Nizami adına ƏDƏBİyyat institutu



Yüklə 1,01 Mb.
Pdf görüntüsü
səhifə19/24
tarix20.08.2018
ölçüsü1,01 Mb.
#63759
1   ...   16   17   18   19   20   21   22   23   24

 

 

41 



«Hədiqətüs-süəda» əsərində adı çəkilən mənbələr və tarixi qaynaqlara da 

xüsusi diqqət yetirilir. Hər iki əsər arasında aparılan müqayisədən məlum 

olur ki, «Hədiqətüs-süəda»da «Rövzətüş-şühəda»da adı çəkilməyən başqa 

bir elmi-dini qaynaqdan istifadə olunmayıb.  

Dissertasiya işində hər iki əsərdə  qaynaqların xatırlanıldığı məqamlar 

konkret  nümunələr  əsasında  izlənilir.  O  da  xüsusi  olaraq  vurğulanır  ki, 

Füzulinin  həmin  istinadları  Kaşifinin  əsərindən  iqtibas  deyil,  tərcümə 

səciyyəlidir. 

Füzulişünas alim  S.Əliyevin  «Rövzətüş-şühəda» ilə heç bir müqayisə 

aparmadan aşağıdakı nümunəni «təkzibedilməz» fərq faktı kimi göstərmə-

si  də  «Rövzətüş-şühəda»  ilə  müqayisədə  özünü  doğrultmur  və  müəllifin 

öz fikrini təkzib edən fakta çevrilir. O yazır: «...əgər aşağıdakı kiçicik par-

çaya fikir versək, Füzulinin bu əsəri yazmaq üçün dəryalara baş vurduğu-

nu, hədsiz material topladığını, islamın, başqa dinlərin tarixinə və Hüseyn 

Vaizin əsəri də daxil olmaqla bütün məşhur məqtəllərə bələdliyinin şahidi 

olarıq: «Ləşkəri-müxalif bir rəvayətdə on yeddi min nəfər və bir rəvayətdə 

otuz  min  nəfər,  amma  əssəhhi-rəvayətdə  iyirmi  iki  min  mübariz  olub  və 

ləşkəri-imam bir qövllə səksən nəfər və bir qövllə yetmiş iki nəfər olub, 

otuz  iki  atlı  idi  və  baqi  piyadə  idi.  Və  əksəri-rəsayildə  icmal  ilə  şərh 

etmişlər.  Amma  Mövlana  Hüseyn  Vaiz  əleyhirrəhmə  filcümlə  təriqi-təfsil 

tutmuş» (Füzuli, «Hədiqətüs-süəda», İstanbul, hicri, 1289, səh. 202). Bu mə-

lumat dairəsi, bu aşinalıq vüsəti mütərcimlik yox, müəlliflik ifadəsidir».

1

 

İndi isə nümunənin  «Rövzətüş-şühəda»dakı prototipinə nəzər salaq:  



 

2

 



Göründüyü  kimi, Füzuli həmin hissəni olduğu kimi tərcümə etmişdir. 

Bu bir daha sübut edir ki, S.Əliyev «Hədiqətüs-süəda»dan misal gətirdiyi 

faktların heç birini  «Rövzətüş-şühəda» ilə tutuşdurmamışdır. Əgər o, isti-

nad etdiyi «fakt» və «dəlilləri»  «Rövzətüş-şühəda» ilə müqayisəli tədqiq 

etsəydi, şübhəsiz ki, təkzib üçün bu qədər əsas verməzdi.  

                                           

1

 S.Əliyev. Füzuli vəzninin yanlış təsviri (İstanbul Universitetinin müəllimi dok-



tor Şeyma Güngörə açıq məktub) // S.Əliyev. Füzuli (Nəzəri-bədii düşüncələri). 

Bakı, 1996, s. 218  

2

  H.V.Kaşifi. Rövzətüş-şühəda. Bombey, h.1325, s. 232  (fars dilində) 




 

 

42 



«Rövzətüş-şühəda»  və  «Hədiqətüs-süəda»dakı  qaynaqlardan  danışar-

kən  başqa  bir  məqamın  da  üzərində  xüsusi  dayanmaq  lazımdır.  Həm 

Kaşifi, həm də Füzuli öz əsərlərində göstərirlər ki, Kərbəlada şəhid olanlar 

arasında Müslim adlı bir azərbaycanlı və onun oğlu da olmuşdur. Kərbəla 

hadisəsi ilə bağlı bir çox elmi və dini ədəbiyyatda, məqtəllərdə, «Tarixi-

Təbəri»də,  Kərbəla  qissəsinə  həsr  olunmuş  elmi  əsərlərdə

1

  də  Kərbəlada 



şəhid  olanların  sırasında  bir  «qulami-türki»nin  olduğu  qeyd  edilir  və 

həmin  türkün  Azərbaycandan,  adının  isə  Müslim  olmasını  biz  həm 

«Rövzətüş-şühəda»da, həm də  «Hədiqətüs-süəda»da görürük. Lakin yenə 

«Rövzətüş-şühəda»  ilə  tanış  olmayan  müəlliflər  «Hədiqətüs-süəda» 

haqqında  bəhs  edərkən  həmin  türkün  adını  çəkib  onun  Azərbaycandan 

olmasını göstərən ilk müəllifin Füzuli olduğunu vurğulayırlar.

2

 Əslində isə 



həmin  «qulami-türki»nin  Azərbaycandan  olduğunu  Füzulidən  də  öncə 

Hüseyn  Vaiz  Kaşifi  «Rövzətüş-şühəda»da  qeyd  etmiş,  onun  oğlunun  da 

Kərbəlada şəhid olduğunu bildirmişdir.

3

 Hər iki əsərdən uyğun parçaların 



müqayisəsi göstərdi ki, Kaşifi öz əsərində Müslim və onun oğlu ilə bağlı 

olan  məqamlara  Füzuliyə  nisbətən  daha  geniş  yer  vermişdir.

4

  Füzuli  isə 



həmin hissədə xeyli ixtisar aparmışdır.  

Beləliklə,  aydın  olur  ki,  Füzuli  «Hədiqətüs-süəda»da  adını  çəkdiyi 

mənbələri və bəhs etdiyi tarixi faktları da «Rövzətüş-şühəda»dan olduğu 

kimi götürmüş, bəzi dəyişikliklərlə əsərinə daxil etmişdir. 

Üçüncü fəslin beşinci bölməsinin «“Hədiqətüs-süəda”da diqlossiya–

tərcümə münasibəti» adlanan üçüncü bəndində «Hədiqətüs-süəda» əsə-

rindəki ikidilliliyə də ayrıca diqqət yetirilir, elmi ədəbiyyatda «diqlossiya» 

adlanan

5

 və əksər Şərq mütəfəkkirlərinin yaradıcılığında müşahidə olunan 



ikidilliliyin Şərq ədəbiyyatında geniş yayılmış ənənəvi bir priyom olduğu 

göstərilir.  Qeyd  olunur  ki,  Şərq  ədəbiyyatında  ərəb  tərkibli  diqlossiya 

daha  geniş  yayılmışdır  və  bu  özünü  həm  nəzm  və  nəsr  dilində,  həm  də 

dini-fəlsəfi  mətnlərdə  göstərməkdədir.  «Hədiqətüs-süəda»  mövzu,  ideya, 

quruluş,  dil  və  üslub  xüsusiyyətləri  baxımından  olduğu  kimi,  ikidilliliyə 

görə də Kaşifinin «Rövzətüş-şühəda» əsəri ilə eyniyyət təşkil edir. Bu iki 

                                           

1

  Kerbela  mezalimi  (Hazırlayan:  H.F.Şıktaş),  İstanbul,  1982,  s.  123,  s.  147-149; 



Əli Nəzri. Qisseyi-Kərbəla. Qum, h.1375, s. 320, s. 390 (fars dilində) 

2

  M.R.İsmayılzadə.  Giriş  (Elmi  redaktordan)  //  Füzuli.  Hədiqətüs-süəda.  Qum, 



h.1374 (1995), s. 62 (ərəb əlifbasında)  

3

 H.V.Kaşifi. Göstərilən əsəri, s. 248-249 



4

 H.V.Kaşifi. Rövzətüş-şühəda. Bombey, h.1325, s. 248-249 

5

 Ş.Əlibəyli. Füzulinin farsca divanı: linqvo-poetik özəlliklər, Bakı, 2008, s. 62-68. 




Yüklə 1,01 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə