Nizami adına ƏDƏBİyyat institutu



Yüklə 1,01 Mb.
Pdf görüntüsü
səhifə8/24
tarix20.08.2018
ölçüsü1,01 Mb.
#63759
1   ...   4   5   6   7   8   9   10   11   ...   24

 

 

16 



müştərək  mövzu  olaraq  işlənən  «Hədisi-ərbəin»  (ərəbcə  «qırx  hədis» 

deməkdir)  forması  da  geniş  yayılmışdır.  «Qırx»  rəqəminin  Şərq  dünya-

sında  xüsusi  rəmzi-simvolik  məna  ifadə  etməsi  və  kiçik  həcmli  hədis 

kitablarının xalq arasında daha asan yayılması  da «Hədisi-ərbəin» forma-

sının  geniş  yayılma  amilləri  kimi  qeyd  edilir.  Bununla  belə  bu formanın 

geniş yayılmasında Məhəmməd peyğəmbərin «Ümmətimdən hər kim cəza 

(həşr)  gününədək  (insanlara)  fayda  verən  qırx  hədis  əzbərləyib,  başqa-

larına öyrətsə, Allah-taala qiyamət günündə onu fəqih bir alim kimi diril-

dər» hədisinin də böyük rolu olduğu vurğulanır.  

Dissertasiyada «Hədisi-ərbəin» məcmuələrinin şəkil, məzmun və möv-

zu  baxımından  müxtəlifliyi  türk  alimi  Ə.Qaraxanın  «İslam-türk  ədəbiy-

yatında qırx hədis» kitabına əsasən ayrı-ayrılıqda təsnif olunur,

1

 «Hədisi-



ərbəin»  məcmuələrinin  ilk  öncə  ərəb  ədəbiyyatında,  sonralar  isə  qonşu 

xalqların (fars və türk) dillərində  də yarandığı göstərilir.  

«Hədisi-ərbəin»  mövzusunun  türk  ədəbiyyatında  yayılmasında  fars-

tacik  şairi  Əbdürrəhman  Caminin  (1414-1492)  «Çehel  hədis»  («Hədisi-

ərbəin») əsərinin ayrıca rolu olduğu qeyd edilir. Çünki türk dünyasının iki 

dahisi Nəvai və Füzuli, eləcə də, türk klassikləri Rihləti (XVI əsr), Nabi 

(1642-1712), Müfid (ölmü: 1726), Münif (ölümü: 1742), Seyyid  İbrahim 

(1701-1783), Zühdi (1854-1914) və naməlum, şərti olaraq Laədri adlandı-

rılan bir şair «Hədisi-ərbəin» mövzusunda əsər yazarkən Məhəmməd pey-

ğəmbərin sonsuz sayda hədislərindən örnək seçmək  yolu ilə deyil, məhz 

Caminin «Çehel hədis» əsərinə müraciət edərək onu türkcəyə çevirməklə 

kifayətlənmişlər.  

Caminin  «Hədisi-ərbəin»  əsəri  nəsrlə  yazılmış  müqəddimə,  əl-Buxari 

və  Müslimin  hədis  məcmuələrindən  seçilmiş  müxtəlif  məzmunlu  qırx 

hədisin şərhinə həsr olunmuş və xatimə də daxil olmaqla qırx bir qitədən 

ibarətdir.  

İkinci  fəslin  «Füzulinin  «Tərcümeyi-Hədisi-ərbəin»  əsəri,  onun 

nəşri və tədqiqi tarixindən» adlı ikinci bölməsində göstərilir ki, Füzuli-

nin  həcm  etibarilə  ən  kiçik  tərcümə  əsəri  «Tərcümeyi-Hədisi-ərbəin»dir. 

Əsər nəsrlə yazılmış dibaçə və qırx bir qitədən ibarətdir. Qitələrdən qırxı 

Caminin    əsərindən  tərcümə  olub  Məhəmməd  peyğəmbərin  hədislərinin 

şərhinə həsr olunmuş, biri isə sonluq – xatimədir.   

Füzuli  əsərin  (dibaçəsində)  müqəddiməsində  əsərin  yazılma  səbəbini 

belə açıqlayır: «...bu qırx hədisi-mötəbərdir, bəlkə qırx danə gövhərdir ki, 

                                           

1

  A.Karahan. İslam-Türk edebiyatında kırk hadis. Ankara, 1991, s.19-39 




 

 

17 



ustadi-girami  Mövlana  Əbdürrəhmani-Cami  əleyhirrəhmə  intixab  edib 

farsi mütərcəm etmiş... ümumfeyz üçün tərcümeyi-türki olunur».

1

 

Füzulinin  «Tərcümeyi-Hədisi-ərbəin»  əsərinin  müxtəlif  əlyazma  və 



çap  nüsxələri  vardır.  Əsər  ilk  dəfə  olaraq  1948-ci  ildə  İstanbulda  prof. 

Ə.Qaraxan tərəfindən hissə-hissə qısa bir girişlə «Səlamət» məcmuəsində, 

daha sonra isə 1951-ci ildə K.Ə.Kürkçüoğlu tərəfindən nəşr edilmişdir. Bu 

tərcümə sonralar da Türkiyə və Azərbaycanda dəfələrlə çap olunmuşdur. 

Füzulinin «Tərcümeyi-Hədisi-ərbəin» əsəri həmişə tədqiqatçıların diq-

qət mərkəzində olmuş, əsərə bəzən xüsusi, bəzən də bu və ya digər məsə-

lələrlə bağlı müraciət edilmiş, müxtəlif baxımlardan araşdırılmışdır. Eləcə 

də  ədəbiyyat  tarixinə  həsr  olunmuş  kitab  və  dərsliklərdə  əsər  haqqında 

məlumat xarakterli yazılar çap edilmişdir.

2

 



İkinci fəslin «“Tərcümeyi-Hədisi-ərbəin” əsərinin ideya-bədii xüsu-

siyyətləri»  adlı  üçüncü  bölməsində    hədislər  ümumbəşəri  dəyərlərə 

malik  söz  inciləri  kimi  qiymətləndirilərək  göstərilir  ki,  insanın  mənəvi 

aləmindəki çatışmazlıqları islah etmək, onu saflaşdırmaq, hər cür rəzil və 

çirkin xüsusiyyətlərdən xilas edib gözəl əxlaqa – fəzilətlərə qovuşdurmaq 

Caminin  Məhəmməd  peyğəmbərin  sonsuz  sayda  hədislərindən  seçərək 

nəzmə çəkdiyi qitələrin əsas ideyasını təşkil edir.  

İslam  dini  insanların  bir-biri  ilə  gözəl  münasibətdə  olmasına  xüsusi 

əhəmiyyət  verir.  Müsəlmanların  bir-biri  ilə  münasibətində  səmimiyyət, 

sadəlik,  nəzakət, sayğı,  sevgi,  qarşılıqlı  yardım  əsas şərtlərdəndir.  Cami-

nin  seçərək  nəzmə  çəkdiyi  hədislərdə  ata-anaya  hörmət,  möminlərin  bir-

biri ilə qardaş münasibətində olması, bir-biri ilə məsləhət etmək, başqala-

rından ibrət almaq, elm öyrənmək və öyrətmək, ölümdən ibrət götürmək, 

bir-birinə hədiyyə vermək, dostları ziyarət etmək, qəzəblənəndə özünü ələ 

ala bilmək, qonşuluq haqqını gözləmək və s. kimi məsələlər əsas yer alır. 

İslam  əxlaqında  insanların  bir-biri  ilə  gözəl  münasibətdə  olmalarının 

çeşidli yönləri ilə bərabər, bir də gözəl və çirkin (pis) xasiyyətlər vardır. 

Caminin,  eləcə də Füzulinin istifadə etdiyi hədislərdə də onların ən önəm-

                                           

1

 A.Mirzəyev. Cami, Nəvai və Füzuli yaradıcılığında 40 hədis. Bakı, 1997, s. 45-46 



2

  Karahan  A.  Cami’nin  arbain’i  ve  türkce  tercümeleri  //  Türk  Dili  ve  Edebiyatı 

Dergisi, İstanbul Universitesi Edebiyat Fakültesi, 1952, sayı: 4, s. 345-371; yenə 

onun: İslam-Türk edebiyatında kırk hadis. Ankara, 1991; H.Araslı. Böyük Azər-

baycan  şairi  Füzuli.  Bakı,  1958,  s.  262-270;  Ə.Seyidov.  Azərbaycanda  pedaqoji 

fikrin inkişaf tarixindən. Bakı, 1987, s. 50-53; A.Mirzəyev. Cami, Nəvai və Füzuli 

yaradıcılığında 40 hədis. Bakı, 1997; Ə.Səfərli, X.Yusifov. Qədim və orta əsrlər Azər-

baycan ədəbiyyatı /Ali məktəb tələbələri üçün dərslik. Bakı, 2008, s. 518-541 




Yüklə 1,01 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə