Nizami adına ƏDƏBİyyat institutu



Yüklə 1,01 Mb.
Pdf görüntüsü
səhifə11/24
tarix20.08.2018
ölçüsü1,01 Mb.
#63759
1   ...   7   8   9   10   11   12   13   14   ...   24

 

 

24 



görərik”.

1

  Füzulinin  «Tərcümeyi-Hədisi-ərbəin»  əsərində  də  eyni 



vəziyyət  müşahidə  edilir.  Əsərə  daxil  olan  41  qitədən  eləsini  tapmaq 

mümkün deyil ki, ondakı misraların dördü də eyni variantda olsun. Hər 

hansı  bir  qitənin  vəzni  bütövlükdə  bu  bəhrin  müəyyən  bir  variantına 

tabe olmamış, hər bir qitədə misra dilinin tələbi üzrə müxtəlif variant-

lar  qarışıq  şəkildə  birləşmişdir.  Onu  da  qeyd  edək  ki,  bu  qarışıqlıq 

ümumi ahəngə heç bir xələl gətirməmişdir. Örnək olaraq Füzulinin bir 

qitəsini nəzərdən keçirək: 

 

 



Göründüyü kimi, bu qitəni təşkil edən misraların ikisi (I və II) eyni 

(səkkizinci),  qalan  ikisi  (III  və  IV)  isə  ayrı-ayrı  (dördüncü  və  ikinci) 

variantlardadır.  

Dissertasiyada  xəfif  bəhrinin  birinci  növünün  bütün  variantları 

əsərdən götürülmüş ayrı-ayrı qitələr əsasında izlənilir. 

«Tərcümeyi-Hədisi-ərbəin»  əsərinin  dil  xüsusiyyətləri  üzərində  də 

ayrıca dayanılaraq  göstərilir ki, tərcümənin dibaçəsinin (müqəddiməsinin) 

dili klassik nəsr üslubunda olub, səcli (qafiyəli) nəsrlə yazılmışdır. Füzuli 

bir  mürəkkəb  cümlədən  ibarət  olan  bu  kiçik  dibaçədə  doqquz  səc 

cütlüyündən istifadə etmişdir. Uzun-uzadı izafət zəncirlərindən ibarət olan 

dibaçənin  əvvəlində  milli  sözlər,  demək  olar  ki,  yox  dərəcəsindədir. 

Mövzu  (hədis)  haqqında  söhbət  təmtəraqlı  klassik  üslubda  getsə  də,  şair 

əsərin  tərcümə  səbəbini  açıqlayarkən  dil  nisbətən  sadələşir.  Əsərdəki  41 

qitə də klassik-kitab üslubunda yazılmışdır. Onların arasında da öz dilinə 

və  üslubuna  görə  bir-birindən  fərqlənən  qitələr  vardır.  Belə  ki,  bir  sıra 

qitələr öz dilinə görə folklor-danışıq üslubuna yaxınlaşsa da, onların çoxu-

nun  dili  alınma  söz  və  morfoloji-sintaktik  qəliblərlə  doludur.  Əsərin 

dilində  çətin  anlaşılan  birləşmə,  misra  və  beytlərin  çoxluğu  bir  tərəfdən 

                                           

1

 Ə.Cəfər. Əruzun nəzəri əsasları və Azərbaycan əruzu. Bakı, 1977, s. 118 



2

 A.Mirzəyev. Cami, Nəvai və Füzuli yaradıcılığında 40 hədis. Bakı, 1997, s. 49 

Müslim oldur  ki, əhli-a 

-ləm ilə 



fA’ilAtün 

məfA’ilün 

fə’ilü 

Sidq ola qöv 

-li, xeyr ola 

əməli. 


fA’ilAtün 

məfA’ilün 

fə’ilü 

Zərərin gör 

-məyə müsəl 

-manlar, 



fə’ilAtün 

məfA’ilün 

fə’lün 

Ola paki 

-zə həm dili, 

həm əli.


2

  

fə’ilAtün 



məfA’ilün 

fə’ilü 


 

 

25 



klassik-kitab  üslubunun  özünəməxsusluqlarından  irəli  gəlirdisə,  bir  çox 

hallarda isə bu, tərcümə xüsusiyyətləri ilə bağlı idi.  

Beləliklə,  «Tərcümeyi-Hədisi-ərbəin»  əsəri  göstərir  ki,  çoxcəhətli  və 

zəngin yaradıcılığa malik olan Füzuli bədii tərcümənin nəzm sahəsində də 

xüsusi sənətkarlıq göstərərək, orta əsrlər tərcüməsinin klassik örnəklərin-

dən birini yaratmışdır.  

Dissertasiyanın «Füzulinin «Hədiqətüs-süəda» əsəri» adlanan  üçün-

cü  fəsli  müəllifin  həcmcə  ən  böyük  tərcümə  əsəri  olan  «Hədiqətüs-

süəda»nın öyrənilməsinə həsr edilmişdir. Bu fəsil də beş bölmədən ibarət-

dir. Birinci bölmədə («Şərq ədəbiyyatında məqtəl janrı, onun strukturu və 

ideya özəllikləri») məqtəl

*

 janrı haqqında geniş bəhs edilərək göstərilir ki, 



hicri tarixi ilə 61-ci il məhərrəm ayının 10-da (miladi 680-ci il oktyabrın 

10-da)  Kərbəla  çölündə  İmam  Hüseynin  qətlə  yetirilməsi  ilə  nəticələnən 

və islam tarixində «Kərbəla vaqiəsi» və ya «Kərbəla müsibəti» adlı ilə yer 

alan hadisə çoxlu sayda ədəbi əsərlərin əsas mövzusuna çevrilmiş, islami 

ədəbiyyatda  ortaq  ədəbi  mövzulardan  olan  İmam  Hüseynin  qətlə 

yetirilməsi  ilə  əlaqədar  yazılan  xüsusi  bir  ədəbi  janrın  –  məqtəl  janrının 

əsası qoyulmuşdur.

1

   



Məqtəl janrı ərəb ədəbiyyatında təşəkkül tapıb inkişaf etməyə başlasa 

da,  ərəblərdə  olduğundan  daha  geniş  və  rəngarəng  bir  şəkildə  işlənməsi 

baxımından  özünün  ən  yüksək  mərhələsinə  fars  və  türk  ədəbiyyatında 

çatmışdır. Bu isə bilavasitə şiə məzhəbinin İranda Büveyhilər və Səfəvi-

lərin hakimiyyəti illərində hakim dini ideologiyaya çevrilməsi ilə əlaqədar 

idi.  İran  ədəbiyyatında  Kərbəla  hadisəsinə  həsr  olunmuş  ilk  dəyərli  və 

irihəcmli  məqtəl  örnəyi  Hüseyn  Vaiz  Kaşifinin  (ölümü:  1504/05)  «Röv-

zətüş-şühəda» əsəri sayılır.

2

  

Məqtəl türk ədəbiyyatında da geniş yayılmış, həmin janrın çeşidli ör-



nəkləri  yaranmışdır.  Türk  alimi  prof.  Ə.Qaraxanın  «Anadolu  türk  ədə-

biyyatında  «Məqtəli-Hüseynlər»  adlı  əsərində  türk  ədiblərinin  bu  janrda 

                                           

*

 Məqtəl – ərəb sözü olub «qətl» kökündəndir; lüğəti mənasına görə «qətl yeri» 



deməkdir. 

1

 Türk Dili ve Edebiyatı Ansiklopedisi (devirler, isimler, eserler, terimler), cilt 6, 



İstanbul,  1986,  s.  26;  A.Karahan.  Eski  türk  edebiyatı  incelemeleri,  İstanbul, 

1980, s. 88; Ə.Dehxoda. Lüğətnamə. 1345 h., s. 3415 (fars dilində) 

2

 

A.Karahan. Anadolu türk edebiyatında «Maktel-i Hüseyn»ler, Edebiyat Fakül-



tesi  Türkoloji  Disiplini,  Mezuniyet  travayı,  İstanbul,  1938-1939,  s.  8;  Ş.Güngor. 

Giriş // Fuzuli. Hadikatü’s-sü’eda (hazırlayan: dr. Şeyma Güngör), Ankara, 1987, 

s. XV-LXXIII 



Yüklə 1,01 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə