12
əsərlərin tərcümə, nəzirə, yaxud orijinal olması haqqındakı fikirlərə tam
aydınlıq gətirilir. Məsələn, türk şairi Şeyxinin «Xosrov və Şirin»
məsnəvisi elmi ədəbiyyatda bəzən orijinal,
1
bəzən isə tərcümə əsəri kimi
dəyərləndirilir.
2
Nizami və Şeyxinin «Xosrov və Şirin»ləri üçün həm
ortaq, həm də fərqli cəhətlər çoxdur və hər iki alim bu faktları inkar
etmir. Lakin mövqe baxımından alimlərdən biri əsəri tərcümə, digəri isə
orijinal hesab edir. Ancaq bu da inkaredilməz bir faktdır ki, Şeyxinin
əsərinin bir çox hissəsi Nizami əsərinin bölmə-bölmə, beyt-beyt tərcümə-
sindən ibarətdir. Buna görə də Şeyxinin əsərini tərcümə-nəzirə adlandır-
maq əsərin sadalanan bütün xüsusiyyətlərini əhatə etmiş olur. Lakin elə
əsərlər də vardır ki, onlarda nəzirə elementləri üstünlük təşkil edir. Ona
görə də həmin əsərləri nəzirə-tərcümə adlandırmaq daha məqsədəuyğun
sayılır.
Birinci fəslin «Orta əsrlər Azərbaycan-türk şairlərinin tərcüməyə
münasibəti» adlanan
ikinci bölməsində göstərilir ki, orta yüzilliklərdə
tərcümə işinə ikili münasibət olmuşdur. Belə ki, bir çox müəlliflər həmin
yüzilliklərdə tərcümə işini çox yüksək qiymətləndirdiyi halda, başqa bir
qisim şairlər ona mənfi münasibət bildirmiş, tərcümə ilə məşğul olmağı
məqbul saymayaraq onu özlərinə ar bilmiş, başqa bir şairin işlədiyi
mövzuda əsər yazmağı, digərlərinin fikirlərini təkrar etməyi pisləmiş,
ümumiyyətlə, şair olan kəsin tərcümə işi ilə məşğul olmasını eyib bilərək
nəsr əsəri yazmağı tərcümədən üstün tutmuşlar.
3
Orta yüzilliklərdə tərcüməyə qarşı olan bu cür münasibət heç də həmin
dövrlərdə bütünlüklə tərcümənin lazımsız hesab olunduğunu göstərmir.
Ona görə ki, orta əsrlərdə tərcümənin olduqca dəyərli örnəkləri yaranmış,
tərcümə ədəbiyyatın aparıcı qollarından biri olmuşdur.
XIV yüzillik Azərbaycan-türk ədəbiyyatını çeşidli orijinal və tərcümə
əsərləri ilə zənginləşdirən Ərzurumlu Qazi Mustafa Zərir «Siratün-Nəbi»
əsərində tərcümə sənətinə yüksək qiymət verərək tərcümə etməklə heç bir
ziyan etmədiyini, əksinə bu yolla bir qalanı şəhər durumuna gətirdiyini
göstərirdi.
4
1
F.Timurtaş. Şeyhi ve Nizami’nin Husrev ve Şirinlerinin konu bakemından
mukayisesi // Turk Dili ve Edebiyatı Dergisi, İstanbul, 1960, s. 26-32
2
N.Araslı. Nizami və türk ədəbiyyatı. Bakı, 1980, s. 21-30
3
A.S.Levend. Göstərilən əsəri, s. 86-87
4
K.Yavuz. XIII-XVI asır dil yadigarlarının Anadolu sahasında türkçe yazılış
sebebleri ve bu devir müelliflerinin türkçe hakkındakı görüşleri // Türk dünyası
araştırmaları, 1983, Aralık, sayı: 27, s. 47
13
Azərbaycan tərcümə ədəbiyyatının ən mükəmməl örnəklərini yaratmış
Füzuli də tərcümə işinə çox yüksək qiymət vermiş, «Tərcümeyi-Hədisi-ər-
bəin» əsərinə yazdığı müqəddimədə onu «ümumfeyz» işi hesab etmişdir.
1
Orta yüzilliklərdə dövlət başçıları da tərcüməyə böyük əhəmiyyət verir
və başqa dildə olan ədəbiyyatların bir çox dəyərli örnəklərinin tərcüməsini
özləri şairlərə və ya saray katiblərinə sifariş edirdilər.
Beləliklə, aydın olur ki, müxtəlif dövrlərdə tərcüməyə fərqli müna-
sibətlər olsa da, ümumilikdə, əski vaxtlardan bəri tərcümə işi çox yüksək
qiymətləndirilmiş və tərcümənin çoxlu sayda örnəkləri yaranmışdır.
«Klassik Azərbaycan-türk ədəbiyyatında bəzi ədəbi üslublar və
onların bədii tərcümə ilə müqayisəli səciyyəsi» adlanan birinci fəslin
üçüncü bölməsində orta əsrlər tərcümə abidələri üzərində aparılan tədqi-
qatlardan çıxış edilərək göstərilir ki, bir sıra ədəbi örnəklərin tərcümə,
nəzirə, cavab, təbdil, iqtibas və s. kimi təqdim edilməsində uzun illər sa-
bitlik olmamışdır. Füzulinin orta əsrlər Azərbaycan tərcümə ədəbiyyatının
zirvəsi olan «Hədiqətüs-süəda» əsəri gah iqtibas,
2
gah təbdil,
3
gah da oriji-
nal əsər
4
kimi dəyərləndirilmişdir. Halbuki bu terminləri tərcümə ilə eyni-
ləşdirmək olmaz. Çünki onların hər birinin ayrı-ayrılıqda özünəməxsus
özəllikləri vardır və bir çox cəhətlərdən onlar bir-birindən seçilir. Məhz
buna görə orta əsrlərin tərcümə abidələrindən, onların xarakterik xüsusiy-
yətlərindən danışarkən, həmin abidələrin həqiqətən tərcümə, yaxud nəzirə,
cavab, təbdil, iqtibas və s. olmasını üzə çıxarmaq üçün bu terminlərin ehtiva
etdiyi anlamları, onların oxşar və fərqli cəhətlərini, xüsusilə, «tərcümə» ilə
oxşarlıq və fərqlərini ayrı-ayrılıqda izah etməyə xüsusi ehtiyac duyulur.
Dissertasiya işində ənənəvi mövzu ilə nəzirə, cavab, iqtibas, təbdil,
tətəbbü və istiqbal kimi ədəbi üslubların, eləcə də bədii tərcümə ilə həmin
ədəbi üslubların sərhədləri mövcud elmi və ədəbi örnəklər əsasında
müəyyənləşdirilir, onların hər biri haqqında sistemli məlumat verilir, hər
1
A.Mirzəyev. Cami, Nəvai və Füzuli yaradıcılığında 40 hədis. Bakı, 1997, s. 46
2
Ə.Məmmədov. Azərbaycan nəsrinin təkmilləşməsinə dair / XX əsr Azərbaycan
ədəbiyyatı məsələləri. Bakı, 1979, s. 63; Mir Cəlal. Füzuli sənətkarlığı. Bakı,
2005, s. 192
3
S.Əlizadə. XVI əsr Azərbaycan ədəbi dili (inkişaf səviyyəsi): Fil. elm. dok. ...
dis. Bakı, 1992, s. 32
4
Ə.Səfərli. Şəhidlik abidəsi (ön söz) // Füzuli. Hədiqətüs-süəda. Bakı, 1993, s. 3-
20; M.Sultanov. Füzulinin «Hədiqətüs-süəda» əsəri // «Azərbaycan» jurnalı,
1958, № 7, s. 182-190; S.Əliyev. Orijinal abidə // «Azərbaycan» jurnalı, 1991,
№11-12, s. 48-53