Nizami adına ƏDƏBİyyat institutu



Yüklə 1,01 Mb.
Pdf görüntüsü
səhifə16/24
tarix20.08.2018
ölçüsü1,01 Mb.
#63759
1   ...   12   13   14   15   16   17   18   19   ...   24

 

 

34 



bəzi səhih faktlar və mötəbər rəvayətlər götürmüşdür, eyni zamanda, baş-

qa kitablardan çoxlu qəribə nüktələr (maraqlı mətləblər) alıb bunlara əlavə 

etmişdir; deməli, «Hədiqətüs-süəda»nın fakt mənbəyi, süjet məxəzi təkcə 

qeyd olunan üç xüsusi məqtəl deyil, çox-çox kitab və qaynaqlardır».

1

 

«Hədiqətüs-süəda»  ilə  «Rövzətüş-şühəda»nın  müqayisəli  tədqiqi  isə 



hər iki  alimin  söylədiyi  fikirlərin  doğruluğunu  şübhə altına  alır.  Belə  ki, 

Füzulinin  əsərin  müqəddiməsində  «Məqtəli-Əbu  Mühnəf»  və  «Məsrə’i-

Tavusi» kimi məqtəl örnəklərini yada salması heç də təsadüfi deyildir və 

bu, bədii tərcümənin «əlifba tələbi» (S.Əliyev) idi. Tərcümə nəzəriyyəsin-

dən  məlumdur  ki,  bədii  tərcümə  prosesi  analiz  və  sintez  mərhələlərinə 

bölünür.


2

 Bu mənada Füzulinin özündən öncə ərəbcə məqtəl yazarları Əbu 

Mühnəf  və  Tavusinin,  eləcə  də  adını  qeyd  etmədiyi  digər  müəlliflərin 

əsərlərini  oxuyub  dərindən  mənimsəməsi  mütərcimin  tərcümədən  öncəki 

vəzifələrindən  ən  vacibi  sayılır.  Füzulinin  əsərdə  bir  neçə  məqamda 

işəltdiyi  «tətəbbö»  ifadəsi  də  məhz  bu  sahədə  müəllifin  mövzu  ilə  bağlı 

apardığı araşdırmalarına, çoxsaylı mütaliə və təhlillərinə (mətni analiz və 

sintez etməsinə) işarədir.  

Füzuli  «Hədiqətüs-süəda»da  «sayir  kütubdə  olan  nükati-qəribələri 

mümkün  olduqcə  ana  əlavə  qılam»  –  deyərkən  başqa  kitablarda  olan 

əhvalatları nəzərdə tutmurdu. Burada Füzulinin məqsədini və əsərə etdiyi 

əlavələri  aşkarlamaq  üçün  verilən  parçadakı  «nükati-qəribələr»  (maraqlı 

mənalar,  mətləblər)  ifadəsi  az  söz  demir.  Çünki  Füzulinin  «sayir  kütub-

dan»  «Hədiqətüs-süəda»ya  əlavəsi  əsərin  orijinallığının  tərəfdarlarının 

göstərdiyi  maraqlı  əhvalatlar,  hekayətlər  deyil,  maraqlı,  incə  mənalar  idi 

və  bu  əlavələr  nəsr  hissədə  verilən  əhvalatların  təsvirində  müşahidə 

edilmir. Füzulinin bu əlavələri «Rövzətüş-şühəda»da eynilə təsvir olunan 

əhvalatların  məzmun  baxımından  eyni  olan  cümlələrin  ifadə  tərzində, 

onlarda istifadə olunan sözlərin məna yükündə, poetik dəyərində, məcaz-

lar aləmində müşahidə olunur. Füzulinin «Hədiqətüs-süəda»dakı lirik ricət 

və  haşiyələri  «Rövzətüş-şühəda»  ilə  müqayisədə  olduqca  orijinal  və 

rəngarəngdir.  Əsərdəki  şeirlərin  bir  çoxu  Füzuli  tərəfindən  «Rövzətüş-

şühəda»da  təsvir  olunan  əhvalatların  mahiyyətinə  varılmasına,  dərindən 

                                           

1

  S.Əliyev. Azərbaycan nəsrinin orijinal abidəsi // S.Əliyev. Füzuli (Nəzəri-bədii 



düşüncələri).  Bakı,  1996,    s.  77;  Ə.Səfərli.  «Hədiqətüs-süəda»  tərcümədirmi?  // 

AMEA-nın Xəbərləri. Ədəbiyyat, dil və incəsənət seriyası, Məhəmməd Füzulinin 

anadan olmasının 500 illiyinə həsr olunmuş xüsusi buraxılış, 1996,  s. 54.   

2

  П.Топер. Перевод художественный//Краткая Литературная Энциклопедия, 



т. V, М., 1968, стр. 658  


 

 

35 



dərk edilməsinə xidmət edən əlavələrdir və Füzulinin dibaçədə qeyd etdiyi 

«sair kütubda olan nükati-qəribələr» daha çox məhz  bu şeir parçalarında 

özünü  göstərir.  «Hədiqətüs-süəda»da  təsvir  olunan  hadisələr,  verilən 

əhvalatlar əsas etibarilə «Rövzətüş-şühəda» ilə eyni olsa da, əsərdəki söz-

ifadə, deyim və duyum tərzi bütünlüklə Füzuliyə məxsusdur. «Hədiqətüs-

süəda»nın  məhz  bu  cəhəti  bəzi  araşdırıcıları  onu  Füzulinin  orijinal  əsəri 

hesab  etməyə  sövq  etmişdir.  Lakin  mövcud  elmi  həqiqət  bunu  təkzib 

etmək üçün tamamilə əsas verir.  

4.  «Hədiqətüs-süəda»nı  orijinal  əsər  kimi  dəyərləndirən  S.Əliyev  ya-

zır: «Füzuli öz əsərini «təlif» adlandırmış və əsli-təlifdə «Rövzə»ni təqib 

etdiyini bildirmişdir. Şair tərcümə işi haqqında təlif sözünü işlətməzdi, axı 

bu,  başqa  sözün  yox,  «müəllif»  sözünün  köküdür».

1

  Alimin  bu  fikri  də 



özünü doğrultmur. Çünki öncə qeyd olunduğu kimi, orta əsrlərdə tərcümə 

edilən  əsər  mütərcimin  orijinal  əsərlərindən  ayrı  tutulmayaraq,  onun  öz 

əsəri  kimi  qəbul  edildiyindən,  onlarda  «təlif»  («müəllif»)  sözünün  işlən-

məsi məqbul sayılmalıdır.  

5.  Ə.Səfərli  də  «Hədiqətüs-süəda»nın  orijinal  əsər olduğunu  sübut et-

mək məqsədilə yazır: «Füzuli bütün əsər boyu heç bir yerdə tərcümə əsəri 

üzərində çalışdığını göstərməmişdir».

2

 Halbuki öncə qeyd olunduğu kimi, 



orta  yüzilliklərin  tərcümə  abidələrində  bəzən  «tərcümə»  əvəzinə,  həmin 

məfhumu bildirən «tərtib», «təsnif» və s. sözlərdən də istifadə edilmişdir. 

Bu baxımdan «Hədiqətüs-süəda»nın girişində işlənən «təsnif» və «tərtib» 

ifadələri də nəzərə alınmalıdır. «Hədiqətüs-süəda»nın xatiməsinin «İzhari-

təvəllüdi-əimmə  və  qeyrihi  rəziyallahu  ənhum»  bölməsindəki  aşağıdakı 

cümlədən  də  aydın  olur  ki,  Füzulinin  məqsədi  «Rövzətüş-şühəda»nı  bü-

tünlüklə tərcümə etmək olmuşdur və şair əsərdə buna kifayət qədər işarə 

etmişdir.  Füzuli  yazır:  «Əgərçi  izhari-silsileyi-siyadət  daxili-əhvali-

Kərbəla və şərhi-ibtilayi-ənbiya olmayub, bu nüsxədə iradı münasib degil, 

əmma tətəbbö’i-məzmuni-«Rövzətüş-şühəda» təriqi-icmallə təqririnə iqti-

da qılmağın, öylə ki, «Şəvahidün-nübüvvət» də məsturdur ərz olunur…»

3

  



6.  S.Əliyev  daha  sonra  yazır:  «Əgər  «Hədiqə»  tərcümədirsə,  bəs  niyə 

oradakı ərəbcə parçalar (14 rübai, çoxlu ifadələr, ayələr və mükalimələr) 

                                           

1

  S.Əliyev. Azərbaycan nəsrinin orijinal abidəsi // S.Əliyev. Füzuli (Nəzəri-bədii 



düşüncələri). Bakı, 1996, s. 78.  

2

    Ə.Səfərli.  «Hədiqətüs-süəda»  tərcümədirmi?  //  AMEA-nın  Xəbərləri.  Ədəbiy-



yat, dil və incəsənət seriyası, Məhəmməd Füzulinin anadan olmasının 500 illiyinə 

həsr olunmuş xüsusi buraxılış, 1996,  s. 53.  

3

 Füzuli. Əsərləri: 6 cilddə, VI c./Tərtib edəni: H.Məmmədzadə. Bakı, 1996, s.359  




Yüklə 1,01 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə