Nizami adına ƏDƏBİyyat institutu



Yüklə 1,01 Mb.
Pdf görüntüsü
səhifə6/24
tarix20.08.2018
ölçüsü1,01 Mb.
#63759
1   2   3   4   5   6   7   8   9   ...   24

 

 

12 



əsərlərin  tərcümə,  nəzirə,  yaxud  orijinal  olması  haqqındakı  fikirlərə  tam 

aydınlıq  gətirilir.  Məsələn,  türk  şairi  Şeyxinin  «Xosrov  və  Şirin» 

məsnəvisi elmi ədəbiyyatda bəzən orijinal,

1

  bəzən isə tərcümə  əsəri  kimi 



dəyərləndirilir.

2

  Nizami  və  Şeyxinin  «Xosrov  və  Şirin»ləri  üçün  həm 



ortaq,  həm  də  fərqli  cəhətlər  çoxdur  və    hər  iki  alim  bu  faktları  inkar 

etmir.  Lakin  mövqe  baxımından  alimlərdən  biri əsəri  tərcümə,  digəri isə 

orijinal  hesab  edir.  Ancaq  bu  da  inkaredilməz  bir  faktdır  ki,  Şeyxinin 

əsərinin bir çox hissəsi Nizami əsərinin bölmə-bölmə, beyt-beyt tərcümə-

sindən  ibarətdir.  Buna  görə  də  Şeyxinin  əsərini  tərcümə-nəzirə  adlandır-

maq  əsərin  sadalanan  bütün  xüsusiyyətlərini  əhatə  etmiş  olur.  Lakin  elə 

əsərlər  də  vardır  ki,  onlarda  nəzirə  elementləri  üstünlük  təşkil  edir.  Ona 

görə  də  həmin  əsərləri  nəzirə-tərcümə  adlandırmaq  daha  məqsədəuyğun 

sayılır. 

Birinci  fəslin  «Orta  əsrlər  Azərbaycan-türk  şairlərinin  tərcüməyə 



münasibəti»  adlanan  ikinci  bölməsində  göstərilir  ki,  orta  yüzilliklərdə 

tərcümə işinə ikili münasibət olmuşdur. Belə ki, bir çox müəlliflər həmin 

yüzilliklərdə  tərcümə  işini  çox  yüksək  qiymətləndirdiyi  halda,  başqa  bir 

qisim  şairlər  ona  mənfi  münasibət  bildirmiş,  tərcümə  ilə  məşğul  olmağı 

məqbul  saymayaraq  onu  özlərinə  ar  bilmiş,  başqa  bir  şairin  işlədiyi 

mövzuda  əsər  yazmağı,  digərlərinin  fikirlərini  təkrar  etməyi  pisləmiş, 

ümumiyyətlə, şair olan kəsin tərcümə işi ilə məşğul olmasını eyib bilərək 

nəsr əsəri yazmağı tərcümədən üstün tutmuşlar.

3

 

Orta yüzilliklərdə tərcüməyə qarşı olan bu cür münasibət heç də həmin 



dövrlərdə  bütünlüklə  tərcümənin  lazımsız  hesab  olunduğunu  göstərmir. 

Ona görə ki, orta əsrlərdə tərcümənin olduqca dəyərli örnəkləri yaranmış, 

tərcümə ədəbiyyatın aparıcı qollarından biri olmuşdur. 

XIV yüzillik Azərbaycan-türk ədəbiyyatını çeşidli orijinal və tərcümə 

əsərləri ilə zənginləşdirən Ərzurumlu Qazi Mustafa Zərir «Siratün-Nəbi» 

əsərində tərcümə sənətinə yüksək qiymət verərək tərcümə etməklə heç bir 

ziyan  etmədiyini,  əksinə  bu  yolla  bir  qalanı  şəhər  durumuna  gətirdiyini 

göstərirdi.

4

 

                                           



1

  F.Timurtaş.  Şeyhi  ve  Nizami’nin  Husrev  ve  Şirinlerinin  konu  bakemından 

mukayisesi // Turk Dili ve Edebiyatı Dergisi, İstanbul, 1960, s. 26-32 

2

  N.Araslı. Nizami və türk ədəbiyyatı. Bakı, 1980, s. 21-30 



3

  A.S.Levend. Göstərilən əsəri, s. 86-87 

4

  K.Yavuz.  XIII-XVI  asır  dil  yadigarlarının  Anadolu  sahasında  türkçe  yazılış 



sebebleri  ve  bu  devir  müelliflerinin  türkçe  hakkındakı  görüşleri  //  Türk  dünyası 

araştırmaları, 1983, Aralık, sayı: 27, s. 47 




 

 

13 



Azərbaycan tərcümə ədəbiyyatının ən mükəmməl örnəklərini yaratmış 

Füzuli də tərcümə işinə çox yüksək qiymət vermiş, «Tərcümeyi-Hədisi-ər-

bəin» əsərinə yazdığı müqəddimədə onu «ümumfeyz» işi hesab etmişdir.

1

 



Orta yüzilliklərdə dövlət başçıları da tərcüməyə böyük əhəmiyyət verir 

və başqa dildə olan ədəbiyyatların bir çox dəyərli örnəklərinin tərcüməsini 

özləri şairlərə və ya saray katiblərinə sifariş edirdilər.  

Beləliklə,  aydın  olur  ki,  müxtəlif  dövrlərdə  tərcüməyə  fərqli  müna-

sibətlər olsa da, ümumilikdə, əski vaxtlardan bəri tərcümə işi çox yüksək 

qiymətləndirilmiş və tərcümənin çoxlu sayda örnəkləri yaranmışdır.  



«Klassik  Azərbaycan-türk  ədəbiyyatında  bəzi  ədəbi  üslublar  və 

onların  bədii  tərcümə  ilə  müqayisəli  səciyyəsi»  adlanan  birinci  fəslin 

üçüncü bölməsində orta əsrlər tərcümə abidələri üzərində aparılan tədqi-

qatlardan  çıxış  edilərək  göstərilir  ki,  bir  sıra  ədəbi  örnəklərin  tərcümə, 

nəzirə, cavab, təbdil, iqtibas və s. kimi təqdim edilməsində uzun illər sa-

bitlik olmamışdır. Füzulinin orta əsrlər Azərbaycan tərcümə ədəbiyyatının 

zirvəsi olan «Hədiqətüs-süəda» əsəri gah iqtibas,

2

 gah təbdil,



3

 gah da oriji-

nal əsər

4

 kimi dəyərləndirilmişdir. Halbuki bu terminləri tərcümə ilə eyni-



ləşdirmək  olmaz.  Çünki  onların  hər  birinin  ayrı-ayrılıqda  özünəməxsus 

özəllikləri  vardır  və  bir  çox  cəhətlərdən  onlar  bir-birindən  seçilir.  Məhz 

buna görə orta əsrlərin tərcümə abidələrindən, onların xarakterik xüsusiy-

yətlərindən danışarkən, həmin abidələrin həqiqətən tərcümə, yaxud nəzirə, 

cavab, təbdil, iqtibas və s. olmasını üzə çıxarmaq üçün bu terminlərin ehtiva 

etdiyi anlamları, onların oxşar və fərqli cəhətlərini, xüsusilə, «tərcümə» ilə 

oxşarlıq və fərqlərini ayrı-ayrılıqda izah etməyə xüsusi ehtiyac duyulur.  

Dissertasiya  işində  ənənəvi  mövzu  ilə  nəzirə,  cavab,  iqtibas,  təbdil, 

tətəbbü və istiqbal kimi ədəbi üslubların, eləcə də bədii tərcümə ilə həmin 

ədəbi  üslubların  sərhədləri  mövcud  elmi  və  ədəbi  örnəklər  əsasında 

müəyyənləşdirilir, onların hər biri haqqında sistemli məlumat verilir, hər 

                                           

1

  A.Mirzəyev. Cami, Nəvai və Füzuli yaradıcılığında  40 hədis. Bakı, 1997, s. 46 



2

  Ə.Məmmədov. Azərbaycan nəsrinin təkmilləşməsinə dair / XX əsr Azərbaycan 

ədəbiyyatı  məsələləri.  Bakı,  1979,  s.  63;  Mir  Cəlal.  Füzuli  sənətkarlığı.  Bakı, 

2005, s. 192 

3

  S.Əlizadə. XVI əsr Azərbaycan ədəbi dili (inkişaf səviyyəsi): Fil. elm. dok. ... 



dis. Bakı, 1992, s. 32 

4

  Ə.Səfərli. Şəhidlik abidəsi (ön söz) // Füzuli. Hədiqətüs-süəda. Bakı, 1993, s. 3-



20;  M.Sultanov.  Füzulinin  «Hədiqətüs-süəda»  əsəri  //  «Azərbaycan»  jurnalı, 

1958,  №  7,  s.  182-190;  S.Əliyev.  Orijinal  abidə  //  «Azərbaycan»  jurnalı,  1991, 

№11-12, s. 48-53 



Yüklə 1,01 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə