yaddaş və güclü hafizəyə malik olan H.Əliyevə dinləyicilər böyük
maraqla qulaq asar, onu bütövlükdə anlayar və qəbul edərdilər.
H.Əliyev yüksək nitq mədəniyyətinə sahib idi. O öz səfərbəredici nitqi,
danışıq tempi, manerası, jestləri, mimikası və s. ilə auditoriyanı ələ alar, öz
ideyalarını dinləyicilərə aşılayardı.
H.Əliyev görkəmli natiq, söz ustası kimi də tarixdə qaldı. Onun nitqləri,
çıxışları, söhbətləri, natiqlik məharəti mütəxəssislər tərəfindən öyrənilmiş, bu
barədə əsərlər də yazılmışdır. Lakin bu sahədə geniş axtarışlara yenə də ehtiyac
vardır.
Keçən əsrin 60-80-ci illərində nitq mədəniyyəti məsələlərinin həm nəzəri,
həm də praktik şəkildə öyrənilməsi, təbliği sahəsində bir çox səmərəli işlər
görülmüşdür. Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik
İnstitutunda 1962-ci ildən dil mədəniyyəti şöbəsi fəaliyyət göstərmişdir. Şöbə nitq
mədəniyyəti ilə bağlı tədqiqatlar aparmaqla yanaşı, mətbuatda, radio, televiziya
verilişlərində, ədəbi və elmi əsərlərdə, dərsliklərdə, reklamlarda nəzərə çarpan dil
və üslub nöqsanlarının aradan qaldırılması üçün əməli təkliflər vermişdir. Həmin
dövrdə mətbuat səhifələrində “Nitq mədəniyyəti”, “Ana dilimizin saflığı
Dostları ilə paylaş: |